qıvrım sözü azərbaycan dilində

qıvrım

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qıvrım • 86.7769%
  • Qıvrım • 12.3967%
  • QIVRIM • 0.8264%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qıvrım acıyonca
Qıvrım acıyonca (lat. Coronilla scorpioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Qıvrım boruçiçəyi
Qıvrım lopatikan
Qıvrım qayalar
Qıvrım qayalar — relyefdə bir sıra hamarlanmış asimmetrik çıxıntılar və çökəkliklər əmələ gətirən kiçik qoç kəllələri qruplarına deyilir. Sahil dayazlığında və göllərdə olan qıvrım qayalar saysız-hesabsız xırda, çılpaq adaları-şxerləri əmələ gətirirlər. Qıvrım qayalar landşaftı Kola yarımadasında, Finlandiyada, şxerlər isə Finlandiyanın cənub sahil boyu, xüsusilə Aland arxipelaqı sahəsində geniş yayılmışdır.
Qıvrım xırdaləçək
Qıvrım xırdaləçək (lat. Erigeron crispus) - xırdaləçək cinsinə aid bitki növü.
Qıvrım şeytanqanqalı
Qıvrım şeytanqanqalı (lat. Carduus crispus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin şeytanqanqalı cinsinə aid bitki növü.
Qıvrım boruçiçək
Qıvrım boruçiçək (lat. Solenanthus circinatus) — bitkilər aləminin göyzabançiçəklilər dəstəsinin göyzabankimilər fəsiləsinin boruçiçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab (iii) + 2ab(iii). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik, yaşıl ot bitkisidir. Gövdəsi 40-80 sm hündürlükdədir. Yarpaqları iri, enli, nazik, hər iki tərəfdən, əsasən aşağı hissədən xovludur. Kökətrafı və gövdənin aşağı hissəsində yerləşən yarpaqları enli yumurtavari, iti, mərkəzi hissədə ürəkvari, saplaqlı, digər yarpaqları oturaq, uzunsovdur. Çiçək qrupu əvvəlcə ensiz, sonradan enliləşəndir. Çiçəkləri demək olar ki, oturaqdır.
Qıvrımlələk qutan
Qıvrımlələk qutan (lat. Pelecanus crispus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinin qutan cinsinə aid heyvan növü. == Təsviri == Rəngi bozumtul-ağdır. Dimdiyinin alt hissəsində boğaz kisəsi vardır. Qanadlarının ucu qaradır. Boynunun arxa hissəsində və başındakı lələklər bulanıq ağ rəngli qıvrım "papaqcıq" əmələ gətirmişdir. == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda əsasən Xəzərin sahil sularında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Şirvan Milli Parkında, Araz dəryaçasında və Arpaçay su anbarında, Mahmudçala-Ağçala, Ağgöl və Sarısu göllərində qışlayır. Sarısu və Ağgöldə nəsil verib. == Yaşayış yeri və həyat tərzi == Balıqla zəngin olan iri su hövzələrində məskunlaşır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.10 dəfə / 1 mln.
2006 ••••••••••• 0.23
2009 ••••••••••••••• 0.32
2010 ••••••••••••• 0.27
2012 •••••••• 0.17
2013 •••••••••••••••••••• 0.44

qıvrım sözünün leksik mənası və izahı

  • 1 1. sif. bax qıvrıq. Qıvrım o saçın müşkə qalib gəlib aləmdə. Heyran xanım. Qıvrım başın əyilmişdir; Doluxsunmuş qara gözün. R.Rza. Qızın qıvrım saçları yastığa dağılmışdı. M.Hüseyn. // Spiral şəklində olan; buruq, burma. 2. is. Bir şeyin əyilib bükülən yeri, qıvrım yeri.

    Azərbaycan dilinin izahlı lüğəti / qıvrım

qıvrım sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 QIVRIM (saça dair) [Mötəbərov:] ..divanın güzgüsü qabağında dayandı, qara qıvrım saçlarını daradı.. (M.Hüseyn); BURUQ Fermaya gedən arvad hey qızın başını sığallayır, onun buruq qara tellərini oxşayır və heç bir söz demirdi (M.İbrahimov); QIVRILMIŞ Kişinin üz-gözünü qıvrılmış tük basmış, yanaqlarını və alnını sarı bir ləkə tutmuşdu (S.Rəhimov); QIVRIQ.

    Azərbaycan dilinin sinonimlər lüğəti / qıvrım

qıvrım sözünün rus dilinə tərcüməsi

  • 1 1. кудрявый, курчавый; 2. витой, завитой; 3. завиток;

    Azərbaycanca-rusca lüğət / qıvrım
  • 2 I прил. 1. кудрявый, курчавый. Qıvrım saçlar кудрявые волосы 2. витой, завитой, идущий спиралью, крученый. Qıvrım bığlar завитые усы, qıvrım arteriya анат. завитая артерия II сущ. завиток

    Azərbaycanca-rusca lüğət / qıvrım

qıvrım sözünün inglis dilinə tərcüməsi

qıvrım sözünün fransız dilinə tərcüməsi

qıvrım sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. кил. qıvrıq; // спираль хьиз элкъвей, спираль хьтин; бурма; 2. сущ. са затӀунин элкъвей, какур чка; кьвечӀил хьайи чка.

    Azərbaycanca-ləzgicə lüğəti / qıvrım

qıvrım sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Basarkeçər) gəlin gedən qıza verilən hədiyyə. – Toyda qıza qıvrım yığıllar II (Çənbərək) naxış. – Kömbənin üzünə qıvrım cəx’dim

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qıvrım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qıvrım nədir? #qıvrım sözünün mənası #qıvrım nə deməkdir? #qıvrım sözünün izahı #qıvrım sözünün yazılışı #qıvrım necə yazılır? #qıvrım sözünün düzgün yazılışı #qıvrım leksik mənası #qıvrım sözünün sinonimi #qıvrım sözünün yaxın mənalı sözlər #qıvrım sözünün əks mənası #qıvrım sözünün etimologiyası #qıvrım sözünün orfoqrafiyası #qıvrım rusca #qıvrım inglisça #qıvrım fransızca #qıvrım sözünün istifadəsi #sözlük