tayfası sözü azərbaycan dilində

tayfası

Yazılış

  • tayfası • 98.8439%
  • Tayfası • 1.1561%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdal tayfası
Abdal tayfası — qədim türk tayfalarından biri. Bu tayfa Ağ hun tayfasının adını əks etdirir. Əsasında abdal tayfasının adı duran etnotoponimlər də geniş yayılmışdır. Abdal tayfasının başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə olması da məlum faktdır . Ağdam rayonunda yerləşən Abdal kəndi haqqında Azərbaycan toponimlərinin ensiklopedik lüğətində verilmiş məlumatda göstərilir ki, "Suriyalı tarixçi Zaxari Ritor (VI yüzil) Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli abdel tayfasının da adını çəkir. Akad. V.V.Bartold abadel/abdal tayfasını hun tayfası sayır. Qazaxlarda, qaraqalpaqlarda, türkmənlərdə və Türkiyədə də abdal adlı tayfa qeydə alınıb. Mənbələrdə Heftal, Heptal, Eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik formalarıdır . Alban tarixçisi Movses Kalankatlı Albaniyada yaşayan abdal tayfasının adını çəkir.
Bayat tayfası
Bayat (Boyat, Bəyat) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır. Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur. Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır. Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb Dərbənddə və Şabranda yerləşdirmişdir. Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır. Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali Azərbaycanda – Qədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir. Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.
Havsallı tayfası
Havsallı tayfası — Cavanşir elinin Yağləvənd oymağının böyük qolu. == Tarixi == Cavanşir elinin Yağləvənd oymağının böyük tayfalarından biri də havsalılıdır. Havsalılı adının açımı xalq yozumunda Yağləvənd oymağının əsasını qoyan iki bacıdan birinin — Hafizənin törəməsi, hafizəlilər anlamındadır. Əslində isə havsalılar orta çağda yaşamış ünlü din xadimi Hafiz Alının törəməsidirlər. Havsalılı tayfası xələfli, pəricahanlı, məhərrəmuşağı, niyarlı, kəlbiyəlilər və başqa tirələrə bölünür. == Mənbə == Ənvər Çingizoğlu, Cavanşir eli: Yağləvəndlilər, Bakı, 2014.
Kolanı tayfası
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə kürd və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır. == Etimologiyası == Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur. == Tarixi == Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bayat qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.
Qacar tayfası
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox qacarlar şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər. Qacarların əhəmiyyətli bir hissəsi farslar tərəfindən assimilə olunmuşdur.
Qarabayramlı tayfası
Qarabayramlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabayramlı tayfasının ulu babası Qara Bayram Şəvə oğludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qarabayramlı tayfası indiki Laçın rayonundakı Şəlvə, Qabaqtəpə-Daşlı, Kalafalıq-Daşlı, Canıbəyli, Narışlar, Vəlibəyli, Budaqdərə, Hacıxanlı, Qovuşuq, Kaha kəndlərini yaratmışdılar. Bəzi mənbələrdə Qarabayramlı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır Tayfa üzvlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndlərin binasını qoyan və sonralar da kəndlərdə yaşayan əhali azərbaycan türkləri olmuşdur. Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009.
Qaraçanlı tayfası
Qaraçanlı tayfası — Hacısamlı camaatının qoludur. Qarabağ xanlığının Qaraçorlu mahalında qərar tutmuşdular. Qaraçanlı tayfası indiki Laçın rayonundakı Qaraçanlı-1, Qaraçanlı-2 Qorçu, Qarabəyli, Zağaaltı, Lolabağırlı, Ərikli, Güləbird, Kəlbəcər rayonundakı Qaraçanlı və başqa yaşayış məntəqələrinin əsasını, ilk daşını qoydular. Ənvər Çingizoğlu. Hacısamlı camaatı. "Soy" dərgisi, Bakı, 2009. Ənvər Çingizoğlu. Qaraçorlu mahalı. "Soy" dərgisi, 7 (51), Bakı, 2011. səh.97–106.
Qasımuşağı tayfası
Qasımuşağı tayfası — Hacısamlı oymağının bir tayfası. Qasımuşağı tayfası XVIII yüzilin ortalarında Xorasan əyalətindən öz ata-baba yurduna geri dönmüşdür. Xorasanda olan zaman Şadlı tayfa birliyinə bağlı olan bu tayfa Qarabağ xanlığına tabe olduqdan sonra Qaraçorlu tayfa birliyinə daxil olmuşdur. Bəzi mənbələrdə Qasımuşağı tayfasının məskunlaşıb yaşadığı kəndlərin əhalisinin kürd əsilli olması qeyd edilsə də aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır Tayfa üzvlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycanlılar olmuşdur. Bəzi mənbələrə görə Qasım bu torpağı qohumu Şirin bəy Hacı Hüsən bəy oğlundan alıb. O, Hacı Sam bəyin nəvəsi idi. Qasımuşağı tayfasından 1867-ci ildə Məşədi Abbas İlyas oğlu, Uğurli Şahverdi oğlu, Həsən Bayram oğlu ətraf kəndlərdə tanınır, çörəkləri, bol süfrələri ilə ad çıxarmışdılar. 1887-ci ildə isə Teymur Qulu oğlu, Həsənəli Hüseynəli oğlu üzdə idilər. Qasımuşağı tayfası Şamkənd, Çorman, Bozdağan, Piçənis, Kürdhacı, Ələkçi,Nağdalı və Ərikli kəndlərində yerləşdi.
Quşçu tayfası
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Qızılbaş tayfası
Qızılbaş (fars. قزلباش‎ Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan, Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (Azərbaycan türkü) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar. Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar. Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi. Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.
Rumlu tayfası
Rumlu tayfası — Bu boy başlıca olaraq Sivasın Qoyulhisar (Qoylahisar) və Qarahisar (Şəbin) qəzaları ilə yenə Sivasa bağlı digər yörələr və Toqat – Amasya bölgələrindəki kəndli Qızılbaşlar tərəfindən meydana gətirilmişdi. Rumlular Səfəvi dövlətinin qurulmasında önəmli bir rol oynamışlar. Onlar Şah İsmayıl Səfəvi ilə anlaşma imzalamış, lakin ona xəyanət edərək Səfəvi dövlətinin süqutunda böyük rol oynamışdır. Nur Əli Xəlifə, Piri Bəy və Div Sultan bu təşəkkülün ən tanınmış bəyləridir. Div Sultanın əsl adı Div Əli Bəydir; onun Toqat bölgəsi xalqından olduğu anlaşılır. Göründüyü kimi Div Sultan, dövlətin quruluşuna qatılmışdı. Dirliyi (tiyul) Çuxurusəd (İrəvan bölgəsi) olub, əmir əl-üməralığa sadəcə şəxsi qabiliyyətləri sayəsində yüksəlmişdir. Özündən başqa yenə Rumludan Badıncan Sultan (Ərdəbil valisi), Qazaq Sultan, Sofiyan Xəlifə və Ayqud Bəyi tanıyırıq. Rumluların başlıca olaraq Sivas, Toqat bölgəsi əhalisindən meydana gəldiklərindən və bundan dolayı da onlara Rumlu deyildiyindən daha öncə bəhs edilmişdi. Rumlular, yalnız və ya çoxluqla kənd və şəhər əhalisindən mütəşəkkil idilər.
Simane tayfası
Simane tayfası Bu tayfa dünyada ən sağlam ürək-damar sisteminə malik xalq Boliviyanın cəngəlliklərində yaşayır. Müayinəsi aparılmış yaşı 40-94 olan 705 simane hindusunun 90%-nin damarlarında xolesterin qalıqları aşkar olunmamış, ürək-damar sistemi xəstəliklərinin riski yalnız yaşı 75-dən yuxarı olan əhalinin 8%-də qeydə alınmışdır. Tayfa nümayəndələrində hipertoniya, sürətləndirilmiş nəbz, qanda şəkərin və xolesterinin yüksək miqdarı çox az halda müşahidə olunur. 13 min nümayəndədən ibarət tayfanın əhalisi 85 xırda kəndlərdə yerləşmişdir. Simane tayfası əhalisinin ürək-damar sisteminin yaxşı vəziyyətdə olması, tədqiqatçıların fikrincə, onların yaşam tərzi və qidalanmaları ilə bağlıdır. Burada kişilər gündə 6-7 saat, qadınlar isə 4-6 saat fiziki işlərlə - ovçuluq, balıq tutma, qida məhsullarının toplanması - məşğul olurlar. Onların qidası mürəkkəb karbohidratlardan - düyü, plantan (bananların şirnisiz tərəvəz növü), qarğıdalı, qoz və meyvələrdən ibarətdir. Ət zülalları və yağlar rasionun 14-15%-ni təşkil edir. Tütünün nə olması barədə onlarda məlumat yoxdur, arabir maniokadan pivə düzəldilib içilir.
Su Tayfası
Su Tayfası — Avatar: Aanq haqqında əfsanə cizgi serialın dünyadan bir xalq. Su Tayfası iki əsas tayfalara bölünür: şimal və cənub qütbünün tayfaları (Onlardan başqa bir bataqlıqda kənarı dünya tərəfdən unudulmuş su magiya sənətini işlədən bir tayfa yaşayır). Yüz illik müharinin ərzində od maqları Cənubi qütübdə yaşayanlar Su maqları əsirliyə götürüldülər, beləliklə Cənubi Su Tayfasında yalnız bir su maqı qalıb - Katara. Buna görə su magiyası əsasən Şimalı Su Tayfada və Bataqlıq Su Tayfada işlənilir. Su Tayfasının görünüşü Sibirin və Kanadanın yerli xalqlarından götürülmüşdür. Əsasən palıdı və ya qara rənqli saçlar, mavi gözlər və metis dərin. Su Tayfanın mədəniyyəti Şimali Amerikanın aborigen xalqların mədəniyyətə çox oxşayır.
Təkəli tayfası
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. Qızlbaşlara aid boy. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Təkəlilər tayfası
Təkəlilər — Oğuzların Salur boyuna mənsub bir qolu. Qızlbaşlara aid boy. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir. Bu köçərilərdən biri də Oğuz tayfasının Təkəli tirəsidir. Təkə “keçi” deməkdir. Bu etnonim totem mənşəlidir. Xivə Xanı Əbül Qaziyə görə, Təkə tayfası Salur boyundan gəlir və tayfa başçılarından birinin adıdır.Salur Oğuzların Üçoqlar qolundan (sol qolundan) Oğuz xanın oğlu Dağ xanın soyundan gəldikləri qəbul edilir. XIV əsrdə Sivas, Ərzincan, Kayseri və Tokat ətrafında hökm sürmüş Qazı Bürhanəddin dövləti Salur boyuna mənsubdur.Salurlar əsl Xəzər ətrafında yaşamış və oradan Xorasan, Orta Asiya və Anadolu bölgələrinə qədər dağılmışdılar. Salurlar içərisindəki tayfa və tayfalar adında bu gün Salur baba yurdu olan Xəzər regionunda yer, əkiləcək tarla, kənd və yaşayış məntəqələri adları hələ də yaşamaqdadır.
Xırmandalı tayfası
Xırmandalı tayfası — Orta Asiyada, Cənubi Azərbaycanın Zəncan vilayətində və Anadolu bölgəsində yaşamış tayfa. Bayat tayfasında bir tirənin adı olub. XI-XII əsrlərdə Xırmandalı tayfasının nümayəndələri Qəzvində dövlət yaratmışlar. Səfəvi elçisinin Oruc bəy Bayatın «Relaciones de Don Juan de Persia» kitabında bu tayfanın adı çəkilir və təsvir edilir ki, “Xarmandalı biz markizlərə deyirik.”. XVI əsrdə bu tayfanın bir hissəsi Ərdəbil ərazisində məskunlaşmışdır. Səfəvilər dövlətinin siyasi həyatında mühüm rol oynayan xırmandalılar I Şah İsmayılın və I Şah Abbasın hakimiyyətə gəlməsində və dövlətin möhkəmləndirilməsində göstərdikləri xidmətə görə Şahsevənlər adını qazanmışlar. Tayfa başçılarının Quba xanı Fətəli xana (1758-1789) yazdıqları məktub əsasında onlara Muğandan Şabran-Müşgül ərazisinə kimi yaşamağa icazə verilmişdir. Bundan sonra tayfanın nümayəndələri Muğan düzündə, indiki Biləsuvar rayonu ərazisində Xırmandalı kəndinin əsasını qoymuşlar. Xırmandalıların bir hissəsi XVIII əsrın 60-70-cı illərində Xəzər dənizinin sahilində — balıq və quş ovu, həm də əkin əkmək, heyvan saxlamaq üçün əlverişli imkanları olan torpaqlarda — indiki Masallı rayonunun ərazisindəki Xırmandalı kəndində məskunlaşmışlar.
Zülqədər tayfası
Zülqədər eli — Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən idi (həmçinin bax: Dulqədiroğulları bəyliyi). Zülqədirlilər əvvəlcə Diyarbakırdə sakin idi. Sonra Səfəvilərə xidmət üçün indiki İranda məskunlaşıblar. Əsasən Qarabağ, Kəlbəcər, Aran, Ağcabədi tərəfdə törəmələri var.
Şadlı tayfası
Şadılı və ya Şadlı — Xorasan ərazisindəki Oğuz Türkman tayfalarından biri. Şadılı Xorasanın ən böyük iki tayfasından biridir. 1960-cı illərdə bu tayfanın üzvlərinin sayı 200 mindən çox idi. Tayfa Səfəvi şahı Böyük Abbas tərəfindən Azərbaycandan Xorasana köçürülmüşdür.
Şadılı tayfası
Şadılı və ya Şadlı — Xorasan ərazisindəki Oğuz Türkman tayfalarından biri. Şadılı Xorasanın ən böyük iki tayfasından biridir. 1960-cı illərdə bu tayfanın üzvlərinin sayı 200 mindən çox idi. Tayfa Səfəvi şahı Böyük Abbas tərəfindən Azərbaycandan Xorasana köçürülmüşdür.
Şeylanlı tayfası
Şeylanlı tayfası – Azərbaycanda yaşayan kürd tayfası. Birinci Qarabağ müharibəsindən əvvəl Laçın rayonunun Şeylanlı kəndində yaşayıblar. Kənd İkinci Qarabağ müharibəsinə qədər erməni qüvvələrinin işğalı altında qalmışdır. Hazırda məcburi köçkün kimi Ağcabədi rayonunda məskunlaşıblar. Onlar kürd dilinin kurmanc ləhcəsində danışırlar.
Əfşar tayfası
Əfşarlar — 24 oğuz boyundan biri. Tarixi əfşarlar qədim oğuzlar, müasir əfşarlar isə azərbaycanlıların subetnosu hesab edilir. Oğuz türkləri olan əfşarlar Azərbaycan, İran, Türkiyə və Əfqanıstanda müxtəlif qruplar halında yaşamaqdadırlar. Bu boyun adı Qaşqarlı Mahmud (XI əsr) və Fəxrəddin Mübarəkşahın (XIII əsrin əvvəlləri) yazılarında Əfşar, Rəşidəddin (XIV əsrin əvvəlləri) ilə ona istinad edən Yazıcıoğlu (XV əsr) və Əbülqazi (XVII əsr) əsərlərində Avşar deyə keçməkdədir. Monqol işğallarından əvvəlki əsərlərdə QAşqarlı Mahmud və Fəxrəddin Mübarəkşahın yazılarına uyğun olaraq Əfşar deyə keçməkdədir. XIV-XVII əsrlərdə Anadoluda daha çox Avşar ifadəsi məşhur olsa da, Səfəvi coğrafiyasında sadəcə Əfşar deyə anılmaqdadırlar. Hal-hazırda İranda bu boya aid kəndlərdə və ya obalarda yaşayanlar özlərini hələ də bu şəkildə adlandırmaqdadırlar. Qaşqarlı və Rəşidəddin digər Oğuz boyları kimi əfşarların da damğalarını vermişdir. Bundan başqa, Rəşidəddin Əfşar boyunun özlərinə ən yaxın olan digər üç boy (Qızık, Bəydili və Qarqın) ilə ortaq olan totemlərinin yırtıcı quş, toy ülüşlerinin (qoyunun yemələri üçün onlara törə gərəyi verilən qismi) qoyunun sağ hissəsi olduğunu bildirmişdir. Eyni müəllif boyun adının mənasının "çevik, ova maraqlı" olduğunu bildirmişdir.
Əhməduşağı tayfası
Əhməduşağı tayfası — Qaraçorlu elinin Hacısamlı oymağının bir tayfasıdır. XVIII yüzilin ortalarında Xorasan əyalətindən gəlib. Öncə Şadlı elinə bağlı olan bu tayfa Qarabağda məskunlaşandan sonra Həmzə sultan Qaraçorluya bağlandı. Pənahəli xan Sarıcalı-Cavanşir bu tayfanı oğlu İbrahimxəlil xana, o da öz oğlu Xanlar ağaya verdi. Xanlar ağa varissiz vəfat edəndən sonra bu tayfa qardaşı Əhməd xana qaldı. Əhməd xandan isə bu tayfa qızı Bikə bəyimə, ondan isə oğlu Davud ağa Ağalarova çatdı. Əhməduşağı tayfası əvvəlcə Ələkçi kəndində binə bağladıqdan sonra tayfanın bir hissəsi Yuxarı Qarasaqqal kəndində yerləşdi. Bir müddət sonra tayfanın bir hissəsi Şamkənd kəndinə, müəyyən hissəsi yaxın qohumluq əlaqələri olan Qasımuşağı obasının Kürdhacı və Ərikli kəndlərinə köçdülər. Əhməduşağı tayfasından Kərbəlayı İsmayıl, Əmirxan, Teymurxan və Səməd daha çox tanınırdı. Ənvər Çingizoğlu.
Dəliqanlı tayfası
Dəliqanlı tayfası — İran Azərbaycanının Xalxal bölgəsində yaşamış olan tayfalardan biri. == Haqqında == Dəliqanlılar Germi, Yengicə, Kivi və Koreş Rüstəm bölgəsindəki 20 kənddə yaşamaqdadırlar. 1932-ci ildə Mahmud Keyhan tərəfindən yazılmış əsərdə onların sayı 400 ailə olaraq təsvir edilir. 1960-cı ildəki hesablamalara görə isə onların sayı 480 nəfər idi. Bu dövrə aid başqa bir qaynaqda isə onların sayı 400 ailə olaraq göstərilir. 1973-cü ilə aid sənəddə isə 200 ailə olaraq göstərilmişdir. == Həmçinin bax == Qaradağ tayfaları == İstinadlar == == Mənbə == P. Oberling. The Turkic Peoples of Iranian Azerbaijan,. New York. 1961.
Həsənbəyli tayfası
Həsənbəyli tayfası (əski əlifba ilə:حسنبیگلو) — Qaradağ və ya digər adı ilə Arasbaran bölgəsində yaşayan əsas türk tayfalarından biri. == Haqqında == Türk tayfalarından biri olan Həsənbəylilər hal-hazırkı İranın Şərqi Azərbaycan ostanının Qaradağ bölgəsində yaşamaqdadırlar. Onların yaylaq bölgəsini Meşə Parə bölgəsinin qərb hissəsi, qışlarlarını isə Dizmar-e Qərbi bölgəsinin şimal hissəsi təşkil etməkdədir. Tayfanın yaylaqları Həsənabad dehistanlığının mərkəzi və cənub hissələrimdə, Meşəparə dehistanlığının qərbində, qışlaqları isə Dizmar dehistanlığının şərqində, Mincivan dehistanlığının cənub-qərbində yerləşməkdə idi. Hal-hazırda bu tayfaya mənsub olanların çoxu oturaq həyat tərzi sürməkdədir və əsasən Tehran şəhəri ətrafında yaşamaqdadırlar. Tayfanın son başçısı Mustafa xan Əhmədi olmuşdur. Onun soyundan gələn və Mirəhmədi soyadını daşıyan insanlar XX əsrin əvvəllərindən, yəni Məşrutə inqilabının baş verdiyi zamandan etibarən İranın siyasi həyatında mühüm rol oynamışdırlar. XX əsrin ortalarına aid İran ordusu sənədlərinə görə Həsənbəyli tayfası 1608 ailədən ibarət olmuşdur. 1960-cı illərdə tayfanın başçısı Mir Mustafa Əhmədi idi. Tayfa bu zaman 50 tirəyə bölünmüşdü: == Həmçinin bax == Qaradağ tayfaları Həsənbəyli (Xudafərin) == İstinadlar == == Mənbə == Pierre Oberling.
Xanlı tayfası
Xanlı, Xanlu və ya Xalu tayfası — İranda yaşayan kiçik türk tayfalarından biri. Tayfa əsasən Kerman əyalətində yaşamışdır. 1957-ci ilə aid İran ordusu sənədlərinə əsasən tayfa Bərdsir və Masiz ətraflarında yaşamaqda imiş. Bu yerlər Kermanın cənub-qərbində yerləşməkdə idi. Qacarlarla Zəndlər arasında hakimiyyət mübarizəsi gedərkən onlar Lütfəli xan Zəndi Ağa Məhəmməd xan Qacar qarşısında dəstəkləmiş, buna görə də, Ağa Məhəmməd xan qardaşı oğlu və xələfi Fətəli xan Qacara onları tabe otməyi əmr etmişdir. Bərdşiri mühasirəyə alan Fətəli xan əhalinin müqavimət göstərməsinə heyran qalmış, onları məğlub etdikdən sonra da bu heyrətinə və tayfanın cəsarətinə görə xanlarının qızı ilə evlənmişdir. Hakim ailə ilə bu qohumluğuna görə tafyaya xanlı deyilməyə başlanmışdır. Xanlı və ya Xanlı deyilən tayfa adı sonradan qısaldılmış və Xalu halına düşmüşdür. Tayfa hal-hazırda qismən oturaq yaşamaqdadır. Tayfanın yaylaqları Sircan şəhristanının Rabor və Bəft məntəqələrində yerləşir.

"tayfası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tayfası nədir? #tayfası sözünün mənası #tayfası nə deməkdir? #tayfası sözünün izahı #tayfası sözünün yazılışı #tayfası necə yazılır? #tayfası sözünün düzgün yazılışı #tayfası leksik mənası #tayfası sözünün sinonimi #tayfası sözünün yaxın mənalı sözlər #tayfası sözünün əks mənası #tayfası sözünün etimologiyası #tayfası sözünün orfoqrafiyası #tayfası rusca #tayfası inglisça #tayfası fransızca #tayfası sözünün istifadəsi #sözlük