Qarabaği sözü azərbaycan dilində

Qarabaği

Yazılış

  • Qarabaği • 88.0952%
  • qarabaği • 7.1429%
  • QARABAĞİ • 4.7619%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarabaği
Qarabaği bu mənalarda gələ bilər:
Abbas Qarabaği
Abbas Mirzə Kərim xan oğlu Qarabaği (fars. عباس قره‌باغی‎; 1 noyabr 1918, Təbriz – 13 oktyabr 2000 və ya 14 oktyabr 2000, Paris) — İran Silahlı Qüvvələrinin sonuncu Baş Qərargah Rəisi, general. Əslən azərbaycanlı və qarabağlı olan Abbas Qarabağı İran İslam İnqilabındakı roluna görə məşhurdur. == Həyatı == Abbas Mirzə Kərim xan oğlu 1918-ci ildə Təbriz şəhərinin Qarabağlı məhəlləsində anadan olmuşdur. Əslən Füzuli rayonunundandır. Təbriz şəhərində və Fransada hərbi məktəbdə oxumuşdur. 1953-cü ildə Fransa hüququna dair doktorluq dissertasiyası yazmışdır. Abbas Qarabaği 82 yaşında, 13 oktyabr 2000-ci ildə Fransanın Paris şəhərində vəfat etmişdir. == Karyerası == Abbas Qarabağı 1938-ci ildə İran ordusunda xidmətə başlamışdır. Tədricən vəzifəsi və rütbəsi artırılan Abbas Qarabağı 1979-cu ilə qədər Jandarma komandanı olaraq xidmət etmişdir.
Fəzləlixan Qarabaği
Fəzləli xan Qarabaği, (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi. Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi. == Ailəsi == Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı. Hacı Ağalar xan Cavanşirin qardaşıdır. Rüstəm bəy Cavanşirin qardaşıdır. Əli xan Ərşədüddövlənin babasıdır.
Məhəmməd Qarabaği
Məhəmməd Qarabaği – filosof və ilahiyyatçıdır. 15-ci əsrin ikinci yarısında Qarabağda doğulub. O, hənəfilik məzhəbi üzrə hüqüqşünas olduğundan, "hənəfi" adı ilə tanınıb. Sonradan Rum ölkəsinə (Kiçik Asiya) gedib, orda fəaliyyət göstərdiyindən, mənbələrdə Rumi deyə də yad edilir. İstambulun bir çox mədrəsələrində dərs deyib. İznikdə Süleyman Paşa və Orxan Qazi mədrəsəsində işləyib. 1535-ci ildə İznikdə vəfat edib. Qarabağinin fəlsəfəyə dair "Elmin və idrakın mahiyyətinin təhqiqinə aid traktat"ı və digər şərhləri 1963-cü ildən Qahirənin "Xədiviyyə" kitabxanasında saxlanılır. Türkiyənin Darül Məsnəvi, Carullah kitabxanalarında saxlanılan əlyazma topluları da məşhurdur. Azərbaycan filosofunun Siracəddin Əli Uşi Fərqaninin (12 əsr) ilahiyyata dair "İmamların başlanğıcı" əsərinə həsr etdiyi şərhlə Mustafa ibn Yusif Müstarinin 1691-ci ildə öz əli ilə yazdığı haşiyə Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət Kitabxanasında saxlanılır.
Qənbər Qarabaği
Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası. Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib. Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir.
Fəzləli xan Qarabaği
Fəzləli xan Qarabaği, (Əmir Tuman) Bəylərbəyi adıylada tanınan, əslən Qarabağlı, Qacar dövrünün sərdarlarından idi. Fəzləli xan Qarabaği, Məhəmməd şah Qacarın taxta yetişməsinə yardım edib və özündən şücaət göstərdi. 1836-cı ildə Mazandaranın hakimi, 1838-ci ildə İsfahanın hakimi və 1840-cı ildə Kirmanın hakimi oldu. O, Kirman hakimi olanda İbrahim xan Zəhirəddövlənin qızı ilə evləndi. == Ailəsi == Fəzləli xan İbrahimxəlil xanın qızı Tеlli bəyimlə, Şahrux şah Qırxlı-Avşarın qızı Kiçik bəyimlə ailə qurmuşdu. Paşa bəy, Hüsеynqulu bəy adlı oğulları vardı. Hacı Ağalar xan Cavanşirin qardaşıdır. Rüstəm bəy Cavanşirin qardaşıdır. Əli xan Ərşədüddövlənin babasıdır.
Kosa Yusif Qarabaği
Yusif Məhəmmədcan oğlu Qarabaği (1532, Qarabağ – 1591, Səmərqənd) — XVI əsrdə yaşamış Azərbaycan filosofu və şairi. == Şəxsiyyəti == Yusif Qarabağinin öz dövründəki elmi nüfuz və şöhrəti haqqında onun müasiri Xacə Seyid Şərif Raqimin "Tarixi-Raqimi" adlı əsərində verdiyi məlumatlar dolğun təsəvvür yaradır: "Alimlərin sultanı, fazillərin sübutu olan Mövlana Yusif Qarabaği mənalar Misrində taxta əyləşmiş, bəlkə də üzüyünün qaşı altına tam fəzilət mülkünü almış, bilik taxt-tacında əzizlənib elm səmasında on dörd gecəlik Ay kimi şəfəqlənmişdi. Bütün elmlər üzrə o, müasirlərindən bir istisna təşkil etmişdir. O, elmlər üzrə ixtisaslaşmış və mahir olmuşdur. Xüsusilə fəlsəfə və nücum sahəsində zəmanəsinin misilsiz alimi və əsrinin yeganəsi idi". Raqim Yusif Qarabağinin həm də istedadlı bir şair kimi təqdim edərək yazır: "Yusif Qarabaği şeir deməkdə yüksək ilhama və gözəl istedada malik idi, onun qəsidələri mətlədən məqtəyə qədər nadir və məzmunlu qafiyələrlə bitmişdir". Maraqlıdır ki, vaxtilə Abbasqulu ağa Bakıxanov Yusif Qarabağini məhz bir şair kimi yad etmişdir. Yusif Qarabağinin şəxsiyyəti məşhur Azərbaycan alimi Məhəmmədəli Tərbiyətin diqqətindən kənarda qalmamış və o, "Danişməndani-Azərbaycan" adlı ensiklopedik əsərində əldə etdiyi məlumatları ümumiləşdirərək yazmışdır: "Kosa adı ilə məşhur olan Yusif Məhəmmədcan oğlu Məhəmmədşahi Qarabaği öz dövrünün alimlərindən olmuş və hicri-qəməri. 1054-cü (1644-cü) ildə vəfat etmişdir. O, Mövlana Cəlaləddin Dəvvaninin "Şərhi-əqayidi-əzüdi" əsərinə haşiyə və əlavələr yazmışdır ki, "Haşiyəyi-Xanəgahi" adı ilə məşhurdur.
Kərbəlayi Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Kərbəlayı Səfixan Qarabaği
Kərbəlayı Səfixan Sultanhüseyn oğlu Qarabaği (təq. 1817, Şuşa – 25 iyun 1910, Şuşa) — Azərbaycan memarı. == Həyatı == Kərbəlayı Səfixan Qarabaği 1817-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Onun doğum tarixində ziddiyətlər var. Görkəmli memar 1910-cu ildə vəfat edib. Mirzə Həsən qəbiristanlığında dəfn olunub. Kərbəlayı Səfixanın Ələkbər (1858-?), Gülməmməd (1863-?) adlı oğulları, Xurşid adlı qızı vardı. == Fəaliyyəti == Kərbəlayı Səfixanın Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. O inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Yuxarı Gövhər ağa məscidinin bərpası (XIX əsr) Şuşa Aşağı Gövhər ağa məscidi (1874–75) Şuşa Saatlı məscidi (1883) Culfalar məscidi Hacı Ələkbər məscidi Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Odessada Tatar məscidi (1870), Aşqabadda "Qarabağlılar" məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Kərbəlayı Yusif Qarabaği
Kərbəlayı Yusif Qarabaği (1779-1854) — soyuq silah ustası, xəncərsaz. == Həyatı == Kərbəlayı Yusif Zikrəli oğlu 1779-cu ildə Şuşa şəhərində anadan оlmuşdu. Molla yanında oxumuşdu. Bir müddət atasının şagirdi olmuş, onun vəfatından sonra qılınc dəbdən düşdüyü üçün xəncərsaz kimi məşhurlaşmışdı. O, müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Yusif 1854-cü ildə vəfat edib. == Ailəsi == Kərbəlayı Yusif Zeynəblə ailə qurmuşdu. Əli adlı oğlu, Banu adlı qızı vardı. == Mənbə == Ənvər Çingizoğlu, Şuşa şəhəri: Təbrizli məhəlləsi, Bakı, "Şuşa", 2010, səh. 212 Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.
Mirzə Məhəmməd Qarabaği
Qarabaği Mirzə Məhəmməd Bağır oğlu-(1782–1858), həkim Şuşanın tanınmış həkimlərindən biri də Məhəmməd Qarabağidir. Ona Bağır oğlu Məhəmməd də deyirdilər. Məhəmmədin atası Bağır kişi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirin yanında, sonra onun oğlu Cəfərqulu xanın yanında pişxidmət işləmişdi. Qarabağ xanının vəliəhdi Məhəmmədhəsən ağa dığ deyilən bir azara mübtəla olmuşdu. Bağır qəlbən sevdiyi bu adamın şəfa tapmasına çalışırdı. Xanın əmri ilə Azərbaycanın, İranın bütün şəhərlərini gəzir, tanınmış həkimləri yüksək mükafat müqabilində saraya dəvət edirdi. Gələn həkimlərin hərəsi bir müalicə yazırdı. Hətta həkimlərdən biri gənc vəliəhdə müsiqi terapiyası təyin etmişdi. O gündən Qarabağın məşhur çalıb-oxuyanları Məhəmmədhəsən ağanın sarayından əskik olmadı. Maraqlıdır ki, musiqini xoşlayan və daim dinləyən gənc Cəfərqulu xan bir gün bezib çalğıçıları döymüşdü.
Mirzə Yusif Qarabaği
Mirzə Yusif Qarabaği — 1798-ci ildə Qarabağ xanlığının Hadrut kəndində anadan olmuşdur. Onun atası Nerses Cənubi Azərbaycanın Əhər şəhərindən idi və Qarabağa köçmüşdü. Mirzə Yusif öz əsərinin ("Tarixi-Safi") müqəddiməsində hələ uşaq ikən Qarabağdan "Qızılbaş vilayətinə" (Cənubi Azərbaycana) aparıldığını qeyd edirsə də, bunun səbəbini izah etmir. Ə. Ə. Səidzadə bu məsələdən bəhs edərkən Mirzə Yusif Qarabağinin 8–9 yaşlarında ikən talan məqsədilə Qarabağa soxulan qarətçilər tərəfindən əsir edilib aparıldığını və digər əsirlər sırasında İran şahına təqdim olunduğunu göstərir. Mirzə Yusifin özünün yazdığına görə, o, 18 il Qacar İranında Əmirxan sərdarın yanında qalaraq, farscanı mükəmməl öyrənmişdi. O, bir müddət divanxana katibliyi vəzifəsində işləmiş, vaxtının müəyyən hissəsini də tarixə dair əsərlər mütaliəsinə sərf etmişdir. 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlandıqdan sonra Mirzə Yusif Qarabağa qayıdır və bir müddət müəllimliklə məşğul olur. İranda müsəlmanlığı qəbul etmiş Mirzə Yusif Qarabağa qayıtdıqdan sonra mitropolit Baqdasar Həsən Cəlalyanın təkidi ilə yenidən xristianlığı qəbul edir. Mirzə Yusifin yazdığına görə o, 1854-cü ildə Kaspi və Şimali Dağıstan ölkələrinin komandanı general-leytenant knyaz Qriqori Orbelianinin yanında xidmətə girmiş və mütərcimlik etmişdir. Rusiya hərbi komandanlığı ilə Şeyx Şamil arasında aparılan yazışmada Mirzə Yusifin yaxından iştirak etdiyi ehtimal olunur.
Mirzə Əbdüllətif Qarabaği
Mirzə Əbdürrəhim Qarabaği
Mirzə Əbdürrəhim Molla Məhəmmədbağır oğlu Qarabaği - şair, müctəhid Mirzə Əbdürrəhim Qarabaği 1794-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Onun mənsub olduğu nəslin nümayəndələri ardıcıl olaraq Şuşanın qazisi və məşhur ruhaniləri olublar. Təhsil almaq məqsədilə Nəcəfə yola düşən gənc Mirzə Əbdürrəhim Şeyx Əhməd Bəhreynidən dərs alaraq ictihad məqamına çatmışdı. Daha sonra Şuşaya qayıdaraq elmi və ictimai fəaliyyətə başlamışdı. O zaman Azərbaycan Rusiya imperiyasının tərkibində idi. Buna baxmayaraq Mirzə Əbdürrəhim Qarabağinin sayəsində burada mədrəsələr açılır, şəriət qanunları təbliğ olunur, dini elmlər üzrə tələbələr yetişdirilirdi. Onun fəaliyyətindən narahat olan bəzi qüvvələr alim barəsində şaiyə yayır və rus məmurlarına yanlış məlumatlar çatdırırdılar. Bu səbəbdən alim Tiflis canişini Vorontsovun yanına gətizdirilərək həbs olunmuşdu. Bir neçə müddətdən sonra onun barəsində verilən məlumatların yalan olduğu aydınlaşmış və o azadlığa buraxılmışdı. Həbsdən sonra Mirzə Əbdürrəhim Qarabaği Şirvana köçmüşdü.
Molla Hüseynəli Qarabaği
Molla Əli Qarabaği
Molla Əli Molla Kəlbəli oğlu – şair, xəttat, müəllim. Şuşa şəhərindəki Mərdinli məscidinin axundu. Molla Əli Molla Kəlbəli oğlu 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. O, Qarabağda "Kor xəlifə" ayaması ilə tanınırdı. Molla Əli gözəl xəttat idi. Bir çox xəttləri yazmaqdə tay-tuşu tapılmazdı. Mirzə Kazım isimli bir şagirdi onun yazılarını toplayıb, "İnşai-Mirzə Kazım" adlı kitab çap etdirmişdi.
Məşədi Məsih Qarabaği
Məşədi Məsih Hacı İmamqulu oğlu Qarabağı — (1780, Şuşa), divanbəyi, vəkil. Məsih Hacı İmamqulu oğlu 1780-ci ildə Şuşa şəhərində doğululmuşdu. (Bəzi mənbələrdə onun 1760-cı ildə doğulduğu yazılır ki, ağlabatan deyil). Mədrəsə təhsili almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirin, Mehdiqulu xanın divanxanasında çalışmışdı. Rus üsul-idarəsi dönəmində əyalət məhkəməsində işləmişdi. Divanbəyi adlanırdı. Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi. Sənəd: 1838-ci il martın 2-də çərşənbə günü iştirakçılar Qarabağ əyalət məhkəməsinə gəldilər. Qarabağ komitəsi və məhkəmə sədri vəzifəsini yerinə yetirən mayor, knyaz Baratov idi.
Mir Möhsün Nəvvab Qarabaği
Mir Möhsün Nəvvab (میر محسن نواب قره باغی) (1833, Şuşa – 1918, Şuşa) — Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas azərbaycanlı alim. XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən və yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı və riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi və həcmi etibarilə həqiqətən də orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur. İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış "Vüzuhül-ərqam" ("Rəqəmlərin izahı") risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən və köhnə məktəbə mənsub rəssamlardandır. O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni və ictimai həyatında fəal iştirak edib.
Mirzə Adıgözəl bəy Qarabaği
Mirzə Adıgözəl bəy Qarabaği (?-1848) – tarixçi. Əslən Qazax mahalından olan Mirzə Adıgözəl bəy Qarabaği 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. O, ibtidai təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə keçib. Ağaməhəmməd xan Qacarın Qarabağa yürüşü zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstana sığınıb. Gürcüstanda işğalçılıq əməllərini həyata keçirən rus ordusunda qulluğa başlayıb. Savadlı olduğuna görə "Mirzə" ünvanı daşıyırdı. Qarabağa qayıdan Mirzə Adıgözəl bəy Mehdiqulu xan Cavanşirə xidmət edib. Xan İrana qaçandan sonra komendant tərəfindən mahala naib təyin edilib. Bioqrafiyasında yazır: "Məzkur xan sərhəddin o tərəfinə getdikdə dövlət başçıları məni İyirmidörd mahalına naib təyin etdilər".
Mirzə Camal Cavanşir Qarabaği
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir (1773, Şuşa – 1853, Şuşa) — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası. Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa ləzgi və avar dilini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar. 1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü.
İsfəndiyar Qarabaği
Doktor İsfəndiyar Qarabaği — Cənubi Azərbaycanlı müğənni. 1942-ci ildə Təbrizin Qarabağlılar məhəlləsində dünyaya gəlibdir. O, İtaliyada musiqi sahəsində təhsil alıb. O, Traktor Sazi futbol klubunun rəsmi mahnısının müğənnisidir.
İzzəddin Qarabaği
İzzəddin (Mühyəddin) Məhəmməd Əli oğlu Qarabaği (XVII əsr və ya XVIII əsr, Qarabağ – 1635) — Azərbaycan alimi. İbn Sina məktəbinin davamçılarındandır. Cəlaləddin Dəvaninin "Zəruri varlığın sübutuna dair traktat" kitabının şərhi Qarabağinin başlıca fəlsəfi əsəridir. Qarabağinin "Məlumatlar kitabının şərhi" və "İşlərin şərhi" traktatlarının əlyazması Saltıkov-Şedrin adına Sankt-Peterburq Dövlət kütləvi kitabxanasında saxlanılır.
Sədi Sani Qarabaği
Sədi Sani Qarabaği (1854, Cinli – 1879, Amasya) — XIX əsr Azərbaycan şairi. Sədi Ocaqqulu oğlu Sani 1854-cü ildə Qarabağın Cavanşir qəzasının Cinli kəndində doğulmuşdur. Təhsilini Şuşada və Türkiyənin Amasiya şəharində Hacı Mir Həmzə Seyid Nigarinin yanında almışdır. "Məclisi-fəramuşan" şairləri xüsusilə Həsənəli xan Qaradaği ilə yaxınlıq və dostluq etmişdir. Klassik üslubda, Azərbaycan və fars dillərində yazmış, bədii irsinin bir hissəsi qalmışdır. İtedadlı və məhsuldar şaır Sadi Sani 25 yaşında, 1879-cu ildə vəfat etmişdir.
Usta Qənbər Qarabaği
Usta Qənbər Qarabaği (1830-cu illər, Şuşa – 1905, Şuşa) — Azərbaycan rəssamı, dekorativ boyakarlıq və ornament ustası. Qənbər Rəhim oğlu Qarabaği 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdur. O, memar, nəqqaş kimi Yaxın Şərqdə tanınmışdı. Usta Qənbər 1905-ci ildə vəfat edib. Usta Qənbərin Novruz (1868-?), Şükür (1874-?) adlı oğulları vardı. İkinci oğlu Usta Şükür atasının sənətini davam etdirmişdi. Şuşada və Şəkidə bir sıra yaşayış evlərinin daxilini bəzəyən müxtəlif dekarativ panno və kompazisiyaların müəllifidir. Şuşada Mehmandarovun evindəki ornamentli və süjetli pannolar Usta Qənbər Qarabağinin ilk əsərlərindən, Rüstəmovun evindəki divar rəsmləri isə son işlərindən hesab edilir. Şəki xanlarının sarayında çəkdiyi divar və tavan rəsmləri bədii-estetik dəyərinə görə Usta Qənbər Qarabağinin ən kamil əsərləridir. 19-cu əsrin sonunda sarayın bədii bərpası zamanı çəkdiyi bu rəsmlər məzmun və kompazisiya müxtəlifliyi, gül və çiçək, quş və heyvan təsvirlərinin realistliyi ilə seçilir.
Usta İmamqulu Qarabaği
Usta İmamqulu Qarabaği (1825-?), memar, nəqqaş İmamqulu Məhəmmədəli oğlu 1825-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Memar, nəqqaş kimi Qarabağda ad qazanmışdı. O, ağac, fil sümüyü və sədəf üzərində nəqqaşlıq sənətində fövqəladə ustalıq qazanmışdı. Qarabağın bir çox məscidlərində, yaraşıqlı darvazalarda, minbərlərdə, pəncərə və tavanlarda onun əl işlərini görmək olar. "Əməli-Usta İmamqulu" onun dəsti-xəttidir. Usta İmamqulu Şeyda ilə ailə qurmuşdu. İsmayıl, Mehdi, Nəsib adlı oğlanları vardı. Ənvər Çingizoğlu, Qarabağda sənət və incəsənət, "Şuşa", Bakı, 2010.
Hacı Mir Əbutalib xan Qarabaği
Mirzə Həsən Yüzbaşov-Qarabaği
Mirzə Həsən bəy Alı yüzbaşı oğlu Qarabaği — şair. Mirzə Həsən bəy Alı yüzbaşı oğlu 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsə də təhsilini davam etdirmişdi.Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Ticarətlə məşğul idi. O, 1904-cü ildə vəfat edib. Mirzə Həsən bəy Səadət xanımla ailə qurmuşdu. Xəlil bəy, Qasım bəy adlı oğulları vardı. Mirzə Həsən bəy şair idi. Öz adı ilə könül açan şeirlər qələmə almışdı.
Mirzə Əli bəy Qarabaği
Mirzə Əli bəy Qarabaği (1785-1840) — Azərbaycan şairi. Mirzə Haqverdi bəyin ikinci оğlu Əli bəy Şuşa şəhərində anadan оlmuşdu. İbtidai təhsilini atasından almışdı. Sоnra mükəmməl mədrəsə təhsili almışdı. Savadlı оlduğundan dоlayı mirzə adlanırdı. Mirzə Əli bəy Şuşa şəhərinin qazısı оlmuşdu. Şair idi. Xоştəb şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab öz ünlü əsəri "Təzkireyi-Nəvvab"da yazırdı: "Mərhum Mirzə Əli Mirzə Haqverdi оğlu Qarabağ vilayətinin əhalisindəndir. Qarabağın Şuşa şəhərində birinci qazı оlmuşdur.
Mirzə Əli Əsgər Qarabaği
Məmməd oğlu Ağa Mirzə Əli Əsgər (Ələsgər) Qarabaği — XIX əsr Azərbaycan xanəndəsi, tarzəni və muğam bilicisi. O, dövrünün qabaqcıl musiqi xadimi kimi muğam sənətinin inkişafında mühüm rol oynamışdır. Mirzə Əli Əsgər Qarabaği 1824-cü ildə Şuşada anadan olmuşdur. Yaradıcılığı çoxcəhətli olmuşdur. O, həm xanəndə, həm də ustad kamançaçı kimi fəaliyyət göstərmişdir. Əli Şirazi İran tarını Qarabağa gətirəndən sonra bu sənətə yiyələnmiş, bütün Qafqazda tarzən kimi tanınmışdır. Mirzə Əli Əsgər əvvəllər Xurşidbanu Natəvanın atası Mehdiqulu xanın sarayında saray musiqiçisi vəzifəsinə layiq görülmüş, uzun illər Mirzə Hüseyn, Həsənçə, Keştazlı Həşim, Hacı Hüsü, Məşədi İsi kimi xanəndələri tarda müşayiət etmişdir. Mirzə Əli Əsgər Yaxın Şərq ölkələrinə də səyahət etmiş, İran hakimi Nəsrəddin şahın sarayında qurulan məclislərdə tarzən kimi çıxış etmişdir. XIX əsrin Sadıqcan, Cavad bəy, Əlibəy oğlu (Xanəzəyski), Şəkər oğlu Kərim, Artemi və Məşədi Zeynal kimi Azərbaycan tarzənləri Mirzə Əli Əsgərin şagirdləri olmuşlar. Mirzə Əli Əsgər Azərbaycan musiqisini dərindən öyrənərək onun özünəməxsus cəhətlərini üzə çıxarır və mahiyyətini şərh edərək musiqiçilərə öyrədirdi.
Molla Gülü Zülami Qarabaği
Molla Gülü Zülami — azərbaycanlı şair. Molla Gülü Qarabağda dünyaya gəlmişdir. İbtidai təhsilini molla yanında almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Bərdə şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. Molla Gülünün adına 1699-cu ilə aid Zari Ərəşi adlı bir xəttatın topladığı cüngdə rast gəlinir. Molla Gülü Zülaminin Füzulinin 7 beytlik “Yetməzmi” rədifli qəzəlinə yazdığı 7 bəndlik təxmisi müəllifin dahi şairin əsərinə həssaslıqla yanaşması, dilinin sadəliyi, keçidlərin orijinallığı ilə diqqəti cəlb edir. Ənvər Çingizoğlu. Molla Gülü Zülami Qarabaği. "Soy" dərgisi, 1 (31) 2010.

Oxşar sözlər

#qarabaği nədir? #qarabaği sözünün mənası #qarabaği nə deməkdir? #qarabaği sözünün izahı #qarabaği sözünün yazılışı #qarabaği necə yazılır? #qarabaği sözünün düzgün yazılışı #qarabaği leksik mənası #qarabaği sözünün sinonimi #qarabaği sözünün yaxın mənalı sözlər #qarabaği sözünün əks mənası #qarabaği sözünün etimologiyası #qarabaği sözünün orfoqrafiyası #qarabaği rusca #qarabaği inglisça #qarabaği fransızca #qarabaği sözünün istifadəsi #sözlük