yaddaşı sözü azərbaycan dilində

yaddaşı

Yazılış

  • yaddaşı • 89.8505%
  • Yaddaşı • 8.8906%
  • YADDAŞI • 1.1015%
  • yaddaŞı • 0.1574%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bəşəriyyətin Yaddaşı
Bəşəriyyətin Yaddaşı (ing. Memory of Mankind) – Martin Kunze tərəfindən 2012-ci ildə maliyələşdirilmiş qoruma layihəsi. Əsas məqsəd bəşəriyyət haqda bu zamana qədər əldə edilən məlumatları insanların unutma və kollektiv şəkildə yaddan çıxarma problemlərindən mühafizə etməkdir. İnformasiya keramika üzərinə çap edilir, daha sonra Avstriyanın Hallstatt şəhərində daş duz mədənləri içərisinə yerləşdirilir. Adi bir arxiv layihəsindən fərqli olaraq, bu "bizim eramızın zaman kapsulu" olmağı hədəfləyir və insanlara ora istədikləri mətin və şəkilləri əlavə etməyə icazə verir. Milli arxivlərin əksinə MOM-un məlumat bazası burada iştirak etmək istəyən hər kəs tərəfindən qurulur.
Dünyanın yaddaşı
Dünya xatirəsi (ing. Memory of the World) — Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) dünya irsini qoruma proqramı. 1992-ci ildə qurulub. == Proqramın məqsədi == dünya sənədli irsinin qorunması; istifadəçilərin sənədli irsə bərabər imkanlarını təmin etmək; sənədli irsin mövcudluğu və əhəmiyyəti barədə ümumi şüurun yayılması; proqramı tanıtmaq və əsərlərini geniş ictimaiyyətə təqdim etmək. 1997-ci ildən bəri proqram çərçivəsində sənədli irs qeydləri (beynəlxalq, regional və milli səviyyədə) aparılır. Abidənin beynəlxalq reyestrə daxil edilməsi proqramın ali rəhbər orqanı olan Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənmək və YUNESKO-nun Baş direktoru tərəfindən təsdiqlənməklə həyata keçirilir.
Dünyanın yaddaşı (Afrika)
Dünyanın xatirəsi Layihəsinin Afrika mirası yerlərinin siyahısı.
Yaddaşı proqramlaşdırılabilən idarəetmə
Proqramlaşdırılabilən məntiqi kontroller (ing. programmable logic controller, PLC) - maşın və qurğulıarın idarə olunmasında tətbiq olunan düyümdür. Proseslərin idarə olunmasında istifadə olunan proqramlaşdırıla bilən avadanlıqdır. Bu düyümlər tətbiq sahəsindən asılı olaraq proqramlaşdırılıb tətbiq oluna bilirlər. Adətən elektronik şəkildə hazırlanmış bu düyümlər öz iş prinsipinə görə kompyuterlə oxşardır. Senzorlar və aktorlarla əlaqədə olan YPİ-sistemi proqram əsasında prosesin idarə olunması üçün siqnallar verir. Bu informasiya əsasında tənzimləyicilər maşınların bu və ya digər qurğuya qoşulmasını elə idarə edir ki, o tələb olunan funksiyanı yerinə yetirsin. İstənilən alqoritmi proqram şəklində PLC- yə yazmaq mümkündür. PLC-lər ən çox sənayedə texnoloji proseslərin idarə olunmasında istifadə olunurlar. Sahə cihazlarından gələn siqnallar giriş modulları vasitəsilə rəqəmsal şəkilə gətirildikdən sonra PLC- yə ötürülür.
Daş yaddaşı (film, 2006)
== Məzmun == Film Azərbaycanın qədim və uca dağlarla əhatə olunmuş, uzunömürlülər diyarı olan Lerik rayonunun minilliklərin yadigarları hesab edilən abidələrinə həsr olunub. Təbii mağaralar, qədim tikili və təbii abidələrin nağılı hər kəsin marağına, adına "Beşikdaş" deyilən nəhəng qaya parçasının yırğalanması isə heyrətinə səbəb olur. Filmdə Lerikdə yerləşən 100-dən çox abidənin tarixindən söz açılır.
Naxışların yaddaşı (film, 1973)
Elmi-kütləvi film poetik formada qədim Azərbaycan milli sənət yadigarlarından, naxışlara həkk olunmuş milli mənəviyyatdan bəhs edir. Eləcə də görkəmli alim Xudu Məmmədovun qeyri-adi kəşfi sayəsində bu qədim naxışlarla bir çox kristalların daxili şərti quruluşunun yaxın olduğu açılıb göstərilir. Ekranda kvars kristalının quruluşu əsasında 1322-ci ildə tikilmiş Bərdə türbəsini bəzəyən naxışlar müqayisə edilir. Məlum olur ki, həmin naxışlarla kvarsın quruluş sxemi eynidir. Kadrlar bir-birini əvəz etdikcə gözlərimiz qarşısında tarixi nişanələri olan qədim abidələr, qayalar üzərində naxışlar, göllər, çəmənliklər, canlılar gəlib keçir. 1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı Qısametrajlı elmi-kütləvi filmlər bölməsi üzrə filmə II mükafat və diplom verilmişdir. Rejissor: Yalçın Əfəndiyev Ssenari müəllifi: Xudu Məmmədov, Vidadi Paşayev Operator: Zaur Məhərrəmov Bəstəkar: Vaqif Mustafazadə Səs operatoru: Şamil Kərimov Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Yuxu yaddaşı (film, 2008)
Film narkomaniyanın insanı dəyişməsi haqqında dramdır. Narkomaniya gənc Hüseyni çıxılmaz dalana salaraq ona faciəli məhəbbət dramı yaşadır. Bəzən insana elə gəlir ki, bütün hadisələr yuxu yaddaşı kimi sanki baş verməyib. Həyat həqiqətlərinə söykənən iki gəncin ağ ölümün fəlakətinə düçar olmaları filmin əsasını təşkil edir.
Ürək yaddaşı (film, 1981)
Film Azərbaycanın görkəmli heykəltəraşı İbrahim Zeynalova həsr olunmuşdur. Kinolentdə onun yaradıcılığından, Azərbaycanın müxtəlif şəhərlərində ucaltdığı abidələrdən söhbət açılır. Böyük sənətkarın qranit daşlardan yonduğu əsərləri, bu gün təkcə Azərbaycanın deyil, Sovet İttifaqının bir sıra şəhərlərinin, o cümlədən Moskvanın memarlıq tarixinin ən qiymətli səhifələrini təşkil edir. Rejissor: Elxan Qasımov Ssenari müəllifi: Emil Ağayev, Cəmil Əlibəyov, Rasim Ağayev Operator: Vladimir Konyagin, Köçəri Məmmədov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 326.
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısı
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısına 3 obyekt daxildir.
Azərbaycanda YUNESCO-nun “Dünyanın yaddaşı” obyektlərinin siyahısı
Azərbaycanda UNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısı
Azərbaycanda YUNESCO-nun "Dünyanın yaddaşı" obyektlərinin siyahısına 3 obyekt daxildir.
Yaddaşın dəyişməzliyi
Yaddaşın dəyişməzliyi (kat. La persistència de la memòria) 1931-ci ildə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri olan Salvador Dali tərəfindən çəkilmiş sürrealist rəsm əsəri. 1932-ci ildə 250 ABŞ Dolları qarşılığında satılan tablo,1934-cü ildən etibarən Nyu-Yorkdaki National Museum of Art'da sərgilənməkdədir. Sürrealistik əsər əriyən cib saatlarını mövzu almaqdadır.Bu,Dalinin o illərdəki "yumuşaqlıq" və "sərtlik" anlayışına işıq tutmaqdadır. Əsər hər nə qədər Dalinin sənət yaşamındakı Freyudçu mühitin bir nümunəsi olsa da, sənətcinin elmi mərhələyə keçişindən 14 il əvvəl yaradılmışıdır. Dalinin elmi təməlli əsərlər yaratmağa başlaması 1945-ci il Nüvə silahı istifadəsi ilə əlaqədardır. Geniş bir qum çölü təsvir olunan əsərdə ki, əriyən saatlar ideyasını Dali avqust günəşi altında əriyən kamamber pendirindən götürüb. Əsəri zamanın dəyişməzliyi anlayışına protesto kimi də yozmaq mümkündür. Rəsmin mərkəzi hissəsində canavar və insan obrazının sintezini görürük. Tablonun sol hissəsində olan saatın üzərində isə ölümü və qadın cinsiyyət orqanını simvollaşdıran qarışqaları görmək mümkündü.
Yaddaşın idarəolunması bloku
Yaddaşın idarəolunması bloku (ing.memory management unit (MMU), ru. блок управления памятью )-virtual yaddaşın fiziki ünvanlara inikasını (fiziki ünvanlarla göstərilməsini) dəstəkləyən qurğu. Bəzi sistemlərdə (məsələn, 68020 tipli prosessorlara əsaslana sistemlərdə) MMU prosessordan ayrıdır, ancaq müasir kompüterlərdə MMU mərkəzi prosessorun mikrosxeminə yerləşdirilir. Bəzi sistemlərdə MMU mikroprosessor və yaddaşın interfeysini təmin edir, belə MMU tipi, adətən, ünvanın multiplekslənməsini, DRAM tipli yaddaş üçün isə həm də regenerasiyanı yerinə yetirir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

"yaddaşı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaddaşı nədir? #yaddaşı sözünün mənası #yaddaşı nə deməkdir? #yaddaşı sözünün izahı #yaddaşı sözünün yazılışı #yaddaşı necə yazılır? #yaddaşı sözünün düzgün yazılışı #yaddaşı leksik mənası #yaddaşı sözünün sinonimi #yaddaşı sözünün yaxın mənalı sözlər #yaddaşı sözünün əks mənası #yaddaşı sözünün etimologiyası #yaddaşı sözünün orfoqrafiyası #yaddaşı rusca #yaddaşı inglisça #yaddaşı fransızca #yaddaşı sözünün istifadəsi #sözlük