Qara sözü azərbaycan dilində

Qara

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qara • 53.5811%
  • qara • 46.3376%
  • QARA • 0.0770%
  • QaRa • 0.0043%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Qara
Yaşayış məntəqələri Hacıqara (Quqark) — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Həsən Qara
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Maaday-Qara
Maaday-Qara — həcminə görə ən böyük – 7738 sətirdən ibarət Altay qəhrəmanlıq dastanıdır. Nəzm şəklindədir. "Maaday-Qara" mətnlərindən biri 1963-cü ildə S. S. Surazakovun A. Q. Qalkindən yazıya aldığı variant hesab edilir. İki hissədən ibarət olan dastanın birinci – giriş hissəsində Qara-Qula xanın qoca bahadır Maaday-Qaranın yurduna basqını və onu əsir aparmağından danışılır. İkinci – əsas hissədə Maaday-Qaranın dağda qoca qarı tərəfindən böyüdülmüş oğlu Köqüdey-Merqenin qəhrəmanlıqlarından bəhs olunur. Baş qəhrəmanın Köqüdey-Merqen olmağına baxmayaraq, dastan yaşlı atanın adı ilə yaranmışdır. Süjet quruluşuna, məzmununa görə belə adlanma genetik-tipoloji xüsususiyyət kimi özünü türk xalqlarının qəhrəmanlıq dastanlarında geniş səviyyədə göstərir. Buna səbəb ural-altay xalqlarının qədim ortaq inanclarına görə, əcdad kultunun tanrı qavrayışından sonra ən müqəddəs səviyyədə tutulmağı təsəvvürüdür. "Maaday-Qara"da qədim türk dastanlarına xas süjet tipi, poetika xüsusiyyətlərinə, motvlərə, şamançılıq mifologiyası elementlərinə, kultlara çox rast gəlinir. Qeyd olunan ortaq cəhətlər nəticəsində V. V. Radlovun XIX əsrin ortalarında yazıya aldığı "Xan Pudey" və A. Q. Qalkinin "Maaday-Qara" dastanları arsında çox yaxınlıqlar var.
Qara-qala
Qaraqala — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qaraqala kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Qaraqala kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 15 kilometr şimalda, düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalisi taxılçılıq, heyvandarlıq, meyvəçilik və quşçuluqla məşğuldur. == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə Qaraqala kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri olaraq məscid qeydə alınmışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qara (ad)
Qara — Azərbaycanlı adı. Qara bəy Qarabəyov — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Qara Yuluq Osman bəy — Ağqoyunlu tayfa başçısı. Fəxrəddin Qutlu bəyin ikinci övladıdır. Qara Qarayev — görkəmli sovet və Azərbaycanlı bəstəkar və pedaqoq Qara Balakişiyev — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu.
Qara (dəqiqləşdirmə)
Qara — rəng. Qara (film, 2005) — rejissor Sanjay Leela Bhansalinin dram filmi.
Qara Afrika
Qara Afrika və ya Böyük Səhradan cənubdakı Afrika — Afrika qitəsinin Böyük Səhranın cənubunda yerləşən hissəsinə verilən ad. Afrikanın bu qisminə Şimali Afrikadan fərqli olaraq, əsasən qaradərililər məskən salmışdır. Buna görə də Afrikanın bu hissəsi Qara Afrika adlanır. Afrika qitəsinin bü cür bölünməsi e.ə. III minilliyin ortalarına təsadüf edir. bu dövrdə Böyük Səhra formalaşmağa başlayır. Böyük Səhra sivilizasiyaların qarşılıqlı əlaqəyə girməsinə böyük maneə olmuşdur. Afrika qitəsinin bu iki hissəsi arasındakı yeganə keçid Nil çayıdır. Burada yaranmış sivilizasiyaların Qədim Misirlə yaxından əlaqələri var idi. E.ə.
Qara Ay
Qara Ay (ブラックムーン一族, Burakku Mūn Ichizoku) və ya Qara Ay klanı — Naoko Takeuçi tərəfindən yazılmış "Seylor Mun" manqa seriyasında düşmən qrup. Qara Ay manqa seriyasının ikinci arkının, orijinal animenin ikinci mövsümünün və ikinci animenin 15-26-cı seriyalarının əsas düşmən qrupudur. Buna görə də seriyanın ikinci arkı "Qara Ay" adlanır. DiC ingilis adaptasiyasında qrup Neqamun soyu adlanır. Qara Ayın üzvləri Günəş sistemində yerləşən uydurma Nemesis planetindəndirlər. Planet "mənfi enerjinin planeti" kimi təsvir olunur, gözlə görünmür və ancaq Rentgen şüaları ilə tapıla bilir. Qara Ayın üzvlərinin hamısının alınlarının ortasında aşağı doğru yönəlmiş qara aypara işarəsi vardır. Bundan başqa Qara Ayın üzvləri onlara teleportasiya bacarığını verən Qara Kristaldan hazırlanmış xüsusi sırğalar taxırlar. == Aparıcı üzvlər == === Ölüm fantomu / Müdrik adam === Ölüm fantomu (デス・ファントム, Desu Fantomu) və ya Müdrik adam (ワイズマン, Waizuman) — Xaosun gələcəkdən gəlmiş ölümsüz forması. Seriya başlamazdan əvvəl o Kristal Tokio şəhərində adi insan kimi yaşayırdı.
Qara Ağac
Qaraağac, Karaağac və ya Qarağac: Kəndlər Qaraağac (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Qaraağac (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Qaraağac (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Qaraağac (Sədərək) — Azərbaycanın Sədərək rayonunda kənd. Qarağac (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Qaraağac (Meşkinşəhr) Qaraağac (Urmiya) — Qaraağac (Şəbüstər) Qaraağac (Əbhər) Qaraağac-i Köşk (Çaroymaq) Qaraağac-i Pain (Germi) Qaraağac-i Bala (Germi) Çaylar Qarağac (çay) — İranın Fars ostanında çay. Dağlar Qarağac — İsmayıllı rayonu ərazisində dağ. Qarağac — Zəngilan rayonu ərazisində dağ. Təxəllüslər Günay Qaraağac — Türk dilçisi, professor, doktor. Digər Qarağac — bitki cinsi.
Qara Balakişiyev
Qara Bulaq
Azərbaycan Qarabulaq — Füzuli rayonunun ilk adı. Qarabulaq (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qarabulaq (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Qarabulaq (Xızı) — Azərbaycanın Xızı rayonunda kənd. Qarabulaq (Xocalı) — Azərbaycanın Xocalı rayonunda kənd. Qarabulaq (Qax) — Azərbaycanın Qax rayonunda kənd. 3 iyul 1998-ci ildə ləğv olunmuşdur. Qarabulaq (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd. Qarabulaq — İsmayıllı rayonu ərazisində dağ. Hündürlüyü 2180 m.
Qara Cöyrəoğlu
Qara Cöyrəoğlu (1866, Qızılhacılı, Tiflis quberniyası – 1929) — xalq qəhrəmanı. == Həyatı == 1918-cı ildə Borçalıda erməni-daşnak quldur dəstələrinə qarşı mübarizə aparmışdır. Cöyrə oğlu Qara 1918-cı ildə Borçalıya soxulan Andranikin daşnak quldur dəstələrini geri oturtmuşdu. Ermənilər Dürnik kəndi tərəfdən Qızılhacılıya hücum edərkən, Cöyrə oğlu Qara onların qabağını saxlamış, düşmən itki verərək, qaçmağa məcbur olmuşdu. Qanlı döyüşlərdən biri tarixə " Bolus döyüşü" adı ilə daxil olan və indiki Bolnisi uğrunda gedən döyüş idi. Andronikin 800 nəfərlik quldur dəstəsi Bolnisiyə hücum etdikdə, Xaçınlı kəndinin erməniləri də onlara qoşulmuşdu. Cöyrə oğlu Qara Qızılhacılıdan İsrafil ağanın köməyinə gəlmişdi. Ağ çərkəzi paltarda, ağ atın belində olan Cöyrə oğlu Qaranı görəndə, ermənilərin bir hissəsi silahlarını ataraq qaçmışdı. Yel dağı yaxınlığındakı vuruşmada Cöyrə oğlu Qaranın dəstəsi Axalkələkdə, Sağamoyda, Boqdanovkada azğınlıq edən erməni dəstəsini darmadağın etmişdi. Qara Cöyrə oğluna Azərbaycan Xalq Cümhuriyyəti yardım göstərmiş, ona silah və sursat göndərmişdir.
Qara Cəngavər
Qara cəngavər (ing. The Dark Knight) — Kristofer Nolanın rejissorluğu və ssenaristliyi ilə çəkilmiş 2008-ci il istehsalı superqəhrəman filmi. DC Comics nəşriyyatı tərəfindən yaradılmış Betmen personajından bəhs edən film Nolanın Qara Cəngavər trilogiyasının ikinci, 2005-ci ildə çəkilmiş "Betmen başlayır" filminin isə sikvel filmidir. Filmin əsas rollarında Kristian Beyl, Maykl Keyn, Hit Ledcer, Qari Oldmen, Eyron Ekhart, Meqqi Cillenhol və Morqan Friman çıxış edirlər. Filmdə Brüs Ueyn/Betmen (Beyl), Ceyms Qordon (Oldmen) və Harvi Dentin (Ekhart) Qotem şəhərində cinayətkar qruplaşmanı məhv etmək cəhdlərindən və məşhur super cinayətkar Coker ilə qarşılaşmalarından bəhs edilir. Nolan film üçün ilham mənbəyi kimi Cokerin 1940-cı ildəki komiks debütündən, 1988-ci ildə yayımlanmış "Betmen: Öldürən zarafat" qrafik romanından və 1996-cı ilin komiks seriyası olan və İkiüzün tarixçəsindən bəhs edən "Betmen: Uzun Hellouin" seriyasından istifadə etmişdir. Betmen personajı üçün "Qara cəngavər" ləqəbi ilk dəfə hekayəsi Bill Finqer tərəfindən yazılmış "Betmen" komiksinin ilk sayında (1940) işlədilmişdir. Filmin əsas çəkilişləri Çikaqoda, eləcə də, ABŞ, Böyük Britaniya və Honkonqda baş tutmuşdur. Nolan Cokerin filmdə göründüyü ilk kadr da daxil olmaqla, bir neçə kadrda IMAX 70 mm film kameralarından istifadə etmişdir. Film, 22 yanvar 2008-ci ildə — çəkilişlərin başa çatmasından bir neçə ay sonra, yayımlanmasından altı ay əvvəl bir neçə dərmanı eyni anda qəbul etməsi səbəbilə zəhərlənərək ölən (bu hadisə mətbuat tərəfindən böyük diqqət görmüşdür) Hit Ledcerə həsr olunmuşdur.
Qara Cəngavərlər
Qara Cəngavərlər — Sinqapur Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün F-16 təyyarələri istifadə olunur. Təyyarələr Sinqapur bayrağının rənglərinə boyanmışdır. == Tarixi == Eksadron Sinqapur dövlətinin yaranmasınan 8 il, Sinqapur Hərbi Hava Qüvvələrinin yaranmasında 5 il sonra 1973-cü ildə yaradılmışdır. Əvvəlcə komanda Osprey Red adlanırdı. 1974-cü ildən etibarən Qara Cəngavərlər adlanmağa başladı. Komandanın ilk şou təyyarəsi Hawker Hunter olmuşdur. 2000-ci ildən etibarən komanda 6 ədəd F-16 təyyarəsi ilə aviaşoular həyata keçirir. 2014-cü ildən təyyarlərə ağ-qırmızı dizayn saxlanılmaqla ay və 5 ulduz əlavə olunmuşdur.
Qara Daş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Qara Drin
Qara Drin (mak. Црн Дрим, alb. Drini i Zi) — Şimali Makedoniyada və Albaniyada çay. Mənbəyi Oxrid gölü olub, Şimali Makedoniyanın Struqa şəhərindən keçməklə Albaniyanın Kukes şəhəri yaxınlığında Ağ Drin çayı ilə birləşərək Drin çayını əmələ gətirir. == Ümumi məlumat == Çay Oxrid gölündən dəniz səviyyəsindən 695 metr hündürlükdən axır və göldən çıxan yeganə su mənbəyidir. Şimali Makedoniya ərazisində çay üzərində 2 böyük su anbarı tikilib: Qlobovise və Spile. Bənd üzərində SES fəaliyyət göstərir. Spile su anbarı Debar şəhərində Debar gölü ilə birləşir. Debar gölünə Qara Drinin əsas qolu olan Radika çayı tökülür. Su anbarından sonra Qara Drin bir neçə km Şimali Makedoniya ilə Albaniya sərhəddi boyu axaraq Albaniyanın Kukes və Dibra vilayətləri ərazisinə daxil olur.
Qara Dəniz
Qara dəniz (bolq. Черно море, ukr. Чорне море, rum. Marea Neagră, türk. Karadeniz, gürc. შავი ზღვა, abx. Амшын/Амшын Еиқәа, q.yun. Εὔξενος Πόντος, yun. Μαύρη Θάλασσα, lat. Pontus Euxinus) Krım yarımadası və Kiçik Asiya yarımadası arasında yerləşən daxili dəniz.
Qara Dərviş
Qara Dərviş (11 oktyabr 1990, Bakı) — azərbaycanlı musiqiçi. == Həyatı == Qara Dərviş təxəllüsü ilə tanınan Hikmət Poladzadə 1990-cı il 11 oktyabrda Bakıda pedaqoq ailəsində doğulub. Seyid Cəfər Pişəvəri adına fars təmaüllü gimaziyada orta təhsilini tamamladıqdan sonra ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində davam etdirən Qara uşaq yaşlarından musiqiyə böyük maraq göstərir. O, Azərbaycan Memarlıq və İnşaat Universitetində təhsil almaqla yanaşı Bakı Musiqi Akademiyasında Opera vokal və Ümumi bəstəkaralıq dərsləri də almışdır. == Fəaliyyəti == Qara 2008-ci ildə dahi Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin "Sığmazam", "İstəmə" qəzəllərinə olan bəstələrinin də yer aldığı ilk Demo proyektini dinləyicilərinə təqdim edir. Beləki, bu bəstələr Azərbaycanda və eləcə də dünyada metal janrının qəzəl ilə ilk sintezidir. 2010-cu ildə Sumqayıtda ilk solo konsertini edən Qara Dərviş, "Yuxu"-dan sonra Azərbaycanda dərin yuxuya getmiş roku yenidən oyadır. Elə həmin ildə Amerikanın məşhur qruplarından olan "Brazzaville" ilə eyni səhnəni paylaşaraq Azərbaycan rokunu təmsil edən Qara ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə üz tutur. 1 illik aradan sonra yenidən yaradıcılığa qayıdan Qara Dərviş bu dəfə sözləri Anara, bəstəsi Emin Sabitoğluya aid "İncəbellim"-i (Dədə Qorqud Dastanından – Bamsı Beyrəyin mahnısı) yenidən aranjeman və ifa edir. Dinləyiciləri arasında çox səs-küy salan ifadan sonra Qara 2013-cü ildə "TEDx Baku" layihəsində səhnə alır.
Qara Fatma
Qara Fatma (Fatma Səhər; 1888, Ərzurum, Ərzurum vilayəti – 2 iyul 1955, İstanbul) — Qurtuluş Döyüşü qəhrəmanı qadın Kürd əsgər, İstiqlal Medalı sahibi. == Həyatı == Qara Fatma ləqəbiylə tanınan Fatma Səhər xanım 1888-ci ildə Ərzurumda doğulmuşdur. Atasının adı Yusif Ağa, ərinin adı isə Dərviş Bəydir. Əri da əsgər (Mayor) olan Fatma Səhər xanım Ədirnədə yoldaşıyla birlikdə Balkan Hərbində fəaliyyət göstərirdi. Daha sonra isə öz ailəsindən 10-a yaxın qadını həvəsləndirərək I Dünya Müharibəsinə qatılmışdır. Həyat yoldaşı Dərviş bəyin Sarıqamışda şəhid olduğu xəbərini aldıqdan sonra məmləkəti Ərzuruma qayıdır. 1919-cu il gərgin günlərdə Mustafa Kamalla şəxsən görüşə bilmək üçün Sivasa gəlir. Milis Komandiri olaraq qərb cəbhəsində vəzifələndirilir. Aldığı talimatla İstanbula gedir, silah və adam qaçırma fəaliyyətlərində iştirak edir. İzmirin Yunan işğalına məruz qalması ilə İzmirə gedərək qurtuluş üçün döyüşür.300 adamdan çox komandası ilə I və II İnönü Müharibəsi, Sakarya Meydan Müharibəsi ilə Dumlupınar Meydan Müharibəsində vuruşur.
Qara Fətəliyev
Qara Hüseyn oğlu Fətəliyev — AMEA Zoologiya İnstitutu, biologiya elmləri doktoru, dosent, Parazitologiya laboratoriyasının müdiri. == Həyatı == Qara Hüseyn oğlu Fətəliyev 1940-cı ildə Azərbaycan Respublikası Cəbrayıl rayonunun Sarıcallı kəndində anadan olmuşdur. Atası Cəfərov Hüseyn Fətəli oğlu Kolxozda işləmiş, 1941-ci ildə Böyük Vətən Müharibəsinə getmiş, döyüşlərdə yaralanmış və aldığı yaradan vəfat etmişdir. Anası Kərimova Şahsoltan Həmzə qızı da uzun illər kolxozda işləmiş və 1998-ci ildə Cəbrayıl rayonunun Sarıcallı kəndində vəfat etmişdir. Qara Fətəliyev 1958-ci ildə Cəbrayıl rayonu Soltanlı kənd orta məktəbini, 1963-cü ildə Bakı Kənd Təsərrüfatı Texnikumunun Aqranomiya şöbəsini, 1971-ci ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakultəsini bitirmişdir. O, 1963-1966-cı illərdə EA (indiki AMEA) Botanika İnstitutunun Nəbatət bağında aqranom, baş aqranom, bağban və laborant, 1966-1969-cu illərdə Azərbaycan EA Kibernetika İnstitutunda bağban işləmişdir. Qara Fətəliyev 1969-cu ilin sentyabrında Azərbaycan EA Zoologiya İnstitutunda işə qəbul olunmuşdur. == Elmi fəaliyyəti == Qara Fətəliyev elmi fəaliyyətinin ilk illərində AMEA Zoologiya İnstitutunun Biometod laboratoriyasına baş laborant vəzifəsinə işə qəbul olunmuşdur (1969-1971). 1971-ci il sentyabrından Ekoloji parazitologiya laboratoriyasına baş laborant vəzifəsinə keçirilmiş, 1972-ci ildə kiçik elmi işçi, 1983-cü ildən böyük elmi işçi, 2008-ci ildən Helmintologiya laboratoriyasının müdiri, hal-hazırda Parazitologiya laboratoriyasının müdiri vəzifəsində çalışır. Q.H.Fətəliyev 1980-ci ildə "Azərbaycanın Kiçik Qafqazında və Mil-Qarabağ düzündə təsərrüfat əhəmiyyətli xəzdərili heyvan helmintlərinin yayılmasının ekoloji-faunistik xarakteristikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Qara Göl
Azərbaycanda Qaragöl (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonunda göl. Qaragöl (göl, Kəlbəcər) — Kəlbəcər rayonu ərazisində şirin sulu, axarlı göl. Qaragöl — İsmayıllı rayonu ərazisində şirin sulu kiçik göl. Qaragöl (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunda kənd. İşıqlı Qaragöl — Laçın rayonu ilə Gorus rayonu sərhəddində yerləşən göl.
Qara Hacılı
Qarahacılı (Balakən) — Azərbaycanın Balakən rayonunun inzibati ərazi vahidində kənd. Qarahacılı (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Qara Kitab
Qara kitab – ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun 1990-cı ildə nəşr olan romanıdır. Ədibin 1985-1989-cu illərdə yazdığı "Qara kitab" özünün yazdığı kimi, "ilk türk dedektif romanı"dır. == Məzmunu == Romanın qəhrəmanı Qalib (Şeyx Qalib - XVIII yüzilliyin böyük sufi şairlərindən, Cəlaləddin Ruminin ardıcıllarından biri) İstanbulda məşhur jurnalist, kələkbaz, özgə sirlərinin araşdırıcısı, mürəkkəb təxəllüslərin həvəskarı olan əmisi oğlu Cəlal Saliki, xarici dedektivlərin vurğunu, qəflətən yoxa çıxmış uşaqlıq sevgisi, dostu, əmisi qızı, arvadı olan Röyanı (anası tərəfindən Məhəmməd peyğəmbərin nəslindəndir) qarlı bir qış günü axtarmağa başlayır. Uşaqlıq illərindən bəri yazılarını heyranlıqla oxuduğu yaxın qohumu, qəzetdə işləyən Cəlalın köşə yazıları bu axtarışda ona işarələr verəcək, yoldaşlıq edəcəkdir. Əmisi oğlunun iziylə gedən Qalib onun köhnə qeydlərində, şəhərin uşaqlıqdan hər ikisinə tanış olan guşələrində özünü axtarır, bununla da, Cəlalın obrazına girir, elə bil, onun yerini tutub yazıçı olur. "Niyə adamlar öz həyatlarını yox, kiminsə başqalarının həyatını istəyirlər?" – romanın əvvəlində özünə bu sualı verən Qalib axırda cavabı tapır: "İnsanın özü olması üçün yeganə vasitə - başqası olması, başqalarının tarixçələrində dolaşmasıdır". Cəlal da öz yazılarında hər şeylə birgə Mövlanənin, onun "üzünün və ruhunun güzgüsü" Şəms Təbrizinin sirrinə varmağa çalışır - Ruminin "Məsnəvi"si öldürülmüş Şəms Təbriziyə duyduğu kədərdən yaranıb. Oxucu bir yandan hər bacası, hər küçəsi, hər adamı başqa sirli aləmin əlamətlərinə çevrilən İstanbulda Qalibin axtarışlarını, rast gəldiyi adamları təqib edərkən, bir yandan da bu araşdırmaları ayrı-ayrı əlamətlərlə, qəribə əhvalatlarla tamamlayan Cəlalın köşə yazıları ilə qarşılaşır...
Qara Meşə
Qara Meşə (alman dilində Schwarzwald — "Qara Meşə") — Almaniyanın cənub-qərbində Baden-Vürtemberq torpağında yerləşir. == Coğrafiyası == Bu meşə Reyn çayının şimalından cənuba doğru geniş ərazini əhatə edir. Ən yüksək nöqtəsi 1493 m Feldberqdir. Burada çoxlu sayda bulaqlar, kurort zonası var. Bu Baden-Baden və ya Badenveylərdir. Bu zona mənbəsi Dunay çayı ətrafında yayılmışdır. == Tarixi == Antik dövrlərdə bura Abnob adlanırdı. Romalılar IV əsrdə buranı zəbt edir və həmin dövrdə Marciana Silva adlanır. 1516-cı ildə vəba xəstəliyi yayılmışdır. == Ədəbiyyat == Шварцвальд // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Gəncə-Qarabağ əyaləti
Gəncə-Qarabağ əyaləti — (Vilâyet-i Gence Karabağ) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Gəncə şəhəri idi. == Gəncə-Qarabağ əyaləti (1588-1606) == 1593-cü il tarixli icmal dəftəri qeydlərinə görə Gəncə-Qarabağ əyaləti 7 sancağa bölünürdü. Gəncə sancağı, Bərdə sancağı, Xaçın sancağı, Axıstabad sancağı, Dizaq sancağı, Həkəri sancağı, Vərəndə sancağı. Sancaqlar öz növbəsində nahiyələrə bölünürdü. == Gəncə-Qarabağ əyaləti bəylərbəyləri == Çərkəz Heydər paşa (1588-1590 Oktyabr) Davud paşa (Oktyabr 1590-1594 Aprel) Mahmud paşa (Aprel 1594-1596) Mustafa paşa (1598) Osman paşa (1596-1600) Məhəmməd paşa (1606) == Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti (1727-1734) == Gəncə-Qarabağ əyaləti 8 livaya (sancağa) bölünürdü. Gəncə livası, Bərdə livası, Xılxına livası, Bərgüşad livası, Çuləndər livası, Arazbar livası, Qarabağ livası, Bərgüşad livası əvvəl İrəvan əyalətinin tərkibində olmuş sonra isə Gəncə Qarabağ əyalətinə verildi. Gəncə-Qarabağ əyaləti 1344 kənd və məzradan ibarətdi.
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (türk. Gence-Karabağ eyaletinin Mufassal Defteri) — Osmanlı İmperiyası hakimiyyəti dövründə Gəncə-Qarabağ əyalətində gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə yaradılmış özündə statistik məlumatları əks etdirən sənəd. == Haqqında == Osmanlı dövlətinin Gəncə-Qarabağ bölgəsini 1725-ci ildə ələ keçirməsindən sonra vergi yığmaq məqsədilə 1727-ci ildə hazırlanan "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri"ndə Gəncə-Qarabağ əyalətinin kəndlərində nə qədər adamın yaşadığını, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi. Qanunnamə ilə başlayan dəftərdə ərazi-inzibati vahidlərə və onlara tabe olan yaşayış məskənlərinə görə vergi mükəlləfiyyəti daşıyanların adı, atasının adı, ailə vəziyyəti, bəzi hallarda isə, xüsusilə şəhərlilər üçün, peşəsi haqqında məlumat verildikdən sonra əvvəlcə onların əkib-becərdikləri dənli bitkilərdən natural verginin həcmi və ağca ilə dəyəri sonra isə bağ-bostan, arı pətəkləri, işləyən dəyirmanlar, hevyanlar üçün ödənən vergilərin və s. dəyəri yazılırdı. Hər il əyalətdən illik gəlir barədə verilən məlumatlar dövlət dəftərxanasında yoxlanılır, əgər hər hansı bir səbəbdən çatışmazlıq ortaya çıxardısa, böyük vəzirin sədrliyi ilə iclasları keçirilən Divanın çıxardığı qərara əsasən vəziyyətin yoluna qoyulması haqqında əyalətin bəylərbəyinə "buyuruldu", "hökm" və s. göndərilirdi. Səbəb daha ciddi olduğu təqdirdə, məsələyə sultanın özü müdaxilə edərdi. === Texniki məlumat === İki nüsxə olan bu dəftərlərdən biri aidiyyəti olduğu əyalətdə, digəri isə İstanbulda, dövlət dəftərxanasında saxlanılırdı. Hal-hazırda yeganə nüsxəsi İstanbulda Başbakanlık Arxivində (№ 903) saxlanılır.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
Gəzərgi qaratoyuq
Gəzərgi qaratoyuq (lat. Turdus migratorius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Hacı Mir Əbutalib xan Qarabaği
Hacı Məhəmməd xan Qaragözlü
Qaragözlü Hacı Məhəmməd xan Hacı Abdulla xan oğlu (?-?) — Qaradağın hakimi (1811-?). == Həyatı == Hacı Məhəmməd xan Qaragözlü Şamlı elinin Qaragözlü oymağının Hacılı tayfasındandır. Həmədan ətrafında dünyaya gəlmişdi. Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi idi. 1811-ci ildən Cənubi Azərbaycanın Qaradağ vilayətinin hakimi təyin edilmişdi. Rus-İran savaşlarının fəal iştirakçısı olmuşdur. == Mənbə == Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh. Ənvər Çingizoğlu,Qaradağlılar.
Hacı Qara (film, 1929)
Hacı Qara filmi rejissor Abbas Mirzə Şərifzadə tərəfindən 1929-ci ildə ekranlaşdırılmışdır. Film Azdövlətkinoda istehsal edilmişdir. Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir. Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır. == Məzmun == Filmdə Azərbaycan bəylərinin, tacirlərinin, kəndlilərinin həyatı öz əksini tapmışdır. == Film haqqında == Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. 3 oktyabr 1927-ci ildə ilk dəfə olaraq, kinostudiyada filmin ssenarisi oxundu. Rejissor Abbas Mirzə Şərifzadə filmin hazırlıq işlərinə 1927-ci ildən, filmin çəkilişlərinə isə həmin ilin son aylarından başlamışdır. Kinolentin mövzu və süjeti bir qədər genişləndirilmiş, dramaturqun başqa əsərlərindən istifadə edilərək, əlavə obrazlar salınmış, habelə milli adət və ənənələrdən istifadə edilmişdir.
Hacı Qara (film, 2002)
== Məzmun == Burada təkcə xəsisliyin ifşasından söhbət getmir. Ekran əsərində xalqımızın istək və arzularını, həyat tərzini, milli adət-ənənələrini əks etdirmək müəlliflərin əsas qayəsi olmuşdur. Filmdə yadelli, nankor ermənilərin zaman-zaman Azərbaycanın münbit torpaqlarına köçürülməsinə, yüksək çinli rus məmurlarının xalqımıza qarşı yeritdiyi müstəmləkə siyasətinə etiraz işarələri vardır. Bu ştrixlər personajların dialoqlarında və xarakterlərində daha qabarıq verilmişdir. Film əvvəldən axıradək bəstəkar Arif Məlikovun şux, oynaq musiqisi ilə, ayrı-ayrı obrazlar üçün yazdığı duzlu, məzəli mahnılarla müşayiət olunur. Heydər bəylə (Elnur Mehdi) Sonanın (Günel Həsənzadə) lirik məhəbbət əhvalatı filmin leytmotivini təşkil edir. Film Şərq, o cümlədən Azərbaycan kinosu üçün xarakterik olan xoşbəxt sonluqla bitir. == Film haqqında == Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Bu film pyesin II ekran variantıdır. "Hacı Qara" pyesinin motivləri üzrə eyniadlı bədii film ilk dəfə 1929-cu ildə rejissor Abbasmirzə Şərifzadə tərəfindən çəkilmişdir.
Hacı Qaraman ocağı
Hacı Qaraman ocağı — Cəbrayıl rayonunda Çələbilər kəndinin ərazisində, Hacı Qaraman (Əhməd) Çələbinin məzarı yerləşən ziyarətgah. Hacı Qaraman Çələbi Əhmədli dövrünün sayılıb-seçilən kəramət şeyxlərindən olub, mükəmməl dini – mədrəsə təhsili almışdır. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. == Tarixi == Hacı Qaraman ziyarətgahı Əhməd Çələbinin dəfn olduğu məzar (Çələbi – Çələbi sözu dini və dünyəvi termin olub hakimiyyətlərin, şahzadələrin ləqəbi kimi işlənib, Allahı sevən, yazıcı, şair, bilici mənalarını verir). XIII əsrin birinci yarısında – Monqol yürüşləri dövründə Kiçik Asiyadan (əsasən Türkiyə ərazilərindən) məşhur Qaraman tayfasının (Qaraqoyunlu hökmdarı Qara Yusifin sərkərdəsi Qaraman, Qarabağ hakimi Əmir Yaəhməd, I Şah Abbasın Şamaxıya hakim təyin etdiyi Zülfüqar Xan da Qaraman tayfasından idilər) tərkibində Azərbaycana gəlmələri tarixdən məlumdur. Cələbilərin adlı-sanlı başçılarından olan Hacı Qaraman XIII–XIV əsrlərdə Cəbrayıl ərazisinə gəlmiş, əvvəlcə Niftalılar və Nüsüs kəndləri arasındakı yerdə özünə məskən salmış, sonralar Cələbilər kəndinə köçmüşdür. Ona görə də Hacı Qaramanın dəfn edildiyi məzar sonralar "Ocaq" kimi müqəddəsləşdirilmişdir. Cələbilər kəndindəki məscid isə Məhəmməd ibn Hacı Qaraman Əhmədli tərəfindən Hicri 1088-ci ildə (Miladi 1678) inşa edilmişdir. Hacı Qaramanın adı məşhur oğuz türk tayfasından olan Qaraman tayfasının adından götürülmuşdur. == Ziyarətgah == Hacı Qaraman ocağı ziyarətgahı Cəbrayıl rayonunun Çələbilər kəndində yerləşir.
Hacı Qaraman Çələbi Əhmədli
Hacı Qaraman çələbi (XVI yüzilin sonu—XVII əsrin əvvəli) — övliya, XVI əsrin sonu, XVII əsrin əvvəli. == Həyatı == Hacı Qaraman Çələbi Türkiyənin Diyarbəkir əyalətində anadan olmuşdur. Əsl adı Əhməd Çələbidir. Mükəmməl mədrəsə təhsili almışdı. Bütün elin dini və dünyəvi işlərinə nəzarət edirdi. Hacı Qaraman (Əhməd) Çələbi kəramət sahibi bir şeyx olmuşdur. Onun başqa bir tərıqət şeyxi Üryan Xıdırla söhbət və məqallarının olduğu məlumdur. Əhməd Çələbinin (Hacı Qaraman) Mustafa və Muhəmməd adlı iki oğlu olmuşdur. Qəbri Hacı Qaraman ocağı ziyarətgahıdır.
Hacı Sara xanım Qaradağlı
Hacı Sara xanım - (XIX əsr) - Toxmaqlı oymağının məşhur simalarından biri. == Həyatı == Hacı Sara xanım Qaradağın sonuncu xanı Məhəmmədqulu xan Qaradağlının qızıdır. Həsənəliağa xan Qaradağski (ata), Məhəmmədhüseynağa xan Qaradağskinin bacısı. Müqəddəs Məkkəyi-müşərrəfi ziyarət etmişdi. Hacı Sara xanım Qulu xan Şambayatı-Qacarın nəticəsi, İran ordusunun məşhur komandanlarından olan Pirqulu xanın nəvəsi, Əmirnizam Məhəmmədbağır xanın oğlu İbrahim xanla ailə qurmuşdu. Əmir xan adlı oğlu, Fatiməbəyim xanım adlı qızı vardı. Əmir xan Əhər şəhərində dünyaya pənah gətirmişdi. Dövlət idarəsində qulluq etmişdi. Əmir xanın Ələkbər ağa adlı oğlu vardı. Bağiri soyadını daşıyırdı.
Heybət (Qaradağ)
Heybət — Azərbaycanın Qaradağ rayonunda Şubanı qəsəbə inzibati ərazi vahidində qəsəbə. Yaşayış məntəqəsi adını ərazidəki Bibiheybət məscidinin adından almışdır.
Heydər Əliyev Muzeyi (Qaradağ)
Qaradağ rayonu Heydər Əliyev Muzeyi — Qaradağ rayonunda yerləşən, 2006-cı ilin aprel ayında tikintisinə başlanılmış, tərtibat, tamamlanma işlərinin 2007-ci ilin fevral ayında başa çatdırıldığı H. Əliyev adına muzey. Muzeyin açılışı 14 iyun 2008-ci ildə baş tutmuşdur. Respublikanın müxtəlif regionlarında və iri şəhərlərində Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın müasir tarixindən və zəngin mədəni irsindən bəhs edən, müasir avadanlıq və zəruri ədəbiyyatla təchiz edilmiş muzey və muzey mərkəzləri yaradılması Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. Mərkəzlərdə yaradılmış müxtəlif fotostendlər, kinozallarda nümayiş etdirilən videosüjetlər Heydər Əliyevin siyasi, dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayır. Bu muzey mərkəzlərində həmçinin gənclər üçün şahmat, kompüter, xalçaçılıq, təsviri və tətbiqi incəsənət, heykəltaraşlıq dərnəkləri fəaliyyət göstərir. == Ümumi məlumat == Muzeyin yaradılmasında əsas məqsəd sabiq prezident Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin irsini və çoxşaxəli siyasətini gənc nəsillərə dolğun şəkildə çatdırmaq və təbliğ etməkdir. Muzeyin nəzdində 19 nəfərdən ibarət tədqiqat qrupu yaradılmışdır. Bu qrupun başlıca vəzifəsi Qaradağ rayonu ilə əlaqədar olaraq Heydər Əliyevin tarixi fəaliyyətini daha geniş, əhatəli şəkildə araşdırmaqdan ibarətdir. Muzey 3 otaqdan ibarətdir. H. Əliyev adına muzeydə 195 ədəd fotoşəkil, 94 ədəd kitab, 9 ədəd Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən disk var.
Himalay qarakərkəsi
Himalay qaraçöhrəsi
Himalay qaraçöhrəsi (lat. Taxus wallichiana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Taxus baccata subsp. wallichiana (Zucc.) Pilg.
Hüseyn xan Qaragözlü
Hüseyn xan Əli xan oğlu Qaragözlü (?-1894)—Fətəli şah Qovanlı-Qacarın qız nəvəsi, İran ordusunun generalı. == Həyatı == Hüseyn xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Əli xan Nüsrətülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu. Anası Zübeydə xanım Fətəli şah Qovanlı-Qacarın qızıdır. Hərbçi ailəsinə mənsubdur. Hüsamülmülk ləqəbini daşıyırdı. 1884-cü ildən 1894-cü ilədək Kirmanşah əyalətinin valisi olmuşdu. == Ailəsi == Oğlu Zeynalabdin xan onun vəfatından sonra bütün mənəvi sərvətinə yiyə durdu. == Mənbə == Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.
Həbib Qaramani
Həbib Qaramani (Niğdə ili – 1497) — XV əsr xəlvəti şeyxlərindən biri. Soyunun ata tərəfdən Ömərə, ana tərəfindən isə Əbu Bəkrə çatdığı söylənilir. == Həyatı == Həbib Qaramani Qaramanda, Niğdə yaxınlığında, Ortaköy qəsəbəsində doğulmuşdur. O zaman Niğdə Qaramana bağlı olduğundan Qaramani nisbəsini almışdır. Təhsilini tamamladıqdan sonra Sultan Rüknəddin mədrəsəsində müdərrislik etmişdir. Daha sonra Bakıya gələrək Seyid Yəhyaya intisabla tam 12 il onun yanında olmuşdur. Seyri-sülukunu tamamlayaraq icazə və xilafətlə şeyxinin əmri üzərinə Anadoluya xidmət üçün göndərilmişdir. Şeyx Həbib əfəndi uzun müddət Ankarada qalmışdır. Burada Hacı Bayram Vəlinin qəbrini ziyarət etmiş, Ağşəmsəddinlə də bir müddət münasibətdə olmuşdur. Ayrıca Kayseridə Şeyx İbrahim Tənnuri və Nəqşibəndilik təriqəti xəlifələrindən Əmir ilə söhbət etmişdir.
IV İbrahim xan Qaraxani
İbrahim bin Hüseyn bin Həsən xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1178. ildə əmisi II Məsud xan Qaraxaninin ölümündən sonra hakimiyyətə gəlmişdir.
I Mahmud xan Qaraxani
I Mahmud xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1098-ci ildə babasının qardaşının nəticəsi Süleyman Təkin xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
I Məsud xan Qaraxani
Məsud bin Məhəmməd bin İbrahim bin Nəsr bin Əli xan Qaraxani - Qərbi Qaraxanilər dövlətinin xaqanı. 1095. ildə əmisi oğlu Əbülmüzəffər Əhməd xanın ölümündən sonra hakimiyyətə gəlmişdir.
I Qaraçuq nekropolu
I Qaraçuq nekropolu — Naxçıvan şəhərindən 3 km şərqdə, Qaraçuq kəndi yaxınlığında yerləşən Tunc dövrünə aid arxeoloji abidə. == Tarixi == Abidə 1985-ci ildə təsadüfən aşkar olunmuşdur. Araz daşarkən nekropolun ərazisi ada şəklində suyun ortasında qalmış, qumsal təpədə yerləşən qəbirlərin bir hissəsi yuyulub dağılmış, boyalı gil qab nümunələri (əsasən kasa, badya, küpə və s.) çəhrayı rəngli, iri qum və saman qarışığı olan gildən hazırlanmış kasa tipli qablar, tuf daşından yonulub hazırlanmış çəhrayı rəngli vaza tipli qab və s. aşkar olunmuşdur. Tapıntıların Orta Tunc dövrünün ilk mərhələsi üçün xarakterik olub, e. ə. 2100-1900-cü illərə aidliyi ehtimal edilir. == Əhəmiyyəti == Nekropolda aparılan tədqiqatlar burada e. ə. 2100-1900-cu illərə aid nekropol mədəniyyətinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
I Əhməd xan (Qaraxani)
Əhməd bin Əli xan Qaraxani — Qaraxanilər dövlətinin xaqanı. 999. ildə qardaşı Nəsr bin Əli xanın ölümündən sonra hakimiyyətə gəlmişdir. Abbasi xəlifəsi tərəfindən hakimiyyəti tanınan ilk Qaraxani xaqanıdır.
Kamal Qarani
Mustafa Kamal Karan və ya Kamal Qarani (1923, Amasya – 2008, Ankara) — Türkiyə Böyük Millət Məclisinin deputatı, Cümhuriyyət Xalq Partiyasının üzvü, iş adamı, təsərrüfatçı. Hacı Mahmud Əfəndinin nəvəsidir. == Həyatı == Azərbaycan əsilli Kamal Məhəmməd oğlu Karan 1923-cü ildə Osmanlı İmperiyasının Amasya şəhərində anadan olmuşdur. İstanbul İqtisadiyyat və Ticarət Universitetinin Diplomatiya və Beynəlxalq əlaqələr ixtisasını bitirmişdir. Universiteti bitirdikdən sonra Türkiyə ordusunda xidmət etmişdir. Təbiət etibarilə məqsəd yönlü şəxs idi. Elmli, siyasi məsələləri bilən, dəyanətli və müdrik bir siyasətçi idi. Atası Məhəmməd Əfəndi Türkiyənin siyasi həyatında da yaxından iştirak edərək, Mustafa Kamal Atatürklə görüşmüş və hətta oğlunun da adını böyük öndərə hörmət əlaməti kimi Kamal qoymuşdur. Təqaüdə çıxdıqdan sonra Ankarada yaşamışdır. 2008-ci ildə Ankara şəhərində vəfat etmişdir.

qara sözünün leksik mənası və izahı

  • 1 Bəzi mürəkkəb sözlərin birinci tərkib hissəsi; məs.: qarasaç, qaragöz, qaragün.

    Azərbaycan dilinin izahlı lüğəti / qara
  • 2 1. sif. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi (ağ ziddi). // sif. Bu rəngdə olan. Qara boya. Qara saç. Qara at. Qara kostyum. – [Musanın nəvəsi] qara papağını qoydu, əlinin pəncəsi ilə bir az qabağa basdı. Qantəmir. // sif. Çox tutqun (açıq ziddi). Qara çörək. – Həmin gecə göy üzünü qara buludlar tutub, şiddətli yağmur yağmağa başlayır. S.S.Axundov. Salam … qara torpaqdan bir xışma götürdü, baxdı. Mir Cəlal. // Obrazlı təşbehlərdə: qaranlıq, tutqunluq (adətən tərkiblərdə işlənir). Gecə qara pərdəsini götürdükdə Cavad yuxudan ayıldı. Ə.Vəliyev. // Qaradərili, dərisinin rəngi qara olan. Qara irq. // İs. mənasında: cəm şəklində: qaralar – qara dərililər, qara irqə mənsub olanlar. Anqola – qaralar ölkəsi, zəncilərin qədim torpağı; Odlar, alovlar içində yanır. R.Rza. 2. İs. mənasında; cəm şəklində: qaralar – şahmat, dama oyunlarında qara rəngli fiqurlar, daşlar. Qaralarla oynamaq. 3. sif. Çirkli, kirli, tünd bir şeyə boyanmış, yaxud adi rənginə nisbətən daha tünd, daha tutqun. Üz-gözü çirkdən qara olub. Kömürçünün qara əlləri. Böyürtkəndən dişlərim qara olmuşdur. 4. is. Yazı, xətt, hərf. Qara tanımaq. Qaraya baxmaq (oxumaq). – Ağlın aparıb, bəs ki baxır gündə qarayə. M.Ə.Sabir. [Molla:] Hə, hə, heç bilmirsiniz ki, onun üstündə mən nə zəhmət çəkmişəm, qaraları bir-bir ona tanıtmışam. H.Sarabski. 5. is. Bir yazının qaralaması, ilk mətni, layihəsi. [Əbülhəsənbəy:] İndi mənə de görüm, rusca yazdığın o intibahnamənin qarasını harada saxlayırsan? M.S.Ordubadi. □ Qarasını tökmək (yazmaq) – ilk mətnin layihəsini yazmaq, tərtib etmək. Onlara göndəriləcək məktubun qarasını töküb katibə verdikdən sonra, ancaq Maral evə qayıtdı. Ə.Əbülhəsən. 6. sif. məc. Ağır, mənhus, pis, kədər doğuran, qəm gətirən, qorxulu. Fərman bir yandan belə söyləyirdi, bir yandan da ürəyinə qara fikirlər gəlirdi. Ə.Haqverdiyev. [Məhərrəm] sayıq idi. Pristavın və Səlim bəyin öz haqqında bəslədikləri nifrət və qara fikirləri bilirdi. H.Nəzərli. // məc. Səfalətli, fərəhsiz, sevincsiz, talesiz, bədbəxt, faciəli. Nə bəladır bizə, ya rəb, nə qara gündür bu? Füzuli. [Pərzad:] …Bayram, mənim dəxi bəxtəvər olmağım getdi; qara gün çox yaxınlaşıbdır. M.F.Axundzadə. Səbəb budur ki, orucluq söhbəti düşəndə mənim yadıma uşaqlığımın qara günləri düşür. C.Məmmədquluzadə. // məc. Əziyyətli, məşəqqətli, çox ağır, mənhus. Ruzigarım qara (z.) keçdiyin məgər; Söyləməyib zülfi-pərişan sənə? Q.Zakir. Qara qış üstümə tökər qarını; Nərgiz gözlərindən məni ayırsan. M.Müşfiq. Nəhayət, o qara qış çıxmış, yenə də yaz gəlmişdi. Ə.Məmmədxanlı. 7. sif. məc. Cinayətkar, mənfur, mürtəce, fitnəkar. İrticanın qara qüvvələri. – Biz ədibin [Nərimanovun] hər cür qara qüvvələrə, irticaya, zülmə, cəhalətə qarşı qəzəblə coşan qəlbini, nifrətlər yağdıran qələmini duyuruq. M.Arif. 8. is. Yas, matəm mənasında. Fələk qoymaz qaradan çıxsın ol sərvi-güləndamı. S.Ə.Şirvani. Könlüm yasdan çıxdı, qəlbim qaradan; Gülə-gülə bu həvəsdə xoş gəldin! Aşıq Ələsgər. □ Qara bayram – bir şəxsin ölümünün ilk bayrama təsadüf etdiyi gün. Qara geymək, qara bağlamaq – yaslı olmaq, yas saxlamaq. Qarə geydim, dağə batdım, saxlaram matəm hənuz. S.Ə.Şirvani. Bu gün Təbriz şəhəri iki böyük matəm üçün qara geyinmişdir. M.S.Ordubadi. Qara xəbər – səfərdə olan bir adamın ölüm xəbəri. Qara xəbər el-obanı dolandı; Əsgəranda Qoç Nəbini vurdular. B.Vahabzadə. Qara kağız – ölüm xəbəri gətirən məktub. Bu günlər qara kağızı gəldi qonşumuzun; Anasına oxuyanda kağızı; arvad birdən qocaldı; ağardı qaşları da. R.Rza. 9. Qoşulduğu sözlərə mənfilik, mənhusluq, məşumluq mənası verir. Qara qayğı. Qara dərd. – [Mədinə] şair, – dedi, – üzündən bir duman keçdi, qaş-qabağın bulud kimi sallandı… Canımı qara qeyd aldı… Amma axırı yaxşı oldu, üzünə yenə gün doğdu. Çəmənzəminli. 10. sif. köhn. Cəmiyyətin yuxarı siniflərinə mənsub olmayan, istismar olunan; adi, avam. Dəli Ozan qobuzunu çomaq kimi əlinə alıb … bəylər cərgəsindən keçib qara camaatın içinə qarışdı. M.Rzaquluzadə. [Əbdüləli bəy:] Doğrudur, şəriət ancaq avam adamlar üçündür, qara camaat üçündür. C.Cabbarlı. [Qədir] özünü kütlədən, yəni qara camaatdan ayırmaq üçün həmişə hamı deyənin ziddinə getdi. Mir Cəlal. 11. sif. Qədim Rusiyada: dövlətə məxsus olan, dövlətin ixtiyarında olan, öz xüsusi mülkiyyəti olmayan. Dövlətə məxsus … torpaqlarda yaşayan kəndlilərə “qara kəndlilər” və ya “qara xışlılar” deyirdilər. 12. sif. köhn. İxtisası olmayan, ixtisas tələb etməyən, ağır işdə işləyən; adi. [Nadir] haman yerdə 15 il irəli qara işçi idi. B.Talıblı. [Bayram] əvvəllər neft mədənində qara fəhlə idi. M.Hüseyn. 13. is. Dəyərsizlik, əhəmiyyətsizlik, heçlik mənasında. [Hacı Bayram:] Ərz elədim ki, bir qara qəpik də verməyəcəyəm. Ə.Haqverdiyev. 14. is. Bəzi bitki və heyvan adlarının tərkib hissəsi kimi. Qara darı. Qara istiot. Qara gavalı. Qara qarışqa. ◊ Qara basmaq – qorxulu yuxu görmək, yaxud gözünə qorxulu şeylər görünmək, xəyalına qorxulu şeylər gəlmək, vahimə basmaq. Məni qara basırdı. Sanki balkona baxan camların dalısında yüzlərcə adam durmuşdu. M.S.Ordubadi. Müəllim on yaşında sadə ürəkli və heç şeydən xəbəri olmayan bir uşağın sözünə inanmayaraq, “səni qara basıb”, – deyə cavab verdi. B.Talıblı. Qara bayraq çəkmək (açmaq) – matəm əlaməti olaraq qara bayraq qaldırmaq, asmaq. Ki nagah bir qara bayraq açıldı dar ağacında; Yazılmış onda bir xətti-müsibətzayi-hürriyyət. M.Ə.Sabir. Qara birja – qeyri rəsmi, gizli birja. Qara güruh – ifrat irticaçı, talançı təşkilat və bu təşkilatın üzvləri. [Saran:] O qara güruhun içində it yiyəsini tanımır. M.Hüseyn. Qara qarışqa kimi – həddən çox, saysız-hesabsız. Xalq qara qarışqa kimi küçələrdə gəzir. Qara qızıl məc. – neft. Qara qızıl çıxartdı yerin yeddi qatından; “Nədir bunun qiyməti?” sormadılar heç ondan. B.Vahabzadə. Qara pul – mis pul. Əvvəl gümüş idim sərraf əlində; Sərrafdan ayrıldım, qara pul oldum. Molla Cümə. [Kişi:] Mən sənə hamam pulu verməkdən yoruldum, – deyə pul kisəsini çıxarır, [iyirmi qəpik] qara pul çıxardıb arvadına verərdi. H.Sarabski. Qara su – 1) içməyə yaramayan, içməli olmayan sərt su. Belə dayazdan çıxan suya kənd arasında “qara su” deyirlər. Hamınız bilirsiniz ki, qara su olan yerdən naxoşluq əskik olmaz. Ə.Haqverdiyev; 2) dan. gözün tutulması ilə nəticələnən göz xəstəliyi. [Sona xanım:] Mənim də gücüm öz canıma gəlir, başıma vurmaqdan az qalıb gözlərimə qara su ensin. Ə.Haqverdiyev; 3) almaz və brilyantın qaramtıl şölə verən növü. Qara vermək – 1) özünü gözə çarpdırmaq, göstərmək, olduğunu hiss etdirmək. Sən burada qara ver, mən bu saat gəlirəm. – Əvvəlcə onlardan bir nəfəri itlərə qara vermiş, iki nəfəri girəvələrdə dayanmış, … xan da dərə yuxarı sürüyə sürünmüşdür. S.Rəhimov; 2) özünü işləyən kimi göstərmək. Qara yaxmaq – böhtan atmaq, ləkələmək. Əla oxuyan, hörmət qazanan bir tələbəyə nə ad qoyub, nə qara yaxasan? Mir Cəlal. Qara yuxu olmaq – 1) bərk yuxulamaq, ayılmamaq; 2) ölmək.

    Azərbaycan dilinin izahlı lüğəti / qara
  • 3 is. Plov üzərinə, yanına qoyulan xuruş. Aşın qarası azdır.

    Azərbaycan dilinin izahlı lüğəti / qara
  • 4 is. Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq (su qarşılığı). Qarada və suda. Qara qüvvələri.

    Azərbaycan dilinin izahlı lüğəti / qara
  • 5 ağın əksi olan rəng; güclü, qüvvətli; böyük; titul.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / qara
  • 6 Böyük. (“Kitabi-Dədə Qorqud” leksikası)

    Azərbaycan dastanlarının leksikası / qara
  • 7 Dastanlarda yazı, xətt, hərf mənasında da işlənir. Almışam dərsimi, qaranı gördüm? Qoynunda bəsləndim, haranı gördüm? Əmrahın göysündə yaranı gördüm, Söylə, Səlminazım, nədən küsmüsən?                                                          (“Əmrah”)                              * Açdım kitabımı baxdım qarayə, Göründü gözümə yaşılbaş sona. Kitabım, kəlamım, dərsim, əzbərim, Durubdur qarşımda, baxıram ona.                                           (“Baxış-Leyla”)

    Azərbaycan dastanlarının leksikası / qara
  • 8 Dastanlarda yazı, xətt, hərf mənasında da işlənir. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, mən hazardım, Ağ üstdən qara yazardım, Nə qədər miskin gəzərdim, Adım qurd oldu, qurd oldu.                        (“Koroğlunun qocalığı”) (“Koroğlu–Hümmət”)

    Azərbaycan dastanlarının leksikası / qara

qara sözünün etimologiyası

  • 1 İndiki aşqara sözünün yerinə qaraətmək, qara-qura kəlmələri işlədilib. Mənası “qovrulmuş yemək” deməkdir, qara-qura, təxminən, cız-bız modeli üzrə yaranıb. Aşqara “aş üçün qovrulmuş ət və ona qatılmış digər şeylər (qaysı və s.)” demək­dir, rəng anlayışına dəxli yoxdur, qovurmaq sözünün dəyişmiş, təhrif olunmuş for­ma­sıdır (“aş üçün qovurma” deməkdir). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / qara

qara sözünün sinonimləri (yaxın mənalı sözlər)

qara sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 QARA – BƏYAZ Həmin gecə göy üzünü qara buludlar tutub şiddətli yağmur yağmağa başladı (S.S.Axundov); Bəyaz simasında xəfif bir təbəssüm oynadı (M.İbrahimov). QARA – ŞAD Məndədir şad xəbər, hər qara xəbər (S.Vurğun). QARA – YAXŞI Qara xəbər tez yetişər (Ata. sözü); Yaxşı şeir heç vaxt ölməz (S.Rəhimov).

    Azərbaycan dilinin antonimlər lüğəti / qara

qara sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 QARA I is. Yer kürəsinin torpaqla örtülü hissəsi; torpaq. Qarada və suda. QARA II is. Plovla yeyilən, müxtəlif şeylərdən hazırlanmış xuruş. Plovun qaralarını gətirdilər. QARA III is. Yazı, xətt, hərf. Hə, hə, heç bilmirsiniz ki, onun üstündə mən nə zəhmət çəkmişəm, qaraları bir-bir ona tanıtmışam (H.Sarabski). QARA IV sif. Pis. Qara xəbər tez yetişər. QARA V sif. Bütün rənglərin ən tündü, ən tutqunu; his, kömür rəngi. Həmin gecə göy üzünü qara buludlar tutub, şiddətli yağmur yağmağa başlayır (S.S.Axundov).

    Azərbaycan dilinin omonimlər lüğəti / qara

qara sözünün rus dilinə tərcüməsi

  • 1 1. черный, темный; 2. вороной; 3. суша, земля;

    Azərbaycanca-rusca lüğət / qara
  • 2 1 I прил. 1. чёрный: 1) чёрного или тёмного цвета. Qara rəng чёрный цвет, qara saqqal чёрная борода, qara palto чёрное пальто, qara barıt чёрный порох, qara mərmər чёрный мрамор, qara şanı чёрный саны (сорт винограда), qara lak чёрный лак, qara bulud чёрная туча, qara çörək чёрный хлеб, qara ayı зоол. чёрный медведь, бот. qara qarağat черная смородина, qara qovaq черный тополь, тех. qara metallar чёрные металлы, qara metallurgiya чёрная металлургия, qara mis чёрная медь, qara şrift полигр. чёрный (жирный) шрифт, qara herik с.-х. черный пар, qara fırtına черная буря 2) смуглый, тёмный. Qara qız смуглянка, брюнетка 2. разг. перен. горестный, мрачный, тяжёлый. Qara günlər чёрные дни 3. перен. не добрый, злой. Qara qüvvələr черные силы II в знач. сущ. 1. чёрный, чёрнокожий человек 2. материк, суша 3. черновик. İşin qarası черновик работы 4. во мн. ч. чёрные (шахматные фигуры). Qaralar qalib gəldi чёрные одержали победу 5. приправка к плову ◊ qara qızıl чёрное золото (нефть); qara çıraq коптилка; qara pul медные деньги; qara geyinmək быть в трауре, одеться в траур по близким в дни праздников; qara buludlar üstünü aldı kimin, nəyin чёрные тучи нависли над кем, чем; qara bayraq asmaq вывесить траурный флаг, поднять флаг скорби, траура; qara vermək üçün для отвода глаз; qara vermək дать почувствовать свое присутствие; qara qəpiyə dəyməz ни гроша не стоит; грош цена к ому-л., ч ему-л.; qara yaxmaq kimə клеветать на кого, порочить имя чьё; adı qara siyahıya düşmək попасть в чёрный список; qara gündə в чёрные дни, в трудное время; qara gün üçün на чёрный день; qara gün dostu друг в беде; qara günə qalmaq оказаться в бедственном положении; qara saqqız kimi yapışmaq пристать как банный лист; qara yer могила; qara yerə girsin! пусть подохнет! aralarından qara pişik keçib между ними пробежала черная кошка; qara torpağa girmək (qismət olmaq) лечь в землю, лечь в могилу, qara qarışqa kimi как муравьи (видимо-невидимо); qara basır kimi снятся кошмары к ому, qara gözlərinə bağışlamaq простить ради красивых глаз; qara kağız похоронная, похоронка; qara xəbər печальная, скорбная весть; qarasına söyləmək (söymək) ругать кого-л. за спиной, за глаза; kömür kimi qara чёрный как уголь 2 сущ. диал. 1. чернила 2. письмена

    Azərbaycanca-rusca lüğət / qara

qara sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. black; ~ geyinmək to wear black, to be* dressed in black; ◊ ~ya ağ demək to swear* / to prove black is white; kömür kimi ~ coal-black; qır kimi ~ jet-black; ◊ ~ vermək 1) to divert smb.’s attention; 2) to work somehow; ~ yaxmaq məc. to calumniate (d.), tovilify (d.), to slander (d.); Sənə / Sizə qara yaraşır Black suits you; ◊ ~ basmaq to seem (to), to appear (to); to see spooks; Onu qara basır He / She is dreaming; 2. şahm. black II. s. 1. black; ~ çörək brown / black bread, rey-bread; ~ boya black paint; ~ kürü black caviar; ~ qəhvə black coffee; ~ kostyum black suit; ~ tut black mulberry; ~ barıt black powder; ~ buludlar black clouds; ~ metal ferrous metal; ~ pul copper, copper money; ◊ ~ fəhlə unskilled worker; ◊ ~ xəbər unpleasant / unhappy / gloomy news; news of death; ◊ ~ qızdırma tropical / jungle fever; ~ mərmər geol. basalt; ◊ ~ camaat d.d. common people; ◊ ~ gün rainy day; ~ gün üçün for rainy day; ~ gün üçün saxlamaq to put* by for a rainy day; 2. dark; ~ fikirlər dark thoughts; ◊ ~ siyahıya / kitaba düşmək to be* in black books

    Azərbaycanca-ingiliscə lüğət / qara

qara sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. noir, -e ; ~ çörək pain noir ; bot. ~ qarağat cassis m ; ~ metallurgiya sidérurgie f ; ~ geyinmək porter le deuil, être en deuil ; ~ basmaq halluciner vt ◊ ~ qaşına, ala gözünə görə pour les beaux yeux de qn ; ~ qışqırıq salmaq crier comme une harengère ; ~ qorxu içində olmaq être (və ya vivre) sur un volcan

    Azərbaycanca-fransızca lüğət / qara

qara sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. накьв, ччил (Ччилин гирдадин накьвади кьунвай кьуру пай, “яд” акси).

    Azərbaycanca-ləzgicə lüğəti / qara
  • 2 сущ. метелжем (ашдин винел вегьидай).

    Azərbaycanca-ləzgicə lüğəti / qara
  • 3 бязи сложный гафарин сад лагьай пай; мес.: qaragöz чӀулав вилер авай, вилер чӀулав; qaraqarğa чӀулав пехъ, чӀагъ; qaraqabaq ччин чӀуру (кил. qaraqabaq).

    Azərbaycanca-ləzgicə lüğəti / qara
  • 4 1. прил. чӀулав; qara rəng чӀулав ранг; qara sap чӀулав гъал; 2. qaralar гз. сущ. чӀулавбур а) чӀулав фигураяр (тӀамада, шахматда); qaralarla oynamaq чӀулавбурал къугъун; б) хамунин ранг чӀулавбур, чӀулав расадикай тирбур; 3. прил. кьас кьур, чирк кьур, чӀулав (мес. гъилер); 4. сущ. кхьинар, хатӀ, гьарф, хаф; 5. сущ. кхьенвай затӀунин сифтегьан текст (план), сифте кхьей, гьеле михьивилелди маса чарчел акъуд тавунвай, гъили кхьей затӀ; qarasını tökmək (yazmaq) текстдин сифтегьан план кхьин, туькӀуьрун; 6. прил. пер. чӀуру, пис, яман, кичӀе жедай (мес. фикирар); qara xəbər чӀулав хабар, кьиникьин хабар; 7. пер. залан, четин, дарда гьатай, туькьуьл, бедбахт, мишекъат; ağ axça (ağ pul) qara gün üçündür. Ata. sözü лацу пул чlулав юкъуз герек къведа; 8. прил. пер. жинаяткар, фитнекар, лянетлу; 9. сущ. яс; // qara geymək, qara bağlamaq чӀулав алукӀун, ясда хьун, яс хуьн; qara bayram чӀулав сувар, са касдин кьиникьун сифте суварал дуьшуьш жезвай югъ; qara kağız чӀулав ччар, кьиникьин хабар кхьенвай ччар; 10. прил. куьгьн. жемиятдин вини классрикай тушир, чпин зегьметдикай масабуру менфят къачузвай, авам, буьндуьгуьр (жемят); 11. прил. виликан Россияда: девлетдиз махсус тир, девлетдин ихтиярда авай, чпин хсуси мулкар авачир, девлетдин чилера яшамиш жезвай (лежберар); 12. прил. куьгьн. пеше, сенят авачир, залан кӀвалахар ийидай, ади (фяле); 13. сущ. къиметсузвал, метлебсузвал, гьичвал манада; ** qara basmaq кичӀе жедай ахвар акун, хъварц гьалтун ва я вилерикай кичӀе жедай затӀар карагун, гуьжуькьун; хиялдиз кичӀе жедай затӀар атун, ччандик кичӀ акатун; qara bayraq çəkmək (açmaq) чӀулав пайдах чӀугун (ахъаюн), ясдин лишан яз чӀулав пайдах хкажун, куьрсарун; qara birja чӀулав биржа (официальный тушир, чинебан биржа); qara güruh чӀуру ният аваз санал кӀватӀ хьанвай акьалтӀай реакционеррин ва таланчийрин кӀватӀал ва гьа кӀватӀалдин членар; qara qarışqa kimi чӀулав цеквер хьиз, акьалтӀай гзафбур санал, гьисаб-кьадар авачиз; qara qızıl пер. чӀулав къизил, нафт; qara pul чӀулав пул, цурун пул; qara su а) чӀулав яд, хъуниз виже текъвер векъи яд; б) рах. вилерин азар (вилериз тахкуниз себеб жедай); в) алмаз ва бриллиантдин гзаф нур гудай, чӀулаввал квай са жуьре; qara vermək а) къара гун, вичи-вич къалурун, вич алай чка чирун; б) вичи-вич кӀвалахзавай хьиз къалурун, кӀвалахдай кьасарун; qara yaxmaq буьгьтен вегьин, шер вегьин, леке кутун; qara yuxu olmaq пер. рах. чӀулава ягъун а) кӀевиз ксун, ахварай ават тавун; б) кьин.

    Azərbaycanca-ləzgicə lüğəti / qara

qara sözünün türk dilinə tərcüməsi

qara sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı, İsmayıllı, Kürdəmir, Mingəçevir, Salyan, Şamaxı) xuruş (plovda). – Aşın qarasınnan da qoy özünçün, utanma, öz öyündü (Bakı) II (Mingəçevir) adambaşına bölünmüş torpaq sahəsi III (Zəngilan) 12 dərz (taxıl). – İrəcəb bugün iki qara biçmişdi IV (İsmayıllı, Ucar) mürəkkəb. – Qaram qutarıf, pul ver, uşağ alsın (Ucar)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"qara" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qara nədir? #qara sözünün mənası #qara nə deməkdir? #qara sözünün izahı #qara sözünün yazılışı #qara necə yazılır? #qara sözünün düzgün yazılışı #qara leksik mənası #qara sözünün sinonimi #qara sözünün yaxın mənalı sözlər #qara sözünün əks mənası #qara sözünün etimologiyası #qara sözünün orfoqrafiyası #qara rusca #qara inglisça #qara fransızca #qara sözünün istifadəsi #sözlük