saymaq sözü azərbaycan dilində

saymaq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • saymaq • 98.9712%
  • Saymaq • 0.8230%
  • SAYMAQ • 0.2058%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.

saymaq sözünün leksik mənası və izahı

  • 1 f. 1. Rəqəmləri sıra ilə demək, sadalamaq, sanamaq. Yüzə qədər saymaq. – Salman ona qədər saydı. S.Rəhimov. [Yusif Hümmətə:] Barmağınla sayırsan ki, filanıfilanı doldurmuşuq, yaxşı eləmisiniz. B.Bayramov. // Miqdarını bilmək üçün hesablamaq. Günləri saymaq. – Koroğlu da başladı pulu saymağa. “Koroğlu”. …Bir qoca rus arvadı pullarını sayırdı. Ə.Haqverdiyev. [Şahin Firəngizə:] Onu demək istəyirəm ki, çox oxumuşam, hamısını bəlkə də saya bilmərəm. B.Bayramov. 2. Bir-bir adlarını çəkmək, eyni cinsdən olan şeyləri adbaad sıra ilə demək; sadalamaq. Kitabları saymaq. Uşaqları saymaq. – Sinədə yarələrim saydı, dedi, min cərrah; Səhv edib, hələ bu mindən birinin sayı deyil. S.Ə.Şirvani. …Saydığımız ağalar ən hörmətli üləma və sadat zümrəsindəndirlər. C.Məmmədquluzadə. 3. məc. Ehtiram etmək, hörmətini saxlamaq, hörmət etmək; hesablaşmaq. Sayanın quluyam, saymayanın ağası. (Ata. sözü). Əsgər indi səni sayacaq. Ə.Əbülhəsən. Quliyev bu adamların onu bir o qədər də saymadıqlarını başa düşürdü. Ə.Sadıq. 4. Ehtiyat etmək, çəkinmək. [Nəbi:] Qubernat, naçalnik gəlsə, saymaram; Düşmənin qanından içsəm, doymaram. “Qaçaq Nəbi”. 5. məc. Bilmək, hesab etmək. [Hacı Qara:] Mənim sözlərimi zarafat sayırsınız? M.F.Axundzadə. Özünü yenidən dünyaya gəlmiş sayırdı. Mir Cəlal. Samirə mənim bu arzumu adi zarafatlarımdan biri sayırdı. M.Hüseyn. ◊ Saymaqla bitməz (qurtarmaz) – həddindən çoxdur, sayı-hesabı yoxdur. Saymaq ilə bitən deyil göstərdiyin hünərlər; Bülbül deyir bağçalarda dastanını hər səhər. S.Vurğun.

    Azərbaycan dilinin izahlı lüğəti / saymaq

saymaq sözünün etimologiyası

  • 1 Sözün ilkin kökü sa feilidir. Ruscaya считать kimi tərcümə edilib (indiki sınmaq feilinin də qədim kökü sı sözü olub), onun üzərinə -n şəkilçisi artırmaqla sanmaq (qayıdış növ), -a şəkilçisi artırmaqla sanamaq sözləri əmələ gəlib. Qədim mənbələrdə saymaq forması qeydə alınmayıb. Görünür, say forması xeyli ca­vandır. “Число” mənasında da say yox, san kəlməsi işlədilib. Ehtimal ki, burada n-y əvəzlənməsi baş verib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / saymaq

saymaq sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 hesablaşmaq — üzülüşmək

    Azərbaycan dilinin sinonimlər lüğəti / saymaq
  • 4 1. SAYMAQ (sayıb miqdarını müəyyən etmək) Həmid.. Bakıya qayıtmaq üçün günlərini sayırdı (H.Abbaszadə); HESABLAMAQ (məc.) Mirhadi ha götür-qoy elədi, hesabladı ciblərində yetmiş manatdan artıq olmadı (H.Abbaszadə); SADALAMAQ [Xanpərvər bəyim:] Ay kişi, borcdan gələsi nə var ki, onun ucundan tutub bir belə sadalayırsan? (N.Vəzirov); SANMAQ Yasəmən: ..günlərimi sanmışam ki, yay fəsli haçan gələcəkdir.. (S.S.Axundov). 2. SAYMAQ [Göyərçin:] Əgər son bu işləri aça bilsən, əlbəttə səni sayar və irəliyə çəkib böyük qulluq sahibi edərlər (S.Rəhimov); VECİNƏ ALMAQ (çox vaxt inkar kimi işlənir) Bizim Həzi də belə şeyi vecinə alan deyil (S.Rəhimov); ƏDD ETMƏK Hətta Fərhad oxumuş olduğu üçün onu özündən daha mərhəmətli, insaniyyətpərvər və safdil ədd edirdi (C.Cabbarlı); HÖRMƏTİNİ GƏTİRMƏK.

    Azərbaycan dilinin sinonimlər lüğəti / saymaq

saymaq sözünün omonimləri (çox mənalı sözlər)

saymaq sözünün rus dilinə tərcüməsi

  • 1 1. считать, насчитывать, исчислять; 2. уважать, почитать, считаться (с кем или с чем), признавать (кого);

    Azərbaycanca-rusca lüğət / saymaq
  • 2 глаг. 1. считать: 1) сосчитать (назвать числа в последовательном порядке). Onadək saymaq считать до десяти, ürəyində saymaq считать про себя 2) только несов. знать названия и очередность следования чисел в каких-л. пределах. Uşaq yüzədək saya bilir ребёнок может считать до ста 3) сосчитать, посчитать (определить количество кого-л., чего-л., сумму чего-л.). Nəbzini saymaq считать пульс, pulları saymaq считать деньги, uşaqları saymaq считать детей 4) счесть (расценивать каким-л. образом, воспринимать как-л., принимать за кого-л., что-л.). Yaxşı adam saymaq считать хорошим человеком, özünə bacı saymaq считать себе (своей) сестрой, özünə dost saymaq считать своим другом, özünə müəllim saymaq считать своим учителем, əla mütəxəssis saymaq считать прекрасным (отличным) специалистом, dəli saymaq считать сумасшедшим, özünə borc saymaq считать своим долгом, vacib saymaq считать важным, zarafat saymaq принимать (считать) за шутку, cəfəngiyat saymaq считать за вздор, şərəf saymaq считать за честь 5) посчитать (принимать в расчет при исчислении, определении количества, величины кого-л., чего-л.). Əlavə xarcləri də saysaq если посчитать и дополнительные расходы, pul mükafatını da saysaq если посчитать и премиальные 6) принимать в расчёт, во внимание. Qardaşını saymasaq, biz hamımız burada səndən böyüyük если не считать твоего брата, мы все здесь старше тебя 7) принимать за начало отсчета в исчислениях, определениях. Alındığı günü saymasaq не считая дня приобретения, payızdan saysaq, o hadisədən artıq iki il keçib с этого события, считая с осени, прошло уже два года 2. подсчитывать, подсчитать (считая, подводить, подвести итог). Gəliri saymaq (hesablamaq) подсчитать прибыль, qalığı saymaq подсчитать остаток 3. считаться с кем-л. (относиться с вниманием, уважением к кому-л.). Heç kəs onu saymırdı никто с ним не считался, artıq onu sayırlar с ним уже считаются ◊ günləri (saatları, dəqiqələri) saymaq считать дни (часы, минуты); barmaqla saymaq olar по пальцам можно сосчитать (пересчитать); saymaqla qurtarmaz не счесть, не сочтёшь кого-л., чего-л., yerində saymaq топтаться на месте; cücəni payızda sayarlar цыплят по осени считают; sən saydığını say, gör fələk nə sayır мы предполагаем, а Бог располагает

    Azərbaycanca-rusca lüğət / saymaq

saymaq sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. to count (d.), to number (d.), to numerate (d.), to compute (d.); 2. to consider (d.), to think* (d.); Mən onu mehriban adam sayıram I consider / think him a kind man*; 3. (hörmət etmək) to respect (d.), to esteem (d.), to have* respect (for), to hold* in respect (in)

    Azərbaycanca-ingiliscə lüğət / saymaq

saymaq sözünün fransız dilinə tərcüməsi

saymaq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. гьисабун; yüzə qədər saymaq вишел кьван гьисабун; // кьадар чирун; qoyunları saymaq хпер гьисабун; // гьисаб кьун; pulu saymaq пул гьисабун; 2. пер. гьуьрмет авун, гьуьрмет хуьн, гьисаба кьун, кваз кьун, агъмишун; 3. игьтият авун, чугварвалун, къакъасун; 4. пер. гьисабун, (яз, хьиз, -дай) кьун, чир хьун; ** saymaqla bitməz (qurtarmaz) гьисабуналди (гьисабна) куьтягьиз жедач, акьалтӀай гзаф я (ава), кьадар-гьисаб авач.

    Azərbaycanca-ləzgicə lüğəti / saymaq

saymaq sözünün türk dilinə tərcüməsi

"saymaq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#saymaq nədir? #saymaq sözünün mənası #saymaq nə deməkdir? #saymaq sözünün izahı #saymaq sözünün yazılışı #saymaq necə yazılır? #saymaq sözünün düzgün yazılışı #saymaq leksik mənası #saymaq sözünün sinonimi #saymaq sözünün yaxın mənalı sözlər #saymaq sözünün əks mənası #saymaq sözünün etimologiyası #saymaq sözünün orfoqrafiyası #saymaq rusca #saymaq inglisça #saymaq fransızca #saymaq sözünün istifadəsi #sözlük