Günəşi gördüm (film, 2009)
Günəşi Gördüm — Mahsun Kırmızıgülün rejissor kimi ikinci işi olan bu filmdə çoxüzvlü bir ailənin dramından bəhs olunur. Bu film Oskar mükafatı kimi tanınan "Akademiya mükafatları"da 2009-cu il Türkiyə namizədi kimi göstərilmişdi. Film Türkiyənin cənub-şərqində yerləşən kürd ailənin İstanbula (bir hissəsinin Norveçə) məcburi köçü və başlarına gələnlərdən bəhs edir.
== Məzmun ==
Şərq sərhədində yerləşən bir kürd kəndi. 25 ildir iki tərəf arasında qalan çarəsiz insanlar. Məcburi köçürtmə səbəbi ilə böyüyüb boya-başa çatdıqları torpaqlardan, kəndlərindən çıxarılan Altun ailələri bilinməz bir yola çıxırlar. Davud Altun qaçaq yolla olsa da, tez bir zamanda ailəsi ilə birgə Norveçə getmək niyyətindədir. Heydər Altun və ailəsi üçün isə köç yolu İstanbula istiqamətlənib. Səfər başlamışdır. Bitmək bilməyən fırtınalardan keçib gəlmiş, yollarını azmış, çarəsizcə bir çıxış yolu axtaran insanların öz günəşlərindən qoparılıb gələcəyin bilinməzliyində itən uşaqların, bir köçün hekayəsi.