* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Yaylaq. [Molla Həmid:] Allaha şükür, belə səfalı yerdə, yaylada damaq çağ olmazmı? M.F.Axundzadə. 2. coğr. Dağlıqda olan düzən yerlər. Qarabağ yaylası. – Yaylanın başından hay-küy səsi gəlirdi. Mir Cəlal. Nəhayət, onlar yoxuşun başına çatıb hamar və yüksək bir yaylaya çıxdılar. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / yayla2 yayda sərin və səfalı yerdə istirahət etmək; saf, ürəyitəmiz.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / yayla3 üfqi yatan və ya zəif dislokasiyaya uğramış süxurlardan təşkil olunmuş, hamar səthli geniş yüksəklik. Y.daxilində bəzən relyefdə kəskin seçilən və dik pillələrlə ayrılan nahamar sahələr (dərələr, yüksəkliklər) də olur. Platolardan mütləq yüksakliyinin çox (1000 m və daha çox), dərin kəsilişlərin olması ilə fərqlənir. Mis.:Orta Sibir yaylası. плоскогорье tableland
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / yayla4 yüksəyə qaldırılmış ümumi özül üzərində yerləşən silsilələr, massivlər, platolar, dərələr və çökəkliklərlə xarakterizə olunan yer səthinin geniş sahəsi /mis: Qarabağ, Ermənistan, İran, Şərqi Pamir yaylaları/. нагорье high plateau, highland
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / yayla1 YAYLA I is. coğr. Dəniz səviyyəsindən hündürdə yerləşən sərin yer. YAYLA II f. İstilənmək. – Niyə evə gələn kimi soyunub tökürsən? – Yaylamışam.
Azərbaycan dilinin omonimlər lüğəti / yayla2 сущ. 1. см. yaylaq 2. геогр. плоскогорье (обширная возвышенность – обычно выше 500 м над уровнем моря); плато; yayla çiçəyi бот. мускусная трава
Azərbaycanca-rusca lüğət / yayla