* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad. Kükrər dağlar, bir-birinən deyini; Seçmək olmaz gədasını, bəyini… Aşıq Ələsgər. [Rizvan:] İnsan dimağı birdir, istər padşah olsun, istər gəda. Ə.Haqverdiyev. [Qoca:] Bizim üçün şah və gəda təfavütü yoxdur. A.Divanbəyoğlu. 2. məc. nifr. Səviyyəsiz, ləyaqətsiz adam haqqında. Gədaya borclu olma, ya toyda istər, ya bayramda. (Ata. sözü). Mən Həcərəm, əbrü ətləs geymənəm; Hər yetən gədayə boyun əymənəm. Aşıq Ələsgər. Ah, nə çıxılmaz yol imiş bu sevda; Tən etdi hər görən, güldü hər gəda. H.Cavid. // məc. Dilənçi, fəqir, yazıq, binəva. Camalın sədqəsi, hüsnün zəkatı; Mənim tək binəva gədayə düşər. M.V.Vidadi. [Təhmas bəy:] Əlimə çörəkçin baxan bir gəda; Salıb varlığımı bir yanar oda. S.Rüstəm. 3. bax gədə 1-ci mənada. Rəhmə gəlib, padşahım, deməzsən; Harda qalıb bu dərgahın gədası. Q.Zakir. [Ağaməhəmməd xan:] …Ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxararam. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / gəda2 f. 1) dilənçi, yolçu; 2) alçaq, mənliyi olmayan; 3) yoxsul, kasıb; 4) qul, kölə; 5) nökər, qulluqçu (kişi).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / gəda1 Farsca “dilənçi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / gəda1 GƏDA – BƏY Çingiz, məhəbbət aləmində bəy, gəda yoxdur, mən səni sevirəm, sən də məni (S.S.Axundov).
Azərbaycan dilinin antonimlər lüğəti / gəda2 I сущ. 1. истор. слуга (человек для личных услуг при господах) 2. холуй (раболепный, прислуживающийся человек) 3. истор. мальчик (мальчикслуга в господском доме или работник в торговом, ремесленном заведении) 4. в знач. сущ. о худородном человеке (о человеке незнатного происхождения) II прил. холуйский. Gəda hərəkəti холуйское поведение
Azərbaycanca-rusca lüğət / gəda1 [fars.] сущ. 1. куьгьн. виликра кесиб, юхсул, агъа къатарикай тир ксариз лугьудай тӀвар; нуьквер; 2. пер. са куьникни квачир, усал; къекъвераг, къекъвечи, фагъир, язух (итим); 3. кил. gədə 1).
Azərbaycanca-ləzgicə lüğəti / gəda