yayma sözü azərbaycan dilində

yayma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • yayma • 98.0040%
  • Yayma • 1.9960%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yayma
Yayma (texnika) — mexaniki emal üsuludur. Yayma (qida) — çörək növü.
Yayma (qida)
== Ərzaqlar == Düyü – 67q, Süd – 100q, Ərinmiş yağ – 15q, Şəkər – 15q, Zəfəran – 0,1q, Duz. == Hazırlanma qaydası == Əvvəlcə süd eyni miqdarda su ilə qarışdırılır. Sonra südə düyü tökülüb zəif od üzərində bişirilir. Hazır olana yaxın şəkər və zəfəran şirəsi əlavə edilir. Süfrəyə verildikdə üzərinə yağ əlavə edilir.
Yayma (texnika)
Yayma— metal və onların xəlitələrinin təzyiq altında iki və daha artıq fırlanan vallar arasında sıxaraq formavermə mexaniki emal üsuludur. Vallar əksər hallarda silindrik səthə malik olsalar da, üzərində müəyyən dərinliklər və digər profillərə malik valların tətbiqi də mövcuddur. Emal zamanı metal vallar tərəfindən sıxıldıqda materialda daxili gərginliklər yaranır və o emal zonasında plastiki deformasiyaya uğradılaraq axır. Nəticədə pəstahın en kəsiyi dəyişilir və lazımi formaya salınır. Prosesin gedişində köməkçi alətlərdən (içlik, ştanqa, yönəldici alətlər və s.) də istifadə olunur. == Təsnifatı == Prosesin kinematikasına görə yayma bölünür: uzununa, eninə və çəpinə yayma. Uzununa yaymada pəstah valların oxuna perpendikulyar istiqamətdə yerləşdirilir və emal zamanı fırlanmır. Eninə yaymada isə pəstahın oxu valların oxu ilə üst-üstə düşür və irəliyə hərəkət zamanı pəstah öz oxu ətrafında fırlanır. Pəstah və valların hərəkətləri eyni zamanda baş verdikdə çəpinə yayma alınır. Yaymada tətbiq olunan alətlərin-valların həndəsi formaları bu üsulu daha alt qruplara bölməyə gətirib çıxarır.

yayma sözünün leksik mənası və izahı

  • 1 1. “Yaymaq”dan f.is. 2. is. Acıtmasız xəmirdən bişirilən nazik çörək. [Telli] sobanı qalayıb sac asdı, yayma bişirməyə başladı. S.Hüseyn. □ Südlü yayma məh. – südlə düyüdən bişirilən xörək; südlüsıyıq. [Tubu Gülnisəyə:] Bir az düyü arıtla, atana bir dövrə südlü yayma bişir. Ə.Haqverdiyev. 3. is. tex. Metalı hərlənən vallar arasında saxlamaqla ona istənilən formanın verilməsi. Zavodun yayma sexi.

    Azərbaycan dilinin izahlı lüğəti / yayma

yayma sözünün sinonimləri (yaxın mənalı sözlər)

yayma sözünün rus dilinə tərcüməsi

  • 1 1. распространение, расширение; 2. раскатка (о тесте);

    Azərbaycanca-rusca lüğət / yayma
  • 2 1 сущ. молочная рисовая каша 2 I сущ. от глаг. yaymaq 1. распространение 2. расширение 3. раскатка (о тесте) 4. воен. рассеивание 5. тех. прокатка, прокатывание. Qızmar yayma горячая прокатка 6. раскатывание. Yayma sərhədi граница раскатывания II прил. прокатный. тех. Yayma dəzgahı прокатный стан, yayma avadanlığı прокатное оборудование, yayma valcıqları прокатные валки

    Azərbaycanca-rusca lüğət / yayma

yayma sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. milk porridge; 2. bax yuxa I II. fi. spread, spreading; (bilik, fikir və s.) dissemination; bilik ~ spreading of knowledge; şayiə ~ spreading of rumours; infeksiya ~ spreading of infection; qabaqcıl iş üsulu ~ spreading of progressive method of work; yalan məlumat ~ dissemination of false information

    Azərbaycanca-ingiliscə lüğət / yayma

yayma sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. f.is. кил. yaymaq; 2. сущ. кьелечӀ фу, тӀили фу (гъвар квачир тинидикай чрай); südlü yayma нугъ. некӀедикайни дуьгуьдикай чрай хапӀа, некӀед хапӀа; 3. сущ. тех. ахъаюн, акьалун, гьегун (станокдин элкъвезвай валарин арада хуьналди металлдиз лазим тир форма гун).

    Azərbaycanca-ləzgicə lüğəti / yayma

yayma sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı) yuxa, çörək növü. – Yaymanın boyatı qeyiş kimi olar II (Bərdə, Daşkəsən, Gədəbəy, Göyçay, Xanlar, Mingəçevir, Oğuz, Şəki, Zərdab) südlüsıyıq. – Yaymanın qazmağı olmaz (Bərdə); – Süt də tökür, su da, düyü də, orda pişir, olur yayma (Oğuz); – Savağ ertə bir boşqaf yayma yimişəm, acmamışam hələ (Şəki) III (Füzuli, Xocalı) yeni tənək bitirmək üçün onun budaqlarını kökündən ayırmadan yerə basdırma. – Mə:m özümün tə:ngim azıdı, elə o yaymeynan çoxaldı (Füzuli)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"yayma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yayma nədir? #yayma sözünün mənası #yayma nə deməkdir? #yayma sözünün izahı #yayma sözünün yazılışı #yayma necə yazılır? #yayma sözünün düzgün yazılışı #yayma leksik mənası #yayma sözünün sinonimi #yayma sözünün yaxın mənalı sözlər #yayma sözünün əks mənası #yayma sözünün etimologiyası #yayma sözünün orfoqrafiyası #yayma rusca #yayma inglisça #yayma fransızca #yayma sözünün istifadəsi #sözlük