möhkəm sözü azərbaycan dilində

möhkəm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • möhkəm • 98.7041%
  • Möhkəm • 1.2578%
  • MÖHKƏM • 0.0381%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Möhkəm qoz
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. == Məzmun == Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Möhkəm qoz (film, 1988)
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. == Məzmun == Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Möhkəm qoz (film, 2007)
Məğlubedilməz 4.0 — 2007-ci ildə istehsal olunmuş döyüş filmi. == Qısa məzmun == Dünyanı yenə də yeni terror dalğası bürüyüb. Ümumdünya kompüter şəbəkəsi terrorçuların əlindədir. Hükumət və xüsusi xidmət orqanları gücsüzdür. Con Makleyn yenə də terrorçularla mübarizəyə qalxır. O, uzun müddətdir ki, istefadadır. Amma bu dəfə söhbət onun ailə üzvlərinin həyatından gedir. == Film haqqında == Brüs Uillisin dublyoru Larri Rippenkrüger çəkiliş zamanı səkkizmetrlik hündürlükdən yıxılaraq ciddi xəsarət alıb. Çəkilişlər təxirə salınıb və Larri bir neçə ay klinikada yatıb. Onun çilik-çilik olmuş bilək, sifət və kəllə sümüklərini titan protezlərlə əvəz ediblər.
"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı
"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı — SSRİ Ali Sovetinin 25 may 1979-cu il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Balaca uşaqların bədənini möhkəmləndirin (film, 1954)
Balaca uşaqların bədənini möhkəmləndirin qısametrajlı sənədli filmi 1954-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır. == Məzmun == Elmi-kütləvi filmdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır.
Möhkəmlik
Möhkəmlik — material xassəsi olub, onun plastiki deformasiya və kəsilməyə qarşı göstərdiyi mexaniki müqavimətini təsvir edir. Gərginlik-deformasiya-diaqramından vacib texniki möhkəmlik parametrləri tapılır. Materialın tərkibindən, temperaturundan, təsir edən yükdən və təsir sürətindən asılı olaraq müxtəlif möhkəmlik qiymətləri əldə edilir.
Proletar Bakısının Sovetlərini Möhkəmləndirək (1934)
== Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. == Film haqqında == Film saxlanılmayıb.
Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934)
== Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. == Film haqqında == Film saxlanılmayıb.
Vətənin qüdrətini möhkəmləndirək (film, 1942)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə mədənlərdə, kolxozlarda və s. müəssisələrdə dövlət istiqrazına yazılışdan bəhs olunur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 93.30 dəfə / 1 mln.
2002 •••••••••••••• 260.39
2003 •••••••••••••••••••• 395.26
2004 •••••••• 150.58
2005 •••••••• 141.03
2006 •••••• 111.27
2007 ••••• 91.97
2008 •••••• 112.55
2009 •••• 75.67
2010 •••• 69.53
2011 •••• 71.55
2012 •••• 71.42
2013 ••• 52.95
2014 •••• 66.93
2015 •••• 77.23
2016 ••••• 97.53
2017 ••••• 98.04
2018 •••••• 118.36
2019 ••••• 87.07
2020 ••••• 95.88

möhkəm sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta. // Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq. 2. Sağlam, davamlı, dözümlü, qüvvətli. …Qaraş möhkəm və sağlam idi. M.İbrahimov. // Zərf mənasında. Bütün gücü ilə, bacardığı qədər; bərk. Möhkəm ilişdirmək. – Batalyon komissarı … döyüşçünün əlini möhkəm sıxıb onu azad etdi. Ə.Vəliyev. [Qız] yastığının altında gizlətdiyi baltanı əlində möhkəm sıxaraq yerindən sıçradı. H.Seyidbəyli. 3. Səbatlı, mətin, dönməz, yenilməz. [Elçin:] Nə boran, nə qar, nə də şaxta [neftçilərin] möhkəm iradəsini qıra bilməz. Z.Xəlil. // Mətanətli, iradəli. Möhkəm adam. – …Ağıllı, qonur gözləri onun möhkəm xasiyyətli olduğunu göstərirdi. S.Vəliyev. Hər şeydə möhkəm, sözünün üstündə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəif tərəfi vardı. Ə.Abasov. □ Möhkəm dayanmaq – səbat göstərmək, inad göstərmək, bərk dayanmaq. [Əmrulla:] Başınıza dönüm, möhkəm dayanın, yoxsa bütün şəhərdə biabır olarıq. C.Cabbarlı. Elçin sözünün üstündə möhkəm dayandı. M.Rzaquluzadə. // Sədaqətli, etibarlı, sadiq. İndi isə buralarda [Malikin] Sona kimi çoxlu sadiq və möhkəm dostları vardır. M.İbrahimov. 4. Sarsılmaz, alınmaz, yenilməz. Möhkəm qala. Möhkəm yerdə məskən salmaq. 5. Güclü, şiddətli, bərk. Möhkəm qar yağır. Möhkəm soyuqdur. // Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Möhkəm acmışam. // Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Möhkəm tapşırmaq. Möhkəm xəstələnmək. // Doyunca, kifayət qədər. Yox, yox, lazım deyil. Lap möhkəm yedim, – deyə Əlyarov boşqabın qırağından yapışıb buraxmadı. M.Hüseyn. Yas yerində qarnını möhkəm doyuran Hümmətlə Qarakişi öz həyətlərinə doğru gedirdilər. B.Bayramov. 6. zərf Əməlli-başlı, əsaslı, layiqli, lazımi. [Kəndli:] Qərəz, bir qədər yas saxladıqdan sonra, kiçik oğluna möhkəm bir toy elədi. (Nağıl). Qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əl gəzdirilsin. Mir Cəlal.

    Azərbaycan dilinin izahlı lüğəti / möhkəm

möhkəm sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 sarsılmaz — alınmaz — yenilməz

    Azərbaycan dilinin sinonimlər lüğəti / möhkəm
  • 2 güclü — şiddətli — bərk

    Azərbaycan dilinin sinonimlər lüğəti / möhkəm
  • 3 sağlam — qıvraq — canıbərk

    Azərbaycan dilinin sinonimlər lüğəti / möhkəm
  • 4 bərk — davamlı — dözümlü — sabit — dayanaqlı — mətin — mətanətli

    Azərbaycan dilinin sinonimlər lüğəti / möhkəm
  • 5 1. MÖHKƏM, MƏTİN (müxtəlif mənalarda) Belə bir zamanda gərək səhhətin; Başdan möhkəm olsun, poladdan mətin (Ə.Kürçaylı); DAŞ KİMİ (dan., məc.) Yaşasın daş kimi muskullarımız; Yaşasın tökmə, dəmir qollarımız (M.Müşfiq); DAVAMLI Soyuq su ilə yuyunmaqla bədənini bərkişdirən adamlar bir sıra soyuqdəymə xəstəliklərinə çox az tutulur, daha davamlı və möhkəm olurlar (Zərgərli); ƏYİLMƏZ (şair.) Mən əyilməz ata adı saxladım; Vicdanımı ovuclara sağmadım.. (M.Araz); QAİM (kl.əd.) ...Təzəcə dəyənək alıbsan ələ; Qaim tut ki, nagah düşər, ağlarsan (M.P.Vaqif); POLAD KİMİ (məc., dan.) [Ağalarov:] Ancaq mən o xəstəni sevirəm ki, ürəyi polad kimi olsun! (B.Bayramov). 2. MÖHKƏM, BƏRK, DAVAMLI, DÖZÜMLÜ, SƏRT 3. möhkəm bax sarsılmaz

    Azərbaycan dilinin sinonimlər lüğəti / möhkəm

möhkəm sözünün antonimləri (əks mənalı sözlər)

möhkəm sözünün rus dilinə tərcüməsi

  • 1 1. прочный, крепкий, устойчивый, стойкий; 2. крепко, прочно;

    Azərbaycanca-rusca lüğət / möhkəm
  • 2 I прил. 1. крепкий: 1) прочный, такой, который трудно сломать, разбить, повредить и т.п. Möhkəm qapı крепкая дверь, möhkəm divar крепкая стена, möhkəm ip крепкая верёвка, möhkəm özül крепкий фундамент, möhkəm ayaqqabı крепкая обувь, möhkəm parça крепкая ткань 2) здоровый, физически выносливый. Möhkəm orqanizm крепкий организм, möhkəm qoca крепкий старик, möhkəm əsəblər крепкие нервы 3) сильный, звучный (о голосе) 4) очень сильный, значительный по степени проявления. Möhkəm dostluq крепкая дружба, möhkəm şaxta крепкий мороз, möhkəm yuxu крепкий сон, möhkəm külək крепкий ветер, möhkəm zərbə крепкий удар 5) перен. стойкий, непоколебимый. Möhkəm adam крепкий человек 2. твёрдый: 1) такой, который не поддаётся чему-л., не уступает перед чем-л., решительный, непреклонный. Möhkəm iradə твёрдая воля, möhkəm xasiyyət твёрдый характер 2) такой, который выражает решительность, уверенность, непреклонность. Möhkəm addım твёрдый шаг, möhkəm dayaq твёрдая опора 3) неколебимый, нерушимый. Möhkəm söz твёрдое слово 4) ясный, отчётливый, проникнутый уверенностью (о знаниях, сведениях и т.п.). Möhkəm anlayış (təsəvvür) твёрдое представление, möhkəm bilik твёрдые знания, möhkəm yaddaş твёрдая память, möhkəm inam твёрдая вера, möhkəm inam твёрдое убеждение 5) прочно установившийся; без нарушений, отклонений. Möhkəm qayda-qanun твёрдый порядок 3. прочный: 1) способный не разрушаться в течение длительного времени. Möhkəm material прочный материал 2) не подверженный переменам, вполне определённый. Möhkəm sülh прочный мир, möhkəm ailə прочная семья, möhkəm təməl прочное основание 4. разг. сильный (большой, значительный) по степени проявления. Möhkəm ağrı сильная боль II нареч. 1. крепко. Möhkəm bağlamaq крепко завязать, möhkəm işləmək крепко поработать, möhkəm yatmaq крепко спать, möhkəm dostluq eləmək крепко дружить 2. твёрдо. Möhkəm müdafiə etmək твёрдо защищать, möhkəm bilmək твёрдо знать 3. прочно. Dərsi möhkəm mənimsəmək прочно усвоить урок 4. сильно. Möhkəm acmaq сильно проголодаться, möhkəm xəstələnmək сильно заболеть, başım möhkəm ağrıyır у меня сильно болит голова, möhkəm dəymək nəyə сильно удариться обо что ◊ möhkəm can sağlığı arzulamaq желать крепкого здоровья; möhkəm inanmaq nəyə твёрдо верить во что; möhkəm yadda saxlamaq nəyi твёрдо запомнить что; möhkəm mövqe tutmaq занимать твёрдую позицию; mökəm söz vermək давать твёрдое слово, möhkəm əmin olmaq быть твёрдо уверенным; sözünün üstündə möhkəm durmaq твёрдо стоять на своём, yeri möhkəm olmaq укрепиться где-л., ayağının altı möhkəm olmaq иметь твёрдую почву под ногами, möhkəm adam надёжный, твёрдый человек, möhkəm durmaq стоять крепко за что-л., за кого-л.

    Azərbaycanca-rusca lüğət / möhkəm

möhkəm sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. 1. durable; solid; 2. firm; strong, sound, steady, stable; ~ özül stable foundation; ~ parça hard-wearing fabric; ~ mövqe firm / sound position; ~ və uzunmüddətli sülh lasting and enduring peace; ~ ittifaq stable / firm / lasting alliance; ~ bilik sound knowledge; ~ bədən (orqanizm) vigorous / sturdy / strong constitution; ~ can sağlığı sound / rebust health; ~ soyuq / şaxta hard frost II. z. fast, strong, tight; ~ yapışmaq / tutmaq to hold fast / tight

    Azərbaycanca-ingiliscə lüğət / möhkəm

möhkəm sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. solide, stable, durable, résistant, -e ; ferme, fort, -e ; ~ parça tissu m résistant ; ~ yapişqan colle f forte ; ~ dostluq amitié f solide ; ~ iradə volonté f de fer ; ~ yatmaq dormir vi profondément, dormir à poings fermés ; ~ dayanmaq être solide sur ses jambes

    Azərbaycanca-fransızca lüğət / möhkəm

möhkəm sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. мягькем (1. кӀеви, давамлу; möhkəm ip кӀеви еб; möhkəm taxta кӀеви кьул; 2. сагълам, гужлу, къуватлу; къастунал кӀеви, элкъвен тийир, кӀевиз акъваздай, эхдай; 3. къарсун тийир, къачуз тежер, кӀеви (мес. къеле); 4. нареч. кӀевиз, кӀевидаказ; мягькемдаказ (мес. ягъун); möhkəm dayanmaq кӀевиз акъвазун; 5. нареч. гзаф; 6. хъсандаказ, лайихлудаказ, лазим тир тегьерда).

    Azərbaycanca-ləzgicə lüğəti / möhkəm

möhkəm sözünün türk dilinə tərcüməsi

möhkəm sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) sağlam, gümrah; 2) mətin, qüvvətli; 3) bərk.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

davamlı, bərk; sağlam.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"möhkəm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#möhkəm nədir? #möhkəm sözünün mənası #möhkəm nə deməkdir? #möhkəm sözünün izahı #möhkəm sözünün yazılışı #möhkəm necə yazılır? #möhkəm sözünün düzgün yazılışı #möhkəm leksik mənası #möhkəm sözünün sinonimi #möhkəm sözünün yaxın mənalı sözlər #möhkəm sözünün əks mənası #möhkəm sözünün etimologiyası #möhkəm sözünün orfoqrafiyası #möhkəm rusca #möhkəm inglisça #möhkəm fransızca #möhkəm sözünün istifadəsi #sözlük