yaşla sözü azərbaycan dilində

yaşla

Yazılış

  • yaşla • 88.1356%
  • Yaşla • 11.8644%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bir Pessimistin Göz Yaşları
Göz yaşları
Göz yaşı – bəzən kədərin, bəzən də sevincin bir ifadəsi olaraq axar. Bəzən də insandakı qəlb incəliyinin bir nişanəsi olaraq boşalır. Göz yaşlarımız, ruhun pəncərəsi olan və yalan söyləməyən gözlərimizin, daxili aləmimizdən xaricə əks edən bir dilidir sanki. Göz yaşının qəlb və ruha dair göstərdiyi əlamətlərlə yanaşı, bədənə dair verdiyi mesajlar da var. Göz yaşının funksiyalarını tam olaraq yerinə yetirə bilməsi və insanların dünyanı rahat görə bilməsi üçün, göz yaşı ifraz edən toxumalarla gözə aid olan digər orqanlar tam bir ahəng içində olmalıdır. Göz yaşı sistemi diqqətlə incələndikdə, ondakı mükəmməllik daha yaxşı hiss olunur. == Göz yaşının əmələ gəlməsi == Gözdən çıxaraq yanaqlardan aşağı süzülən maye, sadəcə olaraq bir su damcısı deyil. Göz yaşı istehsal sistemi; lipid (yağ) təbəqə, ağ öz (maye) təbəqə və musin olmaqla, üç təbəqədən ibarətdir. Göz yaşının vəzifəsini tam yerinə yetirməsi üçün, bu təbəqələrin hər birinə əhəmmiyətli vəzifələr verilmişdir. Bu təbəqələrin hər hansı birində meydana gələ biləcək bir əskiklik kornea (gözün şəffaf təbəqəsində) və konjonktiva (gözün xaricini əhatə edən pərdə quruluşu) təbəqəsində gözün itirilməsi də daxil olmaqla müxtəlif xəstəliklərə səbəb ola bilər.
Moskva göz yaşlarına inanmır (film, 1979)
Moskva göz yaşlarına inanmır (rus. Москва слезам не верит) — rejissor Vladimir Menşovun 1979-cu ildə çəkdiyi sovet bədii filmi. 1980-ci ildə SSRİ-dəki kino izləmə üzrə lider (təxminən 90 milyon tamaşaçı). Premyerası 1979-cu ilin sonlarında Moskva "Zvezdniy" kinoteatrında baş tutdu. 11 fevral 1980-ci ildə film ilk dəfə televiziyada nümayiş olundu. 1981-ci ildə "Ən yaxşı xarici dil filmi"" nominasiyası üzrə Oskar mükafatına və SSRİ Dövlət mükafatına layiq görülmüşdür.
Qan, zəhmət, göz yaşları və tər
Qan, zəhmət, göz yaşları və tər ifadəsi, 1940-cı ilin 13 mayında Böyük Britaniya parlamentinin İcmalar palatasında Vinston Çörçill tərəfindən verilmiş nitqdə məşhur olmuşdur. == İfadənin tarixi == Bu, İkinci dünya müharibəsinin ilk ilində Kralın tapşırığı ilə Böyük Britaniyanın baş naziri olduqdan sonra 1940-cı ilin 13 mayında İcmalar palatasında Çörçillin ilk nitqi idi. Çörçill 10 mayda Nevill Çemberleni əvəzləmişdi və bu nitqdə o, öz hökumətinə etimad göstərilməsini xahiş etmişdi. Təklif, birmənalı olaraq qəbul edilmişdi. Bu, Fransa uğrunda döyüş zamanı onun 3 nitqindən birincisi idi. Çörçill oxşar ifadələri daha tez istifadə etmişdi: 1931-ci ildə “Onların təri, onların göz yaşları, onların qanı” və “milli həyatın yeni strukturlarını qan, tər və göz yaşları üzərində qurmaq” kimi.Çörçillin cümləsi – “Mən heç nə təklif etməmişəm, lakin qan, zəhmət, göz yaşları və tər” 1849-cu ilin 2 iyulunda Cüzeppe Qaribaldinin bir fikrinin parafrazası kimi adlandırılmışdı. O, Roma şəhərində öz inqilabi qüvvələrinin qarşısında demişdi: “Mən aclığı, susuzluğu, məcburi yürüşləri, döyüşü və ölümü təklif edirəm.” Çörçill gənc olarkən Qaribaldinin bioqrafiyasını yazmağı fikirləşmişdi. == Çıxarış == Biz tarixdə baş vermiş ən böyük döyüşlərdən birinin hazırlıq mərhələsindəyik.... Biz Norveç və Hollandiyada çox yerlərdə fəaliyyətdəyik –, biz Aralıq dənizində hazırlıqlıyıq. Hava döyüşü davam edir və çox hazırlıqlar burada – vətəndə aparılmışdır.
Sevginin göz yaşları (teleserial, 2013)
Filmi səsləndirənlər:
Süni göz yaşları
Süni göz yaşları — göz səthinin quruluğunu və qıcıqlanmasını aradan qaldırmaq üçün istifadə edilən yağlayıcı göz damcısı. Quru göz sindromu (keratokonjunktivit sicca) ümumi göz səthi xəstəliyidir və gözyaşı pərdəsinin pozulması və iltihabın artması ilə xarakterizə olunur.Onlar həmçinin kontakt linzaları nəmləndirmək və göz müayinələrində istifadə olunur. Süni göz yaşları reseptsiz satılan dərmanlara aiddir. Orta və ağır quru göz sindromu baş verəndə süni göz yaşları digər dərmanlarla tamamlanır. == Tərkibi == Süni göz yaşlarının tərkibinə karboksimetilselüloz, polivinil spirti, metiloksipropilselüloz (həmçinin HPMC və ya hipromelloza kimi tanınır), hidroksipropilselüloz, hialuron turşusu, TS-polisaxarid (tamaharid) və digər polisaxaridlər daxildir.Süni göz yaşlarının tərkibində su, duzlar və polimerlər var, lakin təbii göz yaşlarında olan zülallar yoxdur. Onları hər 3 saatdan bir dəfədən çox istifadə edən xəstələrə konservantsız və ya qıcıqlandırıcı effekti olmayan marka seçmək tövsiyə olunur. Süni göz yaşları preparatlarının tərkibinə görə təsnifatı: Sellüloza törəmələri; Hialuron turşusu olan preparatlar; Tərkibində karbomer və ya polivinil spirti olan preparatlar; Müxtəlif hərəkətli nəmləndirici preparatlar. == Təsiri == Bir neçə saatdan bir (gündə 6 dəfəyə qədər) süni göz yaşından istifadə etmək quru göz sindromunun simptomlarını aradan qaldıra bilər. Hidroksipropil selüloz kornea qabığının gözyaşardıcı təbəqəsini sabitləşdirir, qalınlaşdırır və gözyaşı pərdəsinin qırılma müddətini uzadır. == İstifadəsi == Süni göz yaşları adətən quru göz sindromu üçün ilk terapiyadır.
Timsahın göz yaşları
"Timsahın göz yaşları" - saxta kədər göz yaşları tökən, ikiüzlü və qeyri-səmimi insanlar haqqında işlədilən ifadədir. == İfadənin yaranması == Timsahlar bir şey yeyəndə gözlərindən yaş gəlir.Bəzi sadəlövh adamlar elə düşünürlər ki, timsah yediyi heyvanın halına acıyır. Yəni ağlaya-ağlaya yeyir.Təbii ki, bu, düz deyil. Sadəcə, timsah ağzını çox geniş açdıqda çənə əzələləri gücə düşdüyündən gözündən su gəlir. Bunun nə ağlamaqla, nə də rəhmdilliklə əlaqəsi var. Məhz buna görə də “timsahın göz yaşları” ifadəsi məsəl kimi işlədilir. Bir nəfər başqasına zülm edəndə, sözdə isə yalandan onun halına acıyanda deyirlər: “Filankəs timsah kimi göz yaşı tökür”. == Mənbə == http://e-derslik.edu.az/books/122/units/unit-1/page68.xhtml Ancaq başqa insanlar bunu başqa mənalardada da istifadə edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.04 dəfə / 1 mln.
2003 •••• 0.39
2005 ••••••••••••• 1.35
2006 ••••• 0.45
2007 •• 0.21
2008 ••••• 0.49
2009 •••••••• 0.80
2010 •••••••••••••••••••• 2.18
2011 ••••••••••••••••••• 1.97
2012 •••••••• 0.86
2013 •••••••••••••• 1.46
2014 •••••••••••• 1.20
2015 •••••••• 0.85
2016 •••• 0.35
2017 ••••• 0.49
2018 ••••••• 0.75
2019 ••••••••• 0.97
2020 ••••••••••• 1.19

"yaşla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#yaşla nədir? #yaşla sözünün mənası #yaşla nə deməkdir? #yaşla sözünün izahı #yaşla sözünün yazılışı #yaşla necə yazılır? #yaşla sözünün düzgün yazılışı #yaşla leksik mənası #yaşla sözünün sinonimi #yaşla sözünün yaxın mənalı sözlər #yaşla sözünün əks mənası #yaşla sözünün etimologiyası #yaşla sözünün orfoqrafiyası #yaşla rusca #yaşla inglisça #yaşla fransızca #yaşla sözünün istifadəsi #sözlük