* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. İş, həyat şəraiti ilə birbirinə yaxın olan adamlar; rəfiq. Məktəb yoldaşları. Cəbhə yoldaşları. İş yoldaşı. Uşaqlıq yoldaşı. – Yoldaşı yoldaşdan soruşarlar. (Ata. sözü). Mənim adım Xəlil və yoldaşımın adı Sadıqdı. C.Məmmədquluzadə. [Qoçu:] İki min manat pul verərsən: bir mini mənim, bir mini də yoldaşlarımın. Ü.Hacıbəyov. 2. Biri ilə birlikdə yola çıxan və ya yol gedən adam. Əvvəl yoldaş, sonra yol. (Məsəl). □ Yoldaş olmaq – biri ilə birlikdə yola çıxmaq, yol getmək, yaxud yol gedən bir adama qoşulmaq. Şurişin əvvəlinci səbəbi … miraxur idi ki, küçədə köhnə xəzinədara rast gəlib, ona yoldaş olub soruşdu… M.F.Axundzadə. Dəstədən aralanıb arabaçı ilə yoldaş oldum. S.Hüseyn. 3. Yoldaşım, yoldaşı şəklində dan. – arvadım (ərim), arvadı (əri). Yoldaşım hələ işdən gəlməyib. Onun yoldaşı xəstədir. □ Həyat yoldaşı – ər, arvad. 4. Sovet cəmiyyətində: vətəndaş, adam. Bir yoldaş sizi xəbər alırdı. Yoldaşlara deyin tez yığışsınlar. Yoldaşların fikrini bilmək lazımdır. Üç yoldaşdan ibarət komissiya ayrıldı… // Eyni mənada belə şəxsin familiyası, adı, vəzifəsi qabağında və ya onlardan sonra. Yoldaş Əhmədov ezamiyyətdədir. Cavadov yoldaş yerindədirmi? Müdir yoldaşı görmək olarmı? – Zeynal üç ay bundan əvvəl, yoldaş Möhsünzadə və Şərifzadənin yanında Mehribana və onun atasına verdiyi sözlərin heç birinə əməl etməyirdi. S.Hüseyn. // Müraciət etdikdə. İrəli, yoldaşlar! Yoldaş sədr, xahiş edirəm mənə söz verəsiniz. – Yoldaşlar! İndi də başqa kələk var; Bizə qəpik-quruş göstərir onlar. S.Vurğun. □ “Yoldaş, al bunu” – xalq oyunlarından birinin adı. [Gülüqız:] Bu oyunun adı “Yoldaş, al bunu”dur. Bir dəstə adam oturur. Bir nəfər bilici seçilir. O adamı seçirlər ki, on sözü yadında saxlasın və dalbadal deyə bilsin. Ə.Vəliyev. “Yoldaş, səni kim apardı?” – xalq oyunlarından birinin adı.
Azərbaycan dilinin izahlı lüğəti / yoldaş3 1. YOLDAŞ Qız deyir ki: “Gözəldir; Çobana yoldaş olmaq; Xana həmdəm olunca; Xoşdur qara daş olmaq” (M.Rahim); ARQADAŞ (köhn.) Bu arqadaş böyük bir dövlət vəkilidir (C.Cabbarlı); CUR Üzündə ağ rübəndi, ayağında çaxçuru; Yanında öz həmdəmi, din yoldaşı, öz curu (M.Rahim); EŞ (köhn.) Çılğın eşlər çəkildi lojalara; Pərdələrdən duyuldu qəhqəhələr (H.Cavid); YAR ...Sakit axan Arazlan; Sınamışam dostu, yarı (S.Vurğun); DOST (bax). 2. YOLDAŞ Əvvəl yoldaş, sonra yol (Məsəl); YOL YOLDAŞI Ürküb qaçır dağ döşündən bir sürü ceyran; Yol yoldaşı alır həmən onları nişan (S.Rüstəm); CIĞIRDAŞ. 3. yoldaş bax arvad 1; ər
Azərbaycan dilinin sinonimlər lüğəti / yoldaş1 1. товарищ; 2. спутник, сподвижник, сообщник; 3. товарищеский; 4. перен. муж или жена;
Azərbaycanca-rusca lüğət / yoldaş2 I сущ. 1. товарищ: 1) человек, близкий кому-л. по общности взглядов, деятельности, условиям жизни и т.п., а также человек, связанный с кем-л. дружбой. Yaxşı yoldaş хороший товарищ, etibarlı yoldaş надёжный товарищ, köhnə yoldaşlar старые товарищи, iş yoldaşı товарищ по работе, məktəb yoldaşı товарищ по школе, yoldaşına kömək etmək помогать товарищу 2) в СССР: форма вежливого упоминания или официального обращения (обычно употр. перед фамилией или должностью, званием); гражданин. Təcrübəli yoldaş опытный товарищ, rəhbər yoldaşlar руководящие товарищи, mərkəzdən gəlmiş yoldaşlar товарищи из центра, nazirlikdən gəlmiş yoldaşlar товарищи из министерства, dost ölkədən gəlmiş yoldaşlar товарищи из дружественной нам страны, yoldaş Məmmədovu … təyin etməli назначить товарища Мамедова …, yoldaş Həsənova … həvalə etməli поручить товарищу Гасанову … 3) употребляется в обращении, при фамилии, названии профессии, звания. Əziz yoldaşlar! дорогие товарищи!, hörmətli yoldaşlar! уважаемые товарищи!, yoldaş komandir! товарищ командир!, yoldaş leytenant! товарищ лейтенант! 2. супруга или супруг; həyat yoldaşı: 1. жена, супруга; 2. муж, супруг; yol yoldaşı спутник (тот, кто идёт или едет вместе с кем-л.)
Azərbaycanca-rusca lüğət / yoldaş1 i. 1. comrade; companion; friend; iş ~ı fellow worker; workmate, mate; məktəb ~ı schoolfellow, schoolmate, schoolfriend; oyun ~ı playmate; silah ~ı companion-inarms; 2. (ər) husband; (arvad) wife
Azərbaycanca-ingiliscə lüğət / yoldaş1 is. collègue m, f ; camarade m, f ; copain m, copine f ; oyun ~ı partenaire m, f ; silah ~ı camarade m de combat, compagnon d’armes ; mari m ; épou//x m, -se f ; conjoint m, -e f ; femme f ; épouse f
Azərbaycanca-fransızca lüğət / yoldaş1 сущ. 1. юлдаш; 2. садахъ галаз санал рекьиз экъечӀнавай, рехъ физвай кас; yoldaş olmaq юлдаш хьун, садахъ галаз санал рекьиз экъечӀун, рехъ фин, ва я рехъ физвай садахъ акал хьун (агалтун); 3. yoldaşım, yoldaşı рах. (зи, адан) юлдаш, (зи, адан) паб (гъуьл); həyat yoldaşı уьмуьрдин юлдаш, паб (гъуьл); 4. советрин жемиятда; юлдаш, товарищ, гражданин.
Azərbaycanca-ləzgicə lüğəti / yoldaş