qadağası sözü azərbaycan dilində

qadağası

Yazılış

  • qadağası • 98.0684%
  • Qadağası • 1.9316%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İmperiya qadağası
İmperiya qadağası (alm. Reichsacht‎) Müqəddəs Roma İmperiyasında kiminsə qanundan kənar olduğunu elan etməyin bir növü idi. Müxtəlif vaxtlarda bu, Müqəddəs Roma İmperatoru, Reyxstaq və ya digər məhkəmələr tərəfindən elan edilə bilərdi. alm. Geächtete‎ (təxminən 17-ci əsrdən etibarən, danışıq dilində Vogelfreie, "quş kimi azad") kimi tanınan imperiya qadağası altında olan insanlar bütün hüquqlarını və mülklərini itirdilər. Onlar qanuni olaraq ölü sayılırdılar və hər kəsə hüquqi nəticələr olmadan onları soymağa, yaralamağa və ya öldürməyə icazə verilirdi. İmperiya qadağası avtomatik olaraq bir insanın aforoz edilib kilsədən xaric edilməsindən sonra tətbiq edilirdi, habelə imperiya qadağası altında olan bir şəxsə kömək təklif edən hər kəsə şamil edilirdi. Qadağan edilmiş şəxslər qanuni orqana müraciət edərək qadağanı geri götürə bilərdilər. İmperiya qadağasının daha güclü versiyası olan Aberacht (Mənfurluq) geri qaytarıla bilməzdi. İmperiya qadağası bəzən bütün feodal əraziyə tətbiq edilirdi.
Spirtli içki qadağası
Spirtli içki qadağası — spirtli içkilərin istehsalı və satışının qadağan edilməsi.
Nüvə Silahlarının Qadağası Müqaviləsi
Müqavilənin qəbulu ilə nəticələnmiş Birləşmiş Millətlər Təşkilatındakı 7 iyul 2017-ci il tarixli səsvermə Nüvə Silahlarının Qadağası Müqaviləsi, məqsədi nüvə silahlarının və silah texnologiyasının qadağası olan beynəlxalq müqavilə. 7 iyul 2017-ci ildə qəbul edilmişdir.
ABŞ-da spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) — Amerika Birləşmiş Ştatlarında 1920–1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.
Nüvə Sınaqlarının Qismən Qadağası Müqaviləsi
Nüvə Sınaqlarına Qismən Qadağa Müqaviləsi (ing. :Partial Nuclear Test Ban Treaty-PTBT) və ya tam adı ilə Atmosferdə, Kosmik fəzada və Su Altında Nüvə Sınaqlarının Qadağa Müqaviləsi, yer altından başqa bütün növ nüvə silahlarının sınaqlarını qadağan edən müqavilədir. Bu müqavilə həmçinin, Məhdud Test Qadağası Müqaviləsi (ing. Limited Test Ban Treaty-LTBT) və Nüvə Sınaqlarının Qadağası Müqaviləsi (ing. :Nuclear Test Ban Treaty-NTBT) olaraq da adlandırılır. Müqavilə, SSRİ, Birləşmiş Krallıq və ABŞ hökumətləri tərəfindən 5 avqust 1963-cü ildə Moskvada imzalanmışdır və digər ölkələr tərəfindən də imzalanması mümkündür. Müqavilə rəsmi olaraq 10 oktyabr 1963-cü ildə qanuni qüvvəyə minmişdir. O tarixdən bu yana, 123 ölkə müqavilənin üzvü olmuşdur, on ölkə isə müqaviləni imzalamış, ancaq təsdiq etməmişdir. Fransa və Çin-Sovet krizini səbəb göstərən Çin hökuməti müqaviləni imzalamamışdır.
ABŞ-də spirtli içki qadağası
ABŞ-də spirtli içki qadağası (ing. Prohibition in the United States) — Amerika Birləşmiş Ştatlarında 1920–1933-cü illər ərzində spirtli içkilərin istehsalı, daşınması və satışının qadağan edildiyi dövr.

"qadağası" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qadağası nədir? #qadağası sözünün mənası #qadağası nə deməkdir? #qadağası sözünün izahı #qadağası sözünün yazılışı #qadağası necə yazılır? #qadağası sözünün düzgün yazılışı #qadağası leksik mənası #qadağası sözünün sinonimi #qadağası sözünün yaxın mənalı sözlər #qadağası sözünün əks mənası #qadağası sözünün etimologiyası #qadağası sözünün orfoqrafiyası #qadağası rusca #qadağası inglisça #qadağası fransızca #qadağası sözünün istifadəsi #sözlük