dalda sözü azərbaycan dilində

dalda

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • dalda • 78.6517%
  • Dalda • 16.8539%
  • DALDA • 4.4944%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.02 dəfə / 1 mln.
2011 •••••••••••• 0.09
2013 •••••••••••••••••••• 0.15

dalda sözünün leksik mənası və izahı

  • 1 1. sif. Sığınmağa və ya gizlənməyə yarayan. Dalda yer. Dalda divar. – Kosa boşalmış küçənin dalda yeri ilə yeriyib at tövlələrinin yanına çatdı. S.Rəhimov. Aqil onu güclə ağaclar arasına, dalda bir yerə gətirdi. Mir Cəlal. 2. is. Qorunmağa, sığınmağa yarayan yer; sığınacaq, təhlükəsiz yer. Namərd adam dava günündə qaçar; Gedər daldalarda pəhləvan olar. “Koroğlu”. [Mahmud:] Bəy də beş-on nökərləri ilə bir daldaya girib camaatla atışır. Ə.Haqverdiyev. // Gizli yer, xəlvət. Əgər yarsan, gəl sarmaşaq qol-boyun; Durub daldalardan baxmağın nədir? M.P.Vaqif. Oğrun-oğrun daldalardan baxırsan; Alırsan cəsəddən canı, sevdiyim! Aşıq Ələsgər. 3. is. məc. Kömək, arxa, himayə. Daldası olan adam. – Mərd igidlər bir-birinə daldadı. “Koroğlu”. Əzizim daldasına; Mərd igid daldasına; Namərd aslan olsa da; Sığınma daldasına. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti

dalda sözünün sinonimləri (yaxın mənalı sözlər)

dalda sözünün rus dilinə tərcüməsi

  • 1 1. укромное, затаенное убежище, уединенное или защищенное место; 2. прикрытие, засада; 3. позади, с оборотной стороны;

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. 1. укрытие, укрытое место, защищённое от солнца, ветра 2. засада. Daldada oturmaq сидеть в засаде 3. перен. устар. поддержка, помощь II прил. укромный. Dalda yer укромное место; daldaya girmək спрятаться, укрыться, скрыться где-л III нареч. позади. Dalda qalmaq: 1. оставаться, остаться позади; 2. отставать, отстать от кого-л.

    Azərbaycanca-rusca lüğət

dalda sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. shelter, refuge; taxta ~ a wooden shelter; Biz harada dalda tapa bilərik? Where can we find refuge? II. z. behind; ~ qalmaq to get* behind, to lag behind; ~ getmək to go* behind

    Azərbaycanca-ingiliscə lüğət

dalda sözünün fransız dilinə tərcüməsi

dalda sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. далда; dalda yer далда чка; 2. сущ. далда, далда чка, кӀев жез (чуьнуьх жез, илис жез) виже къведай чка, кӀев; // чинеба чка, хелвет; 3. пер. рах. далу, арха, куьмек.

    Azərbaycanca-ləzgicə lüğəti

dalda sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Xəlvət, gizli yer, sığınmağa, gizlənməyə yarayan yer. (“Koroğlu” dastanının lüğəti) Dalda küçələrlə birbaş zindanın qapısına gəldi. (“Koroğlunun Ərzurum səfəri”) * Sərçəyə bax qaraquşa don biçər, Mərd igidlər dolu badələr içər, Namərd adam dava günündə qaçar, Gedər daldalarda pəhləvan olu.                            (“Koroğlunun Ərzurum səfəri”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı, Kürdəmir, Oğuz) gizli, məxfi yer. – Pılım daldadadı (Bakı) II (Bakı, Füzüli, Göyçay, Kürdəmir, Qax, Mingəçevir) külək, yağış, gün tutmayan yer. – Heyvannarı çek, daldada saxlaginən (Bakı); – Yeydə daldada uturanda isdi güc eləmiy (Qax); – Daldada düzəliv işdi: rik (Füzuli) III (Balakən) eyvan. – Daldanın yuxarı başında böyük bir usdol açılmışdı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"dalda" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dalda nədir? #dalda sözünün mənası #dalda nə deməkdir? #dalda sözünün izahı #dalda sözünün yazılışı #dalda necə yazılır? #dalda sözünün düzgün yazılışı #dalda leksik mənası #dalda sözünün sinonimi #dalda sözünün yaxın mənalı sözlər #dalda sözünün əks mənası #dalda sözünün etimologiyası #dalda sözünün orfoqrafiyası #dalda rusca #dalda inglisça #dalda fransızca #dalda sözünün istifadəsi #sözlük