* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bişirilən, ya sərilən südün, yaxud qatığın üzünə yığılan qatılaşmış yağ maddəsi. Camış (qoyun inək) qaymağı. – Suvarmasam yanar otlar, çiçəklər; Ac qalanda süd verməsə inəklər; Nədən olar şor, pendir, yağ, qaymaqlar? A.Səhhət. □ Qaymaq bağlamaq – bax qaymaqlanmaq. Qaymaq kimi məc. – 1) çox ləzzətli, dadlı; 2) son dərəcə ağ və yumşaq şey haqqında. Qaymaq yağı – qaymaqdan alınan yağ, ən əla kərə yağı. Avropa şəhərlərinin ətrafında yağ çalxalayanlar kərə yağı bir neçə qisim edib, onun əlasını yemək üçün satırlar və belə əla yağa qaymaq yağı deyirlər. “Əkinçi”. 2. məc. Hər şeyin ən yaxşı, ən seçilmiş hissəsi. Cəmiyyətin qaymağı. 3. məc. Ləzzət mənasında. [Musa:] Çəkil gözlərimin səkisindən, mən təzə eşqin qaymağını yeməyə gedirəm. S.Rəhman.
Azərbaycan dilinin izahlı lüğəti / qaymaq1 Bişmiş südün, eləcə də qatığın üzündəki yağ pərdəsinə qaymaq deyirik. Bişməmiş südün üzünə çiyə (tatar dilində: çiyəmal), xama (tatarlarda: xammal) deyirik. Çiyə -çiy, xama –xam sözü ilə bağlıdır. Sözün mənbələrdə qanaq, qıyaq, qayaq formaları da mövcuddur. Bu söz rus dilində də işlədilir və belə izah olunur: “сливки, снятые с топленого молока”. Deməli, qaynamaq (bişmək, isti), qayğanaq tipli sözlərlə qohumdur. Radlov qaymaq sözünü rusca belə şərh edib: “густая вареная сметана”. Buradakı вареная sözü diqqəti cəlb edir: qaymaq hökmən südün bişməsi ilə bağlı yaranmış kəlmədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / qaymaq1 QAYMAQ I is. Südün üzü. Əşrəfgil təzə camış qaymağından bir-iki qaşıq götürdülər (İ.Şıxlı). QAYMAQ II is. bot. Çiçəyin bir növü. Sarı qaymaq çiçəkləri, qrammofon gülləri yaşıllığı daha da gözəlləşdirirdi (İ.Şıxlı).
Azərbaycan dilinin omonimlər lüğəti / qaymaq2 I сущ. 1. разг. сметана 2. сливки: 1) верхний, густой и жирный отстой молока 2) перен. лучшая часть кого; чего-л. Cəmiyyətin qaymağı сливки общества 3. пенка (пленка, образующаяся на поверхности остывшего молока, сливок) II прил. 1. сметанный 2. сливочный. Qaymaq yağı сливочное масло ◊ qaymaq kimi: 1. очень вкусный и сладкий; 2. белоснежный; qaymağını almaq (götürmək) снимать, снять сливки, взять лучшую часть чего-л.
Azərbaycanca-rusca lüğət / qaymaq1 i. cream; südün qaymağını almaq to cream (d.), to skin the cream from the milk, to take* the cream off milk ◊ cəmiyyətin qaymağı the cream of society
Azərbaycanca-ingiliscə lüğət / qaymaq1 сущ. 1. къаймах; ччар; inək qaymağı ккалин къаймах; qaymaq bağlamaq кил. qaymaqlanmaq; qaymaq kimi пер. къаймах хьтин а) гзаф дадлу, лезетлу; б) акьалтӀай лацу ва хъуьтуьл затӀунин гьакъинда; 2. пер. гьар са затӀунин лап хъсан, хкягъай пай; 3. пер. лезет манада.
Azərbaycanca-ləzgicə lüğəti / qaymaq