Alp qarağatı
Alp qarağatı (lat. Ribes alpinum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
== Təbii yayılması ==
Bütün Avropa üzrə, Qafqazda, Qərbi Türkiyədə, Şimali Afrikada və Mərakeşdə yayılmışdır.
== Botaniki təsviri ==
Hündürlüyü təxminən 1,5 m-ə çatan, möhkəm yarpaqlı, sıx yerləşmiş budaqları olan alçaqboylu koldur. Yarpaqları üç qanadlı, tünd yaşıl, parlaq, eni 4 sm-dək, üstü cod, vəzicikli tükcüklərlə örtülmüşdür. Yarpağın əks tərəfi açıq hamar, çılpaqdır. Çiçəkləri yaşılımtıl, sarı rənglidir. Çiçək saplaqlarında vəzicikli tükcükləri vardır. Çiçək qrupları 15-30 ədəd erkək çiçəklərdən və ya 1-5 ədəd dişi çiçəklərdən ibarətdir, sallaq olmayan salxımlar əmələ gətirir. Meyvələri dadına görə şirin, unlu, ölçüsü 6-8 mm olan çəhrayı giləmeyvədir.