başa sözü azərbaycan dilində

başa

Yazılış

  • başa • 99.2571%
  • Başa • 0.7269%
  • BAŞA • 0.0149%
  • baŞa • 0.0011%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Bala-başa bəla! (film, 1995)
Bala başa-bəla — tammetrajlı bədii televiziya film-tamaşası. Əsər rejissor Şərif Qurbanəliyev tərəfindən 1995-ci ildə ekranlaşdırılmışdır. Film-tamaşa "Sabah" eksperimental yaradıcılıq emalatxanasında istehsal edilmişdir. Film-tamaşa Əli Əmirlinin "Bala, bəla sözündəndir" pyesinin motivləri əsasında çəkilmişdir. Tamaşanın çəkilişləri Müqəddəs Ramazan ayında olduğu üçün aktyor Cahangir Novruzov oruclu imiş və aktyor üçün ən çətin səhnələrdən biri qonaqlıq səhnəsi olub. Rejissor Şərif Qurbanəliyev film-tamaşada aktyor kimi də iştirak edir. Amma titrlərdə onun adı Şərif Məcbur kimi göstərilib. Səbəbi də bu olub ki, rejissor bu rola aktyor tapa bilməyib, məcburiyyət qarşısında özü ifa etməli olub. İzzət Nəfislinin evində divardan asılan şəkildə Suğra ilə İzzətin uşaqlıq şəklini görürük. Əslində həmin şəkil aktyor Cahangir Novruzovun uşaqlıq şəklidir.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Başab (Kəleybər)
Başab (fars. بشاب‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 455 nəfər yaşayır (112 ailə).
Başad
Başagələn
Başagələn — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasında kənd. Kəndin əhalisini qədim Bayat boyudan törəmiş etnik türkmanlar təşkil edir.
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası
Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası — Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən böyük xəstəxana kompleksi. Çam ve Sakura adı ilə simvollaşdırılan Türkiyə və Yaponiya əməkdaşlığı ilə birgə hazırlanmışdır. Xəstəxana kompleksi 2020-ci ilin may ayında istifadəyə verilib. == Tarixi == Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası Türkiyənin üçüncü ən böyük səhiyyə investisiya layihəsidir. O, Səhiyyə Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlıq (PPP) modelində həyata keçirilib, Yaponiya Bankı və Nippon İxrac və İnvestisiya Sığortası da daxil olmaqla doqquz müxtəlif qlobal maliyyə korporasiyası tərəfindən maliyyələşdirilib. Layihənin dəyəri 163 milyard yapon yeni (təqribən 1,5 milyard ABŞ dolları) təşkil edib. O, Türkiyənin Rönesans Səhiyyə və Yaponiyanın Sojitz korporasiyası tərəfindən hazırlanıb. Xəstəxana kompleksinin tikintisinə 2016-cı ildə başlanılıb və 2020-ci ildə başa çatdırılıb. Səhiyyə sahəsində investisiya layihəsi Tomson Reuters Fondunun Layihə Maliyyələşdirmə Beynəlxalq Mükafatları çərçivəsində “İlin PPP Müqaviləsi” mükafatına layiq görülüb. Xəstəxananın ilk bölməsi yalnız COVID-19 xəstələrinin müalicəsi üçün 20 aprel 2020-ci ildə istifadəyə verilmişdir.
Başakşəhər
Başakşəhər (türk. Başakşehir) — İstanbul ilinin ilçəsi. 2008-ci ildə Kiçikçəkməcə, Əsənlər və Böyükçəkməcə ilçələrindən ayrılaraq müstəqil ilçə olmuşdur. Başakşəhər şimalda Arnavutköy, şimal-şərqdə Sultanqazi və Əyyubsultan, şərqdə Əsənlər, cənubda Bağçılar, Kiçikçəkməcə və Avcılar ilə, qərbdə isə Əsənyurd ilçələri ilə qonşudur. == Tarixçə == İlçənin yarandığı bölgədə Osmanlı dövründə dövlətin barıt ehtiyacını ödəmək üçün Azadlıq barıtxanası yaradılmış, region Azadlıq adı ilə anılmışdır. İlçədə tarixi xüsusiyyəti olan digər tikililər, Resneli Niyazi Bəyə aid Resneli Ferması və İstanbuldakı məlum olan ilk yaşayış yeri olan Yarımburgaz mağarasıdır.
Başar Kömür
Başar Kömür — Dünya Azərbaycanlıları Konqresinin sədr müavini, Azərbaycan Tədqiqatları jurnalının sponsuru. == Həyatı == Başar Kömur 1952-ci il yanvarın 1-də Türkiyənin Hatay ilinin Ərzin şəhərində anadan olub. 1993-cü ildən Mayns şəhərində təsis olunmuş Mayns Azərbaycan Cəmiyyətinin sədridir. 2001-ci ildə Dunya azərbaycanlılarının I qurultayının numayəndəsi olub. 2004-cü ildə yaranmış Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü seçilib. 2005-ci ilin may ayında Türkiyənin İsgəndərun şəhərində fəaliyyətə başlamış Türkiyə Azərbaycan Federasiyasının Təşəbbüs qrupunun üzvüdür. 2005-ci ildə Türkiyənin Xattay vilayətinin şəhər bələdiyyələri ilə Azərbaycan şəhərləri arası Dostluq və Əməkdaşlıq müqavilələrinin bağlanmasının təşəbbüskarı olub və həmin vilayətin şəhər bələdiyyələrinin sədrlərinin Azərbaycana səfərlərini təşkil edib. Səfər çərcivəsində, bir qrup bələdiyyə sədrləri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevlə görüşüblər. 2010-2012-ci illər ərzində Avropa Azərbaycanlıları Konqresinin sədri olub. NATO statusu altında olan Amerika ordusunun Sosial-Fəaliyyət Mərkəzində məsləhətci olaraq çalışır və Avropanın Dövlətə Çalışan Sindikatlarının İdarə Heyətinin üzvüdür.
Başarat
Başarat — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Başarat kəndi Kiçik Həkəri çayının sağ sahilindən bir qədər aralı, Qarabağ silsiləsinin ətəyindədir. Oykonim baş (yuxarı) və arat (dincə qoyulmuş sahə) komponentlərindən düzəlib. Görünür, rayonun ərazisində bir vaxtlar Aşağı Arat adlı kənd də mövcud olmuşdur. Mənbələrin məlumatına görə, kəndin əvvəlki sakinləri XVIII əsrin sonlarında Türkiyəyə köçmüşlər. İndiki əhalisi isə XIX əsrdə yaxınlıqdakı Hürneyit kəndindən köçən ailələrdir. R-nun ərazisində eyniadlı dağ da var. XVI əsrə aid bir sənəddə Başaratbey şəxs adı da qeydə alınmışdır.
Başavtotrans
Başavtotrans — bütün Başqırdıstanı əhatə edən avtonəqliyyat şirkəti. Rusiyadakı ən böyük avtomobil nəqliyyatı müəssisələrindən biridir. == Tarixi == Ufa küçələrində bir avtomobil haqqında ilk xatırlama 1907-ci ilə aiddir. 1921-ci ildə Ufa vilayətinin Mərkəzi Nəqliyyat İdarəsi 14 yük maşını və 12 avtomobildə 718 sərnişin və 88 711 pud yük daşıdı. Bununla belə qoşqu heyvanları ilə yük daşıma yenə öndə gedirdi. 1923-cü ildə BaşMİK “Başqırdıstan Respublikasında nəqliyyat vasitələrinin gücləndirilməsi haqqında” qərar qəbul edir. Bundan sonra 1924-cü ildə Ufada ictimai nəqliyyat vasitələri sayıla bilən 3 yük maşınından istifadə edərək müntəzəm sərnişin axını açılır. 1929-cu ildə Ufa - Sterlitamak və Ufa - Börü marşrutları boyunca şəhərlərarası sərnişin avtobusları hərəkət etməyə başlayır. O zaman Başqırdıstanda daxili və şəhərlərarası nəqliyyat üçün 42 avtobus var idi. Avtonəqliyyat vasitələrinin meydana gəlməsi avtomobil müəssisələrinin yaranmasına səbəb olur.
Başaçıq (Qoşaçay)
Başaçıq (fars. باش اچيق‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 91 nəfər yaşayır (23 ailə).
Rasim Başak
Rasim Başak (17 fevral 1980, Bakı) — Azərbaycan-Türk peşəkar basketbolçusu == Həyatı == Başak 1980-ci ildə Bakıda anadan olub. Atası azərbaycanlı, anasının isə rus olmasına baxmayaraq türk vətəndaşlığını qəbul edən Rasim uzun müddət qardaş ölkənin əsas basketbol millisində çıxış edib.
Tamer Başar
Tamer Başar (19 yanvar, 1946, İstanbul) — Urbana-Şampeyn İllinoys Universitetində Elektrik və Kompüter Mühəndisliyi kafedrasının professoru və Perspektiv tədqiqatlar mərkəzinin endoued professoru vəzifələrini tutan Türk idarəetmə nəzəriyyəçisi. == Təhsili == Tamer Başar 1969-cu ildə İstanbulda yerləşən Boğaziçi Universitetində (əvvəllər Robert Kolleci kimi tanınırdı) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi aldı. Yel Universitetindən Mühəndislik və tətbiqi elm sahəsi üzrə Magistr dərəcəsi, Fəlsəfə ustası və Ph.D. dərəcələrini uyğun olaraq, 1970, 1971, 1972-ci illərdə aldı. == Akademik həyatı == O, 1981-ci ildə Urbana-Şampeyn İllinoys Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasına qoşuldu. O, 2008-2009-cu illərdə Amerika Avtomatik İdarəetmə Şurasının seçilmiş prezidenti idi. Tamer Başar 2006-cı ildə Riçard Bellman idarəetmə irsi mükafatına və 2014-cü ildə İEEE idarəetmə sistemləri mükafatına layiq görülüb. O, 2000-ci ildə Qeyri-müəyyənliklə sistemlərin robast idarə edilməsi üçün dinamik oyunlar nəzəriyyəsi və onun tətbiqlərinin inkişafına görə Elektronika, Rabitə və İnformasiya Sistemləri Mühəndisliyi və Sənaye, İstehsalat və Əməliyyat Sistemləri Mühəndisliyi üzrə Milli Mühəndislik Akademiyasına üzv kimi seçildi. == Tədqiqat sahələri == Onun elmi tədqiqat sahələri sırasına optimal, robast və qeyri-xətti idarəetmə, irimiqyaslı sistemlər, dinamik oyunlar, stoxastik idarəetmə, qiymətləndirmə nəzəriyyəsi, stoxastik proseslər, riyazi iqtisadiyyat daxildir. == İstinadlar == == Xarici keçidlər == Tamer Başar www.bu.edu Prof. Dr.
İstanbul Başakşehir FK
İstanbul Başakşehir Futbol Klubu və ya sponsorluq razılığı ilə Rams Başakşehir Futbol Klubu 1990-cı ildə İstanbul Bələdiyyə sədri Nurettin Sözen tərəfindən qurulmuşdur və 4 iyun 2014-cü ilə qədər İstanbul Böyükşəhər Bələdiyyəspor adını daşımışdır. Bu tarixdən sonra isə bələdiyyədən ayrılaraq fəaliyyətini bir futbol klubu olaraq davam etdirib adını İstanbul Başakşehir Futbol Klubu ilə dəyişdirdi. Bu klub ev oyunlarını Fatih Terim Stadionu-nda oynayır. Klub 2019-20 sezonunda Türkiyə Super Liqasında 69 xalla 1. ci olmuşdur və klub tarixində ilk dəfə çempion olmuşdur. Başakşehir FK 2020-21 UEFA Çempionlar Liqası nda Türkiyə ni təmsil edən yeganə klubdur.
Əli Mahir Başarır
Əli Mahir Başarır (1975, Tarsus) — TBMM 27-ci çağırış millət vəkili, türk siyasətçi, hüquqşünas. == Həyatı == Əli Mahir Başarır 3 sentyabr 1975-ci ildə Mersinin Tarsus ilçəsində anadan olub. İbtidai, orta və tam orta təhsilini Tarsusda bitirmişdir. Əli Mahir Başarır Mərmərə Universitetinin Hüquq fakültəsini bitirib və həmin universitetdə Mülki Hüquq sahəsində magistr təhsilini tamamlayıb. O, İstanbulda vəkil olaraq işləməyə başlamış, Maltepe İdman Klubu və Kartal İdman Klubunda menecer vəzifəsində çalışmışdır. === Ailəsi === Əli Mahir Başarir evlidir və iki övladı var. == Siyasi fəaliyyəti == 12 sentyabr çevrilişindən sonra bağlanan Cümhuriyyət Xalq Partiyası 1992-ci ildə yenidən fəaliyyətə başladıqdan sonra Əli Mahir Başarır Cümhuriyyət Xalq Partiyasının Tarsusda təşkilatlanmasında fəal iştirak edərək aktif siyasətə qatılmışdlr. 2011-ci il tarixli Türkiyə parlament seçkilərində ilk dəfə Cümhuriyyət Xalq Partiyasından Mersin millət vəkili namizədi olan Əli Mahir Başarır 24 iyun 2018-ci il tarixli Türkiyə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyası sıralarından Mersin millət vəkili seçilərək parlamentə daxil olub. Əli Mahir Başarır hal-hazırda TBMM Konstitusiya Komitəsinin üzvüdür. === Partiya fəaliyyəti === Əli Mahir Başarır 25 – 26 iyul 2020-ci il tarixlərində keçirilmiş Cümhuriyyət Xalq Partiyası 27-ci Qurultayında Partiya Məclisinin üzvü seçilmişdir.
Başağac (Şırnak)
Başağac — Türkiyənin Şırnak vilayətinin Mərkəz rayonunda kənd. == Tarixi == Kəndin köhnə adı 1928-ci il qeydlərində Məndəkəran kimi tanınır. 1987-ci ildə PKK münaqişəsi səbəbilə boşaldılan kənd 1999-cu ildən sonra baş nazir Vülənd Ecevitin təşəbbüsü ilə yenidən məskunlaşdırlldığı üçün xalq arasında "Ecevit Köyü" kimi tanınır.
Başaq (Silopi)
D — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarix == Kəndin köhnə adı 1928-ci il qeydlərində kürdmənşəli Zidikan və ya Zeydikan kimi qeyd olunur. 2014-cü ildə kənd sakinləri 1990-cı illərdə tərk etdikləri və "qadağan olunmuş ərazi"yə daxil etdikləri Cudi dağının ətəyindəki kəndlərinin əkin sahələrinə qayıtdılar. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.

"başa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#başa nədir? #başa sözünün mənası #başa nə deməkdir? #başa sözünün izahı #başa sözünün yazılışı #başa necə yazılır? #başa sözünün düzgün yazılışı #başa leksik mənası #başa sözünün sinonimi #başa sözünün yaxın mənalı sözlər #başa sözünün əks mənası #başa sözünün etimologiyası #başa sözünün orfoqrafiyası #başa rusca #başa inglisça #başa fransızca #başa sözünün istifadəsi #sözlük