qala-qala sözü azərbaycan dilində

qala-qala

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • qala-qala • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). == Tarixi == İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Aterk (qala)
'Ater — Arsakda qala adı. İlk dəfə VII əsrə aid "Albaniya tarixi"ndə cəkilir. Qədim ermənicə yazılışda əvvəlinə H səsi sonu isə K əlavəsilə Haterk kimidir. Mxitar Qoşun (XII əsr) əsərində Aterkqaladır. Əhməd bəy Cavanşir yazır ki, Xaçın mahalında qala Haterk adlanıb. Toponimi At-Örək kimi də bərpa etmək olar. Bax: Haterk. == Ədəbiyyat == Azərbaycanın izahlı coğrafi adlar luğəti. Bakı, 1960. Azərbaycan SSR-in qısa toponimlər lüğəti.
Baş qala
Baş qala — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Üçbucaq formada tikilən qala hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdur. Tədqiqatçılar sahəsi 7020 m2 olan qalanı (e.ə. 7–6)-cı əsrlərə aid edirlər.
Ceyhun Qala
Ceyhun Qala (tam adı: Ceyhun Abdul oglu Əliyev, doğum tarixi: 12 mart 1983) — azərbaycanlı müğənni. == Həyatı == Ceyhun Abdul oğlu Əliyev, 1983-cü il martın 12-də Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə böyük marağı və həvəsi ilə diqqət çəkmişdir. Bunu görən valideynləri onu Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 3 nömrəli uşaq musiqi məktəbinə qoymuşlar. 2004-cü ildə Azərbaycan Milli Konservatoriyasında təhsil almağa başlayan Ceyhun, Teymur Əmrahdan vokal və xalq artisti Canəli Əkbərovdan muğam dərsləri almışdır. Ceyhun Əliyevin musiqi istedadının inkişafında və formalaşmasında Azərbaycanın tanınmış incəsənət ustaları, muğam ifaçılarının və xarici musiqiçılərin böyük rolu olmuşdur. Ceyhun daim xalq artistləri Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rəşid Behbudov, xarici musiqi ustaları Beatles, Elvis Presli, Maykl Cekson ve başqalarının sənət nümunələrindən bəhrələnmişdir. 2013-cü ildə Nailə xanimla ailə həyatı qurub. Bir qızı və bir oglu var. == Musiqi karyerası == 2006 ilde “Bir möcüzə idi” mahnısı ilə “Qala” qrupuna gəlib.
Cinli qala
Cinli qala — Qax rayonu ərazisində, Qax-İlisu şossesinin 7-ci kilometrində yolun sağ tərəfində Kürmükçay yatağına yaxın ərazidə dağ qolunun üzərində yerləşir. Qalanın inşa tarixi VII-IX əsrlərə aid edilir. Qaya çıxıntısı üzərində inşa olunmuş qala bütövlüyünü qoruyub saxlamışdır. Bu istehkam tipli tikili qala bürcləri və divarlardan ibarətdir. Bürc və divarlarda ətraf ərazini müşahidə etmək üçün və həm də atıcı silahlardan istifadə etmək üçün mazğallar vardır.
Dördbucaqlı qala
Dördbucaqlı qala — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan qala. == Tarixi == Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən ikiqat nəhəng qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra qala divarlarında 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı qala tipli bürc ("donjon" və yaxud "cəbəxana") qalmışdır. Əbdürrəşid Bakuvi şəhərin qala divarları haqqında maraqlı məlumat verərək yazır: Burada şübhəsiz, Bakuvinin qeyd etdiyi birinci qala Qız qalasıdır. İkinci qalanın isə Dördbucaqlı qala bürcünun olduğu ehtimal edilir. Dördbucaqlı qala bürcü öz təbii-coğrafi mövqeyinə və şəhərin relyefinə görə Qız qalasından daha hündürdə yerləşir. Ə. Bakuviyə görə də Qız qalası şəhəri cənubdan, Dördbucaqlı qala isə şimaldan qoruyurdu. Orta əsr müəlliflərinin də yazdıqlarına görə, Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində 1 ədəd dördkünc qala tipli bürc (donjon və ya cəbbəxana) mövcud olmuşdur.
Köhnəqala (qala)
Köhnəqala, Yezidabad qalası və ya Naxçıvanqala— Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir. == Tarixi == Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957–1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III–II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632–51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.
Qala-Arı
Qala-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Ovalvari formaya malik olan ada, qərbədən şərqə doğru uzanır. Səthi hamardır. Qərbində yerləşən dil su altında qalmışdır.
Qala-Köreyş
Qala-Köreyş — orta əsrlərdə böyük feodal mülkünün Kaytaq üsmiliyinin paytaxtı. Qala-Köreyş kəndinin əsas görməli yerləri arasında məscid (XI əsrə aid), şeyxlərin məqbərəsi və karvansara var. XVIII-XIX əsrlərdə Dağıstan ovalığının inkişafı ilə Qala-Köreyşin əhəmiyyəti azalmağa başladı və 1930-cu illərdə Sovet hakimiyyəti altında olan ərazidən sakinləri çıxarılmağa başlandı. Ziyarətgaha çevrilmiş bir qəbiristanlığı var. XII-XIX əsrlərdə hökmdarları bu qəbiristanlıqda dəfn edirdilər. İndi Qala-Köreyş, dağın zirvəsindən enən terrasları olan qədim binaların labirintidir, burada bərpa edilmiş bir muzey və Kaytaq üsmiliyi türbəsi də var. == Tarixi == Ərəblərin gəlişindən əvvəl kənd Üsmülüy adlanırdı, sığınacaqlı ərazidə yerləşirdi və güclü möhkəmləndirilmişdi. Əfsanəyə görə, yalnız kənd tərəfindən hər il seçilən ağsaqqallar məclisinə tabe olan azadlığı sevən camaat- dağlılar yaşayırdı. İslamlaşma və Köreyşlilərin bu kəndə köçürülməsindən sonra kənd Köreylilərin qalası kimi tərcümə olunan "Qala-Köreyş" adını daşımağa başladı. Qala-Köreyşdə bir qala və müdafiə qüllələri var idi.
Qala (Dərbənd)
Qala - Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Sakinləri etnik azərbaycanlılar, darginlər, ağullar, tabasaranlılar və ləzgilərdən ibarətdir. 2002-ci ildə aparılmış rəsmi əhali siyahıyaalınması zamanı kənddə 1,610 nəfər azərbaycanlı yaşamaqda idi.
Qala (Kronin)
Qala (ing. Hatter's Castle) — Arçibald Kroninin ilk dəfə 1931-ci ildə nəşr edilmiş ilk romanı. == Məzmun == Qala, Kroninin bəlkə də ən məşhur kitabıdır; bu, insanın həyat yolunu şəxsiyyətin formalaşmasından və inkişafından başlayaraq acı gerçəkliyin ağırlığı altında parçalanmasına və çökməsinə qədər əhatə edən gözəl, aktual roman-pritçadır. == Nəşr və tərcümə == Əsər Tələt Ələkbərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib, 2019-cu ildə Bakı Kitab Klubunda 404 səhifədə nəşr edilib. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == "QALA (roman)" ( (az.)). bbclub.az. 2019-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-03.
Qala (Nəmin)
Qala (fars. قلعه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 42 nəfər yaşayır (11 ailə).
Qala (Qürvə)
Qala (fars. قلعه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 4,029 nəfər yaşayır (995 ailə). Əhalisini kürdlər təşkil edir.
Qala (Rutul)
Qala — Rusiya Federasiyasının Dağıstan Respublikasının Rutul rayonunda kənd. 1 yanvar 2014-cü ilə olan rəsmi təxminə əsasən Amsar və Qala kəndlərini əhatə edən Amsar kənd sovetliyində 790 nəfər əhali yaşayır. "Ləzgi federal milli-mədəni muxtariyyatı" ictimai təşkilatının mənbə göstərmədən təqdim etdiyi qeyri-rəsmi məlumata əsasən kənd əhalisini etnik rutullar təşkil edir.
Qala (Sultaniyə)
Qala (fars. قلعه‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 317 nəfər yaşayır (83 ailə).
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Ad == Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qala (dəqiqləşdirmə)
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış istehkam. == Kəndlər == Qala (Dərbənd) — Dağsıtan Respublikasının Dərbənd rayonunda kənd. Qala (Rutul) — Dağsıtan Respublikasının Rutul rayonunda kənd. Qala (Astara, İran) Qala (Qürvə) == Qəsəbələr == Qala (Xəzər) — Xəzər rayonunda qəsəbə. Qala (Əzizbəyov) — İkinci Qala — == Bələdiyyələr == Qala bələdiyyəsi — Azərbaycan Respublikasının Bakı şəhəri Xəzər rayonunda bələdiyyə. == Digər == Qala (film, 2008) — 2008-ci ildə çəkilmiş tammetrajlı Azərbaycan filmi. Qalaçay — Qala (Kronin) Qala (stansiya) — Bakı-Mərdəkan dəmiryolu xətti üzərində stansiya.
Qala (Əzizbəyov)
Qala — Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Gürgən qəsəbə inzibati ərazi vahidi tərkibindəki Qala qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Qala Bərzənd
Qala-Bərzənd və ya Bərzənd – Orta çağ Azərbaycan məntəqəsi, Qala-Bərzənd kimi tanınır.Bugünkü Germi şəhərinin yaxınlığında yerləşir. == Tarixi == Bərzənd qalası Ərdəbil vilayətində, Muğan mahalında yerləşirdi. Əl-Yaquta görə Ərdəbildən 14-15 fərsəng şimalda Bolqarçayın sahilində qərar tuturdu. Bəzz, Ərdəbil, Muğan və Varsana gedən dörd yol ayrıcında idi. Bərzənd sonralar burda yerləşdiyi qaladan dolayı Qəleyi-Bərzənd adlanırdı. Bərzənd Xürrəmilər hərəkatı dönəmində Ərəblərin düşərgəsi olmuşdu. Əz – Zəhəbi bildirir ki, təkcə 837-ci ildə Mötəsim Babək ilə müharibəyə bir milyon dirhəm xərcləmişdi. Afşinin ordusu arası kəsilmədən ərzaq, sursat və silahla təchiz olunurdu. Afşin Ərdəbil qərargahına gələn kimi Əbu Səid Məhəmmədə əmr etdi ki, xürrəmilərin dağıtdığı qalaları bərpa etməyi sürətləndirsin. Qalalar bərpa edilib möhkəmləndikdən sonra Afşinin əmrilə bunların ətrafında xəndəklər qazıldı.
Qala Gənc
Qala Gənc — İranın Kirman ostanının şəhərlərindən və Qala Gənc şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,560 nəfər və 2,443 ailədən ibarət idi.
Qala Rəisi
Qala Rəisi — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Çarusa bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,604 nəfər və 491 ailədən ibarət idi.
Qala Tol
Qala Tol— İranın Xuzistan ostanının Bağ Məlik şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,604 nəfər və 1,704 ailədən ibarət idi.
Qız Qala
Qız Qala (Qoşaçay)
Qədim Qala
Qədimqala (Şəmkir)
Rəqəmsal qala
"Rəqəmsal qala" — Den Braun tərəfindən 1998-ci ildə yazılmış detektiv roman. == Süjet == ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin məlumat bazasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sirlərinin toplandığı məlumat bankı dördqat, beşqat kiberqalxanla müdafiə olunmuşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xaker keçə bilməz. Lakin bir neçə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompüteri yeni, "Rəqəmsal qala" adlı virusun şifrəsini açmaqda acizdir. Bir neçə saat ərzində yeni kompüter virusu ABŞ Milli Təhlükəsizlik Agentliyinin məlumat bankının müdafiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağılsa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə milyonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün əsil mənasında fəlakətdir. Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur kriptoqraf Syuzan Fletçer işə cəlb edilir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2015 •••••••••••••••••••• 0.17

qala-qala sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#qala-qala nədir? #qala-qala sözünün mənası #qala-qala nə deməkdir? #qala-qala sözünün izahı #qala-qala sözünün yazılışı #qala-qala necə yazılır? #qala-qala sözünün düzgün yazılışı #qala-qala leksik mənası #qala-qala sözünün sinonimi #qala-qala sözünün yaxın mənalı sözlər #qala-qala sözünün əks mənası #qala-qala sözünün etimologiyası #qala-qala sözünün orfoqrafiyası #qala-qala rusca #qala-qala inglisça #qala-qala fransızca #qala-qala sözünün istifadəsi #sözlük