Hikava məbədi (Saytama)
Hikava məbədi (氷川神社, Hikava-cinca) – Yaponiyanın Saytama prefekturasının Saytama şəhərinin Omiya rayonunda yerləşən şintoist məbədi. Məbəd Amaterasunun qardaşı Susanooya həsr olunmuşdur.
== Tarixi ==
Məbəd kənd təsərrüfatı və hərb ilahı Susanooya həsr olunduğu üçün Yaponiyada populyar məbədlərdən biri olmuşdur. Məbədin mənşəyi naməlum olsa da, 927-ci ildə yazılmış "Enqişiki" kitabında myocin-tayşa olaraq göstərilmişdir.
Məbədin festivalında iştirak etməsi və hədiyyə təqdim etməsi üçün məbədə imperiya emissarı göndərilirdi.
== Xüsusiyyətləri ==
Məbəd Amaterasunun qardaşı olan kami Susannoya, eləcə də, digər iki ilaha həsr olunmuşdur. Hikava məbədinin Saytama prefekturasında 162 davamçı məbədi, Tokioda isə 59 davamçı məbədi yerləşir. Hikava məbədləri Tokio ətrafındakı prefekturalarda populyar olsa da, Yaponiyanın digər bölgələrində tanınmır.
Məbədin illik festivalı 1 avqust tarixində baş tutur.
== Qalereya ==
== İstinadlar ==
== Ədəbiyyat ==
Kodansha Encyclopedia of Japan (ingiliscə).