qovmaq sözü azərbaycan dilində

qovmaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qovmaq • 97.6959%
  • Qovmaq • 2.0737%
  • QOVMAQ • 0.2304%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

qovmaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Çıxıb getməyə, rədd olmağa məcbur etmək; çıxıb getməsini, rədd olmasını qaba surətdə əmr etmək. Yazıq Hacı Mirzə Həsən ağa, niyə səni qatır üstə mindirib Təbrizdən çıxardıb qovdular? C.Məmmədquluzadə. Kişi məni evdən qovsa, bir gün də dolanmağa taqətim yoxdur. N.Vəzirov. // dan. Çıxarmaq, xaric etmək. İşdən qovmaq. İnstitutdan qovmaq. 2. Bir şeylə, yaxud əl ilə uzaqlaşdırmaq, rədd etmək, çıxarmaq; çıxmağa, dağılışıb getməyə məcbur etmək. Milçəkləri qovmaq. İtləri qovmaq. – Zeynəb gah çiçək yığırdı və gah da qışqıra-qışqıra pərvanələri qovurdu. S.S.Axundov. Əlimdəki dəyənəyimlə iti vura-vura qovdum. A.Şaiq. 3. məc. Qəbul etməmək, geri qaytarmaq, rədd etmək. Gələn qonağı qovmazlar. 4. məc. Fikrindən, xəyalından çıxarmaq, uzaqlaşdırmaq. Pis fikirləri qov getsin. 5. Birinin arxasınca qaçmaq, izləmək, qaçıb getməyə məcbur etmək. Ovu qovmaq. Dovşanı qovmaq. Oğrunu evinəcən qovarlar. – Qəmər arvad kişilərlə bərabər səngərə girib, quldurları gülləyə basmış, əri ilə bir yerdə atları Araza qədər qovmuşdu. Ə.Vəliyev. 6. Vurmaqla, ya səs çıxarmaqla heyvanı iti getməyə məcbur etmək. Atı dördayaq qovmaq. 7. Öz yerindən hərəkət etməyə, bir tərəfə getməyə, qaçmağa məcbur etmək. Qazları həyətə qovmaq. – Günəş yaxın dağlar ucundan doğar; Dumanları dağlara doğru qovar. A.Şaiq. Arvad-uşaq ağacların dibini və çuxurları doldurmuş payız küləyinin o tərəfbu tərəfə qovduğu xəzəli çuvallara yığırdı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / qovmaq

qovmaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 3 çıxarmaq — uzaqlaşdırmaq

    Azərbaycan dilinin sinonimlər lüğəti / qovmaq
  • 4 QOVMAQ (müxtəlif mənalarda) Firuz bir neçə dəfə Həsəngilə gələrək Zəhranı savadlandırmaq istəmişdi. Həsən isə ona mane olmuş, qapısından qovmuşdu (M.İbrahimov); BAYIRA ATMAQ (fr.v.) O katibi birdəfəlik bayıra atmaq lazımdır (S.Rəhimov); ÇIXARMAQ Sabah işdən çıxararlar, qalaram başıma döyə-döyə (H.Nəzərli); XARİC ETMƏK (məktəbdən və s. çıxarıb qovmaq) ..Əmiraslanı məktəbdən xaric etdilər (S.S.Axundov); QOVALAMAQ Tazılar dovşanları qovalayır.. (M.Rzaquluzadə); RƏDD ETMƏK (işdən qovmaq) [Qaraqaşlı:] İkisini də bir yerdə rədd etmək lazımdır (Ə.Kərim); UZAQLAŞDIRMAQ Rəhim bəy .. al bu on manatı da qəndə, çaya ver, bu donuzu mənim qapımdan uzaqlaşdır (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / qovmaq

qovmaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. гнать, прогнать, выгнать, отгонять, изгнать; 2. скакать, пуститься вскачь; 3. гнаться (за кем-нибудь);

    Azərbaycanca-rusca lüğət / qovmaq
  • 2 глаг. kimi, nəyi гнать: 1. погонять, погнать (заставить ускорить ход, бег, движение). Atları qovmaq гнать лошадей, maşını qovmaq гнать машину 2. выгонять, выгнать, прогонять, прогнать. İnstitutdan qovmaq выгнать из института, evdən qovmaq гнать из дому ◊ iti qovan kimi qovmaq kimi выгнать как собаку кого

    Azərbaycanca-rusca lüğət / qovmaq

qovmaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to drive* out (d.), to turn out (d.); evdən ~ to turn (d.) out of the house; bir kəsi işdən ~ to give* smb. the sack, to sack smb., to fire smb.; məktəbdən ~ to expel from school (d.); 2. to banish (d.); ölkədən ~ to banish from the country; dərdi / qəmi ~ to drive* away boredom; Onu qovun! Turn him / her out!

    Azərbaycanca-ingiliscə lüğət / qovmaq

qovmaq sözünün fransız dilinə tərcüməsi

qovmaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. чукурун; акъудун (мес. кӀваляй, кӀвалахдилай); toyuqları qovmaq верчер чукурун; 2. пер. кьабул тавун, кьулухъ элкъуьрун (мес. атай мугьман); 3. пер. фикирдай (хиялдай) акъудун, яргъазун, квадарун (мес. са пис фикир); 4. гуьгъуьна гьатун, гуьгъуьниз катун (зверун, чукун), галтугун (мес. къуьрехъ, вечрехъ); 5. гьалун, чукурун; atı dördayaq qovmaq балкӀан кьудал гьалун.

    Azərbaycanca-ləzgicə lüğəti / qovmaq

qovmaq sözünün türk dilinə tərcüməsi

"qovmaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qovmaq nədir? #qovmaq sözünün mənası #qovmaq nə deməkdir? #qovmaq sözünün izahı #qovmaq sözünün yazılışı #qovmaq necə yazılır? #qovmaq sözünün düzgün yazılışı #qovmaq leksik mənası #qovmaq sözünün sinonimi #qovmaq sözünün yaxın mənalı sözlər #qovmaq sözünün əks mənası #qovmaq sözünün etimologiyası #qovmaq sözünün orfoqrafiyası #qovmaq rusca #qovmaq inglisça #qovmaq fransızca #qovmaq sözünün istifadəsi #sözlük