* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2003 | •••••••• | 1.97 |
2004 | •••••• | 1.35 |
2005 | •••••• | 1.35 |
2006 | ••••• | 1.13 |
2008 | ••• | 0.73 |
2009 | •• | 0.48 |
2010 | ••••••••• | 2.09 |
2011 | •• | 0.34 |
2012 | ••••• | 1.20 |
2013 | ••••••• | 1.60 |
2014 | ••• | 0.51 |
2015 | •• | 0.34 |
2016 | •• | 0.35 |
2017 | •••••••••••••••••••• | 5.04 |
2018 | ••••••• | 1.65 |
2019 | ••••••••••• | 2.64 |
2020 | •••••••••• | 2.52 |
1 is. Pul. Keçən gün [Zeynal] səhər evdən çıxarkən vədə vermişdi ki, bu gün ən aşağısı üç yüz manat para alacaqdır. S.Hüseyn. Əhməd fındıq dükanını ləğv edib və ələ gətirdiyi paraları öz arxalığının astarına tikib yola düşdü. B.Talıblı.
Azərbaycan dilinin izahlı lüğəti2 is. [fars. parə] 1. Bir parça, bir tikə, yarım, yaxud bütöv bir şeyin yarısı. // Parça, tikə. Xəlilin anası çiyninə heybə salıb, içinə para çörək qoydu, atasına qoşub, məktəbə yola saldı. Ə.Haqverdiyev. [Əlikram] kəsdiyi almanın parasını Güllüyə uzatdı… B.Bayramov. // məc. Obrazlı təşbehlərdə. Qaşlarının qarası; Sənsən bağrım parası; Bir oğlan, bir qız ola; Bir güllü mağarası. (Bayatı). Keçilərin qarası; Layla, körpəm, a layla! Ürəyimin parası; Layla, körpəm, a layla! R.Rza. □ Bir para – bəzi, bəzisi. Bir para şəxslər. Bir para məsələlər. – Axır vaxtlarda Qərb övrətləri barəsində müsəlman qəzetlərinin bir parasında bir neçə məqalələr gözümə sataşır. C.Məmmədquluzadə. …Quşların bir paraları oxumaqda, o biri paraları uçub özləri üçün yem gəzməkdə … idilər. A.Divanbəyoğlu. 2. Rəqəmlərdən sonra və “kənd” sözündən əvvəl işlədilir. On dörd para kənd əhli bu məşrutə zamanı; Gər ac, susuz düşsə biyabanə, dolaşma! Ə.Qəmküsar. [Səlimi İsfahaniyə:] …Azərbaycan və Mazandaranda altmış para kəndiniz var, bu kəndlərin çoxunu da heç görməmişsiniz… M.İbrahimov. para-para sif. Parça-parça, doğramdoğram. □ Para-para etmək (eləmək) – parça-parça etmək, doğram-doğram etmək, tikə-tikə etmək; parçalamaq, doğramaq. Yandıralar alovlara Zakiri; Eyləyələr parapara Zakiri. Q.Zakir. …Qutu pəncərə şüşəsini para-para elədi. S.Rəhman. Para-para olmaq – parça-parça olmaq, doğram-doğram olmaq, tikə-tikə olmaq. [Uşaqların] ayaqları dizlərinədək palçığa batmışdı, paltarları parapara olub, bədənləri görünürdü. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti1 yırtıq — sökük — cırıq
Azərbaycan dilinin sinonimlər lüğəti2 pul — sikkə
Azərbaycan dilinin sinonimlər lüğəti4 tikə — parça — hissə
Azərbaycan dilinin sinonimlər lüğəti5 I PARA, TİKƏ, PARÇA (bir tikə) II para bax pul 1
Azərbaycan dilinin sinonimlər lüğəti1 PARA – BÜTÜN Paraya dəymə, bütünü kəsmə, doğra doyunca ye (Ata. sözü).
Azərbaycan dilinin antonimlər lüğəti1 PARA I is. [ fars. ] Tikə, hissə, parça. Ürəyimin parası; Layla körpəm, a layla! (R.Rza). PARA II is. Pul. Adəmi adəm eyləyən paradır; Parasız adəmin üzü qaradır (M.Ə.Sabir).
Azərbaycan dilinin omonimlər lüğəti1 половина, другая доля
Azərbaycanca-rusca lüğət2 1 сущ. 1. пол …, половина чего-л. (одна из двух частей чего-л.). Para çörək полхлеба, qarpızın parası половина арбуза, almanın parası половина яблока 2. кусок, часть; bir para некоторые. Bir para adamların fikrincə по мнению некоторых людей, bir para şəxslər некоторые лица, bir para məsələlər некоторые вопросы; bir parası некоторые, некоторая часть ◊ ürəyimin (bağrımın, ciyərimin, canımın) parası частица души (сердца); душа моя 2 сущ. устар. деньги. Parası olmaq иметь деньги
Azərbaycanca-rusca lüğət1 I. i. money; puldan - ~ dan çıxmaq to spend* all one’s money; ~ qazanmaq to earn money II. i. half, piece, bit; ~ çörək half of bread; bir ~ adamlar some people
Azərbaycanca-ingiliscə lüğət1 сущ. пара, пул.
Azərbaycanca-ləzgicə lüğəti2 [fars. parə] сущ. 1. са кӀус, са кӀар, са тике, зур, са пай, са пад; кӀус, тике; // bir para са бязи, бязи; 2. пара (“хуьр” гафунилай вилик гьисабрихъ галаз санал кӀвалахардай гаф); doqquz para kənd кӀуьд пара хуьр.
Azərbaycanca-ləzgicə lüğəti