Qarabaşlılar evi (Riqa)
Qarabaşlılar evi (alm. Das Schwarzhäupterhaus, latış. Melngalvju nams) — XIV əsrə aid memarlıq abidəsi, Riqanın mərkəzində, köhnə şəhərdə yerləşir. Bina dəfələrlə yenidənqurulmaya məruz qalmışdı. İkinci dünya müharibəsi nəticəsində dağılmasına baxmayaraq, bina hazırda tamamilə bərpa olunub. Bina 1330–1353-cü illər arasında Livoniya ordeninin Baltikyanı ölkələri işğal etdikdən sonra inşa edilmişdi, ilk sənədli qeyd 1334-cü ilə aiddir (Böyük gildiyanın Yeni evi adı altında).
XIII əsrdə yaradılmış müqəddəs Georgi qardaşlığına gənc, subay və xarici tacirləri qəbul edirdilər. İlk öncə yeni yaradılmış qardaşlığın patronu cəngavər və döyüşçülərin himayədarı müqəddəs Georgi seçilmişdi, daha sonra isə patron dəyişdirilərək müqəddəs Mavrikiy seçilmişdi (onun rəmzi — qardaşlığın gerbində təsvir olunmuş qara başdır).
Yaradılmış korporasiya tamamilə kübar dairələrə mənsub insaları özündə birləşdirirdi. Mövcud olmuş Riqa Şirkətin təsisçiləri sırasına yerli və xarici ən zəngin və ən nüfuzlu komissioner və agentlər daxil idilər.