Qıvraq sözü azərbaycan dilində

Qıvraq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qıvraq • 71.3178%
  • qıvraq • 27.3902%
  • QIVRAQ • 1.2920%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qıvraq
Qıvraq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada "Qıvraq" adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar. Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca "Auraq" adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdi. Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə "Auraq" adını vermiş, zamanla bu söz dilimizdə "Qıvraq" formasına düşmüşdür. Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı.
Qıvraq (Sisyan)
Qıvraq, Kırqax — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 21 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşir. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1590-cı ildən mə'lumdur XIX əsrin 30-cu illərində kollektivləşmə ilə əlaqədar olaraq ləğv edilmiş, əhalisi qonşu Sofulu kəndinə köçürülmüşdür. Kəngərlərin Sofulu tayfasının Naxçıvandan özləri ilə gətirdikləri addır. Naxçıvanda Qıvraq toponiminin özü isə qədim türk dillərində qiy "kənd" və örək "qala", "möhkəmləndirilmiş yer" sözlərindən ibarət adın təhrifidir. Kəndin ilk adı Kırqax olmuşdur. Fikrimizcə "Qıvraq", "Qırxaq" oykoniminin dəyişdirilmiş formasıdır. Kəndin ilkin adına istinad edib deyə bilərik ki, toponim türk dilində "çöl", "dağ, dağ başı" mənasında işlənən kır sözü ilə teleut, Altay, qırğız, qaraqırğız dillərində "bərk", "möhkəm" mənasında işlənən "qax" sözünün birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir.
Qıvraq (dəqiqləşdirmə)
Qıvraq — Naxçıvanın Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. Qıvraq (Sisyan) — Sisyanda kənd.
Qıvraq bələdiyyəsi
Naxçıvan bələdiyyələri — Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qıvraq nekropolu
Qıvraq nekropolu — Kəngərli rayonunda, Qıvraq qəsəbəsindən cənubda, Qıvraq yaylasından Asnı çayına enən düzənlik ərazidə Tunc dövrünə aid arxeoloji abidə. Sah. 2 ha-dır. Burada diametri 3-5 m-ə çatan yonulmamış iri daşlardan qurulmuş kromlexlərə təsadüf olunmuşdur. Qəbiristanda üzərində müxtəlif məişət əşyaları və heyvan təsvirləri həkk edilmiş qoç və sənduqə formalı qəbir daşları vardır. Təsərrüfat işləri zamanı bir neçə daş qutu tipli qəbir abidəsi dağıdılmışdır. Əldə olunmuş materiallar (əsasən, monoxrom boyalı küpə və kasa tipli qablar) Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir.
Qıvraq qəsəbəsi
Qıvraq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi. Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada "Qıvraq" adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar. Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca "Auraq" adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdi. Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə "Auraq" adını vermiş, zamanla bu söz dilimizdə "Qıvraq" formasına düşmüşdür. Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı.
Qıvraq rayonu
Qıvraq rayonu — Azərbaycan Sovet Sosialist Respublikası Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında 1921–1933-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qıvraq kəndi olmuşdur. Qıvraq rayonuna 19 kənd daxil idi 1933-cü ildə isə Azərbaycanda yeni rayonlaşma aparıldı. Həmin vaxt Qıvraq kəndi yeni yaradılan və mərkəzi Naxçıvan şəhəri olan Naxçıvan rayonuna daxil edildi.
Qıvraq tirəsi
Qıvraq tirəsi – Kəngərli rayonu ərazisində alçaqdağlıq tirə. Dərələyəz silsiləsindən cənub-qərb istiqamətində ayrılan qoldur. Uzunluğu 6 km. Tirənin suayırıcısında Üst Miosenin çökmə süxurlarından təşkil olunmuş, hündürlüyü 1104, 1023, 1058, 1066 m olan günbəzvari yüksəkliklər var. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin mərkəzi hissəsində, Qabıllı sinklinalının şimal-şərq qanadında yerləşir.
Qıvraq su anbarı
Qıvraq su anbarı — Kəngərli rayonu ərazisində Qıvraq qəsəbəsinin şimal-şərqində çay yatağından kənar yaradılmış su anbarı. 921 metr hündürlükdədir. Arpaçaydan çəkilmiş Yuxarı Sovxoz kanalı, bulaqları və müvəqqəti axarlı çayların suyu ilə qidalanır. Fəsli tənzimləməyə malikdir. Suvarmada istifadə edilir.

qıvraq sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Sağlam, möhkəm, gümrah, səhhətcə yaxşı. Qıvraq bədən. Xəstə bu gün bir az qıvraqdır. – Səksən yaşındadır, hamıdan qıvraq. Q.Zakir. Həkim yaşlı, lakin qıvraq bir adamdı. Ə.Əbülhəsən. // Çevik, cəld, diribaş, zirək, yüngül. [Qəhrəman yüzbaşı:] Ədə, cəld tərpəşin!… Əziz, atı döy, sənin atın qıvraqdır… C.Məmmədquluzadə. Adamlar aralanıb Tükəzbana yol verdilər. Tükəzban qıvraq (z.) atdan düşüb, şuraya daxil oldu. B.Talıblı. 2. Yüngül, kip, bədənə yapışan, hərəkətə mane olmayan (paltar, ayaqqabı və s. haqqında). Qıvraq paltar. Ovçular qıvraq (z.) geyinib yola düşdülər. – …Qaçaqlar gəlirlər, amma qabaqlarınca bir ucaboylu, qıvraq (z.) geyinmiş yaraqlı, əsbablı oğlan gəlir ki, çox heybətlidir. M.F.Axundzadə. [Zaman] əlindəki dəsmalında sovqatı, ayağında qıvraq çarığı şəhərin yavıqlığındakı kəndə nişanlıbazlığa gedirdi. Çəmənzəminli.

    Azərbaycan dilinin izahlı lüğəti / qıvraq

qıvraq sözünün etimologiyası

  • 1 Dilimizdə “yığcam”, “çevik” mənalarında işlədilən qıvraq sözü, ehtimal ki, qıvrılmaq feili ilə bağlıdır, etimonu qıv hissəsidir. Qıvrım, qıvırcıq da buradandır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qıvraq

qıvraq sözünün sinonimləri (yaxın mənalı sözlər)

qıvraq sözünün antonimləri (əks mənalı sözlər)

qıvraq sözünün rus dilinə tərcüməsi

  • 1 1. ловкий, живой, бойкий, подвижный; 2. бодрый, здоровый;

    Azərbaycanca-rusca lüğət / qıvraq
  • 2 прил. 1. ловкий, бойкий. Qıvraq atlı бойкий наездник, qıvraq uşaq бойкий ребёнок 2. живой, подвижный, проворный, непоседливый. Qıvraq qoca живой старик, qıvraq kişi подвижный мужчина 3. бодрый, здоровый. Özünü qıvraq hiss etmək чувствовать себя бодрым 4. подтянутый; собранный. Qıvraq görkəm подтянутый вид

    Azərbaycanca-rusca lüğət / qıvraq

qıvraq sözünün inglis dilinə tərcüməsi

qıvraq sözünün fransız dilinə tərcüməsi

qıvraq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. къеврагь, гумрагь, сагълам, мягькем (мес. беден); цицӀи, зиринг (мес. балкӀан); 2. кьезил, беден кьадай, бедендал ацукьдай (пек, кӀвачинкъапар ва мс.).

    Azərbaycanca-ləzgicə lüğəti / qıvraq

qıvraq sözünün türk dilinə tərcüməsi

"qıvraq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qıvraq nədir? #qıvraq sözünün mənası #qıvraq nə deməkdir? #qıvraq sözünün izahı #qıvraq sözünün yazılışı #qıvraq necə yazılır? #qıvraq sözünün düzgün yazılışı #qıvraq leksik mənası #qıvraq sözünün sinonimi #qıvraq sözünün yaxın mənalı sözlər #qıvraq sözünün əks mənası #qıvraq sözünün etimologiyası #qıvraq sözünün orfoqrafiyası #qıvraq rusca #qıvraq inglisça #qıvraq fransızca #qıvraq sözünün istifadəsi #sözlük