Rəfiq Saydam
İbrahim Rəfiq Saydam (türk. İbrahim Refik Saydam;8 sentyabr 1881, Konstantinopol – 8 iyul 1942, İstanbul) — Türkiyəli həkim və siyasətçi, Türkiyə Cümhuriyyətinin 4-cü baş naziri.
Rəfiq Saydam 8 sentyabr 1881-ci ildə İstanbulun Fateh ilçəsinin Çırçır məhəlləsində anadan olub. Orta təhsilini bitirdikdən sonra 1892-ci ildə Fateh Hərbi Orta Məktəbinə, 1896-cı ildə İstanbul Qülləli Hərbi Liseyinə daxil olub.
O, 22 oktyabr 1905-ci ildə Hərbi Tibb Məktəbini tibb kapitanı rütbəsi ilə bitirmişdir. Üç il Gülhanə Hərbi Tibb Akademiyasının "Embriologiya və Histologiya" şöbələrində çalışmışdır. 1910-cu ildə təhsil almaq üçün xaricə gedən Rəfiq Saydam Almaniyanın Berlin Hərbi Tibb Akademiyasında Brandenburq, Danzik, Spandau və Şaritedə təhsil alıb. Balkan müharibəsinin başlanması səbəbi ilə 1912-ci ildə İstanbula qayıdıb.
Balkan müharibəsi zamanı Antalyada və Çatalca cəbhəsində vəba xəstəliyinin qarşısının alınması üçün çalışıb. O, 1914-cü ildə Baş səhiyyə müfəttişinin köməkçisi vəzifəsinə təyin edilərkən Bakteriologiya İnstitutunu təşkil edərək orada tif, dizenteriya, taun və vəba peyvəndlərini istehsal etmiş və I Dünya müharibəsi boyu ordunun ehtiyaclarının ödənilməsini təmin etmişdi.