* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bir şeyi zehnində saxlamaq və yenidən təsəvvürdə canlandırmaq qabiliyyəti; hafizə. Yaddaşı inkişaf etdirmək. Yaddaşı zəifdir. Heç yaddaşım yoxdur. □ Yaddaş dəftərçəsi – yaddan çıxmasın deyə, bir şeyi qeyd etmək üçün kiçik dəftərçə. İclasda Cəmilənin dediyi misraları; Tapıb yazdı o, dərhal yaddaş dəftərçəsinə. B.Vahabzadə. Yaddaş etmək – yadında saxlamaq, yaxud yadında qalmaq üçün bir yerə qeyd etmək. Deyilənləri bir dəftərə yaddaş et. Yaddaş kitabçası – içərisində müəyyən bir sahəyə, ixtisasa aid ən vacib məlumat olan kitabça. [Gülşən:] Yaddaş kitabçasını əlində bərk sıxdı. Ə.Vəliyev. Yaddaşından çıxmaq – yadından çıxmaq, unutmaq. Çox yuxusuz gecələr sovuşsa da başımdan; Gözlərinin gülüşü çıxmayıb yaddaşımdan. R.Rza.
Azərbaycan dilinin izahlı lüğəti / yaddaş2 \ - orqanizmin xarici aləm və öz daxili vəziyyəti haqqında informasiyanı sonradan həyat fəaliyyəti prosesində istifadə etmək üçün saxlamaq və yenidən canlandırmaq qabiliyyəti, yaxud müşahidələrin, qavranəlanların və.s.lərin saxlandığı yer. Yaddaş anlamında hafizə - yəni hifz edən, qoruyub saxlayan, tutub saxlayan kəlməsi də işləni. Yaddaş xatirələrin canlanmasına rəvac verən nöqtədir. Onun sayəsində kemişi xatırlayırıq, yaxud əqlin vasitəsilə öyrəndiklərimizi yada salırıq.
Fəlsəfə terminlərinin izahlı lüğəti / yaddaş3 ətraf mühitlə qarşılıqlı əlaqə və təsir nəticəsində informasiya fəaliyyətinin ardıcıl olaraq saxlanılması və istifadə olunması ilə bağlı ümumfunksional mexanizm. Fizioloji planda bir neçə şərti-reflektor, obrazlı, söz-məntiqi və emosional yaddaş fərqləndirilir. Yaddaşı həm də informasiya reseptorları baxımından da təsnif edirlər. Burada görmə, eşitmə, tanbil, motor və digər yaddaş növləri fərqləndirilir. Zaman parametrlərinə müvafiq olaraq - qavrayışın ani uzunluğu (0,1 sm), bilavasitə yaddaş (1 sm-10 smdək) və uzunmüddətli yaddaş vardır ki, o müəyyən obyektlə bağlı deyildir. Bilavasitə yaddaş fəaliyyətə qoşulanın operativi olur. Onun həcmi bu və ya digər simvolla ifadə olunan informasiya vahidinin sayından asılıdır.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / yaddaş2 YADDAŞ Dolaşdıq tarlanı, bağçanı, bağı; Buyur, yaddaşım köməyə çağır (M.Araz); HAFİZƏ [Yusif:] O günlər hamısı bir-bir mənim hafizəmdədir (S.Rəhman); ZEHİN Mişa: Cavan oğlansan, zehnin itidi, tez qavrayarsan (H.Abbaszadə); ZƏNN Zülfüqar: Zənnim korlanıb, sizi yaxşı tanıya bilmədim (B.Bayramov); AĞIL, HUŞ (bax), YAD.
Azərbaycan dilinin sinonimlər lüğəti / yaddaş2 сущ. память (способность сохранять и воспроизводить в сознании прежние впечатления). Yaxşı yaddaş хорошая память, pis yaddaş плохая память, yaddaşında həkk olunmaq врезаться в память, yaddaşında axtarmaq порыться в памяти, yaddaşında saxlamaq держать, хранить в памяти, yaddaşım korlanıb память изменяет, yaddaşında silinməz izlər buraxmaq оставить неизгладимый след в памяти, yaddaşı zəifdir kimin слабая память у кого; yaddaş bloku тех. блок памяти; yaddaş vərəqi памятка; yaddaşdan düşmək терять память; kimin yaddaşı qaçıb память у кого отшибло
Azərbaycanca-rusca lüğət / yaddaş1 i. memory; yaxşı ~ good / retentive memory; pis ~ bad / poor memory ~ını itirmək to lose* one’s memory; ~ında saxlamaq to bear* / to keep* / to have* in memory; Bu mənim yaddaşımdan çıxıb It slipped / escaped my memory / remembrance
Azərbaycanca-ingiliscə lüğət / yaddaş1 is. mémoire f ; yaxşı ~ bonne mémoire ; pis ~ mauvaise mémoire
Azərbaycanca-fransızca lüğət / yaddaş1 сущ. рикӀел аламукьунин (рикӀел хуьз хьунин) алакьун, хурун зигьин, макь; yaddaş dəftərçəsi рикӀелай алат тавун патал къейдер ийидай гъвечӀи дафтар; yaddaş etmək рикӀел хуьн ва я рикӀел аламукьун патал са чкадал къейд авун; yaddaş kitabçası къене са пешедиз ва мс. талукь малуматар авай гъвечӀи улуб; yaddaşından çıxmaq рикӀелай алатун, рикӀелай фин; рикӀелай алудун.
Azərbaycanca-ləzgicə lüğəti / yaddaş