* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Bir şeylə yastıladaraq nazik qat halına salmaq, uzatmaq, açmaq, böyütmək. Qadınlardan birisi yuxa yayır, o birisi də çevirirdi. Ə.Vəliyev. 2. Ətrafa səpələmək, dağıtmaq, tək-tək, sərbəst otlamağa buraxmaq. Sürünü otlağa yaymaq. – [Kərim baba:] Qışlaqda idik, payızın aydınlıq gecəsi idi. Qoyunları yayıb bir daş üstündə uzanmışdım. A.Şaiq. 3. Hamıya bildirmək, hamının bilməsinə səbəb (vasitə) olmaq. Söz yaymaq. Şayiə yaymaq. Xəbər yaymaq. – [Zeynal:] [İncə] onabuna xəbər yayıb. C.Cabbarlı. [Ağarza:] Pis olmaz ki, şikayətlərinizi üzümüzə deyəsiniz. Biz də nöqsanımızı bilək, … nəinki dalda danışmaq, söz yaymaq, filan. Mir Cəlal. □ Xalqa (camaata) yaymaq – hamıya bildirmək, hamıya tanıtmaq, hamıya xəbər vermək. Molla Cümə sənin vəsfin deyibdi; Götürübən əziz xalqa yayıbdı. Molla Cümə. 4. Təbliğat məqsədi ilə paylamaq, intişar etmək, dağıtmaq. Vərəqləri yaymaq isə Tütünçüoğluna və Həsənağaya tapşırıldı. M.S.Ordubadi. …Firidungil ikinci kitabdan yüzünü darülfünun tələbələri, məktəblilər, müəllimlər arasında yaymış, üç yüzünü fəhlələrə və əsnafa çatdırmışdılar. M.İbrahimov. 5. Başqalarına öyrətmək məqsədi ilə intişar etdirmək. Qabaqcılların təcrübəsini geniş yaymaq. 6. Öz təsirini (səsini, iyini və s.) ətrafda hiss etdirmək (eşitdirmək), ətrafa saçmaq, ətrafı doldurmaq. Çiçəklər ətrini ətrafa yayırdı. – Küləklər yayırdı geniş düzlərə; Muğan qızlarının şərqilərini. S.Vurğun. Yavaş-yavaş çıxmaqda olan Ay öz … işığını ətrafa yayırdı. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / yaymaq1 YAYMAQ – BÜKMƏK Qadınlardan birisi yuxa yayır, o birisi də çevirirdi (Ə.Vəliyev); Hədiyyə bir parça çörək götürüb qəzetə bükdü (Mir Cəlal).
Azərbaycan dilinin antonimlər lüğəti / yaymaq1 1. распространять; 2. расширять, рассеивать, расстилать; 3. катать, раскатывать (тесто);
Azərbaycanca-rusca lüğət / yaymaq2 глаг. nəyi 1. распространять: 1) раздавать, реализовать. Lotereya biletlərini yaymaq распространять лотерейные билеты, siyası ədəbiyyatı yaymaq распространять политическую литературу 2) передавать, переносить. Xəstəlik yaymaq распространять болезнь, qrip yaymaq распространять грипп 3) делать известным, доступным многим; разглашать. Geniş yaymaq широко распространять, bütün dünyaya yaymaq распространять по всему свету, təcrübəni yaymaq распространять опыт, bilikləri yaymaq распространять знания, səs (şayiə) yaymaq распространять слух, sirri yaymaq разглашать тайну, yeni ənənələr yaymaq распространять новые традиции, mədəniyyat yaymaq распространять культуру, kimin, nəyin şöhrətini yaymaq распространять славу о ком, о чём 4) испускать (запах, аромат). Qoxu yaymaq распространять запах 5) внушать какое-л. чувство, настроение многим. Qorxu yaymaq сеять страх, sevinc yaymaq распространять радость, həyəcan yaymaq распространять тревогу 2. рассеивать, рассеять. Buludları yaymaq (dağıtmaq) рассеивать тучи, şüaları yaymaq рассеивать лучи, şölə yaymaq рассеивать свет 3. раскатывать, раскатать (сделать плоским, тонким). Xəmiri yaymaq раскатывать тесто 4. развёртывать, развернуть. Rotanı yaymaq воен. развернуть роту 5. тех. прокатывать, подвергать прокатке 6. вальцевать (прокатывать, пропускать между вальцами); nəyi aləmə yaymaq кричать на всех перекрёстках, звонить (трезвонить) во все колокола о чём
Azərbaycanca-rusca lüğət / yaymaq1 f. 1. to spread* (d.), to diffuse (d.), to disseminate (d.); bilik ~ to spread* / to diffuse / to disseminate knowledge; işıq ~ to diffuse light; məlumat ~ to spread* information; şayiə ~ to spread* rumours; nüvə silahı ~ to disseminate nuclear weapons; Milçəklər xəstəlik yayırlar Flies spread disease; 2. (üsulu, təcrübəni və s.) to popularize (d.); elmi ~ to popularize science; 3. (kitab, kağız və s.) to distribute (d.); kitab ~ to distribute books
Azərbaycanca-ingiliscə lüğət / yaymaq1 f. diffuser vt, répandre vt, propager vt ; disséminer vt ; şayiə ~ faire courir les bruit ; populariser vt ; distribuer vt
Azərbaycanca-fransızca lüğət / yaymaq1 гл. 1. акьалун, акъалун, ахъаюн (кӀарцӀив ва мс. ттини); yuxa yaymaq лаваш акьалун; 2. чукӀурун, ттун (мес. хабар, са эсер); акъудун (мес. гаф, чав); 3. чукӀурун, паюн (мес. агитация тухун патал ччарар).
Azərbaycanca-ləzgicə lüğəti / yaymaq