Qaldan-Boşoqtu
Qaldan-Boşoqtu (monq. Галдан бошигт) 1644 — 1697 — Cunqar xanlığının üçüncü hakimi, Erdeni-batırın oğlu.
Qaldan, Batır-xuntaycının altıncı oğlu olaraq 1644-cü ildə doğulmuşdu. 1650-ci ildə Buddizmi öyrənməsi üçün Tibetə göndərilmiş və təqribən 13 il orada təhsil aldıqdan sonra ölkəsinə dönmüşdür. Cunqariyaya döndükdən sonra Senqe tərəfindən dini və idari işlərə məmur edilmiştir1. Erdeni-batır xuntaycı və Senqedən sonra Cunqar xanlığının taxtına 1671-ci ildə Qaldan-Boşoqtu keçmişdir. Qaldan, uzun müddətli bir təhsil alması və Tibet kimi qədim mədəniyyət mərkəzlərində yetişməsi səbəbiylə geniş bir dünya görüşünə və təcrübəsinə sahib idi. Bütün Oyrat oymaqlarını və Xalxa-Monqollarını Cunqar xanlığının damı altında toplayaraq çevrəsindəki böyük qüvvələrə qarşı ayaqda dura biləcəyini düşünürdü.
Qaldan-Boşoqtu xan, Rusiya ilə münasibətləri inkişaf etdirərək qərb sərhəd-sınırlarının güvənliyini qorumağa çalışdı. Rus hökuməti də şərq sərhəd-sınırlarının və şəhərlərinin güvənlik altında olmasını istəyirdi.