girdim sözü azərbaycan dilində

girdim

Yazılış

  • girdim • 79.0960%
  • Girdim • 20.9040%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Girdiman knyazlığı
Girdiman knyazlığı — Qafqaz Albaniyasının Girdman vilayətində knyazlıq. VII əsrin əvvəllərində Albaniyanın Girdiman vilayətində Girdiman knyazlığı yaranmışdır. 591-ci il Sasani-Bizans müqaviləsinə görə Albaniyanın Girdiman vilayəti, eyni zamanda, Tiflis və Dvinə qədərki ərazisi Sasanilərin hakimiyyəti altında qalmışdı. Bu ərazidə əsas üstünlüyü Azərbaycan türkləri təşkil edirdilər. Lakin hələ çox qədimlərdən Girdiman vilayətində Azərbaycan türklərinə soy-kök cəhətdən yaxın, daha doğrusu, qohum olan sabir tayfaları yaşayırdılar. Sabir tayfaları cəsur və döyüşkən olduğundan Sasanilər və Bizans dəfələrlə onların hərbi qüvvəsindən istifadə etmişdi. Dörd əsrlik tarixə malik Sasani imperiyası artıq öz ömrünü başa vurmaqda idi. Sasanilərin hakimiyyəti altındakı əksər ölkələrdə yerli feodallar güclənərək, mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. Məhz belə bir qarışıq dövrdə — IV əsrin sonu – VII əsrin əvvəllərində əsasını Mehranilər sülaləsinin qoyduğu Girdman knyazlığı meydana gəldi. Əvvəlcədən onu qeyd edək ki, Mehranilər sülaləsinin soy-kökünü farslarla əlaqələndirməyə cəhd göstərilsə də, bu ideyanın müəllifləri, uğur qazanmamışlar.
Girdiman qalası
Cavanşir qalası — İsmayıllı rayonunda yerləşən tarixi abidə. Rayonun qədim dövrlərə aid tarixi abidələrinin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Məlumdur ki, Albaniya tarixinin son dövrləri, onun əsas vilayətlərindən olan Girdiman vilayəti və tanınmış sərkərdəsi Cavanşirin adı ilə bağlıdır. Qala 7-ci əsrdə tikilmişdir. Qafqaz Albaniyasında Mehranilər sülaləsinin hakimiyyəti dövründə hökmdar Cavanşir tərəfindən tikdirilmişdir və buna görədə qala onun adını daşıyır. Qalanın inzibati mərkəz kimi istifadə olunduğu güman edilir. Qala İsmayıllı rayonunun Talıstan kəndindən 4 km şimalda, Ağcaçayın sağ sahilində yerləşir. Əsas hissə "içqala"dan ibarətdir. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur. Düzgün olmayan çoxbucaqlıyla "içqala" dağın ən hündür yerində tikilmişdir.
Girdimançay
Girdimançay — Kürün sol qoludur. İsmayıllı, Ağsu və Kürdəmir rayonları ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 88 km, hövzəsinin sahəsi 727 km²-dir. Başlanğıcını Babadağ aşırımının 1 km cənub-şərqindən (2900 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. İllik axımı qar (24%), yağış (39%) və yeraltı (37%) sulardan əmələ gəlir. Orta illik su sərfi 4,20 ml/san-dir. Axımının 36%-i yazda, 25%-i yayda, 24%-i payız-da, 15%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axımın 15%-ni təşkil edir. Çayda ən çox su yaz-yay daşqını dövründə müşahidə edilir. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15–20 dəfə çox olur.
Girdimançay kanyonu
Girdimançay kanyonu Cənub-Şərqi Qafqazın əks yamacında, eyni­adlı çayın orta axarında yerləşir və Lahıc və Namazgah kəndləri arasındakı eninə istiqamətlənmiş hissəsinə cavab verir. Uzunluğu olan kanyon Namaz­gah sinkli­nalının şimal qanadı boyu orta təbaşirin şaquli halda yer­lə­şən tuf-qumdaşıları və tuf-konqlomeratlarının arasından keçib gedir. Dibi, demək olar ki, həmişə çayın gur axan suları ilə dolu olan kanyon əvvəllər Lahıc kəndinə soxulmaq istəyənlərin qabağını kəsən təbii sədd kimi xidmət göstərmişdir. O zaman yalnız dərənin dik şimal yamaçından çətin keçilən çı­ğır (onun izlə­rini indi də görmək mümkündür) mövcud olmuşdur ki, o da kan­yonun girişi ilə birlikdə möhkəm qorunarmış. Vəziyyət ancaq keçən əsrin birinci yarısında dəyişmişdir; belə ki, at-araba və avtomobil nəqliyyatına yol salmaq üçün kanyonun sıldırımlı cənub yamacında partlayış üsulu ilə, Azərbaycanda yol tikintisinin özünəməxsus abidəsi sayılan ensiz karniz açılmışdır.
I Firuz (Girdiman knyazı)
I Firuz — İberiya çarı III Mirianın kürəkəni və Quqark knyazlığının və Girdiman knyazlığının ilk knyazı. Adsız bir oğlu ondan sonra yerinə keçmişdi. Bu oğuldan olan qız nəvəsi İberiya kralı II Aspakur ilə evlənmişdir, oğlan nəvəsi isə I Arşuşa adı ilə Quqark knyazı olmuşdur.

girdim sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Dərbənd, Xaçmaz, Qusar) mişarla bir boyda kəsilmiş yoğun odun

Azərbaycan dilinin dialektoloji lüğəti.

"girdim" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#girdim nədir? #girdim sözünün mənası #girdim nə deməkdir? #girdim sözünün izahı #girdim sözünün yazılışı #girdim necə yazılır? #girdim sözünün düzgün yazılışı #girdim leksik mənası #girdim sözünün sinonimi #girdim sözünün yaxın mənalı sözlər #girdim sözünün əks mənası #girdim sözünün etimologiyası #girdim sözünün orfoqrafiyası #girdim rusca #girdim inglisça #girdim fransızca #girdim sözünün istifadəsi #sözlük