* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Qaydaya salmaq. Şeyləri qaydada saxlamaq. Qayda yaratmaq. Otaq tam qaydadadır. 2. Bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Seçki qaydaları. Daxili intizam qaydaları. Elektrik qüvvəsindən istifadə qaydaları. Ali məktəblərə qəbul qaydaları. İmla qaydaları. Küçə hərəkəti qaydaları. 3. Üsul, yol, tərz. Məqalə müzakirə qaydası ilə buraxılır. Bundan sonra yeni qayda ilə işləməli. – [Şahbaz bəy:] Gələn il bir özgə qayda ilə paltar geyəcəklər. M.F.Axundzadə. □ Bu qayda ilə – bu üsul ilə, bu cür. [Məmmədnəsir:] …Atam öləndə mənə nəsihət edib dedi: “Bala, sən də bacar mənim kimi, dövlətlilərin pullarını çək, ötür içəri”. Bu qayda ilə iki ev və dükan sahibi olmuşam. Ə.Haqverdiyev. Öz qaydasınca – öz yolu ilə. Dünyada hər iş öz qaydasınca gedir. C.Məmmədquluzadə. …Yelkəndə oxuyubçalanlardan başqa heç bir kəs yox idi. Şərab süfrəsi də öz qaydasınca düzəldilmişdi. M.S.Ordubadi. 4. Adət, dəb. Xumar-xumar baxmaq göz qaydasıdır; Lalətək qızarmaq üz qaydasıdır. M.P.Vaqif. // “Qaydadır” şəklində – adətdir, xasiyyətdir. Namərddə qaydadır kəsər basdığın; Hər kəs hesab çəksin öz arasında. Aşıq Ələsgər.
Azərbaycan dilinin izahlı lüğəti / qayda4 bu, üsul, yaxud dil ifadəsini nümunəvi seçib təklif edən müxtəsər zəmanət.
İzahlı tərcüməşunaslıq terminləri lügəti / qayda5 1) nizam, səliqə; bir şeyin düzgün vəziyyəti, nizamda olması. Məsələn, qaydaya salmaq, şeyləri qaydada saxlamaq, qayda yaratmaq; 2) bir şeyin yerinə yetirilməsi üçün müəyyən üsullar göstərən qərar və s. Məsələn, seçki qaydaları, intizam qaydaları; 3) üsul.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / qayda1 1. правило, положение, порядок, распорядок; 2. обычай; 3. способ производства работы;
Azərbaycanca-rusca lüğət / qayda2 1 сущ. 1. порядок. İnzibati qaydada в административном порядке, müzakirə qaydası ilə в порядке обсуждения, mütəşəkkil qaydada в организованном порядке, səsvermə qaydası порядок голосования, qaydanı qoruyanlar блюстители порядка, qaydanı pozanlar нарушители порядка 2. правило. Davranış qaydaları правила поведения, nədən istifadə qaydaları правила пользования чем, yol hərəkəti təhlükəsizliyi qaydaları правила безопасности дорожного движения, ali məktəblərə qəbul qaydaları правила приема в высшие учебные заведения, daxili intizam qaydaları правила внутреннего распорядка, qrammatik qayda грамматическое правило, orfoqrafiya qaydaları орфографические правила, mütənasib bölmə qaydaları правила пропорционального деления, oyun qaydaları правила игры 3. разг. положение. Qayda üzrə по положению, seçki qaydaları положение о выборах 4. лад, способ. Köhnə qaydada ev дом на старинный лад, müxtəlif qaydalarda на разные лады 5. манера. Danışmaq qaydası манера говорить, özünü aparmaq qaydası манера вести себя, yazmaq qaydası манера писать 6. обычай. Qayda üzrə по обычаю, bizdə qaydadır такой у нас обычай, yerli qayda ilə по местному обычаю, köhnə qayda старинный обычай, qayda belədir обычай таков 7. обыкновение 8. привычка. Onun qəribə qaydası var у него странная привычка ◊ qayda yaratmaq наводить, навести порядок, устанавливать, установить порядок; qaydaya düşmək налаживаться, наладиться; qaydaya salınmaq приводиться, быть приведенным в порядок, налаживаться, быть налаженным, улаживаться, быть улаженным; qaydaya salmaq: 1. привести в порядок, наладить, уладить, упорядочить; 2. нормализовать, урегулировать, устроить; qaydanı pozmaq нарушать, нарушить порядок; ümumi qayda olaraq как общее правило; bir qayda olaraq как правило; bütün qaydalara uyğun olaraq по всем правилам; bu qayda ilə таким образом; aşağıdakı qaydada следующим образом; qaydası üzrə по обыкновению, по привычке; qaydadan kənar вне правил, не по правилам; qayda olaraq по обыкновению, qaydanı gözləmək соблюдать порядок, hər şey öz qaydasındadır всё в порядке; lazımi qaydada должным (надлежащим) образом 2 сущ. диал. мелодия (преимущественно танцевальная)
Azərbaycanca-rusca lüğət / qayda1 i. 1. rule; regulations pl., qrammatik ~ rule of grammar, grammar rule; oyun ~ ları the rules of game; hesabda dörd ~ four rules of arithmetic; yol hərəkəti ~ ları traffic regulations, the rules of the road; yol hərəkəti ~larına riayət etmək to observe the rules of the road; müəssisədə daxili ~lar the regulations of an establishment; ~ya riayət etmək to keep* the rules / regulations; bir ~ olaraq qəbul etmək to make* it a rule; bir ~ olaraq, ~ üzrə as a rule, as usual; 2. order; ~ya salmaq to put* in order (d.); özünü ~ya salmaq to tidy oneself up, to set* oneself to rights; ~ qoymaq to introduce proper order (in); evi ~ya salmaq to put* one’s house in order; ~nı bərpa etmək to restore order; qoyulmuş ~ established order, standing rule; ~da olmaq to be* in order; ~da olmamaq to be* out of order; inzibati ~ administrative order; inzibati ~ ilə by administrative order, administratively; 3. method; system; regime; manner; səsvermə ~sı method of voting; mövcud ~ present / existing system; köhnə ~ the old order, the ancient regime; müəyyən edilmiş ~da in accordance with established procedure; Hər şey öz qaydasındadır Everything is all right, Okay, (OK); İşlər öz qaydasında gedir Things are taking their regular course
Azərbaycanca-ingiliscə lüğət / qayda1 is. 1) ordre m ; inzibati ~da par voie adminstrative ; 2) régle f ; règlement m ; ~ lara riayət etmək observer les règles ; 3) manière f ; müxtəlif ~larda de différentes manière ; 4) usage m, coutume f ; ~ yaratmaq mettre bon ordre à ; hər şey ~sındadır tout va bien, tout est bien ; lazimi ~da dûment, selon les formes
Azərbaycanca-fransızca lüğət / qayda1 [ər.] сущ. къайда (1. низам, селигъа; qaydaya salmaq къайдада ттун; 2. са затӀ (кар) кьилиз акъудун патал тайин тир са рехъ къалурдай къарар ва мс.; seçki qaydaları хкягъунрин къайдаяр; 3. рехъ, жуьре, саягъ, тегьер; bu qayda ilə и къайдада, и саягъ, и жуьре; öz qaydasınca вичин къайдада, вичин рехъ кьуна; 4. адет; хесет; // qaydadır къайда я, хесет я).
Azərbaycanca-ləzgicə lüğəti / qayda(Basarkeçər) araba oxunu ban ilə birləşdirən hissə. – Usda, haravanın qaydası qırılıfdı, maηa bir qayda qayır
Azərbaycan dilinin dialektoloji lüğəti.