* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. dan. Görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr. Baxdım ki, munun qırımı özgə; Mənimlə alım-verimi özgə. Xətayi.
Azərbaycan dilinin izahlı lüğəti / qırım3 Görkəm, təhər-töhür, görünüş, hal, əhval, tövr. Zöhrə xanım dayənin qırımını başa düşüb, başladı Tahir Mirzəni oyatmağa. (“Tahir və Zöhrə”)
Azərbaycan dastanlarının leksikası / qırım1 “Hərəkət, həvəs, manevra” mənalarında işlədilir. Sözün əsli qılmaq feili ilə bağlıdır, “rəftar” deməkdir. Sonra forma da, məna da bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qırım2 сущ. 1. внешний вид 2. настроение, расположение духа 3. повадки, поведение
Azərbaycanca-rusca lüğət / qırımI (Qax, Şəki, Şuşa, Zaqatala) görkəm. – Uşaxların qırımını yaxçı görmədim (Qax); – Büyün qırımın çox pisdi (Şuşa) II (Ağcabədi, Cəbrayıl, Füzuli, Göyçay, İmişli, Kürdəmir, Qazax, Quba, Mingəçevir, Oğuz, Ordubad, Salyan, Şamaxı, Şəki) meyl, həvəs, fikir, məqsəd. – Əlsəfərin qırımı oxımağdı (Salyan); – Mənim bu işə hiç qırımım yoxdu (Quba); – Sənin qırımınnan mən heç nə alme:ram (Qazax); – Arvadın qırımı vardı ki, iş düzəlsin, Atdıxan qoymadı (Ağcabədi); – Qırımı var alarsan, olmaz gələrsən (İmişli)
Azərbaycan dilinin dialektoloji lüğəti.