* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Bəla, dərd, müsibət, fəlakət. Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu”. Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. C.Cabbarlı. 2. “Qadası” şəklində – yalvarış, yaxud nəvazişli xahiş – xitab bildirir. Qadası, de görüm, axı bu nə əhvalatdır? M.S.Ordubadi. [Mahmud arvadına:] Bu kələyə razısanmı? …İndi gəl üzündən öpüm, qadası!… B.Talıblı. ◊ Qadan(ı) alım! – yalvarışlı, yaxud nəvazişli xahiş bildirir. [Şahbaz bəy:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzadə. Qadan allam, ey qara göz, sənə bu əda neçindir? S.Ə.Şirvani. Motalpapaq, kürklü bir kişi komandana yaxınlaşaraq dedi: – Qadan alım, komandir, biz ağsaqqallar təvəqqe edirik ki, bizdən də bir neçəmizi özünüz ilə aparasınız. H.Nəzərli. Qadam sənə (olsun)! – qarğış ifadəsi. Qadası canıma – əzizləmə, pərəstiş ifadəsi. Başını buladı, gözündən güldü; Güləndə qadası canıma düşdü. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / qada2 Bəla, dərd, müsibət, fəlakət. (“Koroğlu” dastanının lüğəti) Koroğlu əyilməz yağıya, yada, Mərdin əskik olmaz başından qada. Nərələr çəkərəm mən bu dünyada, Göstərrəm məhşəri düşmana, gəlsin!.. (“Koroğlu ilə Dəli Həsən”)
Azərbaycan dastanlarının leksikası / qada2 QADA, BƏLA Qoçaqdan olubsan, qoçaq olgülan; Qadadan, bəladan qaçaq olgülan (Xəstə Qasım); DƏRD Dərd gedər, yeri boş qalmaz (Ata. sozü); DƏRD-BƏLA [Mila xala:] Allah səni bizə qulluqçu yox ey, dərd-bəla göndərib (Ə.Qasımov); QADA-BALA Qab sınması el arasında qada-balanın izalə olması mənasında təfsir olunur (Çəmənzəminli); FƏLAKƏT, MÜSİBƏT.
Azərbaycan dilinin sinonimlər lüğəti / qada1 QADA – SEVİNC Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü (C.Cabbarlı); Gözlərinə səadətə oxşar bir sevincin işığı düşdü (M.İbrahimov).
Azərbaycan dilinin antonimlər lüğəti / qada2 сущ. 1. недуг, болезнь 2. невзгоды, беда. Dosta gələn qadanı düşmənin sərinə yazmaq отвести беду от друга и навлечь её на врага ◊ qadan(-ı) alım: 1. пусть твои невзгоды станут моими 2. миленький, родненький, милый, дорогой! Qadan alım, başağrısı olmasın миленький, прости, что беспокою; qadam ürəyinə! пусть все мои невзгоды перейдут к тебе! (проклятие); qadası canıma: 1. употр. при выражении благодарности, в знак уважения; 2. выражение чувства умиления
Azərbaycanca-rusca lüğət / qada1 i. ailment, adversity, trouble, misfortune; Qadan alım! (My) dear! (My) darling! Qada səndən uzaq olsun! God bless you!
Azərbaycanca-ingiliscə lüğət / qada1 сущ. дерт, бала, сед, мусибат, къада-бала; ** qadan(ı) alım (ви) рикӀиз (сивиз) кьий, ччан манада (садав рахадамаз тавазивилелди минетун, хагьишун макъамда); qadam sənə (olsun) сед хьуй ваз, гуч хьуй ваз манада къаргъиш.
Azərbaycanca-ləzgicə lüğəti / qadaI (Şəki, Şərur, Zaqatala) qardaş II (Qax) aşıq <sümük>
Azərbaycan dilinin dialektoloji lüğəti.