möhlət sözü azərbaycan dilində

möhlət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • möhlət • 85.6158%
  • Möhlət • 14.2365%
  • MÖHLƏT • 0.1478%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Möhlət Abbasov
Möhlət Abbasov Eldəniz oğlu (19 mart 2001, Daşkəsən – 7 noyabr 2020, Daşaltı, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abbasov Möhlət Eldəniz oğlu 19 mart 2001-ci ildə Daşkəsən rayonunda anadan olub. Ailəsinin ilki olan Möhlət 2007-ci ildə Gəncə Şəhər 21 nömrəli tam orta məktəbin birinci sinfinə başlayıb, 2018-ci ildə isə həmin məktəbdən məzun olub. 2019-cu ildə Vətənə borcunu yerinə yetirmək üçün Hərbi Xidmətə yollanıb. == Hərbi xidməti == 27 sentyabr 2020-ci ildə başlayan Vətən Müharibəsinə qoşulanda hərbi xidmətinin bitməyinə 3 gün qalmışdı, amma o, Vətənini seçir. Düşmənə qarşı igidliklə, mərdliklə vuruşur. Möhlət Abbasov 7 noyabr 2020-ci ildə Şuşanın Daşaltı istiqamətində qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi igidliklərə görə üç medalla təltif edilib.
Möhlət Müslümov
Möhlət Xanəli oğlu Müslümov (9 avqust 1954) — tar ifaçısı, 2000 ci ildə Əməkdar artist, Azərbaycan Respublikasının xalq artisti (2005). Milli konservatoriyanın professorudur. Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəridir. M.Müslümov Azərbaycan musiqisini uzun illər boyu böyük məharət və ustalıqla dünyada təmsil edir. Onun müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə çıxışları böyük müvəffəqiyyətlə qarşılanır. M.Müslümov Türkiyə, Rusiya, Fransa, ABŞ, Kanada, İngiltərə, İtaliya, Şotlandiya, Belçika, Macarıstan, Tayland, İsrail, Hindistan, Tunis, Mərakeş, Polşa, Ruminiya,Qətər,Iordaniya,Nikaraqua,Kostarika, keçmiş SSRİ-nin bütün respublikalarında, şəhərlərində Azərbaycan musiqisinin parlaq ifaçısı kimi alqışlanmışdır. Xarici ölkələrdə 20-dən artıq kompakt diski buraxılmışdır. Milli radio və xarici ölkə radiolarının fondlarında lent yazıları bu günədək saxlanılır. M.Müslümov 2000-ci ildə Əməkdar Artist, 2005-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülmüş, 2006-ci ildən Prezident mükafatçısı,2009-cu ildən Azərbaycan Respublikasının Prezidentinin fərdi Təqaüdçüsüdür. == Həyatı == M.Müslümov Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq Çalğı Alətləri şöbəsini tar ixtisası üzrə bitirmişdir.
Möhlət Məmmədov
Məmmədov Möhlət Məmməd oğlu (1977, Göyçə gölü hövzəsi[d] – 26 fevral 1992, Xocalı rayonu) - Xocalı soyqırımı zamanı itkin düşən uşaq, könüllü döyüşçü. == Həyatı == Möhlət Məmmədov 1977-ci ildə Göyçə mahalında anadan olub. Xocalı özünümüdafiə batolyonunun könüllü döyüşçüsü olmuşdur. 26 fevral 1992-ci ildə еrməni millətçilərinin törətdikləri Xocalı soyqırımı zamanı itkin düşmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.78 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 ••••••••••••••• 7.87
2004 •••••••••••• 6.74
2005 •••••••• 4.05
2006 •••••••••••••• 7.43
2007 •••••••••••••• 7.82
2008 ••••••••• 4.87
2009 ••••••••••• 6.08
2010 •••••••• 4.18
2011 •••••••••••••••••••• 10.81
2012 ••••••••••••••••• 9.29
2013 •••••••••••••••••••• 11.23
2014 ••••••••••••••• 8.07
2015 •••• 1.87
2016 •••••••••••• 6.59
2017 ••••••••• 4.72
2018 ••••• 2.40
2019 •••••••• 4.17
2020 ••••••••••••••• 8.35

möhlət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Vaxt vermə; bir işin görülməsi, yaxud vəd olunan bir şeyin yerinə yetirilməsi üçün verilən vaxt, müddət; icazəli vaxt. [Mahmud bəy:] Əşi, möhlət nədir, iş işdən keçib; Səlim bəy kişidir, möhkəm and içib. S.Rüstəm. // Ümumiyyətlə, bir işi görmək üçün tələb olunan vaxt, müddət. Gərək [pasport] çıxardam, bu da bir-iki həftə möhlət istəyir. Ə.Haqverdiyev. [Vəzir:] Əmir sağ olsun, sən Zeyddən qırx gün möhlət istə, bəlkə bu qırx günün ərzində bir əlac tapaq! Ü.Hacıbəyov. □ Möhlət almaq – bir işi yerinə yetirmək üçün vaxt almaq. [Sara bibi:] Mən də on beş gün möhlət alıb gəlmişəm. Qantəmir. Möhlət vermək – 1) bir işin müəyyən müddətdə yerinə yetirilməsi üçün vaxt vermək; 2) fürsət vermək, vaxt vermək, imkan vermək. Göz yumub aləmdən, istərdim açam rüxsarinə; Canım aldın, göz yumub açınca möhlət vermədin. Füzuli. [Əbdürrəhman bəy:] Arvad, sən atanın goru, ikicə dəqiqə mənə möhlət ver, gedəcəyəm. N.Vəzirov. [Hacı Saleh:] Sənin beş min manatını hazır etmişəm, ancaq altı yüzünə bir həftə möhlət ver. S.S.Axundov. 2. rəs. Bir işi müəyyən vaxta qədər təxir etmə. Orduya çağırışdan möhlət haqqında əmr.

    Azərbaycan dilinin izahlı lüğəti / möhlət

möhlət sözünün sinonimləri (yaxın mənalı sözlər)

möhlət sözünün rus dilinə tərcüməsi

  • 1 срок, отсрочка

    Azərbaycanca-rusca lüğət / möhlət
  • 2 сущ. 1. срок (момент исполнения или наступления чего-л.). Möhləti qurtarır истекает срок, üçgünlük möhlət трёхдневный срок, illik möhlət almaq взять годичный срок, möhləti qurtaranda по истечении срока 2. время, потребное для какого-л. дела 3. отсрочка (перенесение чего-л. на более поздний срок). Möhlət almaq получить отсрочку, möhlət haqqında əmr приказ об отсрочке; möhlət istəmək: 1. просить время на что-л.; 2. просить отсрочку; möhlət vermək: 1. давать, дать срок, время; 2. давать, дать отсрочку; möhlətini keçirmək kimin просрочивать, просрочить что, möhləti keçmiş просроченный, möhlətini keçirtmə (ötürmə) просрочка, möhləti keçirilmək (ötürülmək) просрочиваться, быть просроченным, möhləti uzadılmış отсроченный, möhləti uzatmaq отсрочивать, отсрочить, продлевать, продлить срок, möhləti uzadılmaq отсрочиваться, быть отсроченным

    Azərbaycanca-rusca lüğət / möhlət

möhlət sözünün inglis dilinə tərcüməsi

  • 1 i. term, date; postponement, delay; respite; son ~ the last term / date; ~ vermək to grant a delay; ~ almaq to be* granted a delay; hərbi xidmətdən ~ deferment of military service

    Azərbaycanca-ingiliscə lüğət / möhlət

möhlət sözünün fransız dilinə tərcüməsi

  • 1 is. terme m, délai m ; prolongation f, prorogation f ; hüq. , hərb. sursis m ; son ~ dernier terme, délai-limite m (pl délaislimites) ; bir ay ~ vermək accorder un délai d’un mois

    Azərbaycanca-fransızca lüğət / möhlət

möhlət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. муьгьлет (1. вахт; möhlət almaq муьгьлет къачун, вахт къачун; möhlət vermək муьгьлет гун а) вахт гун; б) фирсет гун, имкан гун; 2. са кар тайин са вахтуналди хуьн, тун, гежарун).

    Azərbaycanca-ləzgicə lüğəti / möhlət

möhlət sözünün türk dilinə tərcüməsi

möhlət sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. vaxt vermə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

vaxt vermə; müddət; icazəli vaxt.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"möhlət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#möhlət nədir? #möhlət sözünün mənası #möhlət nə deməkdir? #möhlət sözünün izahı #möhlət sözünün yazılışı #möhlət necə yazılır? #möhlət sözünün düzgün yazılışı #möhlət leksik mənası #möhlət sözünün sinonimi #möhlət sözünün yaxın mənalı sözlər #möhlət sözünün əks mənası #möhlət sözünün etimologiyası #möhlət sözünün orfoqrafiyası #möhlət rusca #möhlət inglisça #möhlət fransızca #möhlət sözünün istifadəsi #sözlük