* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Xarici, ümumi görünüş. Xarici görkəm. Yaxşı, səliqəli görkəmi var. Görkəmini dəyişmək. – Tanrı elə görkəm vermişdi ona; Görənlər az qala cadulanırdı. Şəhriyar. 2. İnsanın daxili vəziyyətini, hissiyyatını, xasiyyətini əks etdirən sifəti, zahiri siması, görünüşü. Zəhmli görkəm. Ciddi görkəm. Xəstə görkəm. – [Məryəm] gah sərt bir görkəm alıb Səlimə acıqlanır, gah özündən kənar edirdi. H.Seyidbəyli. □ Görkəm almaq – daxili vəziyyəti və hissiyyatı zahiri görünüşündə ifadə etmək. Sərhəng Firiduna baxıb ciddi və bir az da sərt görkəm aldı… M.İbrahimov. 3. Göz önündə açılan təbiət mənzərəsi; mənzərə, görünüş. Meşənin görkəmi. – Hər yamacın bir baharı; Hər dağın bir görkəmi var. M.Müşfiq. Baharın öz görkəmi; Qışın da öz xətti var. S.Rüstəm. Dağ yolu hər yerdə bir görkəm alır; Meşədən keçərək, çaydan keçərək. H.Arif. 4. bax görk. Aqrotexniki tədbirlərdən elə-belə görkəm üçün danışırdılar. (Qəzetlərdən).
Azərbaycan dilinin izahlı lüğəti / görkəm2 сущ. вид: 1. внешний облик кого-л., чего-л., внешность, наружность. Xarici görkəm внешний вид, səliqəli görkəm аккуратный вид, gülünc görkəm смешной вид, xoş görkəm приятный вид 2. внешний облик как отражение внутреннего состояния человека, его характера. Xəstə görkəm больной вид, ciddi görkəm серьёзный вид, sərt görkəm суровый вид, qayğılı görkəm озабоченный вид, qəmli görkəm грустный вид, narazı görkəm недовольный вид, yorğun görkəm усталый вид 3. то, что открывается взгляду. Dağın görkəmi вид на гору, şəhərin görkəmi вид на город, adi görkəmdə в обычном виде, belə görkəmdə в таком виде, görkəm almaq принимать какой-л. вид; напускать на себя какой-л. вид
Azərbaycanca-rusca lüğət / görkəm1 i. air, appearance, look, aspect; Otağın səliqəli görkəmi var The room looks tidy; Onun görkəmi xoşagələn deyildi He / She had a disagreeable appearance There was a disagreeable air about him; ciddi ~ almaq to assume a grave air; ~inə görə mühakimə yürütmək to judge by appearance
Azərbaycanca-ingiliscə lüğət / görkəm1 is. apparence f, air m ; ciddi ~ almaq prendre un air sérieux ; ~inə görə mühakimə yürütmək juger d’après son extérieur
Azərbaycanca-fransızca lüğət / görkəm1 сущ. 1. акунар; винел (къеце) патан акунар, гуьркем; акун; 2. кил. görk.
Azərbaycanca-ləzgicə lüğəti / görkəm