PAŞA sözü azərbaycan dilində

PAŞA

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • PAŞA • 56.7812%
  • Paşa • 40.5257%
  • paşa • 2.6447%
  • PaŞa • 0.0323%
  • paŞa • 0.0161%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Paşa
Hacı Mehmed Paşa — padşah Orxan Qazi səltənətində təxminən 1348-1349 müddətində sədrəzəmlik edən Osmanlı dövlət adamıdır. Haqqında çox da bilgi yoxdur. 1348 tarixində sədrəzəmliyə gətirilmiş, 11 il bu vəzifədə qalaraq 1359 tarixində yerinə Sinanüddin Fakih Yusif Paşa gətirilmişdir.
Hızır Paşa
Hızır Paşa — Misir və Budin bəylərbəyi, Osmanlı vəziri == Həyatı == == Mənbə == Sicill-i Osmani VI, səh.
Həmzə Paşa
Həmzə Paşa (ö. 1699) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra Sultan Mehmedin anası Validə Turhan Sultanın kəndxudası olaraq illərlə sarayda xidmət etdi. Bu vəzifədə ikən paşa ünvanı aldı. Ancaq 1683-cü ildə Validə Turhan Sultanın vəfatının ardından orduya dəvət edildi və 1684-cü ilin yanvarında Misir bəylərbəyi oldu. 1687-ci ilin martında vəzifədən alındı və bir il sonra Şam, 1698-ci ildə isə Tərabülüs əş-Şam bəylərbəyi təyin edildi. Ancaq son vəzifə yerinə çatdıqdan qısa müddət sonra vəfat etdi. İdarəçilikdə bacarığının olmadığı, Numan bəy (ö. 1717) adlı oğlunun olduğu məlumdur.
Paşa
Paşa — Osmanlı Dövləti zamanında yüksək mülki məmurlara və polkovnikdən yüksək rütbədə olan əsgərlərə verilən ad. Bununla bərabər Osmanlı himayəsində Misir baş rəhbərlərinə də paşa titulu verilmişdir. == Sözün mənşəyi == Sözün qədim Türkcə kişi övladı mənasını verən beşə sözündən gəldiyi və ya baş ağa sözlərinin birləşməsindən yarandığı düşünülməkdədir. Bunun yanında baş ad gövdəsinə -A addan ad düzəldən quruluşum əlavə gətirilərək ən üstdə, başda olan mənasında uydurulan bir söz olduğu da düşünülür. İsgəndər Qəmə da sözün "beşə" sözündən gəldiyinə "Od" romanındakı bu sözlərlə işarə etmişdi: "Çələbi Faruk, Loğman Beş ilanın atası demək. Üç ildir ki, bunu heç bilməmişdim. Halbuki "Paşa" də anlamalıydım" Günümüzdə "Ləqəb və titulların aradan götürülməsi" haqqındakı qanun ilə qadağa olmasına baxmayaraq (26 noyabr 1934) bir çox sahədə general rütbəli zabitlər üçün geniş işlədilməkdədir. [1] Həmçinin paşa Türk mənşəli bir kəlmə olmasına baxmayaraq xarici söz birləşmələrinin tərkibində istifadə edilmişdir.
Həsən paşa
Həsən paşa (v. 1770, Ukrayna) — 1759-cu ildə atasının yerinə paşa olmuş, sonra elə həmin il paşalıqdan kənarlaşdırılıb yerinə İbrahim paşa gətirilmişdir. Lakin xalqın 1761-ci ildə üsyan etməsindən sonra yenidən paşalığa qaytarılmışdır. Rus-Osmanlı müharibəsi dövründə Ukraynaya göndərilmiş, Xotin qalasını müdafiə etmişdir.
Lütfi Paşa
Çələbi Lütfi Paşa (təq. 1488, Vlyora – 1562, 1563, 27 mart 1564[…], 1553 və ya 1554, Dimetoka) — I Süleyman dönəmində 13 iyul 1539 — may 1541 tarixlərində Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. == Həyatı == Dəqiq olmasa da, doğum tarixi olaraq 1488 tarixi göstərilir. Alban əsilli bir ailədə dünyaya gəlmişdir. II Bəyazid dönəmində saraya alınmış və burada mükəmməl təhsil almışdır. "Təvarix-i Ali Osman" və "Asəfnamə" əsərlərində qeyd etdiyinə görə, Yavuz Sultan Səlimin cülusunun ardından 50 axcalıq maaşla saraydan ayrılmış, daha sonra qapıçıbaşı və miraləmliyə gətirilmişdir. I Süleyman dönəminin ilk illərində əvvəlcə Kastamonu, ardından Aydın sancaqbəyi oldu. Bu vəzifədə ikən 1522-ci ildə Rodos mühasirəsinə qatıldı və fəthdən sonra Rodos qalasının təmiri ilə vəzifələndirildi. Ardından uzun müddət Yanya sancaqbəyliyində fəaliyyət göstərdi və bu vəzifədə ikən Vyana mühasirəsinə qatıldı. Daha sonra Qaraman bəylərbəyliyinə gətirildi.
Maqsud Paşa
Maqsud Paşa (ö. sentyabr 1644) — IV Murad və Sultan İbrahim səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Sipahi ocağında yetişərək dəftərdar Ömər Əfəndinin xidmətinə alındı. Ardından Ömər Əfəndinin kəndxudası və saray miraxuru oldu. 1640-cı ildə vəzir rütbəsiylə Diyarbəkir bəylərbəyi təyin edilsə də, bir il sonra vəzifədən alındı. 3 oktyabr 1642-ci ildə Misir bəylərbəyi oldu. Ancaq burada yerli əyanlarla və orduyla problemlər yaşadı. Nəhayət, ordu qarşısındakı acizliyi bəhanə göstərilərək 21 aprel 1644-cü ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Gələr-gəlməz Yeddiqüllə zindanlarına həbs edilən Maqsud Paşa mal-mülkü müsadirə edildikdən sonra həmin ilin sentyabrında edam edildi.
Midhat Paşa
Əhməd Şəfiq Mithat Paşa (d. 18 oktyabr 1822 - ö. 8 may 1884) — Sultan Əbdüləziz və II Əbdülhəmidin səltənətində 2 dəfə - ümumilikdə 4 ay 5 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 18 oktyabr 1822-ci ildə İstanbulda dünyaya gəlmişdir. Əsl adı Əhməd Şəfiqdir. Atası Hafiz Mehmed Əşrəf Əfəndi Əvkaf nazirliyində (dini işlər üzrə qurum) kiçik bir məmur idi. Bu səbəblə kiçik yaşlarında dini təhsil aldı. Hətta deyilənə görə, 10 yaşında Quranı əzbərləmişdi. 11 yaşında atasının naib təyin edildiyi Vidinə getsə də, ertəsi il atasıyla birlikdə İstanbula qayıtdı. 1834-cü ildə rəisülküttab Akif Paşanın vasitəsiylə divan-ı hümayunda xidmətə alındı.
Mir Paşa
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Məsih Paşa
Məsih Paşa (ö. 1501, İstanbul) — II Bəyazid dönəmində 1499 - 1501 tarixlərində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Yunan əsilli olub Paleoloqlar sülaləsinə mənsubdur. Sonuncu Bizans imperatoru XI Konstantinin qardaşı oğludur. Anası isə Venesiyanın adlı-sanlı ailələrindən olan Kontarini ailəsinə mənsubdur. Böyük qardaşı Murad Paşa ilə İstanbulun fəthindən sonra əsir düşmüş və hər ikisi Sultan Mehmedin xidmətinə alınaraq sarayda böyüdülmüşdür. Məsih Paşanın ilk vəzifələri haqqında ətraflı məlumat yoxdur. Kamalpaşazadəyə görə, Sultan Mehmedin son illərində vəzirliyə gətirilmişdir. Bu da böyük ehtimalla 1476-cı ilin sonu vəya 1477-ci ilin əvvəllərinə təsadüf edir. Çünki 26 noyabr 1477 və 1478 tarixli iki sənəddə Məsih Paşa ikinci vəzir olaraq qeyd olunur.
Nasuh Paşa
Gümülcinəli Kürəkən Nasuh Paşa (XVI əsr, Komotini – 17 oktyabr 1614, İstanbul) — I. Əhmədin hakimiyyəti dövründə, 5 avqust 1611 – 17 oktyabr 1614 tarixləri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == Dəvşirmə olaraq İstanbula gətirilmiş və Zülüflü Baltaçılar ocağında təhsil almışdır. Saraydan mütəfərrik olaraq çıxmış və Divan-ı Humayun çavuşluğu etmişdir. Oradan Zile voyvodalığına göndərilmiş və sonra İstanbula dönərək qapıçılar kəndxudası və kiçik cilovdar vəzifələrini görmüşdür. 1603'də Hələb hakimliyinə təyin edilmişdir. İran sərdarı olan Cığalızadə Yusif Sənan Paşa onu Hələb hakimliyindən azad etmiş və yerinə Canpoladoğlunu gətirmişdir. Nasuh Paşa buna etiraz etsə də, bu etirazı qəbul edilməmişdir. Özünə vəzirlik rütbəsi verilmiş və Tavil Əhməd adlı Cəlali üsyançısını aradan qaldırmaq ilə vəzifələndirilmişdir, lakin bu üsyançının üstünə getsə də, məğlub olmuş və geri çəkilmişdir. Daha sonra 1606-cı ildə Bağdadı saxta bir fərman ilə ələ keçirən Tavil Əhməd oğlu Məhəmmədin üstünə Bağdadı geri almaq üzrə göndərilmişdir. Bu səfərdə də müvəffəqiyyətsiz qalıb Diyarbəkirə çəkilmək məcburiyyətində qalmışdır.
Natiq Paşa
Natiq Hidayət oğlu Paşa == Həyatı == 1966-cı ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub. 1983-cü ildə Soltanlı kənd orta məktəbini bitirib. 1991-ci ildə Azərbaycan Sənaye Universitetinin (indiki ADNA)Geoloji Kəşfiyyat fakültəsini, geofizik, dağ mühəndisi ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirib. 2007-ci ildə AMEA Geologiya İnstitutunda AMEA müxbir üzvü Arif Həsənovun və Akademik Ziyad Səmədzadənən rəhbərliyi ilə “Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi (PhD), “Xalq təsərrüfatının iqtisadiyyatı və idarəedilməsi” (komplekslərin, sahələrin və müəssisələrin iqtisadiyyatı, təşkili və idarəedilməsi) ixtisası üzrə iqtisad elmlər namizədi (PhD) dissertasiya işini müdafiə edib. 2011-ci ildə Dosent elmi adı alıb. Azərbaycan Milli Elmlər Akademiyası RSXM-də böyük elmi işçi, Rusiya Federasiyası DR Beynəlxalq Şərq Universitetində Tədris hissəsi müdiri, Qafqaz Universitetində Tədris hissə müdiri, İnzibati işlər departamentinin müdiri, Baş katib, Prorektor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Ekologiya kafedrasında dosent, Qərbi Kaspi universitetində Mühəndislik fakultəsinin dekanı vəzifələrdə işləyib. Hazırda Azərbaycan Texniki Universitetində "Kimya texnologiya, təkrar emal və ekologiya" kafedrasının dosenti, HFT proqramının (ixtisas) rəhbəridir. 2017-ci ildən Beynəlxalq Ekoenergetika Akademiyasının professorudur. 2022-ci ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi, TKTA - Akkreditasiya Komissiyasının Ekspertidir. N.H.Paşa bir dərs vəsaiti, 20-yə yaxın fənn proqramı, yerli və xarici elmi jurnallarda nəşr olunmuş 60-dan çox elmi əsərin müəllifidir.
Nuru Paşa
Nuru Killigil və ya Nuru Paşa (türk. Nuri Killigil; 1889, Konstantinopol, Osmanlı imperiyası – 2 mart 1949, Sütlücə, İstanbul, Türkiyə) — Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun komandanı və Türkiyə Cümhuriyyəti dövründə sahibkar. O, 1949-cu il mart ayının 2-də İstanbulun Sütlücə fabrikində baş verən partlayış nəticəsində faciəli surətdə həlak olmuşdu. == Həyatı == === Erkən illəri === === Hərbi karyerasının başlanğıcı === === Rus-yapon müharibəsi === === Artilleriya Zabitləri məktəbində xidməti === === Birinci dünya müharibəsi === === Azərbaycanda xidməti === === Türkiyəyə qayıdışı === Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı. Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı.
Osman Paşa
Osman Paşa
PAŞA Bank
2007-ci ildə yaradılmış "PAŞA Bank" ASC Azərbaycanın aparıcı korporativ maliyyə institutudur. PAŞA Bank, investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə — aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir. PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır və aktivlərinin həcminə görə TOP-3 özəl banklar siyahısına daxildir. 31 dekabr 2022-ci il tarixinə olan konsolidə olunmuş göstəricilərə görə Bankın kapitalı 648 mln AZN, aktivlərinin həcmi isə 9,218 mln AZN təşkil edib. Aparıcı banklardan biri olan PAŞA Bank, davamlı və sabit inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. PAŞA Bankın baş ofisi Bakıda yerləşir. Bankın paytaxtda və ölkənin bölgələrində ümumilikdə 5 biznes-mərkəzi, 3 filial və 1 mübadilə şöbəsi fəaliyyət göstərir. 2013-cü ildən etibarən Bank Gürcüstanda, 2014-cü ildən isə Türkiyədə təmsil olunur. Törəmə bankları vasitəsilə regional şəbəkə yaradan PAŞA Bank, beynəlxalq və regional əməkdaşlıq üçün bir sıra yeni imkanlar yaradıb.
PAŞA Holdinq
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan Azərbaycan şirkətlər qrupu 1 noyabr 2006-cı il tarixindən fəaliyyət göstərir. Paşa Holdinq Azərbaycanın ən iri və nüfuzlu biznes qruplarından biridir. 2006-cı ildə yaradılmış bu holdinq geniş fəaliyyət sahələrinə malikdir və əsasən maliyyə, sığorta, daşınmaz əmlak, turizm, tikinti, sənaye və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərir. Şirkətin baş ofisi Bakıda yerləşir. Əsas fəaliyyət sahələri 1. Bankçılıq və maliyyə xidmətləri: Holdinqin tərkibinə Azərbaycanın ən iri banklarından biri olan Paşa Bank və Kapital Bank daxildir. 2. Sığorta: Paşa Sığorta və Paşa Həyat Sığorta kimi sığorta şirkətləri xidmətlər təqdim edir. 3. Daşınmaz əmlak və tikinti: Holdinq daşınmaz əmlakın idarə edilməsi və tikinti layihələrində iştirak edir. 4. Turizm: “Paşa Travel” kimi şirkətlər vasitəsilə turizm sahəsində də möhkəm mövqelərə sahibdir. Paşa Holdinq Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur və sosial layihələrdə də aktiv iştirak edir. == Bankçılıq == === Kapital Bank === Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir.
PAŞA Həyat
PAŞA Həyat — Azərbaycanın həyat sığortası üzrə ixtisaslaşmış sığorta şirkəti. Azərbaycanın ən iri holdinqlərindən biri olan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. PAŞA Həyat Sığortanın baş ofisi Bakıda yerləşir. Ümumi sığorta yığımlarına görə ölkə üzrə sığorta bazarında lider şirkətdir. 31 dekabr 2021-ci il tarixinə olan məlumata əsasən şirkətin ümumi aktivlərinin həcmi 410 mln. 798 min AZN təşkil edir. Agile idarəetmə prinsipinə keçid edən ilk həyat sığortası şirkətidir. "PAŞA Həyat" ASC İcbari Sığorta Bürosunun üzvüdür. == Tarixi == “PAŞA Holdinq” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.
Paşa Babayev
Paşa Holding
Paşa Holdinq və ya Pasha Holding – sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində çalışan Azərbaycan şirkətlər qrupu 1 noyabr 2006-cı il tarixindən fəaliyyət göstərir. Paşa Holdinq Azərbaycanın ən iri və nüfuzlu biznes qruplarından biridir. 2006-cı ildə yaradılmış bu holdinq geniş fəaliyyət sahələrinə malikdir və əsasən maliyyə, sığorta, daşınmaz əmlak, turizm, tikinti, sənaye və kənd təsərrüfatı sektorlarında fəaliyyət göstərir. Şirkətin baş ofisi Bakıda yerləşir. Əsas fəaliyyət sahələri 1. Bankçılıq və maliyyə xidmətləri: Holdinqin tərkibinə Azərbaycanın ən iri banklarından biri olan Paşa Bank və Kapital Bank daxildir. 2. Sığorta: Paşa Sığorta və Paşa Həyat Sığorta kimi sığorta şirkətləri xidmətlər təqdim edir. 3. Daşınmaz əmlak və tikinti: Holdinq daşınmaz əmlakın idarə edilməsi və tikinti layihələrində iştirak edir. 4. Turizm: “Paşa Travel” kimi şirkətlər vasitəsilə turizm sahəsində də möhkəm mövqelərə sahibdir. Paşa Holdinq Azərbaycanın iqtisadiyyatında mühüm yer tutur və sosial layihələrdə də aktiv iştirak edir. == Bankçılıq == === Kapital Bank === Azərbaycan Əmanət Bankı kimi 1874-cü ildə qurulan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti (Kapital Bank və ya "Kapital Bank" ASC), ölkənin ən iri banklarından biridir.
Paşa Kərimov
Paşa Əli oğlu Kərimov (10 fevral 1959, Bakı – 25 yanvar 2024, Bakı) — filologiya elmləri doktoru, ədəbiyyat tarixinin tədqiqatçısı, mətnşünas alim, AMEA Əlyazmalar İnstitutunun icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, UNESKO-nun Dünya yaddaşı proqramı üzrə Azərbaycan Milli Komitəsinin sədr müavini == Həyatı == Paşa Kərimov 10 fevral 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsini bitirib. 1982-ci ildən Əlyazmalar İnstitutunda işləyir. 1991-ci ildə "Əlican Qövsi Təbrizinin "Divan"ının tekstoloji tədqiqi və elmi-tənqidi mətni" mövzusunda namizədlik, 2012-ci ildə isə "XVII əsr anadilli Azərbaycan lirikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1999–2003-cü illərdə institutun elmi katibi işləmişdir. 2003–2011-ci illərdə elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 2011-ci ilin 1 noyabrından AMEA Əlyazmalar İnstitutunun direktor vəzifəsini icra edib. 2014–2021-ci illərdə direktor müavini, 2015–2021-ci illərdə həm də "Multidistiplinar əlyazmalar və çap kitabları" şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci il Noyabr ayından Əlyazmalar İnstitutunun icraçı direktorudur. AMEA Əlyazmalar İnstitutunun nəzdindəki 7213.01-"Dinşünaslıq" üzrə birdəfəlik ixtisaslaşdırılmış dissertasiya şurasının sədridir.
Paşa Mehdiyev
Paşa Musayev
Paşa Qəlbinur (tam adı: Paşa İsmayıl oğlu Musayev) — azərbaycanlı şair, oftalmoloq (göz həkimi). 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı (1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru (2005), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri (2008). == Həyatı == Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958–1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968–1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975–1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977–1978). İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978–1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981–1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən).
Paşa Məmmədov
Paşa Paşayev
Paşa Paşayev (tam adı: Paşa Sirac oğlu Paşayev, 1924, Ağdaş – 2000, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (V) direktoru. == Həyatı == Paşa Sirac oğlu Paşayev 1924-cü ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. 1942-ci ildə Ağdaş şəhərində orta məktəbdə buraxılış imtahanlarını verdikdən sonra alman faşistləri ilə döyüşmək üçün könüllü olaraq müharibəyə yollanmışdır. Azərbaycanlılardan təşkil olunmuş 416-cı Taqanroq atıcı diviziyasının tərkibində Mozdok, Melitopol, Kerç şəhərləri uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1944-cü ildə Mariupol şəhərində 6 aylıq hərbi məktəbi bitirmişdir. Berlin şəhəri uğrunda gedən döyüşlərdə iştirak etmiş və 1946-cı ildə ordudan tərxis olunmuşdur. P.Paşayev 1947-ci ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hidromeliorasiya fakültəsinə qəbul olmuş və 1952-ci ildə institutu bitirərək "mühəndis-hidrotexnik" ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə 1952-ci ildə təhsil aldığı institutda assistent vəzifəsindən başlamışdır. 1953–1956-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun əyani şöbəsinin aspirantı olmuşdur. 1956–1962-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun Şirvan zonası üzrə Ucardakı təcrübə stansiyasının direktoru vəzifəsində işləmişdir.
Paşa Qəlbinur
Paşa Qəlbinur (tam adı: Paşa İsmayıl oğlu Musayev) — azərbaycanlı şair, oftalmoloq (göz həkimi). 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ümumittifaq komsomol mükafatı laureatı (1983), tibb elmləri doktoru (1987), professor (1988), Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü (1994), Rusiya Tibb Elmləri Akademiyasinin fəxri doktoru (2005), Dünya Türk Cümhuriyyətləri Oftalmoloji Birliyinin, Dünya Azərbaycanlıları Konqresinin həmsədri (2008). == Həyatı == Paşa Qəlbinur 1952-ci il martın 30-da Şəmkir rayonunun Çinarlı qəsəbəsində qulluqçu ailəsində anadan olmuşdur. Burada Müşfiq adına kənd orta məktəbini qızıl medalla bitirmişdir (1958–1968). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profılaktika fakültəsində təhsilini davam etdirmişdir (1968–1975). Gəncə şəhər göz xəstəxanasında və 1 saylı uşaq poliklinikasında həkim-okulist işləmişdir (1975–1977). Sonra N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında baş laborant olmuşdur (1977–1978). İ.M.Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının nəzdində əyani aspiranturada təhsil almışdır (1978–1981). N.Nərimanov adına Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, həm də ictimai peşələr fakültəsində dekan müavini işləmişdir (1981–1988). Hazırda həmin kafedranın professoru (1988-ci ildən), həm də kafedranın müdiridir (1991-ci ildən).
Gənc Əli Paşa
Gənc Əli Paşa (ö. 1 oktyabr 1730) — III Əhməd səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi. == Həyatı == Doğum tarixi bilinmir. Atası Lalə dövrünün sədrəzəmi Nevşəhərli İbrahim Paşanın qardaşı Xəlil ağadır. 1711-ci ildə atasının vəfatından sonra qardaşı Mustafa ağa ilə birlikdə əmisinin himayəsinə girdi. Saraya alınaraq Əndəruna təhsil aldı. Qapıçılar kəndxudası ikən 21 fevral 1724-cü ildə baş tutan mərasimlə Sultan Əhmədin qızlarından Ümmügülsüm Sultanla nişanlandı. Cütlüyün toy mərasimi isə bir neçə ay sonra baş tutdu. Bu nigahdan paşanın Mehmed (ö. 1763) və Mustafa bəy (ö.
Hacı Allahşükür Paşazadə
Allahşükür Hümmət oğlu Paşazadə (26 avqust 1949, Cil, Lənkəran rayonu) — Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri (Qafqaz müsəlmanlarının 29 iyul 2003-cü ildə Bakı şəhərində keçirilmiş XI qurultayında yekdilliklə ömürlük sədr — Şeyxülislam seçilmişdir), Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru. == Həyatı == Allahşükür Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olmuşdur. İlk dini təhsilini yerli din adamlarından almışdır. 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olmuş və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirmişdir. 1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini olmuşdur. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyx-ül-islam dərəcəsinə yüksəlmişdir 1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilmişdir. 15 noyabr 1988-ci ildə sülhsevərlik fəaliyyətinə görə, SSRİnin Xalqlar Dostluğu ordeni ilə təltif edilib. 1989-cu ildə SSRİ xalq deputatı, daha sonra müstəqil Azərbaycanın millət vəkili seçilmişdir. Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə 1992-ci il 7 sentyabrda Çeçenistanın paytaxtı Qroznı şəhərində çağırılan Qafqaz Evi konfransında Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilmişdir.
Hacı Xəlil Paşa
Hacı Xəlil Paşa (d. 1655 - ö. 1733) — III Əhməd səltənətində 1 il 4 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekāyiât (nşr. Abdülkadir Özcan), Ankara 1995, giriş, s. XXVI, XXVII; Silâhdar, Nusretnâme, s. 341, 346, 351, 355, 363, 364, 365, 369, 371, 409-410; Şeyhî, Vekāyiu’l-fuzalâ, IV, 439, 694, 702, 704, 707, 717; Râşid, Târih, IV, 181, 269 vd., 282, 286-287, 295-296, 304, 306, 317, 354, 355, 359-361, 362-364, 372; V, 274-275; Dilâverzâde Ömer Efendi, Hadîkatü’l-vüzerâ Zeyli, Freiburg 19692, s. 24; Çelebizâde Âsım Efendi, Târîh-i Râşid Zeyli, İstanbul 1282, s. 524, 545, 581; Şehrîzâde Mehmed Said, Gül-i Zîbâ, Süleymaniye Ktp., Lala İsmâil, nr. 338/4, vr.
Hacı İbrahim Paşa
Hacı İbrahim Paşa (ö. dekabr 1604) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Qazı olaraq xidmət etdikdən sonra Hələb əyalətinin dəftərdarı oldu. 1582-1583, 1585-1588 və 1591-1594-cü illərdə 3 dəfə baş dəftərdar olaraq xidmət etmişdir. 1594-cü ildə Konya bəylərbəyi olaarq Anadoluya göndərildi. Burada davam edən Cəlali üsyanıyla mübarizə apardı. 1596-cı ildə vəzifədən alınsa da, 1598-ci ildə Hələb bəylərbəyi, daha sonra altıncı vəzir olaraq Cəlali üsyançısı Qarayazıcıoğlunun üzərinə göndərildi. 1600-cü ildə bu üsyançıya məğlub oldu və ardından vəzifədən alınaraq Konyaya sürgün edildi. 1603-cü ilin dekabrında Misir bəylərbəyi olsa da, bir il sonra bölgədə çıxan üsyanda qətlə yetirildi (dekabr 1604).
Hacı İvaz Mehmed Paşa
Hacı İvaz Mehmed Paşa (1675, Yaqodina[d] – 1743, Navpakt) — I Mahmud dönəmində 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == == Mənbə == BA, Tahvîl Defteri, nr. 5, mükerrer s. 68. BA, Atîk Vüzerâ Defteri, nr. 2, s. 40, 43. BA, A.DVN Mühimme, nr. 950, s. 12, 19-20.
Hacı Əbdülfəttah Paşa
Hacı Əbdülfəttah Paşa (ö. 1702) — II Mustafa səltənətində kaptan-ı dərya olan Osmanlı dövlət xadimi. == Həyatı == Dərya bəylərindən olub, haqqında məlumat olduqca azdır. 1694-cü ildə İstanbul donanmasının rəisi oldu. 1701-ci ildə kaptan-ı dərya olsa da, bir il sonra səhhəti pisləşdi. Bu səbəblə 23 dekabr 1702-ci ildə vəzifədən alındı. Çox keçmədən Saaqız adası yaxınlığında vəfat etdi və orada dəfn olundu.
Hacı Əbubəkr Paşa
Hacı Əbubəkr Paşa (1670 – yanvar 1759) — Osmanlı sultanı III Əhməd və I Mahmudun dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Alanyalı olub, saraydakı yaxınlarının vasitəsilə öncə gömrükçü, daha sonra qapıçıbaşı olaraq çalışdı. 1718-ci ilin aprelində baş çavuş, 1722-ci ilin mayında zərbxana əmini, 1723-cü ilin aprelində isə yenidən baş çavuş təyin edildi. Daha sonra 1724-cü ilin noyabrında Ciddə və Həbəşistan, 1727-ci ilin sentyabrında Misir, 1729-cu ilin iyulunda yenidən Ciddə bəylərbəyi oldu. 1731-ci ilin oktyabrında Anadolu bəylərbəyi, 1732-ci ildə kaptan-ı dərya, 1733-cü ilin mayında nişançı vəzir, 1734-cü ildə Rumeli bəylərbəyi, 1740-cı ildə Moreya valisi, 1743-cü ilin oktyabrında yenidən Ciddə valisi oldu. 1749-cu ildə Bosniya bəylərbəyi, 1750-ci ildə ikinci dəfə kaptan-ı dərya seçildi. 1751-ci ilin fevralında təqaüəd ayrılsa da, çox keçmədən yenidən Ciddəyə təyin olundu. Bahir Mustafa Paşanın sədarətə gəlməsinin ardından Gəliboluya sürgün edilsə də, 3 il sonra yaşlılığı səbəb göstərilərək geri çağırıldı. 1759-cu ilin yanvarında burada vəfat etmiş, cənazəsi Aksarayda inşa etdirdiyi məktəbin bağçasına dəfn edilmişdir. Öncəki evliliklərindən İsgəndər bəy, Hacı Mehmed bəy, Süleyman bəy adlı oğullarının olduğu bilinir.
Hacı Əhməd Paşa
Hacı Əhməd Paşa (ö. yanvar 1715) — III Əhməd səltənətində 2 ay 26 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Danışmend, İsmail Hami, (1971) Osmanlı Devlet Erkâni, İstanbul: Türkiye Yayınevi, say.51 Buz, Ayhan (2009) " Osmanlı Sadrazamları", İstanbul: Neden Kitap, ISBN 978-975-254-278-5 Avcı, Casim "Ahmed Paşa (Kalaylıkoz)", (1999) Yaşamları ve Yapıtlarıyla Osmanlılar Ansiklopedisi, İstanbul:Yapı Kredi Kültür Sanat Yayıncılık A.Ş. C.1 s.148-149 ISBN 975-08-0072-9 Mehmed Süreyya (haz.
Hacıkəmaləddin oğlu Ələddin Paşa
Ələddin Paşa (türk. Alâeddin Paşa) və ya Hacıkəmaləddinoğlu Ələddin Paşa (türk. Hacıkemaleddinoğlu Aleaddin Paşa, Hacıkemalettinoğlu Aleaddin Paşa) — Osmanlı paşası. 1320-1331 illəri arasında vəzirlik etmişdir. Osmanlı İmperiyasının ilk vəzirinin Ələddin Paşa olduğuna dair bir razılaşma var. Osmanlı salnamələrinə görə, Osmanlı İmperatorluğunun ilk vəziri Ələddin Paşa, Osmanlı Sultanı Osman Qazinin oğlu olan və eyni zamanda Paşa rütbəsindən istifadə edən Ələddin Bəydir. Ancaq bəzi mənbələrdə ilk vəzirin adı "Ələddin Paşa bin Hacı Kəmaləddin" və "Hacıkəmaləddinoğlu Ələddin Paşa" kimi verilir. Buna görə ilk vəzir Osman bəyin oğlu deyil, Hacı Kəmaləddin adlı bir şəxsin oğludur. Ələddin Paşanın vəzir olduğu dövrdə Nazirlər Şurası hələ qurulmamışdı; yeganə vəzir Ələddin idi. Bu səbəbdən Ələddin Paşa, ünvanı "sədrəzəm" olmasa da, Osmanlı imperiyasının tarixindəki ilk sədrəzəm sayılır.
Hafiz Haqqı Paşa
Hafiz Haqqı Paşa (24 aprel 1878, Ədirnə - 15 fevral 1915, Ərzurum) - Osmanlı ordusunda xidmət etmiş hərbçi. Hərb məktəbində Ənvər Paşa, Mahmud Kamil Paşa və Fəxrəddin Paşa ilə eyni sinifdə təhsil almışdır. Bu məktəbdə ilk sinifini ikinciliklə, 5 dekabr 1902-ci ildə son sinifini isə birinciliklə bitirmişdir. Sultan V Muradın nəvələrindən biri olan Behiyə Sultanla (Mehmed Səlahəddin Əfəndinin qızı) ailə həyatı qurmuşdur. 1912-ci ildə Balkan müharibələrində iştirak etmişdir. "Vicdani" təxəllüsü ilə qəzetlərdə müxtəlif məqalələrin müəllifi olmuşdur. "Şanlı Əsgər" adlı kitabın müəllifidir. 3-cü Ordunun tərkibində rus və erməni birləşmələrinə qarşı Sarıqamış döyüşündə iştirak etmişdir. Döyüş ərzində Ənvər Paşanın rəhbərliyi altında olan birliklərin qeyd olunan hədəflərə qısa müddət ərzində çatmasına baxmayaraq, Haqqı Paşanın rəhbərliyi altında olan birliklər əsas hədəflərinə çata bilmədi və nəticədə döyüş əməliyyatı türklər üçün uğursuz oldu. Bu məğlubiyyətdən sonra Ənvər Paşa 3-cü Ordunun idarəçiliyini Hafiz Haqqı Paşaya təhvil verərək İstanbula qayıtmışdır.
Hafiz Paşayev
Hafiz Mir Cəlal oğlu Paşayev (2 may 1941, Bakı) — azərbaycanlı diplomat və fizik, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikası xarici işlər nazirinin keçmiş müavini, "ADA" Universitetinin rektoru. == Həyatı == Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir. 1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir 1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir. 100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
Hafiz Əhməd Paşa
Müəzzinzadə Hafiz Əhməd Paşa (1564, Plovdiv – 10 fevral 1632, Konstantinopol) — IV Muradın Kösəm Sultan tərəfindən idarə olunduğu dönəmlərdə 2 dəfə — ümumilikdə 2 il 1 ay 20 gün müddətinə Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. İkinci sədarət dönəmində ayaqlanan qapıqulu əsgərləri tərəfindən sultanın gözləri önündə linç edilmiş, bu hadisə IV Muradın real hakimiyyəti ələ almasında böyük rol oynamışdır. == İlk illəri == Türk əsilli olub, plovdivli bir müəzzinin oğludur. Əndərunda təhsil almışdır. Bir müddət hasodada (sultanın yaşadığı otaqda) xidmət göstərdikdən sonra I Əhməd dönəmində mühasib oldu. Daha sonra şahinçi olan Hafiz Əhməd 1608-ci ilin əvvəllərində kaptan-ı dərya olaraq saraydan ayrıldı. Ancaq həmin il Anadoluda baş verən Cəlali üsyanını yatıran sədrəzəm Quyucu Murad Paşa səfərdən geri döndü və öz adamı olan Kürəkən Xəlil Paşanı kaptan-ı dərya təyin etdi. Hafiz Paşa isə Şam bəylərbəyi olaraq 7 illik sürgünə yollandı. Daha sonra Van, Ərzurum, Bağdad və Anadolu bəylərbəyliklərinə təyin edildi. 1622-ci ildə II Osmanın qətlindən bir müddət öncə Diyarbəkir bəylərbəyi seçildi.
Herseqli Hüseyn Paşa
Herseqli Hüseyn Paşa (ö. 1595) — II Səlim və III Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əslən herseq olan Bayram ağanın oğlu olub, Sokollu Mehmed Paşa tərəfindən Əndəruna alındı. Belə ki, qardaşı Sənan ağa paşanın qızıyla evliydi və bu səbəblə Hüseyn və Sənan sürətlə yüksəlməyə başladılar. Burdakı təhsilini tamamlamasının ardından 1567-ci ilin martında Herseq sancaqbəyi olaraq saraydan ayrıldı. 2 il boyunca bu vəzifədə qaldıqdan sonra 1569-cu ilin martında Bosniya bəylərbəyliyinə yüksəldi. Ardından 1572-ci ildə Diyarbəkir, 1573-cü ildə isə Misir bəylərbəyliyinə gətirildi. Ancaq burada olan əsgərin özbaşınalığı qarşısında aciz qalan Hüseyn Paşa 18 ay qaldığı vəzifədən çox keçmədən 22 sentyabr 1574-cü ildə alındı və İstanbula geri çağırıldı. Ardından Hələb, 1575-ci ilin iyulunda Anadolu, 1578-ci ildə Bağdad, 14 noyabr 1580-ci ildə Şam, 1585-ci ildə yenidən Diyarbəkir, 1594-cü ildə isə yenidən Bosniya əyalətinə təyin edildi.
Herseqli Əhməd Paşa
Herseqli Əhməd Paşa (23 dekabr 1455, Herseq Novi, Bosniya Krallığı – 21 iyul 1517, Qəhrəmanmaraş, Zülqədəroğulları bəyliyi) — II Bəyazid və Yavuz Sultan Səlim səltənətlərində sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == 1455-ci ildə Herseq Novidə dünyaya gəldi. Əsl adı Stjepa olub, sonuncu Bosniya kralı Stefan Tomasoviçin ən kiçik oğludur. Fateh Sultan Mehmedin Bosniyanı fəth etməsinin ardından atası Osmanlı təbəəliyini qəbul etmiş, o əsnada 8 yaşında olan Stjepa əsir olaraq Osmanlı sarayına göndərilmişdi. Ancaq 3 il sonra atası vəfat etmiş, qardaşları Vladislav və Vlatko arasındakı taxt mübarizəsinin ardından Herseqovina bölgəsi tamamilə Osmanlıların əlinə keçmişdir. Bu səbəblə, artıq siyasi mövqeyini itirən Stjepan saray xidmətinə alındı. Adı Əhməd olaraq dəyişdirildi və ailəsinin məmləkəti Herseqovinaya nisbətlə Herseqli olaraq anılmağa başlandı. Onunla eyni dönəmdə yaşayan tarixçi Kamalpaşazadə isə Herseqlinin saray alınmasını başqa formada təsvir edir. Onun yazdığına görə, Fateh Sultan Mehmed Herseqovinanı ələ keçirdiyi əsnada kral Stefan və böyük oğlu qaçmış, Dubrovnikdə qalan kiçik oğlu Stjepan isə Osmanlılar tərəfindən ələ keçirilərək saraya göndərilmişdir. Fateh Sultan Mehmedin etibarını qazanan Herseqli Əhməd sarayda müxtəlif vəzifələrdə xidmət edərək miraləmliyə qədər yüksəldi.
Heydərzadə Mehmed Paşa
Heydərzadə Mehmed Paşa (ö. sentyabr 1654) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Yeniçəri ocağında təlim-tərbiyə edildikdən sonra yüksələrək ocaq kəndxudası, 1642-ci ilin fevralında sekbanbaşı, 1644-cü ildə isə saray miraxuru təyin edildi. Ardından 5 aprel 1646-cı ildə Misir, 1647-ci ilin avqustunda Hələb, ardından Bağdad bəylərbəyi təyin edilib, 1648-ci ilin iyulunda vəzifədən azad edildi. Həmin ilin dekabrında üçüncü vəzir olaraq divana daxil oldu. Ardından 1650-ci ildə Diyarbəkir, 1651-ci ildə isə yenidən Bağdad bəylərbəyi təyin edildi. Ancaq 1653-cü ildə vəzifədən alındı və paytaxta gələrək burada bir müddət dövlət işlərindən uzaq durdu. Yaşı və dövlət təcrübəsi göz önünə alınaraq 1654-cü ilin mayında sədarət naibi təyin edildi və həmin ilin sentyabrında ordunun gəlişi ilə vəzifədən azad edilərək Silistrə sancaqbəyi oldu. Ancaq Silistrəyə gələr-gəlməz həbs edilərək edam olundu.
Hüsambəyzadə Əli Paşa
Hüsambəyzadə Əli Paşa (ö. dekabr 1661) — IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, kaptan-ı dəryası. == Həyatı == Doğum tarixi məlum deyil. Dərya bəylərindən Hüsam bəyin oğlu olub, Rodos adasında dünyaya gəlmişdir. Atasının və digər dənizçilərin yanında yetişərək Rodos sancaqbəyi oldu. 1 oktyabr 1650-cı ildə kaptan-ı dərya təyin edildi. 1651-ci ilin fevralında vəzir rütbəsi aldı və 1652-ci ilin sentyabrında vəzifədən alındı. 1660-cı ilin aprelində ikinci dəfə kaptan-ı dərya təyin edilsə də, 1661-ci ilin dekabrında vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə dəfn edildi. Əbdülqədir Paşa adlı oğlu olduğu məlumdur.
Hüseyn Avni Paşa
Hüseyn Avni Paşa (d. 1819 - ö. 15 iyun 1876) — Sultan Əbdüləziz və V Murad səltənətlərinin səltənətində 1 il 2 ay 11 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Yılmaz Öztuna, 2.
Hüseyn Hilmi Paşa
Hüseyn Hilmi Paşa (1855, Mitilini – 1922, Vyana) — II Əbdülhəmid və V Mehmed Rəşad səltənətlərində 2 dəfə — ümumlikdə 10 ay 6 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Hüseyn Hüsnü Paşa
Hüseyn Hüsnü Paşa (türk. Hüseyin Hüsnü Paşa) (d. 1856, Artvin - ö. 1926) — Osmanlı ordusunun əsgəri və dövlət xadimi. 31 Mart hadisəsi zamanı Hərəkat ordusunda mühüm rol oynadı. Qısa müddətə Müdafiə Naziri vəzifəsinə təyin edildi. == Həyatı == Hüseyn Hüsnü Paşa 1850-ci ildə Artvində dünyaya gəlmişdir. Hərbi məktəbi və Hərbi Akademiyanı bitirmişdir. 1877-1878-ci illər Osmanlı-Rusiya müharibəsində iştirak etmişdir. Mehmet Əli Paşanın qızı ilə ailə həyatı qurmuşdur.
Həkimoğlu Əli paşa
Həkimoğlu Əli paşa (?-?) —Sultan I Mahmud səltənətində, 12 mart 1732–12 avqust 1735, 21 aprel 1742–23 sentyabr 1743 və 15 fevral 1755–18 may 1755-ci il tarixləri arasında toplam beş il dörd gün sədrəzəm olan Osmanlı dövlət xadimi. Trabzon, Hələb (1724) və Bosniya (1734) valisi olmuşdur. İstanbulda Kocamustafapaşada öz adını daşıyan bir külliyədən qalan bir camisi mövcuddur.
Həmidi Mustafa Paşa
Həmidi Mustafa Paşa (ö. 1623) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilinin ardından öncə qapıçıbaşı, sonra 1616-cı ildə miraxur, 1618-ci ildə isə yeniçəri ağası oldu. Ardından 20 iyul 1619-cu ildə Misir bəylərbəyi oldu ancaq 1620-ci ilin iyulunda vəzifədən alındı və ertəsi il vəzir rütbəsi ilə nişançı vəzir oldu. 1623-cü ildə Hələb bəylərbəyi oldu. Bu vəzifədə ikən 1624-cü ildə Bağdad uğrunda döyüşdə şəhid oldu. == Mənbə == Sicill-i Osmani IV, səh.
I Abbas Hilmi Paşa
I Abbas Hilmi Paşa və ya Kavalalı Hilmi Paşa (d. 1 iyul 1812 - ö. 13 iyul 1854) — Osmanlıların Misir və Sudan hakimi. == Həyatı == 1 iyul 1812-ci ildə Ciddədə dünyaya gəldi. Atası Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın oğlu Tosun Paşa, anası isə xanımı Bamba xanımdır. Babasının yaşlı olması səbəbilə Misirin idarəsini əmisi İbrahim Paşa ələ almış, ancaq bir neçə ay sonra o da vəfat etmiş, nəticədə Abbas Hilmi Paşa Misir hakimiyyətinə gətirilmişdir (10 noyabr 1848). Gənclik illəriylə bağlı yetərli məlumat yoxdur. Səltənəti əlinə aldıqdan sonra qəbul etdiyi ilk fərmanla anası Bamba xanımı Misirin Validə Paşası elan etdi. Bu, Misir tarxində bir ilk idi və Misirdəki Osmanlı mədəniyyətinə olan rəğbəti göstərirdi. Misirdəki səltənətinin ilk illərində Avropanın təsiriylə başlayan reformasiya hərəkatına qarşı çıxdı və xüsusilə babasının zamanında açılan bəzi müəssisələr və məktəblər bağlandı.

paşa sözünün leksik mənası və izahı

  • 1 is. köhn. Keçmiş sultan Türkiyəsində, Misirdə və bəzi başqa müsəlman Şərq ölkələrində ali əsgəri vəzifə tutan şəxslərə və mülki məmurlara verilən fəxri ünvan, titul və belə titulu olan şəxs. Hələb paşasının adamları içəri girib, Qəribi tutub apardılar… “Aşıq Qərib”. Aslan paşa car çəkdirib bütün camaatı meydana yığmışdı. “Koroğlu”. [Kəblə Gülü:] Nökərinin adı Kəblə Gülüdür, paşa! H.Nəzərli.

    Azərbaycan dilinin izahlı lüğəti / paşa
  • 2 "baş ağa" birləşməsinin ixtisar forması (Bəzi müsəlman ölkələrində yüksək hərbi və mülki vəzifə sahiblərinə verilən ad).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / paşa

paşa sözünün etimologiyası

paşa sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. паша: 1. почётный титул высших военных и гражданских сановников в султанской Турции, Египте и некоторых других мусульманских странах 2. лицо, носившее этот титул

    Azərbaycanca-rusca lüğət / paşa

paşa sözünün inglis dilinə tərcüməsi

paşa sözünün fransız dilinə tərcüməsi

paşa sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. куьгьн. паша (виликра султанрин девирда Турцияда, Египетда ва маса мусурман уьлквейра аскердин чӀехи везифа гвай къуллугъчийриз ва гьукуматдин къуллугъчийриз гудай тӀвар, титул; гьахьтин титул авай кас).

    Azərbaycanca-ləzgicə lüğəti / paşa

paşa sözünün türk dilinə tərcüməsi

"paşa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#paşa nədir? #paşa sözünün mənası #paşa nə deməkdir? #paşa sözünün izahı #paşa sözünün yazılışı #paşa necə yazılır? #paşa sözünün düzgün yazılışı #paşa leksik mənası #paşa sözünün sinonimi #paşa sözünün yaxın mənalı sözlər #paşa sözünün əks mənası #paşa sözünün etimologiyası #paşa sözünün orfoqrafiyası #paşa rusca #paşa inglisça #paşa fransızca #paşa sözünün istifadəsi #sözlük