Pasa sözü azərbaycan dilində

Pasa

Yazılış

  • Pasa • 75.8621%
  • pasa • 24.1379%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Latin Simone (Que Pasa Contigo)
Latin Simone (Que Pasa Contigo) — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın öz adını daşıyan debüt studiya albomunda səslənmiş mahnı. Bu mahnıda Kuba müğənnisi İbrahim Ferrer xüsusi qonaq qismində çıxış edir.
Aleksandrov pasajı
Aleksandrov pasajı — Kazanda yerləşən şəhər əhəmiyyətli tarixi abidə. Rusiyada olan bir neçə pasajdan biri. 1880-1883-cü illərdə tacir Aleksandr Aleksandrovun sifarişi ilə tikilib. == Haqqında == Kazan şəhərində pasaj tikmək məqsədilə tacir Aleksandr Aleksandrov 1880-ci ilin yanvar ayında müsabiqə elan edir. Müsabiqədə Peterburq İncəsənət Akademiyasının məzunları 22 yaşlı Vladimir Suslov və Nikolay Pozdeyevin layihəsi qalib gəlir. Qalib gəldiklərinə görə məzunlar 500 rubl mükafat da əldə edirlər. Müsabiqənin qalibləri Peterburqu tərk edə bilmədikləri üçün binanın tikintisi peterburqlu memar Henri Ruşa tapşırılır. Bina Ruş tərəfindən 1880-1883-cü illərdə tikilib. Bina özündə modern və neobarokko üslublarını cəmləşdirib. Aleksandr Aleksandrov dünyasını dəyişdikdən sonra bina onun bacısı Olqa Geynsə miras qalır.
Daş Pasak (Xoy)
Daş Pasak (fars. داش پسك‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 50 nəfər yaşayır (14 ailə).
Eupatorium pasadenense
Ageratina adenophora (lat. Ageratina adenophora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü. == Sinonimləri == Eupatorium adenophorum Spreng. Eupatorium adenophorum var. adenophorum Eupatorium adenophorum var. peruvianum Hieron. Eupatorium glandulosum Michx. Eupatorium glandulosum Hort.
No pasaran
No pasarán - ( azərb.Keçid yoxdur; fr.On ne passe pas!; isp.¡No pasarán!; rum. Pe aici nu se trece!) - düşmənə qarşı olan mövqeyin müdafiəsi məqsədilə işlədilən devizdir. Hərfi olaraq “Bir nəfər də keçməyəcək” mənasını verən "On ne passe pas" – fransız ifadəsi hər hansı bir şeyin qarşısını almaq anlamında işlədilir. Birinci Dünya müharibəsi zamanı Verden döyüşündə fransız generalı Robert Nivelle tərəfindən istifadə olunduqdan sonra məşhurlaşmışdır. İkinci Marna döyüşündən sonra bu ifadəyə Mauris Neymont tərəfindən hazırlanan propaqanda posterində rast gəlinirdi. Müharibədən sonra isə rumıniyalı əsgərlər tərəfindən Mărășești döyüşündə işlədilmişdir. 1936-cı il 19 iyulda İspaniya vətəndaş müharibəsi zamanı Madridin mühasirədə olduğu ərəfədə İspaniya Kommunist partiyasının üzvü Dolores İbarruri Qomez məşhur “No pasaran” nitqi ilə çıxış etmişdir. Faşist ordusunun başçısı generalissimus Fransisko Franko bu çıxışa Madridi ələ keçirərək "Hemos pasado" ("Biz artıq keçmişik") cavabını vermişdir. “No pasarán” 1936-cı ilin oktyabrında Keybl-strit döyüşü zamanı Britaniya anti-faşist qüvvələri tərəfindən istifadə edilmişdir. Bu ifadə 80-ci illərdə Mərkəzi Amerikada, xüsusilə də Nikaraquada vətəndaş müharibəsi zamanı əsas şüarlardan biri olub.
Otar Pasasiya
Otar Pasasiya (gürc. ოთარ ფაცაცია; 15 may 1929 – 9 dekabr 2021, Tbilisi) — 20 avqust 1993-cü ildən 1995-ci il oktyabrın 5-dək Gürcüstanın baş naziri vəzifəsini icra edən gürcü siyasətçi. Keçmiş kommunist bürokratı və müəssisə meneceri olan Pasasiya vətəndaş müharibəsi və iqtisadi böhran illərində Gürcüstanın dövlət başçısı kimi Eduard Şevardnadze ilə birlikdə Gürcüstan kabinetinə rəhbərlik edirdi. Baş nazir təyin edilməsi 1992-ci ildə hərbi çevrilişlə endirilən prezident Zviad Qamsaxurdiya tərəfdarlarını sakitləşdirmək cəhdi idi, çünki Pasasiya Qamsaxurdiyanın əsas sosyal bazasını təşkil edən Zuqdidindən idi. 1995-ci ildən 1999-cu ilə qədər Gürcüstan parlamentində millət vəkili vəzifəsini tutsa da, o zamandan bəri siyasətdə heç bir rol oynamayıb. Pasasiya Gürcüstan SSR Zuqdidi rayonunun İnqiri kəndində, Ambako Pasasiya və Luba Pasasiya ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunda mühəndis kimi təhsil alan Otar Pasasiya 1955-ci ildən 1965-ci ildə vəzifəsindən azad olunana qədər yerli Kommunist Partiyası Komitəsinin birinci katibi kimi fəaliyyət göstərərək, Zuqdidi şəhərində kommunist partiyasının funksioneri oldu. Sovet İttifaqının son illərində, 1989–1990-cı illərdə Sovet Xalq Deputatı seçildi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldü. 1992-ci ildə Eduard Şevardnadze — Prezident Zviad Qamsaxurdiyanın zorla devirilməsindən qısa müddət sonra Gürcüstanın Dövlət Başçısı olmuş veteran sovet siyasətçisi — Pasasiyanı Zuqdidi rayon administrasiyasının başçısı təyin etdi. Zuqdidi Qamsaxurdia sadiqlərinin — tez-tez əllərinə silah alaraq yeni rejimə və onun intizamsız hərbçilərinə müqavimətlərini davam etdirən "Zviadistlər"-in — əsas güc bazası idi.
Pasaccardoa
Pasaccardoa (lat. Pasaccardoa) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Pasaccardoa baumii O.Hoffm. Pasaccardoa baumii O.Hoffm. Pasaccardoa grantii (Benth.
Pasadena
Pasadena (ing. Pasadena) — Kaliforniya ştatında, Los-Anceles qraflığında yerləşən şəhər.
Pasar (Tarım)
Pasar (az-əbcəd. پاسار‎, fars. پسار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (54 ailə).
Pasarel adası
Pasarel adası (bolq. остров Пасарел, ‘Ostrov Pasarel’ \'os-trov pa-sa-'rel\) — Antarktidanın Cənubi Şetland adalarında yerləşən, İngilis boğazının qərb tərəfində yerləşən Aitço adaları arxipelaqına daxil olan buzlaqsız adadır. Ada Barrientos adasından 900 m şimal-qərbdə, Siyerra adasından 1.35 km şimal-şərqdə və Emeline adasından 650 m cənub-şərqdə yerləşmişdir. Adanın uzunluğu 450 m, eni 260 metrdir. Ada 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf edilmişdir. Pasarel adası Bolqarıstanın qərbində yerləşən Dolni Pasarel şəhərinin adını daşıyır. Ada 62°23′50″ c. e. 59°46′30″ q. u.
Pasargad döyüşü
Pasargad Döyüşü - Farslar və madaylar arasında baş vermiş döyüş.
Pasargad şəhristanı
Pasargad şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səadətşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 29,825 nəfər və 7,100 ailədən ibarət idi.
Pasarofça müqaviləsi
Pojarevas sülh müqaviləsi və ya Pasarofça müqaviləsi — 1715-1718-ci il Osmanlı Avstriya-Venesiya müharibəsinə son verən, yuxarı Serbiya, Belqrad və Banat yaylasının Avstriyaya; Dalmasiya, Bosniya və Albaniya sahillərinin Venesiya Respublikasına verilməsi və Peloponnesin Osmanlılarda qalması kimi müddəaları özündə əks etdirən 21 iyul 1718-ci ildə imzalanmış müqavilədir. Müqavilə, Osmanlı sultanı III Əhmədin (1703-1730) zamanında, Serbiyanın Pasarofça ərazisində imzalandı. Venesiyalılar Karlovitsa müqaviləsinin müddəalarını tamamilə pozaraq Çernoqoriya üsyanını təşviq edib, üsyançılara kömək etdiyinə görə və İstanbul-Misir səfərləri edən Osmanlı ticarət və həcc gəmilərinə hücum etdiyinə görə, 1715-ci ildə silahdar Əli Paşa Venesiya Respublikasına müharibə elan edərək Peloponnes səfərinə çıxdı. Bu səfəri Korinf, Anapoli, Modon, Koron, Navarin qalalarını fəth edərək qələbəylə nəticələndirdi. Ancaq Venesiya Respublikasının birliyi olan Avstriya Karlovitsa müqaviləsinə uyğun olaraq Peloponnesin Venesiyalılara qaytarılmasını tələb etdiyi üçün Avstriyaya qarşı müharibə başladı. Sədrəzəm silahdar Əli Paşanın komandanlığı altında Osmanlı ordusu Macarıstana girdi. Petrovaradin müharibəsində Savoy şahzadəsi Eugenin komandanlığı altında olan Avstriya ordusu Osmanlı qüvvələrini məğlub etdi (5 avqust 1716) və sədrəzəm silahdar Əli Paşa şəhid oldu. Bu məğlubiyyətdən sonra Osmanlı İmperiyasının Macarıstandakı son torpaqları olan Banatdakı Timişoara qalası da yıxıldı. Osmanlı ordusunda olan dağılma ilə dağınıq və nizamsız qoşunlar Belqrada geri çəkildi. Ədirnə və İstanbulda çaxnaşma yaşandı.
Pasarqad
Pasarqad (fars. پاسارگاد‎) - II Kirin dövründə Əhəmənilərin paytaxtı, daha çox II Kirin Persiadakı istirahət məkanı kimi tanınan şəhər. Müasir dövrdə arxeoloji abidə olan şəhər, İrandakı UNESCO Dünya Mədəni İrsi abidələrindən biridir.
Pasarqad döyüşü
Pasargad Döyüşü - Farslar və madaylar arasında baş vermiş döyüş.
Pasarqad şəhristanı
Pasargad şəhristanı — İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səadətşəhr şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 29,825 nəfər və 7,100 ailədən ibarət idi.
Tağıyev pasajı
Tağıyev pasajı — Bakıda XIX əsrin sonlarında və XX əsrin əvvəllərində fəaliyyət göstərmiş ticarət mərkəzi. Tağıyev pasajının binası 1896-cı ildə Hacı Zeynalabdin Tağıyevin sifarişi ilə tikilmişdi. Bina arxitektor Kazimir Skureviçin proyekti əsasında klassik üslubda inşa edilmişdir. Tağıyev pasajının yerləşdiyi küçə Olqinskaya adlanırdı. Küçə Qafqaz çanişini (6.12.1862-27.07.1881) Mixail Nikolayeviç Romanovun xanımı knyaqinya Olqa Fyodorovnanın şərəfinə adlandırılmışdı. "Tağıyev pasajında (Köhnə univermaq) Dorojnov hər növ hazır paltar satırdı; kişi, arvad, uşaq libasları, yun, ipək, kətan paltarlar..." Tağıyev pasajı Sovet İttifaqı zamanında “Köhnə univermaq” və ya Bakı Universal Mağazası (BUM) adlanırdı. Hal-hazırda həmin binada bir neçə brendə aid geyim dükanları yerləşir. Tağıyev pasajının yerləşdiyi Olqinskaya küçəsi Sovet İttifaqı zamanında Caparidze küçəsi adlanırdı. İndi isə həmin küçə Məmməd Əmin Rəsulzadənin adını daşıyır.
Pasason
Pasason (laos ປະຊາຊົນ, hərf. Xalq) — Laosda nəşr olunan həftəlik qəzet. Qəzet 13 avqust 1950-ci ildə təsis edilmişdir/ Bu, marksizm–leninizm prinsiplərinə əsaslanan kommunist partiyası olan və ölkədə səlahiyyətli yeganə siyasi partiya olan Laos Xalq İnqilabı Partiyasının rəsmi orqanıdır.
Pasania variabilis
Dəyişkən palıd (lat. Quercus variabilis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinə aid bitki növü.

"pasa" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#pasa nədir? #pasa sözünün mənası #pasa nə deməkdir? #pasa sözünün izahı #pasa sözünün yazılışı #pasa necə yazılır? #pasa sözünün düzgün yazılışı #pasa leksik mənası #pasa sözünün sinonimi #pasa sözünün yaxın mənalı sözlər #pasa sözünün əks mənası #pasa sözünün etimologiyası #pasa sözünün orfoqrafiyası #pasa rusca #pasa inglisça #pasa fransızca #pasa sözünün istifadəsi #sözlük