* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | ••• | 1.18 |
2005 | •••••• | 2.70 |
2006 | • | 0.23 |
2007 | •• | 0.63 |
2008 | • | 0.24 |
2009 | •••••••• | 4.00 |
2010 | •••••••••••••••••••• | 10.44 |
2011 | •••••• | 3.00 |
2012 | ••••• | 2.15 |
2013 | ••••••••••• | 5.25 |
2014 | •••••• | 2.75 |
2015 | ••• | 1.53 |
2016 | ••• | 1.21 |
2017 | •••• | 1.95 |
2018 | ••• | 1.50 |
2019 | •••• | 1.67 |
2020 | ••••• | 2.39 |
1 f. 1. Əlavə etmək, qoymaq, birləşdirmək, qoşmaq, içərisinə daxil etmək. Qoyunu sürüyə qatmaq. – Hər birinə ağır taylar çatdılar; Bizləyə-bizləyə köçə qatdılar. Q.Zakir. Gözəldir günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq. M.Müşfiq. Göz tək bulaqlardan buz tək suları; Axıdıb çaylara qatar, o dağlar. H.K.Sanılı. □ Qabağına qatmaq – bax qabaq2. 2. Qarışdırmaq. Sirkəyə su qatmaq. Südə su qatmaq. – Aşiqin cigər qanından şərbəti var, ey həkim; Qatma anın şəkkərinə qəndlə innablar. Nəsimi. Su, şaraq-şaraq axaraq, daşla qumu bir-birinə qatıb gəlirdi. M.İbrahimov. □ Qatıb qarışdırmaq – qarmaqarışıq etmək, bir-birinə qarışdırmaq, dolaşdırmaq. [Rəcəb:] O zaman balası da mənim atmaca sözlərimi özgə cürə yozub, qatıb qarışdırıb… N.Vəzirov. 3. dan. Salmaq, soxmaq. Yekə kişi, xalqın eşşəyini oğurlayıb gətirmisən, qatmısan mənim karvansarama. C.Məmmədquluzadə. 4. Bəzi isimlərin qabağına gətirilərək, mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: pər qatmaq, şuluq qatmaq, əl qatmaq.
Azərbaycan dilinin izahlı lüğəti1 qarışdırmaq
Azərbaycan dilinin sinonimlər lüğəti2 soxmaq
Azərbaycan dilinin sinonimlər lüğəti3 birləşdirmək — qoşmaq
Azərbaycan dilinin sinonimlər lüğəti4 1. QATMAQ, BİRLƏŞDİRMƏK, QOŞMAQ 2. QATMAQ, QARIŞDIRMAQ
Azərbaycan dilinin sinonimlər lüğəti1 QATMAQ – AYIRMAQ Gözəldir, günəşi, ayı səsləyib; Onları da bizim dəstəyə qatmaq (M.Müşfiq); Ayırdı məndən o məhruyi biməqam fələk (S.Ə.Şirvani).
Azərbaycan dilinin antonimlər lüğəti1 1. смешивать, примешивать, вмешивать; 2. приобщать, присоединять, добавлять;
Azərbaycanca-rusca lüğət2 глаг. вмешивать, вмешать: 1. примешивать, примешать, добавлять, добавить; прибавлять, прибавить 2. впутывать, впутать, вовлекать, вовлечь ◊ qabağına qatmaq погонять, заставить идти; əl qatmaq nəyə вмешиваться во что-л., pəl qatmaq вставлять палки в колеса к ому-л.; şuluq qatmaq: 1. шалить; 2. вносить беспорядок; ara qatmaq сеять вражду (смуту); araya söz qatmaq изменить тему разговора
Azərbaycanca-rusca lüğət1 f. 1) mêler vt, ajouter vt, additionner ; 2) entraîner dans qch, ara ~ vouloir du mal à qn ; söz ~ changer le sujet de convertation
Azərbaycanca-fransızca lüğət1 гл. 1. ягъун; кутун, акадарун, алава авун; inəyi naxıra qatmaq ккал нехирдиз ягъун; qatığa su qatmaq къатухдиз яд ягъун; // qabağına qatmaq кил. qabaq²; 2. рах. кутун, вегьин, ягъун (мес. гьайван цуриз).
Azərbaycanca-ləzgicə lüğəti