başla sözü azərbaycan dilində

başla

Yazılış

  • başla • 93.7733%
  • Başla • 5.7285%
  • BAŞLA • 0.4981%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ana duasından başlanan yol (film, 2001)
Başladılmamış dəyişən
Başladılmamış dəyişən –( eng.uninitialized variable ) proqramlaşdırmada: elan olunmuş, ancaq istifadə edilənədək heç bir qiymət mənimsədilməmiş dəyişən. Doğrudur, belə dəyişən istifadə anında müəyyən qiymətə malik olacaq, ancaq həmin qiyməti öncədən bilmək olmur. Proqram təminatında xətaya səbəb olan belə hallar proqramlaşdırmada geniş yayılıb. Aşağıdakı proqram nümunəsində k dəyişəninə başlanğıc qiymət mənimsədilmədiyindən onun dövrdən sonra hansı qiyməti alacağını bilmək mümkün deyil. void count( void ) { int k, i; for(i = 0; i < 10; i++) k = k + 1; printf("%d", k); } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kataloniya başlanğıcı
Kataloniya başlanğıcı — Şahmat termini 1829-cu ildə Kataloniyanın paytaxtı Barselonada keçirilmiş turnirin şərəfinə adlandırılıb. Bu başlanğıcı turnirdə ilk dəfə olaraq qrossmeyester tartakover tətbiq etmişdir.
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (cizgi filmi, 2008)
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.
Koordinat başlanğıcı
Koordinat başlanğıcı — Evklid fəzasında hesablamanın başlanğıcı — O hərfiylə adətən ifadə edilən xüsusi nöqtədir. Bütün qalan nöqtələr üçün hesablama nöqtəsi kimi istifadə olunur. Evklid həndəsəsində koordinatların başlanğıcı istənilən sərbəst seçilmiş nöqtə ola bilər. Koordinatların başlanğıcından keçirilmiş vektor başqa nöqtəyə nəzərən radius-vektor adlanır. == Dekart koordinat sistemi == Dekart koordinat sistemində, koordinat başlanğıcı — bütün koordinat oxlarının kəsişdiyi nöqtədir. Bu isə o deməkdir ki, bu nöqtənin bütün koordinatları sıfıra bərabərdir. Məsələn, səthdə o (0,0) koordinatlarına malikdir, amma üçölçülü sahədə isə — (0,0,0).
Köhnə hind başlanğıcı (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Nimtsoviç başlanğıcı
Nimtsoviç başlanğıcı — Şahmat termini Qrosmeyster A. Nimtsoviçin şərəfinə adlandırılmışdır.
Sonun başlanğıcı (film, 2012)
== Məzmun == Həyat sürprizlərlə doludur. Atdığımız hər bir addımın bizi haraya apardığını tam olaraq bilmirik. Əlbəttə, qarşımıza hədəflər qoyuruq, özümüz üçün müəyyən məqsədlər müəyyənləşdiririk və sonra da addım-addım bu hədəf və məqsədlərə doğru irəliləməyə başlayırıq. Ancaq hər zaman əvvəlcədən müəyyənləşdirdiyimiz məqsədə nail ola bilmirik. Axı həyat sürprizlərlə doludur… Bəzən üzümüzə gülən həyat, bəzən də bizi ağladır, içimizi sızladır. Bunlar qaçılmazdır. Yetər ki, biz başımıza gələnlərdən dərs çıxaraq, ibrət götürək. "Sonun başlanğıcı" çoxseriyalı bədii filminin qəhrəmanı Mənsur da tipaj olaraq həyatın həm güldürdüyü, həm ağlatdığı, həm də sonradan bir daha güldürdüyü obrazdır. Bu baxımdan serialdakı Mənsur obrazının yaşadığı həyatı üç mərhələyə bölmək olar. Birinci mərhələdə Mənsur həyatın məqsədini yeyib-içməkdə, dostları ilə birgə eyş-işrət məclisləri qurmaqda, qısacası, böyük iş adamı olan atası Məcidin qazandığı pulları göyə sovurmaqda görür.
Sumqayıt-SSRİ-nin süqutunun başlanğıcı
Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı — Aslan İsmayılovun 1988-ci ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində baş verən hadisələrdən bəhs edən tarixi-didaktik əsəri. Kitabın azərbaycanca və türkçəsinin və kitabın saytının təqdimat mərasimi 26 may 2010-cu ildə bir tədbirlə baş tutmuşdur. Kitabı türk dilinə Elmira Məmmədova tərcümə etmişdir. 2011-ci ildə kitab Vaqif İsmayıl və Vüsal Kazımlı tərəfindən ingilis dilinə tərcümə olunaraq nəşr olunub. Kitabın yeni nəşrinin təqdimatı isə 29 fevral 2013-cü ildə tarixçi Cəmil Həsənlinin də qonaq olduğu tədbirlə baş tutmuşdur. == Məzmun == Kitabda müəllif Aslan İsmayılovun 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror kimi bu faciə ilə bağlı görüb-eşitdikləri qələmə alınıb. Aslan İsmayılov kitab və onun süjeti haqda belə demişdir: Xəbərdarlığın sonu == İstinadlar == == Həmçinin bax == Aslan İsmayılov Sumqayıt hadisələri (1988) == Xarici keçidlər == Rəsmi saytı (az.) (ing.) (rus.) Kitabı yüklə (az.) Aslan Ismayilov. "Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı kitabının təqdimatı. 26.05.2010" ( (az.)). YouTube.
Termodinamikanın başlanğıcı
Termodinamikanın başlanğıcı və ya Termodinamikanın qanunları — postulatlar əsasında termodinamikanın təməlini qoyan dörd qanundan ibarət başlanğıcdır. Bu başlanğıcın qanunları sayəsində mikroskopik parametrləri makroskopik şəkildə birbaşa izah olunur.
Vətən Sərhəddən Başlanır (1988)
Vətən sərhəddən başlanır (film, 1988)
Yanlış döngə 4: Qanlı başlanğıc (film, 2011)
Yanlış döngə 4: qanlı başlanğıc — 2011-ci ildə çəkilmiş qorxu, kriminal janrlı ABŞ filmi, "Yanlış döngə" film silsiləsinin davamı. == Məzmun == Gənclər soyuq və güclü qarlı bir havada gəzintiyə çıxırlar. Lakin gecə yollarını itirirlər. Birdən gözlərinə bir qaraltı dəyir və ora gedirlər. Bu bir vaxtlar qəribə görünüşlü və qeyri adi insanların saxlanıldığı xəstəxanadır. Soyuq havada gənclərin burada gecələmələrindən başqa bir yol yoxdur. Lakin bilmirlərki hələ də bəzi məxluqlar buradadır və onları böyük bir təhlükə gözləyir. Səhər dostarından biri yoxa çıxır. Onu axtaranda isə burada tək olmadıqlarını anlayırlar. Bu məxluqlar isə onların ora gəldiyi motosikletlərini yararsız hala salaraq oradan qaçmaqlarını da əngəlləyiblər.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən başlatmaq düyməsi
Yenidən başlatmaq düyməsi (ing. Reset button) – elektrik enerjisiylə təchizatı kəsmədən kompüteri yenidən başlatmaq üçün nəzərdə tutulmuş düymə. IBM əsaslı kompüterlərin əksəiyyətində yenidən başlatmaq düyməsi sistem blokunun qabaq panelində yerləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İks-adamlar: Başlanğıc. Şimal Porsuğu (film, 2009)
İks-adamlar: Başlanğıc. Şimal Porsuğu (ing. X-Men Origins: Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2009-cu ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman və fantastika filmi. Film "İks-adamlar" seriyasının 4-cü, Şimal porsuğu haqqında isə xüsusi olan ilk filmidir, rejissoru isə Gevin Huddur. Filmin çəkilişləri 2008-ci ilin fevralında başlanılıb. "İks-adamlar: Başlanğıc. Şimal Porsuğu" filminin premyerası 2009-cu ilin aprelin 9-da Avstraliyanın Sidney şəhərində baş tutub. 1 may 2009-cu ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. Film prikveldir, silsilənin ilk filmi — 2000-ci il istehsalı "İks-adamlar" filmindən əvvəlki hadisələri, Şimal porsuğu ləqəbli Loqanın İks-adamlarla tanışmadıqdan əvvəl nələr yaşadığını anladır. Filmin yaş həddi “12+”-dur.
İngilis başlanğıcı (şahmat)
İtkin düşmüşlər 2: Başlanğıc (film, 1985)
İtkin düşmüşlər 2: Başlanğıc – 1985-ci ildə Çak Norrisin iştirakı ilə çəkilən ABŞ filmidir. == Məzmun == 1972-ci il, Vyetnam müharibəsi. Tapşırıq əsnasında Ceyms Breddok başda olmaqla ABŞ əsgərləri əsir düşür və onlar itkin düşmüşlərdən hesab edilirlər. Polkovnik Vin əsir götürülmüş əsgərlərin hesabına bir sıra yuxu xaşxaşı adlı bitki növləri yetişdirtdirir. Ceyms Breddok əsgər yoldaşlarını xilas etmək üçün bir sıra plan hazırlayır...
Betmen Başlayır
Betmen Başlayır (ing. Batman Begins) — 2005-ci ildə "DC Comicsin" uydurma personajı Betmenin komikslərindən uyğunlaşdırılan, rejissoru Kristofer Nolan olduğu, Kristian Beylin Betmen rolunu ifa etdiyi və Maykl Keyn, Liam Nison, Keti Olms, Qari Oldmen, Killian Merfi, Morqan Friman, Tom Uilkinson, Rutqer Auer, Mark Bun Xunior, Ken Vatanabenin rol aldığı ABŞ superqəhrəman filmi. Yeni çəkilən seriyanın ilk filmi Brüs Ueynin yarasadan qorxusu, ailəsinin vəfatı və Betmenə çevrilməsindən bəhs edir. Filmin hekayəsi klassik Betmendən: "Betmen: Birinci il" və "Betmen: Uzun Hellovin" romanlarından ilhamlanmışdır. 1997-ci ildə nümayiş etdirilən "Betmen və Robin" filmindən sonra, bir çox davam filmlər gündəmə gəldi. Kristofer Nolan və Devid Qoyer film üçün çəkilişlərə 2003-cü ildən başladı. Ssenaristlər təməlində humanizm və realizm dayanan daha qaranlıq və real bir hekayəni hədəf aldı. Məqsəd, tamaşaçının Betmen və Brüs Ueynə əhəmiyyət verməsi idi. Çikaqo və İngiltərədə çəkilişləri baş tutan filmdə, kompüter dəstəyi yalnız bir qədər istifadə edildi. Film üçün "Batmobile" və "Yarasa" kostyumu yenidən yaradılıb.
1915-ci il erməni saxtakarlığının başlanğıcı
1915-ci il erməni saxtakarlığının başlanğıcı qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rza İsrafiloğlu tərəfindən 2009-cu ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Erməni saxtakarlığının başlanğıcı sayılan 1915-ci il hadisələri filmin əsasını təşkil edir. == Məzmun == Qondarma erməni soyqırımı iddiası Birinci dünya müharibəsi ərəfəsində Anadoluda yaşayan ermənilərin sistemli şəkildə məhv edildiyini irəli sürən iddiadır. Türkiyə Respublikası hadisələri sadəcə erməni-türk qarşıdurması kimi dəyərləndirməkdə və dövlət göstərişinin olmadığını irəli sürsə də bu gün dünyanın bəzi ölkələri soyqırımın varlığı qəbul ediblər. Amma onu da nəzərə almaq lazımdır ki qərarlar sadəcə tarixə əsaslanaraq yox, bəzi siyasi faktorların təsiri ilə qəbul edilib. 1890-cı ildən etibarən başlayan üsyanlar 1915-ci il Osmanlı hakimiyyətini radikal qərarlar almağa məcbur etmiş və sözü gedən soyqırım iddiası da bu dövrdən etibarən ortaya çıxmışdır. Gerçəkləşdirilən üsyanlar və Birinci dünya müharibəsi ərəfəsində ruslara qoşulan ermənilərin türklərə qarşı savaşması nəticəsində Osmanlı Dövləti 27 may 1915-ci ildə "Köç" qərarı çıxartdı. Bu qərar öncəsində isə bu gün ermənilərin soyqırım günü kimi qəbul etdikləri 24 aprel günü 2345 erməni lider həbs edilmişdir. Bunların birçoxu kəndlərə hücum edərək silahsız əhalini qıran cinayətkarlar idi.
Yenidən başlayaq
Yenidən başlayaq (ing. Begin Again) — Con Karninin rejissorluğu ilə 2013-cü ildə ekranlara çıxan musiqili ABŞ filmi. == Süjet == Həyatının çətin bir vaxtında səsyazma leyblının prodüseri Den Malliqan barda içki içərkən istedadlı müğənni-mahnı yazarı Qreta ilə tanış olur. İkisi Nyu-Yorkun səs-küylü küçələrində albom hazırlamağa qərar verirlər.
İks-adamlar: Başlanğıc. Şimal porsuğu
İks-adamlar: Başlanğıc. Şimal Porsuğu (ing. X-Men Origins: Wolverine) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı personajdan bəhs edən və 2009-cu ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman və fantastika filmi. Film "İks-adamlar" seriyasının 4-cü, Şimal porsuğu haqqında isə xüsusi olan ilk filmidir, rejissoru isə Gevin Huddur. Filmin çəkilişləri 2008-ci ilin fevralında başlanılıb. "İks-adamlar: Başlanğıc. Şimal Porsuğu" filminin premyerası 2009-cu ilin aprelin 9-da Avstraliyanın Sidney şəhərində baş tutub. 1 may 2009-cu ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. Film prikveldir, silsilənin ilk filmi — 2000-ci il istehsalı "İks-adamlar" filmindən əvvəlki hadisələri, Şimal porsuğu ləqəbli Loqanın İks-adamlarla tanışmadıqdan əvvəl nələr yaşadığını anladır. Filmin yaş həddi “12+”-dur.
Başlanğıc səhifə
Əsas səhifə və ya ana səhifə — veb-saytın əsas veb-səhifəsi. Həmçinin bu termin proqram ilk açıldığında veb-brauzerdə göstərilən başlanğıc səhifəsinə də istinad edə bilər. Adətən ana səhifə veb-saytın domen adının və ya subdomen adının kökündə yerləşir. Məsələn, domen misal.com kimidirsə, ana səhifə çox güman ki, www.misal.com/ ünvanında yerləşir.
Başlanğıc səhifəsi
Əsas səhifə və ya ana səhifə — veb-saytın əsas veb-səhifəsi. Həmçinin bu termin proqram ilk açıldığında veb-brauzerdə göstərilən başlanğıc səhifəsinə də istinad edə bilər. Adətən ana səhifə veb-saytın domen adının və ya subdomen adının kökündə yerləşir. Məsələn, domen misal.com kimidirsə, ana səhifə çox güman ki, www.misal.com/ ünvanında yerləşir.
Kiçik Su pərisi: Arielin başlanğıcı
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.

"başla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#başla nədir? #başla sözünün mənası #başla nə deməkdir? #başla sözünün izahı #başla sözünün yazılışı #başla necə yazılır? #başla sözünün düzgün yazılışı #başla leksik mənası #başla sözünün sinonimi #başla sözünün yaxın mənalı sözlər #başla sözünün əks mənası #başla sözünün etimologiyası #başla sözünün orfoqrafiyası #başla rusca #başla inglisça #başla fransızca #başla sözünün istifadəsi #sözlük