Qarabağlı sözü azərbaycan dilində

Qarabağlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Qarabağlı • 78.8584%
  • qarabağlı • 20.9302%
  • QARABAĞLI • 0.2114%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qarabağlı
Qarabağlı — Azərbaycanda daha çox işlədilən təxəllüs. Pənahəli xan Qarabağlı — Qarabağ xanlığının yaradıcısı. Mirzə Camal Cavanşir Qarabağlı — Tarixçi, Qarabağ xanlarının baş vəziri, Rizvan Qarabağlı — memar, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü. Telman Qarabağlı — erməni hüquqşünas, yazıçı Kəndlər Azərbaycan Qarabağlı (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Qarabağlı (Samux) — Azərbaycanın Samux rayonunda kənd. Qarabağlı (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Qarabağlı (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Gürcüstan Qarabağlı (Qaraçöp) — Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. İran Qarabağlı Əyibi (Pərsabad) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd.
Məhəbbət Qarabağlı
Məhəbbət Qarabağlı (tam adı: Məhəbbət İsmayıl oğlu Qarabağlı; 5 may 1941, Kəpənəkçi, Lüksemburq rayonu – 25 dekabr 2017) — Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı (1999-2005) == Həyatı == Məhəbbət Qarabağlı 5 may 1941-ci ildə Gürcüstanın Bolnisi rayonunun Kvemo-Bolnisi kəndində anadan olmuşdur. 1956-cı ildə kənd 8 illik, 1958-ci ildə isə Bolnisi rayon orta məktəbini bitirmiş və elə həmin il Bolnisi Rayon Xalq Maarifi Şöbəsinin əmri ilə doğma kənd 8 illik məktəbinə ibtidai sinif müəllimi təyin edilmişdir. Orada uğurla işləyərək iki il pedaqoji iş stajı topladıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinə qəbul olunmuşdur. Çalışqanlığı və ictimai fəallığı ilə başqalarından seçilərək hələ birinci kursda ikən institutun Tələbə Elmi Cəmiyyətinə sədr seçilmişdir. Bir neçə dəfə qonşu ölkələrdə keçirilən tələbə elmi konfranslar çıxış edərək təhsil aldığı ali məktəbi təmsil etmişdir. Məhəbbət Qarabağlı 1966-cı ildə ali təhsilini başa vuraraq, təyinatla Mingəçevir şəhər 11 nömrəli orta məktəbə ixtisası üzrə müəllim göndərilmişdir. 1970-ci ildə şəhər 7 nömrəli 8 illik məktəbə, 1976-cı ildə isə şəhər 14 nömrəli orta məktəbə direktor təyin edilmişdir. 1976-1978-ci illərdə Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin qiyabi şöbəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1977-ci ildən Mingəçevir Şəhər Xalq Maarif Şöbəsinə rəhbərlik etmişdir. 1982-ci ildə Mingəçevir şəhər XDS İcraiyyə Komitəsi sədrinin I müavini, 1990-cı ildə isə alternativ səsvermə yolu ilə Mingəçevir Şəhər Sovetinə sədr seçilmişdir.
Qarabağlı (Ağsu)
Qarabağlı — Azərbaycan Respublikasının Ağsu rayonunun Bozavand kənd inzibati ərazi dairəsində kənd. == Din == Kənddə Qarabağlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Qarabağlı (Qaraçöp)
Qarabağlı (rəsmi olaraq gür.: g.ə. წიწმატიანი, l.ə. tsitsmatiani) və yaxud Qaramanlı Gürcüstan Respublikasının Kaxeti mxaresinin Saqareco bələdiyyəsinin inzibati-ərazi vahidində məhəllə. 2023-ci il siyahıyaalınmasına əsasən məhəllədə azərbaycanlılardan ibarət 2500 nəfər (1352 nəfəri kişilər, 1148 nəfəri qadınlar) əhali yaşayır.
Qarabağlı (Salyan)
Qarabağlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qarabağlı kəndinin maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, Qarabağlı kəndi əsasən 1698–1700-cü illərdə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılardan məlum olur. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həm də qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə Stalinin əmri ilə Qərbi Azərbaycandan, yəni Ermənistanın Əzizbəyov rayonundan (keçmiş Dərələyəz mahalı, 18-ci əsrdə Qarababa adlanan sonralar Paşalı adlanan, əsasən Terp (Tarixi mənbələrdə Derp) və Tarp kəndləri) buraya 80–90 ailə köçürülmüş və burada onlara yaşayış evləri tikilmişdir.[mənbə göstərin] == Əhali üzrə inzibati bölgü == Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər. 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında Qarabağlı kəndinin cəmi əhalisi 8367 nəfər olub. == Təhsil == 15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılıb. Ümumilikdə Qarabağlı inzibati vahidliyində 4 təhsil ocağı var. Qarabağlı-1 və Qarabağlı-2 saylı tam orta məktəb Qarabağlı kəndində yerləşir.
Qarabağlı (Samux)
Qarabağlı — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 667 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi Qarabağdan köçüb gəlmiş ailələrin məskun­laşması nəticəsində yaranmışdır. Oykonimlər "Qarabağdan olanlar, Qarabağdan gələnlər" mənasındadır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir.
Qarabağlı (Xaçmaz)
Qarabağlı — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Qarabağlı bələdiyyəsi
Qarabağlı bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Qarabağlı bələdiyyəsi (Şəki) — Şəki rayonunda bələdiyyə. Qarabağlı bələdiyyəsi (Salyan) — Salyan rayonunda bələdiyyə.
Rizvan Qarabağlı
Rizvan Sarı oğlu Babaşov (10 yanvar 1956, Şükürbəyli, Qaryagin rayonu) — Azərbaycan memarı, memarlıq namizədi, Azərbaycan Memarlar İttifaqının üzvü (1993). == Həyatı == Rizvan Qarabağlı 10 yanvar 1956-cı ildə Füzuli rayonunun Şükürbəyli kəndində anadan olub. 1973-cü ildə Şükürbəyli kənd orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunun memarlıq fakültəsini memar ixtisası üzrə bitirib. 1990-cı ildən başlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insititunda baş laborant vəzifəsində elmi faliyyətə başlayıb və həmin ildə institutun aspiranturasına daxil olub. 1994-cü ildə "Memar Kərbəlayi Səfixan yaradıcılığı və Qarabağın dini memarlığı" adlı namizədlik dissertasiyasını müdafiə edərək memarlıq namizədi elmi adına layiq görülüb. Hazırda həmin institutda aparıcı elmi işci vəzifəsində çalışır və "Qarabağ memarlığı" adlı doktorluq mövzusu üzərində işləyir. 1993-cü ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. == Fəaliyyəti == Rizvan Qarabağlının işlədiyi layihələr əsasında Füzuli rayonu ərazisində "Şəhidlər xatirəsinə abidə" kompleksi, "Heydər parkı", Xırdalan şəhərinin məzarlığında "Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi", eləcə də müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub. == Əsərləri == Memar Qəzənfər Əlizadə.
Telman Qarabağlı
Telman Qarabağlı (tam adı: Telman Ayrapetoviç Çalyan; d. 23 fevral 1931, Bərdə, Azərbaycan SSR - ö. 22 oktyabr 1999, Moskva, Rusiya) — erməni hüquqşünas, filoloq və yazıçı; SSRİ Yazıçılar İttifaqının üzvü (11 yanvar 1962); "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" (4 may 1989). == Həyatı == Telman Qarabağlı 23 fevral 1931-ci ildə Bərdə şəhərində anadan olmuşdur. === Valideynləri === Atası çox erkən dünyasını dəyişmişdir. Anası Sona isə Bərdədə məktəb direktoru olmaqla yanaşı, həm də həmin təhsil ocağında Azərbaycan dili dərsini tədris etmişdir. === Təhsili === Tam orta təhsil verən məktəb olmadığından Bərdədə 8-ci sinifi bitirdikdən sonra, təhsilini davam etdirmək üçün Mirbəşir rayonuna (hazırkı Tərtər rayonu) getmiş və 10-cu sinfi orada bitirmişdir. === Əmək fəaliyyəti === 1949-cu ildə əmək fəaliyyətinə dövrünün əksər həmyaşıdları kimi Mirbəşir rayonundakı kolxozlardan birində işləməyə başlamışdır. 1950-ci ilin yazında Kirov adına ADU-nin hüquq fakültəsinin Azərbaycan bölməsinə daxil olmuşdur. 1955-ci ildə oranı bitirib gənc mütəxəssis kimi Neft daşlarında prokuror köməkçisi vəzifəsinə təyinat almışdır.
Əlyar Qarabağlı
Əlyar Məmməd oğlu Qarabağlı (1901, Borçalı qəzası – 1969) — Azərbaycan pedaqoqu, jurnalisti. == Həyatı == Əlyar Qarabağlı 1901-ci ildə anadan olmuşdu. Borçalının Ləcbəddin kəndindəndir. Kənddə müəllim işləmiş, Bakıda elmi-tədqiqat pedaqoji elmlər institutunun şöbə müdiri, «Azərbaycan məktəbi» jurnalının məsul katibi, redaktor müavini vəzifələrində çalışmış, dövlət universitetində mühazirələr oxumuşdu. Ədəbiyyatımızın tədrisi metodikası sahəsində sanballı dərsliyin müəllifi kimi şöhrət qazanmışdı. Əlyar Qarabağlı 1969-cu ildə vəfat edib.
Molla Əli Qarabağlı
Molla Əli Molla Kəlbəli oğlu (1811, Şuşa – 1893, Şuşa) — şair, xəttat, müəllim. Şuşa şəhərindəki Mərdinli məscidinin axundu. == Həyatı == Molla Əli Molla Kəlbəli oğlu 1811-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra Təbriz şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Təhsilini tamamlayandan sonra doğma yurduna dönmüş, Şuşa şəhərində "Cümə məscidi"nin nəzdindəki mədrəsədə uşaqlara dərs demişdi. O, Qarabağda "Kor xəlifə" ayaması ilə tanınırdı. Molla Əli gözəl xəttat idi. Bir çox xəttləri yazmaqdə tay-tuşu tapılmazdı. Mirzə Kazım isimli bir şagirdi onun yazılarını toplayıb, "İnşai-Mirzə Kazım" adlı kitab çap etdirmişdi.
Pənahəli xan Qarabağlı
Pənahəli xan və ya Pənahəli xan Cavanşir (fars. پناهعل خان جوانشیر‎; 1693, Qarabağ – 1763, Şiraz) — Cavanşirlər sülaləsinə mənsub olan Qarabağ xanlığının qurucusu, ilk xanı, sərkərdə. 1748-ci ildə Nadir şahın ölümündən sonra Pənahəli xan Qarabağ xanlığını yaradır. Pənahəli xan xanlığı, var-dövlətini və özünü qorumaq üçün ilk olaraq müdafiə tədbirləri görür və Bayat qalasını tikdirdi. Özünə yaxın və sədaqətli adamlarını ətrafına toplayır. Güclü qoşun yığaraq ona itaət etməyənləri müxtəlif yollarla və vasitələrlə özünə tabe etdirdi. Xalqın hörmətini qazandı. Üç il sonra, 1751-ci ildə Tərnəkütdə Şah bulağı deyilən yerdə Şahbulaq qalasını inşa etdi və tədricən xanlığın ərazisini əlavə torpaqlar hesabına genişləndirdi. Azərbaycanda cərəyan edən hadisələr — feodal vuruşmalar göstərdi ki, Şahbulaq qalası da o qədər qüvvətli sığınacaq deyil, nisbətən qüvvətli düşmənin "qurbanı" ola bilər. Pənahəli xan Şuşa qalasını tikdirib xanlığın iqamətgahına çevirdi.
Qarabağlı bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarabağlı bələdiyyəsi (Salyan)
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarabağlı bələdiyyəsi (Şəki)
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qarabağlı hüquqşünaslar (kitab)
Qarabağlı hərbçilər (kitab)
Qarabağlı Əyibi (Pərsabad)
Qarabağlı Əyibi (fars. قراوغلي ايبي‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (23 ailə).
Mirzə Camal Cavanşir Qarabağlı
Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Hacılı-Cavanşir (1773, Şuşa – 1853, Şuşa) — tarixçi, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası. == Həyatı == Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdu. Atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Burada mədrəsə bitirmişdi. (1) Bir neçə dilə bələdçiliyi vardı. Ədəbiyyatçı Adolf Berje yazır: "Mirzə Camal fars, ərəb və osmanlı dillərindən başqa ləzgi və avar dilini də bilirdi. Tarix, coğrafiya və astronomiya haqqında yaxşi məlumatı vardı." (2) Aydın və savadlı adam olan Camal bəy Mirzə ünvanını daşıyırdı. Mirzə Camal bəy divanda katib işləyirdi. Xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar. 1797-cı ildə baş vəzir Molla Pənah Vaqif xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşir tərəfindən öldürüldü.
Qışlaq-i Qarabağlı (Kəleybər)
Qışlaq-i Qarabağlı (fars. قشلاق قره باغلو‎) və ya Qarabağlı Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 173 nəfər yaşayır (34 ailə).
Qarabağlılar
Qarabağlılar — Azərbaycan Respublikasının Tovuz rayonunun Qəribli kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Mənşəyinə görə qədimdən Qazax zonasında yaşamış qarabağlar tayfasının adı ilə bağlı­dır. Qarabağlar erkən orta əsrlərdə Gürcüstan, Qafqaz Albaniyası və Ermənistan sərhədlə­rində yaşayan albanların qolunun adıdır. Ümumiyyətlə, Qarabağ/Qarabağlar/Qarabağlılar adları Azərbaycanda çox geniş yayılmışdır. Belə ki, Azərbaycanın böyük bölgəsi olan Qarabağ mahalından başqa, Naxçıvan ərazisində, Ağstafa, Ağsu, Qazax, Şirvan, Göyçay, Oğuz, Göygöl, Xaçmaz, Salyan və başqa rayonlarda bu adda kəndlər qeydə alınmışdır. Qarabağ­lıların, eyni zamanda Cənubi Azərbaycanda, , Türkiyədə, Əfqanıstanda, İranda yaşadıqları haq­qında məlumatlar vardır. Bu ada ilk dəfə Gəncəli Kirakosun (1201-1256) "Tarix" əsərində rast gəlinir. Bir qədər sonra (1284) Rəşidəddin də bu etnonim haqqında məlu­mat vermişdir. == Tarixi == === Tarixi abidələri === Qarabağlılar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Ruhum qarabağlıdır (film, 2012)
Ruhum Qarabağlıdır — Azərbaycan filmi. Film BK-SieN studiyası tərəfindən çəkilmişdir. == Məzmun == Filmin süjet xətti xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri üzərində qurulub. O, ömrünün ixtiyar çağında məcburi köçkünlük həyatı yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan el ağsaqqalının gözləri qarşısından Qarabağın, Şuşanın bəxtəvər günləri, cəh-cəlallı anları bir-bir gəlib keçir. Lakin bütün bunların fonunda onun gözlərindən sezilən doğma yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə tamaşaçıya çatdırılır. Qarabağın, Şuşanın şeytan xislətli, iblis niyyətli düşmənlərimizin təcavüzü nəticəsində dağıdılaraq viran edilməsi, gündəlik qayğılarla əhatələnən bəxtəvər günlərinin ağır və məşəqqətli köçkünlük həyatı ilə əvəzlənməsinin insan həyatında necə dərin izlər buraxması, xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar son dərəcə təsirli kadrların, görüntülərin, eyni zamanda Qənirə Paşayevanın təsirli şeirləri vasitəsi ilə canlandırılır. Filmdə əsas obrazın xəyalında canlanan surətin xalq mahnısı "Sarı gəlin"i ifa etməsi birinci anlamda həmin mahnının Azərbaycan xalqına məxsusluğunu, ikinci baxış bucağında isə Qarabağın, Şuşanın, həqiqətən də, Azərbaycanın musiqi və incəsənət beşiyi olmasını xarakterizə etmişdir. Filmin süjet xətti inkişaf etdikcə qəhrəmanın düşüncələri də reallığa uyğun olaraq dəyişir. Bu gün inkişaf edən, güclənən, qüdrətli orduya malik olan Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olması filmin qəhrəmanında bir əminlik, sabaha böyük inam hissi yaradır. Filmin sonluğu Prezident İlham Əliyevin böyük qətiyyətlə dediyi bu sözlərlə yekunlaşır: "Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq.
Ruhum qarabağlıdır
Ruhum Qarabağlıdır — Azərbaycan filmi. Film BK-SieN studiyası tərəfindən çəkilmişdir. == Məzmun == Filmin süjet xətti xocavəndli məcburi köçkün, şəhid atası Ağamirzə Həsənovun düşüncələri üzərində qurulub. O, ömrünün ixtiyar çağında məcburi köçkünlük həyatı yaşamaq məcburiyyəti ilə barışmaq zorunda qalan el ağsaqqalının gözləri qarşısından Qarabağın, Şuşanın bəxtəvər günləri, cəh-cəlallı anları bir-bir gəlib keçir. Lakin bütün bunların fonunda onun gözlərindən sezilən doğma yurd həsrəti, torpaq nisgili tam aydınlığı ilə tamaşaçıya çatdırılır. Qarabağın, Şuşanın şeytan xislətli, iblis niyyətli düşmənlərimizin təcavüzü nəticəsində dağıdılaraq viran edilməsi, gündəlik qayğılarla əhatələnən bəxtəvər günlərinin ağır və məşəqqətli köçkünlük həyatı ilə əvəzlənməsinin insan həyatında necə dərin izlər buraxması, xalqımıza qarşı törədilmiş soyqırımı və qətliamlar son dərəcə təsirli kadrların, görüntülərin, eyni zamanda Qənirə Paşayevanın təsirli şeirləri vasitəsi ilə canlandırılır. Filmdə əsas obrazın xəyalında canlanan surətin xalq mahnısı "Sarı gəlin"i ifa etməsi birinci anlamda həmin mahnının Azərbaycan xalqına məxsusluğunu, ikinci baxış bucağında isə Qarabağın, Şuşanın, həqiqətən də, Azərbaycanın musiqi və incəsənət beşiyi olmasını xarakterizə etmişdir. Filmin süjet xətti inkişaf etdikcə qəhrəmanın düşüncələri də reallığa uyğun olaraq dəyişir. Bu gün inkişaf edən, güclənən, qüdrətli orduya malik olan Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü bərpa etmək iqtidarında olması filmin qəhrəmanında bir əminlik, sabaha böyük inam hissi yaradır. Filmin sonluğu Prezident İlham Əliyevin böyük qətiyyətlə dediyi bu sözlərlə yekunlaşır: "Azərbaycan dövləti heç vaxt bu vəziyyətlə barışmayacaq.

"qarabağlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#qarabağlı nədir? #qarabağlı sözünün mənası #qarabağlı nə deməkdir? #qarabağlı sözünün izahı #qarabağlı sözünün yazılışı #qarabağlı necə yazılır? #qarabağlı sözünün düzgün yazılışı #qarabağlı leksik mənası #qarabağlı sözünün sinonimi #qarabağlı sözünün yaxın mənalı sözlər #qarabağlı sözünün əks mənası #qarabağlı sözünün etimologiyası #qarabağlı sözünün orfoqrafiyası #qarabağlı rusca #qarabağlı inglisça #qarabağlı fransızca #qarabağlı sözünün istifadəsi #sözlük