Pasi sözü azərbaycan dilində

Pasi

Yazılış

  • Pasi • 93.9394%
  • pasi • 6.0606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Pasianlar
Pasianlar — indiki Ermənistanın Türkiyə ilə həmsərhəd zonalarında yaşamış digər türkdilli tayfa yunan və erməni mənbələrində pasian və basian kimi də qeyd olunmuşdur. İlk dəfə eradan əvvəl IV əsr yunan müəllifi Ksenofont pasianlar haqqında məlumat vermişdir. Pasianların orada məskunlaşması eradan əvvəl IV əsrdən qabağa aiddir. Ksenofontun pasianlarla qonşuluqda skiflərin (yəni sakların) yaşaması haqqındakı məlumatına görə güman etməyə əsas var ki, pasianlar məhz eradan əvvəl VII əsrdə saklarla gəlmişlər və bəlkə də elə sakların bir hissəsidir. Qeyd olunmalıdır ki, pasian etnonimi qədim yunan dilində "ç" səsi olmadığına görən paçian kimi nəzərə alınmalıdır ki, bu da qədim türkdilli paçana (peçeneq) tayfasının adıdır . Pasianlar indi Türkiyəyə daxil olan Qars, Sarıqamış, Arpaçay, Kaqızman və Sürməli ərazisində yaşayırdılar . Bu tayfanın adı ilə Araz çayının yuxarı axarını yunan müəllifləri Fasis (əslində Paçis) adlandırmışlar. Məhz bu etnonimlə əlaqədar olaraq orta əsrlərdə Ermənistanda Göyçə gölündən axan Zəngiçay (Axuryan) çayının sahilində Beçni, Beçini (Peçene) adlı qala mövcud idi. "Kitabi-Dədə Qorqud" eposundakı Bay Becan şəxs adı və Pasinuk toponimi məhz həmin Pasian (Paçian) etnonimini əks etdirir. Eradan əvvəl II əsrdə isə, V əsr erməni tarixçisi Moisey Xorenskiyə görə, Basian əyalətinə Şimali Qafqazdan bulqarlar köçüb gələrək məskunlaşmışlar.
Pasifaya
Pasifaya (q.yun. Πασιφάη) Qədim Yunan mifologiyasında — günəş tanrısı Heliosun və Perseidanın qızı (versiya Helios və Kritlər), Sirseyanın (Kirki), Faetusanın və Lampetiyanın bacısı, Minosun arvadı,, Minotavrın, Ariadnanın, Fedranın, Androgeyin və Qlavkın anası. O Poseydonun göndərdiyi ağ öküzdən Minotavrı dünyaya gətirmişdi. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Pasifida
Mu qitəsi və ya Pasifida — Məhv olmuş sivilizasiya; Sakit okeanda sulara qərq olmuş hipotetik qitə. Müxtəlif xalqların mifologiyasında tez-tez Sakit okeanın yerində ada və ya torpaq olması ilə bağlı rəvayətlərə rast gəlmək mümkündür. Amma bununla əlaqədar olan məlumatlar bir-birindən fərqlənir. Okkult və paraelmi ədəbiyyatlarda Mu qitəsinin mövcudluğu ilə bağlı müxtəlif xalqların miflərinə və müəlliflərin fantaziyalarına əsaslanan çox sayda bir-birindən fərqli versiyalar var (Atlantik okeanındakı Atlantida, Hind okeanındakı Lemuriya, Şimal Buzlu okeanındakıdakı Arktida kimi). == "Mu" termini == "Mu" termini ilk dəfə mayya əlyazmasının səhv interpretasiyası kimi abbat Şarl-Etyen Brassyor de Burbur tərəfindən işlədilmişdir. Onun fikrincə bu, Qərbdəki - Atlantik okeanındakı torpağı bildirmək üçün istifadə olunan addır. Okkult yazıçılar Oqyust Le-Plonjon və Ceyms Çyorvard da abbatın bu terminindən geniş istifadə etmişlər. Onların əsərlərində Mu Sakit okeandakı bütün dünya mədəniyyətlərinin beşiyi olan nəhəng materikin adıdır. Bu terminə tez-tez mistiklərin və pataelmi nəzəriyyə tərəfdarlarının da əsərlərində rast gəlmək olar. == Mənbələrdə == Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil.
Pasifik (Formula-1 komandası)
Pasifik ( ing. Pacific Racing) Britaniyanın avtomobil yarış komandası idi. 1994-1995-ci illərdə Formula 1 yarışlarında iştirak etmişdir. == Tarixi == 1974-cü ildə keçmiş mexanik və yarışçı Keith Wiggins tərəfindən Avropa Formula- Ford çempionatında iştirak etmək üçün yaradılmışdır. Komandaya Amerikanın tanınmış siqaret markası Marlboro sponsorluq edirdi. Yarışçı isə Harald Huysman idi. İlk sezon uğurlu oldu. Huysman iki titul: Avropa və Benilüks çempionluğu qazandı. Növbəti sezonda, Huysmanın məsləhəti ilə komandanın Formula 3-də iştirakı üçün Bertrand Gachot dəvət olunur. Qrup həmçinin Reynard Motorsports avtomobillərini istifadə etməyə başladı.
Pasifik yupikləri
Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir == Təsnifatı == Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Unaliq-Pastuliq yupikləri : Norton Sound bölgəsində Əsl Alyaska yupikləri : Yukon və Kuskokvim bölgələrində Egegik yupikləri : Bristol Bay bölgəsində Çupiklər : Hooper Bay və Chevak bölgələrində Nunivak çupikləri : Nunivak adasında Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri == Adlandırma == Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar. Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bu günki Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini" sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.
Pasifist
Pasifizm (lat. pacificus — sülhməramlı, pax- dan — sülh və facio — edirəm) — zorakılığa və onun yox olması naminə müqavimət ideologiyası. Hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhinə olan hərəkatdır. "Pasifizm" sözü fransız Emil Arno (1864–1921) tərəfindən düşünülüb və 1901-ci ildə Qlazqoda X Beynəlxalq Sülh Konqresində başqa aktivistlər tərəfindən qəbul edilmişdir. Müasir dövrdə Mahatma Qandi (1869–1948) tərəfindən bu hərəkat "satyaqraha" adlandırdığı qeyri-zorakı müqavimət praktikasında təkmilləşdirilmişdir. Bunun effektivliyi Martin Lüter Kinq və başqalarını ruhlandırmışdır. Pasifizmin ikonik rəsmi 1989-cu ildə Tyananmen Meydanında Etiraz-da "Naməlum üsyançı"nın tank sütunu qarşısında qeyri-zorakı müqavimətlə durmasından götürülüb. Alimlər hesab edirlər ki, bu hadisə kommunizmin tənəzzülünü sürətləndirən Berlin divarının çökdürülməsi üçün başlıca motivasiya olmuşdur. Pasifizm qeyri-zorakılıq, anti-imperializm, tərksilah, silahlara nəzarət, demilitarizasiya, antimilitarizm, anti-müharibə və anti-nüvə hərəkatlarını əhatə və ehtiva edir. Pasifist hərəkat, sülh uğrunda hərəkat, siyasi münaqişələrin həllinin müharibə üsullarına qarşı çıxan, xüsusən də bu cür metodların əxlaqsızlığını pisləyən müharibə əleyhinə ictimai hərəkatdır .
Pasifizm
Pasifizm (lat. pacificus — sülhməramlı, pax- dan — sülh və facio — edirəm) — zorakılığa və onun yox olması naminə müqavimət ideologiyası. Hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhinə olan hərəkatdır. "Pasifizm" sözü fransız Emil Arno (1864–1921) tərəfindən düşünülüb və 1901-ci ildə Qlazqoda X Beynəlxalq Sülh Konqresində başqa aktivistlər tərəfindən qəbul edilmişdir. Müasir dövrdə Mahatma Qandi (1869–1948) tərəfindən bu hərəkat "satyaqraha" adlandırdığı qeyri-zorakı müqavimət praktikasında təkmilləşdirilmişdir. Bunun effektivliyi Martin Lüter Kinq və başqalarını ruhlandırmışdır. Pasifizmin ikonik rəsmi 1989-cu ildə Tyananmen Meydanında Etiraz-da "Naməlum üsyançı"nın tank sütunu qarşısında qeyri-zorakı müqavimətlə durmasından götürülüb. Alimlər hesab edirlər ki, bu hadisə kommunizmin tənəzzülünü sürətləndirən Berlin divarının çökdürülməsi üçün başlıca motivasiya olmuşdur. Pasifizm qeyri-zorakılıq, anti-imperializm, tərksilah, silahlara nəzarət, demilitarizasiya, antimilitarizm, anti-müharibə və anti-nüvə hərəkatlarını əhatə və ehtiva edir. Pasifist hərəkat, sülh uğrunda hərəkat, siyasi münaqişələrin həllinin müharibə üsullarına qarşı çıxan, xüsusən də bu cür metodların əxlaqsızlığını pisləyən müharibə əleyhinə ictimai hərəkatdır .
Səssiz pasiyent (roman)
Səssiz pasiyent və ya The silent palient — 2019-cu ildə ingilis-kipr yazıçısı Aleks Michaelides tərəfindən yazılmış psixoloji triller romanıdır. Debüt romanı Macmillan Publishers-in bölməsi olan Celadon Books tərəfindən 5 fevral 2019-cu. == Haqqında == Məşhur rəssam Alisiya Berenson əri, fotoqraf Qabriel Berenson un qətlində təqsirli bilinir. Məsuliyyətin azaldılması iddiası ilə o, Grove adlı təhlükəsiz məhkəmə-tibb bölməsinə qəbul edilir. Berenson işinə böyük maraq göstərən məhkəmə psixoterapevti Teo Faber, Grove-da bir vəzifə üçün uğurla müraciət edir. Onun xahişi ilə o, qətl günündən bəri danışmayan Alisiyaya rəhbərlik edir. Terapiya seansları zamanı lal qalmasına baxmayaraq, Alicia Teoya gündəliyini verir. O, qətldən bir neçə həftə əvvəl evində maskalı bir adam tərəfindən izlənildiyini təsvir edir. Bu arada Teo arvadı Ketinin naməlum bir şəxslə nikahdan kənar münasibətdə olduğunu öyrənir. Alicia haqqında daha çox öyrənmək üçün Teo onun əmisi oğlu ilə əlaqə saxlayır.
Pasita Abad
Pasita Abad (Pasita Abad; 5 oktyabr 1946, Batanes[d] – 7 dekabr 2004, Batan adası) — Amerika-Filippinli rəssam. O, Filippinin şimal hissəsində, Luson və Çin Respublikası arasında kiçik bir adada, Baskoda anadan olub. Onun 30 illik sənət karyerası təhsilini təkmilləşdirmək üçün ABŞ-yə səfəri zamanı başlayıb. Onun əsərləri 200-dən çox muzey, qalereya və digər məkanlarda, o cümlədən dünyanın 75 fərdi sərgisində nümayiş etdirilib. Rəssamın əsərlərini indi 70-dən çox ölkədə ictimai, korporativ və şəxsi kolleksiyalarda görmək olar. == Həyatı == 1967-ci ildə Abad Filippin Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. 1970-ci ildə o, hüquq təhsili almaq niyyəti ilə ABŞ-yə gəldi, lakin əvəzində 1972-ci ildə San Fransiskodakı Lone Mountain Universitetində Asiya Tarixi üzrə bakalavr və magistr (MA) dərəcələrini aldı. Rəssam Koliforniyada beynəlxalq inkişaf iqtisadiyyatı üzrə magistr dərəcəsi almış Stanford tələbəsi Cek Qarriti ilə ailə həyatı qurur. Abad Vaşinqtonda Corcoran İncəsənət Məktəbində və Nyu Yorkda İncəsənət Tələbələri Liqasında rəssamlıq təhsili alıb. Yaradıcılıq karyerası boyunca Pasita bir çox mükafatlar alıb, lakin birincisi — TOYM sənətinə görə (1984) həyatında ən vacib mükafat olub..

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2003 ••••• 0.79
2004 •••••••••••••••••••• 3.37
2006 •• 0.23
2013 0.15

"pasi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pasi nədir? #pasi sözünün mənası #pasi nə deməkdir? #pasi sözünün izahı #pasi sözünün yazılışı #pasi necə yazılır? #pasi sözünün düzgün yazılışı #pasi leksik mənası #pasi sözünün sinonimi #pasi sözünün yaxın mənalı sözlər #pasi sözünün əks mənası #pasi sözünün etimologiyası #pasi sözünün orfoqrafiyası #pasi rusca #pasi inglisça #pasi fransızca #pasi sözünün istifadəsi #sözlük