yaylası sözü azərbaycan dilində

yaylası

Yazılış

  • yaylası • 90.9910%
  • Yaylası • 9.0090%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alazeya yaylası
Alazeya yaylası (rus. Алазе́я; saxa Алаһыай) — Rusiyanın Saxa Respublikasında İndigirka, Kolıma, Alazeya, Ojogina çayları arasında yayla. Uzunluğu 300 kilometr, orta hündürlüyü 350 metrdir. Alazeya çayının dalğalı səthində mütləq hündürlük 400–954 metr olan yastı zirvəli tək-tək massivlər və silsilələr var. 450 metr hündürlüyə qədər seyrək qaraşam meşələri, yuxarılar isə sidr koluqları və tundradır. Bataqlıq çoxdur.
Aldan yaylası
Aldan yaylası (rus. Алда́нское наго́рье) — Şərqi Sibirdə, Rusiyanın Saxa Respublikasında yayla. Aldan çayının yuxarı axını (şimalda) ilə Stanovoy suayırıcısı (cənubda) arasındadır. Yüksəkliyi cənubda 1000 metr, şimalda 650–800 metr, bəzən 1,400–2,000 metrə (maksimum 2,306 m) çatır. Qışı uzundur. Yamacları tayqa meşələri ilə örtülüdür. Dəmir, kömür, mika və qızıl yataqları var. == İstinadlar == == Xarici keçidlər == Под общей редакцией акад. В. М. Котлякова. Алданское нагорье // Словарь современных географических названий.
Anadolu yaylası
Anadolu yaylası - Türkiyədə yayla. Kiçik Asiya yaylasının daxili hissəsidir. Şimaldan Pont dağları, cənubdan Tavr dağları ilə əhatə olunmuşdur. Yüksəkliyi 900–1500 m. Ən hündür zirvəsi yatmış Ərciyəs vulkanıdır (3770 m). Yaylanın uzunluğu 700 km (şərqdən qərbə)eni 400 km (şimaldan cənuba). Şimal hissəsindən Qızılirmaq, Sakarya və s. çaylar axır. İqlimi yarı quraq kontinentaldır. İllik yağıntı mərkəzi hissədə 300 mm.
Asxi yaylası
Asxi yaylası (gürc. მასივი ) — Gürcüstan Respublikasının qərbində yerləşən yayla. Asxi yaylasın ölkənin Saqer və Martvil rayonlarının ərazisinə daxildir. Yayla Svaneti bölgəsinə aiddir. Bu yayla Qərbi Gürcüstanın ən yüksək karst prosesi gedən ərazisidir. Ən yüksək zirvəsinin dəniz səviyyəsindən hündürlüyü 2519 metrdir.Yayla xarici forma baxımdan balığı xatırladır. Asxi yaylası Texuri çay dərəsinin qərbindən başlayır və kəskin olaraq şərqə, Kvereşule və Sxenisskali çaylarına doğru istiqamətlənir. Asxi tektogen mənşəli yüksək yayla formalı dağ sistemidir. Yayalanın şimal hissəsi Kvibiya çökəkliyindən (6x12 km) və Maydani yaylasından (4x12 km) ibarətdir. Cənub hissəsində isə daha mürəkkəb sinklinal olan Turçu-Didqami düzənliyindən ibarətdir.
Bloke yaylası
Bloke, bloşka (sloven. Bloška planota, Bloke) — Sloveniyanın cənub-qərbində yerləşən yayla (plato). Yayla boşqab formasında olub ölkənin tarixi Krayna bölgəsindədir. == Ümumi məlumat == Yaylanun uzunluğu 15 km, eni isə 10 km-dir. Yaylanın hündürlüyü 700 metrdən 800 metr arasında dəyişir. Geoloji baxımdan yayla Rakitna tektonik blokundan və iki fərqli dinar sınma zolağından təşkil olunub. Coğrafiyaçı Anton Melikin fikirinə görə Bloke yaylası pliosen dövrünün yenidən aktivləşən bölgəsinin qalığıdır. Əhəng daşı və dolomit mənşəli süxurlardan ibarət olan yayalada səth axınları yetərincə yüksəkdir. Ərazidə rütübətlənmə yüksək olduğundan bataqlıq ərazilərə rast gəlinir. Bol sulu çoxlu su mənbələri mövcuddur (Bloşniça).
Dekan yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Dəkkən yaylası
Dekan yaylası (ing. Deccan Plateau, sanskr. दक्षिण dakşina — «cənub») – Hindistan yarımadasının daxili hissəsində, Narmada (şm.da) və Kaveri (c.da) çayları arasında yayla. Qərbi və Şərqi Qat dağları ilə sərhədlənir. Sahəsi 1 mln. km2 . == Ümumi məlumat == Platovarı relyefi var; Mezozoy və Paleogen, Neogen yaşlı düzəlmə səthləri (1000–1500 m, 600–900 m və 300–500 m yüksəkliklərdə) yayılmışdır. Qalınlığı 100 metrə çatan laterit aşınma qabığı xarakterikdir. Şimal-qərbdə enlik istiqamətində hündürlüyü 1000–1500 m olan strukturdenudasion masa dağları (Satpura, Mahadeo, Acanta, Balaqhat və s.) və günbəzvarı qalıq dağlar uzanır. Dəkkən yaylası tektonik cəhətdən Arxey yaşlı kristallik bünövrəyə malik qədim Hindistan platformasının bir hissəsidir; çökəkliklər Rifey, Fanerozoy çöküntüləri ilə örtülmüşdür.
Erməni yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir:Göyçə, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Ermənistan yaylası
Ermənistan yaylası — Ön Asiyanın şimalında yerləşən yayla. Ön Asiya yaylasına daxil olan üç yayladan: Kiçik Asiya yaylası, Ermənistan yaylası və İran yaylası-dan biridir. == Adı == "Ermənistan dağları" haqqında ilk məlumat qədim yunan müəllifi Ksenofontun b.e.ə V əsrə aid "Anabasis" kitabında verilir. == Yerləşməsi == Ermənistan yaylası üç göl arasında yerləşən ərazini əhadə edir:Göyçə, Van və Urmiya. Yaylanın inzibati cəhətdən ərazisinin böyük qismi Türkiyə və Ermənistanın payına düşür. Üstəlik İranın şimal-qərbində müəyyən ərazini, Gürcüstanın cənubu və Azərbaycanın qərbini əhatə edir. Yaylaya Kiçik Qafqaz, Şərqi Tavr və Kürdüstan silsiləsi daxildir. Yaylanın ümumi sahəsi 400,000 km² təşkil edir. Alp-Himalay qırışıqlığı zonasına daxildir. Dördüncü dövr vulkanik suxurları ilə örtülmüşdür.
Jexe yaylası
Jexe yaylası və ya Lyoss yaylası — Çində yayla. == Ümumi məlumat == Lyoss yaylası lyoss təpələrdən ibarətdir, şərqdə Şimali Çin düzənliyi ilə, qərbdə isə səhralarla əhatə olunur. Yaylanın çox hissəsi qalınlığı 150 futla 600 fut arasında olan qalın lyoss qatı ilə örtülmüşdür. Lyoss, təbəqələşməmiş, bircinsli xırda dənəvər olmaqla, əhəng daşı qalıqları çöküntüsündən ibarət olan açıq-sarı rəngli dağ süxurudur. Şaquli yamacları saxlamağa qadirdir və rütubət qəbul etdikdə çöküntü verir. Su qovşaqlarındakı vadilərdə və yamaclarda torpaq təbəqəsi bir neçə metrdən 100–200 metrə çatır. Ona görə də lyossda münbit torpaq əmələ gəlir. Çində lyoss küləyin Asiya səhralarından gətirdiyi və dağlara, təpələrə yayılan qum qatıdır.Lyoss torpaqlar xüsusən daha çox su eroziyasına məruz qalır. Ölkənin bütün ərazisinin 1/6-i eroziyadan əziyyət çəkir, lakin əsas torpağı lyoss olan Huan Ho çayının orta axınındakı rayonlarda bu proses daha güclüdür. Çin xalqı torpaq eroziyasına qarşı böyük təcrübəyə malikdir.
Karst yaylası
Karst yaylası(rus. карстoвое плато, ing. -karst plateau) -zəif dislokasiyaya uğramış, yaxud üfqi yatan qalın karstlaşan süxurlardan təşkil olunmuş plato tipi. K.y. səth sularının zəif axması ilə əlaqədar qrunt sularının güclü şaquli hərəkət etdiyi zonalarda bol karst formalarının olması ilə səciyyələnir (mis: Yuqoslaviyanın şimal-qərbində Karst yaylası).
Kimberli yaylası
Kimberli yaylası—Avstraliyanın şimal-qərbində yerləşən yayla. Hündür nöqtəsi - Ard dağı (9363963637444427m). == Ümumi məlumat == Kimberli yaylası Avstraliyanın şimalında yerləşir. Bu, qurunun kanyonlarla parçalanmış, şəlalələrlə, yarımsəhra və yağışlı meşələrlə zəngin olan, demək olar ki, düzgün kvadrat formalı ərazidir. Arxeoloji tədqiqatlar sübut edir ki, insanlar burada hələ 18 min il bundan əvvəl yaşamışlar, lakin bu ərazidə əhalinin sıxlığı heç vaxt yüksək olmamışdır. Kimberli yaylasında yerləşən Banql-Banql silsiləsinin ərazisi Purnululu parkı tərəfindən mühafizə olunur. Ölkənin bu ərazisi Avstraliya əhalisinə təxminən XX əsrin 80-ci illərinə qədər demək olar ki, məlum deyildi. Milli park ərazisində turistlərə bir çox marşrutlar təklif olunur. Yumşaq qumdaşından əmələ gəlmiş və hündürlüyü 250 m olan dağları səyahət etmək üçün xüsusi cığırılar və çayların qurumuş dərələrindən istifadə olunur; Pikkaninni kanyonu boyu 2 günlük səyahət dərin, su ilə doldurulmuş quyu və müxtəlif qaya törəmələri boyunca davam edir. Kimberli ərazisinin bir hissəsi 350 mln.
Qarabağ yaylası
Qarabağ vulkanik yaylası (azərb. Qarabağ vulkanik yaylası‎, erm. Ղարաբաղի բարձրավանդակ) — Qarabağ vulkanik yaylası Kiçik Qafqazın şərqində, Zəngəzur silsiləsi ilə Qarabağ silsiləsi arasında yerləşir. Qarabağ vulkanik yaylasından başlayan çaylar əsasən Araz çayı hövzəsinə aid olsa da, iri Tərtərçayı Kür çayı hövzəsinə aiddir. Ermənistan yaylasının tərkib hissəsini təşkil edir. Yayla üzərində çoxlu sayda sönmüş vulkan konusları vardır. Yaylanın ən hündür nöqtəsi Dəlidağ zirvəsidir (3616 m). Əsasən vulkanik dağ süxurlarından təşkil olunmuşdur. Ərazisi palıd meşələri və dağ çölləri ilə örtülür. Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını əhatə edir.
Qviana yaylası
Qviana yaylası (isp. Escudo de Guayana) — uzunluğu təxminən 1 930 km, hündürlüyü 300–1000 m olan və Cənubi Amerikanın şimalında yerləşən dağlıq yaylası. Amazon və Orinoko çaylarının hövzələri arasındadı. Yayla Venesuela, Qayana, Surinam, Qviana və Braziliya kimi ölkələrin ərazisində yerləşir. Venesuela, Braziliya və Qayananın sərhədində yerləşən ən hündür zirvəsi Rorayma dağı (hündürlüyü 2 810 metrdir) yaylanın ən yüksək hissəsini formalaşdırır. Subekvatorial iqlim qurşağına daxildir. Geoloji olaraq yayla kriptozoy dövrünün suxurlarından ibarət olan qalxandır. O, geologiya cəhətdən köhnə olmayan qumdaşıları və lava qatı ilə örtülmüş qədim kristallik qayaların geniş platolarından formalaşıb. Plato yüz metrə çatan pilləli böyük pilləkən şəklində qalxır. Yağıntı ilə qidalanan çoxsaylı çaylar yaylalarda başlayır və onun vilayətlərində axaraq, dərin kanyonlar və gözəl şəlalələr yaradır.
Rokfellerlər yaylası
Rokfellerlər yaylası, (ing. Rockefeller Plateau) Antarktidada Meri Berd Torpağının bir parçası olan buz yaylasıdır. Şireys və Sipl sahillərinin şərqindən Ford, Flud və Executive Committee ərazilərinin cənubuna qədər uzanır. Geniş, buzla örtülü, dəniz səviyyəsindən 1000 metr, bəzi yerlərində isə 1500 metr yüksəklikdədir. == Kəşfi == Rokfellerlər yaylası, 1934-cü ildə, Berd səfəri əsnasında Riçard Berd tərəfindən kəşf edilmiş və kəşf səfərinə maliyə dəstəyi dəstəyi verən Con D. Rokfeller, Jr,-nın adı verilmişdir.
Tibet yaylası
Tibet yaylası (çin. 青藏高原, Pinyin: Qingzang Gaoyuan, Tibet dilində: བོད་ས་མཐོ) — Himalay dağları ilə Kunlun dağları arasında yerləşən, dünyanın ən böyük və hündür yaylası. Yaylanın əsas hissəsi Çin Xalq Respublikasının ərazisində, az bir hissəsi isə Kəşmirin ərazisinə düşür. Orta hündürlüyü 4877 m-dir. Bu üzdən yaylanı "Dünyanın damı" adlandırırlar. Ümumi sahəsi 2,5 milyon km²-dir. == Geologiyası == Tibet yayalası 50 milyon il öncə, Kaynozoy erasında Hindistan tektonik piltəsinin Avrasiya piltəsi ilə toqquşması nəticəsində formalaşmışdı. Toquşma zamanı meydana gələn Himalay dağlarının qalxması ilə birgə Tibet yayalasıda yüksəldi. İndi də Tibet seysmik cəhətdən aktiv ərazi hesab olunur və orta hesabla ildə 1 sm qalxır.Poleozoyda, 200 milyon il əvvəl müasir Tibet yayalasının bir hissəsi Tetis okeanının hövzəsinə daxil idi. 100 milyon il əvvəl isə Qondvana parçalanmağa başladı və Hindistan piltəsi Afrikadan ayrılaraq şimala doğru ildə 15 sm sürətlə hərəkət etməyə başladı.
Turqay yaylası
Turqay yaylası— Qazaxıstanın Kostanay vilayətin ərazisində, Cənubi Uralla Muqacarın arasında yayla. == Ümumi məlumat == Ərazinin böyüklüyü, relyefin müxtəlifliyi ölkənin iqliminə güclü təsir edir. Subtropik və mülayim qurşağın kəskin kontinental tiplərinin səciyyəvi olduğu bu ölkədə sutkalıq və illik temperatur amplitudası çox böyükdür. Qış ayları üçün orta temperatur -14, yay üçün isə 26 götürmək olar. Yağıntının illik miqdarı 100 mm-dən (qərb rayonlarında) 300 mm-dək (ölkənin şərqi) dəyişir. Qar örtüyü 20 sm-dən çox olmur. Ölkənin cənubunda yaz əkinləri başlayanda, şimal tərəfdə hələ şaxtalar davam edir.
Vulkan yaylası
Vulkan yaylası – (rus. нагорье вулканическое, ing. volcanic highland) vulkan mərkəzləri sıx və düzgün yerləşməyən yüksəklik. Vulkan yaylası vul­kanların akkumulyativ konusları və lava axınları bir- birilə elə qovu­şurlar ki, onların fərdliyi demək olar ki, itir.
Xotyutau yaylası
Xotyutau— Elbrus dağından cənub-qərbdə, Kabarda-Balkariyanın ərazisində, Mərkəzi Qafqazda buz qatı ilə örtülmüş yayla. Yayla Baş Qafqaz silsiləsi ilə Yan silsilə arasında yerləşir. Hündürlüyü 3500 metrdir. == Coğrafiyası == Xotyutau Kabarda-Balkariya ilə Qaraçay-Çərkəz Respublikaları sərhədində yerləşir və Kabarda-Balkariyanın ən ucqar qərb nöqtəsi hesab edilir. Yayladan 15 km cənubdan Rusiya və Gürcüstanın dövət sərhədi keçir. Yayla səthinin yarısı düz buz qatı ilə örtülüdür. Qar örtüyü il boyu yaylada qalır. Ancaq yay aylarında nadir hallarda kənar hissələr qardan azad olur. Xotyutau yaylasının qərbində Xotyutau silsiləsi, cənub-şərqdən isə Azaubaşi zirvəsinin tirəsi yerləşir. Bu tirədən asanlıqla qarlı Exo Voynı aşırımını görmək mümkündür.
Zəlyə yaylası
Zəlyə yaylası (gürc. წალკის ქვაბული) — Gürcüstanın mərkəzində, Anaxatır çayının başında yerləşən vulkan platosu. Ərazisi təxminən Tsalka bələdiyyəsi və ona həmsərhəd olan Borjomi bələdiyyəsinin bir qismi ilə eynidir. Cavaxeti yaylasının tərkib hissəsidir.Zəlyə yaylası dəniz səviyyəsindən 1,500—1,700 metr hündürlükdə yerləşir və 398,3 kvadrat kilometr sahə əhatə edir. Yüksəklidə yerləşən ərazi əsasən otlaq çəmənlərdən, aşağı hissəsi isə kənd təsərrüfatı sahələrindən ibarətdir. İlboyu orta hərarət 5,9 dərəcədir (yanvarda 4,8 dərəcə, iyulda 16 dərəcə). İllik yağıntı səviyyəsi 740 millimetrdir. Yaylanın mərkəzində Zəlyə su anbarı yerləşir.Neolit dövründən tunc dövrünün ortalarına (təxminən e.ə. 1500-ci il) qədər burada meşələrin olması güman edilsə də, hal-hazırda yaylanın torpağı qədim dolomit lavadan ibarətdir və əsasən qeyri-münbitdir. Sovet İttifaqının yaranmasından əvvəl sərt hava şəraiti, dolu və çöl siçanı bolluğu burada əkinçiliklə məşğul olmağa mane olurdu.
Çanbayşan yaylası
Çanbayşan (çin. ənən. 長白山地, sadə. 长白山地) və ya Çanpeksan (kor. 장백산맥) — Çin və Şimali Koreya ərazilərində, Mançuriya–Koreya dağlarında vulkanik yayla. Bazaltlardan təşkil olunmuşdur. Çay dərələri ilə kəskin parçalanmışdır. Hündürlüyü 1,000–2,000 metrdir. Ən hündür nöqtəsi 2,750 metrlik Baytouşan vulkanıdır. İynəyarpaqlı meşələr, sidr cəngəllikləri var.
Çanpeksan yaylası
Çanbayşan (çin. ənən. 長白山地, sadə. 长白山地) və ya Çanpeksan (kor. 장백산맥) — Çin və Şimali Koreya ərazilərində, Mançuriya–Koreya dağlarında vulkanik yayla. Bazaltlardan təşkil olunmuşdur. Çay dərələri ilə kəskin parçalanmışdır. Hündürlüyü 1,000–2,000 metrdir. Ən hündür nöqtəsi 2,750 metrlik Baytouşan vulkanıdır. İynəyarpaqlı meşələr, sidr cəngəllikləri var.
Çatırdağ yaylası
Çatırdağ (ukr. Чатир-Даг, krımtat. Çatır Dağ, Чатыр Дагъ) — Krım yarımadasının cənubunda, dənizdən 10 km aralıda yerləşən yayla. Krım dağlarının əsas sırasını təşkil edir. Əvvəllər silsilələr arasında məsafə böyük olmamışdır. Ancaq Ulu-Üzən və Alma çaylarının eroziya fəaliyyəti nəticəsində bu məsafə artır. Yayla yuxarı və aşağı olmaqla iki platodan ibarətdir. Yuxarı platonda iki zirvə vardır: şərqdə — Anqar-Burun (1453 m) və qərbdə — Əkizli-Burun (1527 m). Yaylanın uzunlu şimaldan cənuba 10 km, şərqdən qərbə isə eni 4 km təşkil edir. == Geologiya == Massiv klassik kars rayonudur.
İran yaylası
İran yaylası (fars. فلات ایران‎) və ya Fars yaylası — Ön Asiyanın ən böyük və ən geniş yaylası. == Coğrafi mövqeyi == İran yaylası Cənub-qərbi Asiyada yerləşən Ərəbistan və Hindistan yarımadası arasında qalan Avrasiya yaylalarının bir hissəsidir.Qərbdə Zaqros dağları, şimalda Xəzər dənizi və Kopetdağ, cənubda İran körfəzi, Ərəbistan dənizi və şərqdə Hinduquş dağları ilə əhatələnir == Tarixi == Tarixi bir bölgə olaraq yayla Parfiya, Midiya, Əhəmənilər dövlətinin şərq hissələrini, Böyük İranın (müasir İran, İraq, Əfqanıstan və Pakistan ərazilərini əhatə edir) əsas bölgələrini ərazisi daxilinə almışdır. Zaqros dağları yaylanın qərb sərhədlərini formalaşdırmışdır və dağların cənuba doğru olan hissələri də buraya aid edilə bilər. Britaniya ensiklopediyası Xuzistan ovalığını İran yaylasının xaricində saxlayır və Elam dövləti Mesopotamiya ovalığını İran yaylasına bağlayan bölgəni(yəni Xuzistan ovalığını)əhatə edir deyə qeyd etmişdir.
Şatski yaylası
Şatski yaylası — Sakit okeanda Yaponiyanadan şərqdə yerləşir. Hündürlüyü 5500–6000 m, zirvə hissəsindən səthə olan məsafə isə 2400—3100 metr təşkil edir. Şimal-qərqə istiqamətlənir. Tərkibinə Şişov, Ori və TAMU massivləri daxildir. Uzunluğu 1700 km, eni isə 500 km-dir. 1970-1980 illərdə SSRİ alimləri tərəfindən aşkarlanmışdır. 2013-ci araşdırmaları yaylada yerləşən TAMU massivi Yer kürrəsində ən böyük, Günəş sistemində isə ən böyük vulkalardan biridir. Formalaşması Yura dövrünün sonları Təbaşir dövrünün əvvəllərində formalaşmışdır. Sakit okean plitəsi, Farallon plitəsi və İzaqani plitəsinin toqquşması nəticəsində əmələ gəlmişdir. Yayla sovet geoloqu Nikalay Sergeyeviç Şatskinin şərəfinə adlandırılmışdır.
Laqo-Naki yaylası
Laqo-Naki (Laqonaki; adıq Лэгъо-Накъ) — Adıgey Respublikası və Krasnodar diyarı sərhəddində yerləşən yayla. Yayla Qərbi Qafqaza aid olub mütləq hündürlüyü 2200 metrdir. Yaylanın orta hündürlüyü 2000 metrdir. Ümumi sahəsi 800 km²-dir. Ərazi öz alp çəmənlikləri ilə tanınır. == Ümumi məlumat == Yaylanın demək olarıki əsas hissəsi Adıgey Respublikasının Maykop rayonu ərazsisinə daxildir. Çox kiçik şimal və qərb hissəsi, Kurjips çayı vadisi və Messo dağı yamacları Krasnodar diyarının Apşeron rayonu ərazisinə aiddir. Apşeron rayonuna daxil olan ərazi istisna olmaqla bütün yayla Qafqaz qoruğuna daxildir. Yayla ərazisi 13 avqust 1992-ci ildə Adıgey hakimiyyətinin 234 nömrəli «Laqo-Naki otlaqlarının Qafqaz dövlət biosfer qoruğuna verilməsi haqqında» qərarına əsasən verilmişdir. Yayla yamacında dağ-xizək turizm bazası yerləşir.
Orta Sibir yaylası
Orta Sibir yaylası (saxa Орто Сибиир хаптал хайалаах сирэ) — Şərqi Sibir ərazisində, Rusiyanın şərq hissəsidə, Sibir platforması üzərində yerləşən yayla. İnzibati baxımından Saxa, Krasnoyarsk diyarı və İrkutsk vilayəti ərazisinə daxildir. Cənubda Şərqi Sayan, Pribaikal və Zabaykal silsilələri, qərbdə Yenisey vadisi, şimalda Şimali Sibir ovalığı, şərqdə Lena vadisi ilə məhdudlaşır. == Relyef == Mərkəzi Sibir yaylası geniş yaylalar və silsilələrin növbələşməsi ilə xarakterizə olunur. Ərazinin ən yüksək ərazilərinə Putorana alçaq dağlığı (Kamen dağı - dəniz səviyyəsindən 1701 m yüksəklikdə yerləşir) daxildir. Yaylanın qərb kənarında dəniz səviyyəsindən orta hündürlüyü 900 m olan Yenisey silsiləsinin güclü dağılmış yüksəklikləri keçir. 700–1000 m yüksəkliklərdə olan Orta Anqara silsiləsi aydın şəkildə fərqlənir. Aşağı Tunqus, Anqara və Vilyuynin su ayrıcıları 400–600 m yüksəkliyə sahibdir. Burada qədim lakkolitlərin yerində alçaq silsilələr və qübbəli səthlər xarakterikdir. Düzənliklərin şimal-qərbində buzlaqların fəaliyyət izləri var.
Qarabağ vulkanik yaylası
Qarabağ vulkanik yaylası (azərb. Qarabağ vulkanik yaylası‎, erm. Ղարաբաղի բարձրավանդակ) — Qarabağ vulkanik yaylası Kiçik Qafqazın şərqində, Zəngəzur silsiləsi ilə Qarabağ silsiləsi arasında yerləşir. Qarabağ vulkanik yaylasından başlayan çaylar əsasən Araz çayı hövzəsinə aid olsa da, iri Tərtərçayı Kür çayı hövzəsinə aiddir. Ermənistan yaylasının tərkib hissəsini təşkil edir. Yayla üzərində çoxlu sayda sönmüş vulkan konusları vardır. Yaylanın ən hündür nöqtəsi Dəlidağ zirvəsidir (3616 m). Əsasən vulkanik dağ süxurlarından təşkil olunmuşdur. Ərazisi palıd meşələri və dağ çölləri ilə örtülür. Azərbaycanın Laçın və Kəlbəcər rayonlarını əhatə edir.
Qarabağ vulkanik yaylası fiziki-coğrafi rayonu
Rayon ərazisi Həkəri, Tərtər çaylarının yuxarı axınlarında və suayrıcılarında yerləşib, mütləq yüksəkliyi 1700-1800 m- lə 3600 m arasında dəyişir. Şimalda Murovdağ, şərqdə Qarabağ silsiləsi və qərbdə Ermənistan ərazisi ilə sərhədlənir. Ərazisi əsasən Poliosen - Dördüncü dövrün vulkan püskürmə materiallarından (lava) təşkil olunmuşdur. Bu süxurlarda qar və yağış suları intensiv olaraq daxili qatlara süzüldüyündən səth axımı nisbətən zəifdir və ərazidə su qıtlığı yaradır. Səth axımına yalnız çay dərələrində çaylar, bulaqlar şəklində təsadüf olunur. Vulkanik yaylada 20-yə yaxın vulkan və buzlaq mənşəli kiçik yüksək dağ gölləri vardır. Vulkan lavalarının fiziki - mexaniki parçalanması sayəsində çınqıllıqlar və daşlıqlar burada geniş sahə (100 km2) tutur və dağ çəmənliklərinin məhsuldarlığına əsaslı təsir göstərir. Ərazi alp, subalp və subnival – qayalıq landşaft komplekslərindən təşkil olunub, yay otlaqları kimi geniş istifadə olunur. Rayon ərazisində yerləşən Kəlbəcər İstisuyunun böyük müalicə və dağ - iqlim kurort əhəmiyyəti vardır. Lakin mühüm müalicə əhəmiyyətinə malik olan bu sudan onun imkanına nisbətən çox az istifadə olunur.
Qərbi Avstraliya yaylası
Qərbi Avstraliya yaylası (ing. Western Plateau) — Qərbi Avstraliyada qədim yastı relyef sahəsi. orta hündürlüyü 400–500 metrdir. Şimal kənarlarında kristallik süxurlardan ibarət Makdonnell (Zil dağı, 1.510 metr) və Masqreyv (Vudroff dağı, 1,440 metr) silsilələri ucalır. Yaylanın cənub-qərbini Darlinq silsiləsi (582 metr), şimal və cənubunu qumlu səhralar (Böyük Qumlu səhra, Böyük Viktoriya səhrası) və onların arasındakı daşlı Gibson səhrası tutur. == İstinadlar == == Əlavə ədəbiyyat == Западно-Австралийское плато // Словарь современных географических названий / Рус. геогр. о-во. Моск. центр; Под общ.
Yana-oymyakon yaylası
Yana-oymyakon yaylası — Saxa Respublikasında, Verxoyansk, Suntar–Xayata, Çerski və Tas–Kısta Bıs silsilələri arasında dağlıq sahə. Uzunluğu təqribən 1000 km, eni 250 km, hündürlüyü 1768 m-ə qədərdir (Tirextyaxt silsiləsi). İntruziv süxurlarla yarılmış qumdaşıları və gilli şistlərdən təşkil olunmuşdur. Faydalı qazıntı (qalay, nadir metallar və s.) yataqları var. Yayla alçaqboylu qaraşam tayqası, dağların yuxarı hissələri şibyəli tundra ilə örtülüdür. Dərələrdə qovaq ağacları bitir. == Mənbə == ASE, V cild, Bakı, 1981, səh.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.23 dəfə / 1 mln.
2004 ••••••••••••••• 0.67
2010 ••• 0.09
2011 •••••••••••••••• 0.69
2012 •• 0.09
2015 •••••••••••• 0.51
2016 •••••••• 0.35
2018 •••••••••••••••••••• 0.90
2020 ••••••••• 0.40

"yaylası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaylası nədir? #yaylası sözünün mənası #yaylası nə deməkdir? #yaylası sözünün izahı #yaylası sözünün yazılışı #yaylası necə yazılır? #yaylası sözünün düzgün yazılışı #yaylası leksik mənası #yaylası sözünün sinonimi #yaylası sözünün yaxın mənalı sözlər #yaylası sözünün əks mənası #yaylası sözünün etimologiyası #yaylası sözünün orfoqrafiyası #yaylası rusca #yaylası inglisça #yaylası fransızca #yaylası sözünün istifadəsi #sözlük