Yoldaş, səni kim apardı?
Yoldaş, səni kim apardı? — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.
== Oyunun quruluşu ==
Əvvəlcə dəstəbaşı (usta, başçı, molla və ya hakim) seçilir. Dəstəbaşı (usta, başçı, molla və ya hakim) iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar iki dəstəyə bölünürlər.
Dəstələr sıra ilə ard-arda düzülürlər. Geridə düzülmüş dəstədən bir uşaq gəlir, onlardan birinin arxasından irəli itələyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq himlə onu aparan uşağı tanımalıdır.
Yoldaşlarından biri aparılan uşağa bərkdən deyir:
- Yoldaş, səni kim apardı?
Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içinə qayıdır, dəstədə bir nəfər artır.