cida sözü azərbaycan dilində

cida

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • cida • 73.3333%
  • Cida • 18.6667%
  • CİDA • 5.3333%
  • CiDA • 2.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cida adası
Cida adası (ərəb. جزيرة جدة‎) — Fars körfəzində Bəhreynə aid olan qayalı, yaşayış olmayan ada. Manama şəhərindən 18 km qərbdə, Umm es-Sabban adasından qərbdə və 1,75 km uzunluğunda bəndlə bağlandığı Umm-an-Nasan adasının şimalında yerləşir. Əvvəllər dövlət həbsxanası kimi fəaliyyət göstərən adada daş karxanası olmuşdur, hazırda istirahət zonası kimi fəaliyyət göstərir. İnzibati cəhətdən Şimal muhafazasına aiddir. Əsasən ada əhəngdaşı qayalarından ibarətdir. Adadan kəsilmiş qaya bloklarının Bəhreyn adasındakı Barbar məbədində istifadə edildiyi güman edilir.
Qışlaq-i Cida (Germi)
Qışlaq-i Cida (fars. قشلاق جدا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 142 nəfər yaşayır (25 ailə).
Cidaqaya (Tikantəpə)
|milli tərkibi=azərbaycanlılar }} Cidaqaya (fars. جداقيه‎) - İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiya == Cidaqaya kəndi Tikantəpə və Saraskənd şəhərlərinin arasında yerləşərək,Tikantəpədən 67 kilometr şimalda yeralıbdır.Cidaqaya Ağotaq,Arpaçayı və Ərəbşah kəndlərindən sonra,iki hündür dağın yamacında olaraq,kəndə gedən avtomobil yolu isə çox qəzalıdır.Ərazisi dağlıqdır. == Mədəniyyət == Cidaqayada bir ibtidai məktəb və məscid fəaliyyət göstərir.Kəndin keçidləri son neçə ildə daşla örtülmüşdür.Burada su,işığ və telefon var ancaq kəndlilər yanacağ baxımından əziyyət çəkirlər. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 189 nəfər yaşayır (37 ailə).Əhalisi azərbaycan türklərindən ibarətdir.Kəndin ləhcəsi Tikantəpəilə fərqlidir.
Cidayubori parkı
Cidayubori parkı (次大夫堀公園, Cidayubori-koen) — Yaponiyanın Tokio şəhərinin Setaqaya rayonunun Kitami bölgəsində yerləşən park.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2006 •••••••••••••••••••• 0.23

cida sözünün leksik mənası və izahı

  • 1 is. Sivri dəmir ucluqlu, dəlici qədim silah; mizraq. Cidanı çuvalda gizlətmək olmaz. (Ata. sözü). Koroğlu qayıtmaz, tufan saçmasa; Cida işlətməsə, qılınc çaxmasa. “Koroğlu”.□ Cida boyu – ölçü bildirir (adətən, gün, günəş sözləri ilə deyilir). [İntelligentin anası:] [Oğlum] gün iki cida boyu qalxmamış, üstünə diri ilan salasan, yerindən tərpənməz. Qantəmir. [Pəri cadu:] Əgər gün bir cida boyu qalxınca burada olmasa, sənin ətini öz anana yedirdəcəyəm. Ə.Haqverdiyev. Günəş bir cida boyda ucalanda uzaqda balaca bir qaraltı göründü. P.Makulu. ◊ Cidanın ucu çuvaldan çıxır – bax xoruzun quyruğu görünür (“xoruz”da).

    Azərbaycan dilinin izahlı lüğəti / cida
  • 2 zərf [fars. cüda] klas. Ayrı, uzaq. Cümləsin rahi-həqiqətdən cida görməkdəyəm… C.Cabbarlı. □ Cida düşmək, cidayə düşmək – uzaq düşmək, ayrı düşmək. Fikrim, zikrim, sözüm, xəyalım sənsən; Haçan könlüm səndən cidayə düşər. M.V.Vidadi. Cida düşüb ulusundan, elindən; Ənkəbuttək can asılır telindən. Aşıq Ələsgər. [Dərviş:] Heyvanlar da tək-təkinə dolanmayıb, arxadaşlar gəzdikləri halda mən öz həmcinsimdən cida düşüb ormanlarda, səhralarda qalmışdım. A.Divanbəyoğlu. Cida etdirmək klas. – ayırmaq. [Şah:] Bu necə olan işdir! Yoxsa keşiş məni aldatdı. Bu saat onun başını bədənindən cida etdirərəm. Ü.Hacıbəyov. Cida salmaq – ayırmaq, ayrı salmaq. Əzəl ayrılığımız haqqın işidir; Fələk bizdən cida saldı sağları. “Lətif şah”. [Ruqiyyə:] …Məni özündən cida salma, ayrılıq oduna dözə bilmərəm. A.Divanbəyoğlu.

    Azərbaycan dilinin izahlı lüğəti / cida

cida sözünün etimologiyası

cida sözünün sinonimləri (yaxın mənalı sözlər)

cida sözünün rus dilinə tərcüməsi

  • 1 пика, копье

    Azərbaycanca-rusca lüğət / cida
  • 2 1 сущ. копьё; дротик (в древности и средние века: метательное копье на коротком древке); пика (колющее оружие, род копья). Cida sancmaq kimə пронзить пикой, поднять на дротик кого ◊ gün bir cida boyu qalxıb солнце поднялось в длину пики (о времени дня по положению солнца); cidanı çuvalda gizlətmək olmaz шила в мешке не утаишь; cidanın ucu çuvaldan çıxır шито белыми нитками 2 устар. I нареч. 1. отдельно, раздельно; изолированно, обособленно; разобщённо 2. порознь, по одному II прил. 1. отдалённый 2. отделённый, отдельный, раздельный; изолированный, обособленный; разобщённый 3. разлучённый, разъединённый; cida düşmək: 1) отдаляться, быть отдалённым 2) отделяться, быть отделённым, разделяться, быть разделённым; изолироваться, быть изолированным, разобщаться, быть разобщённым 3) расставаться, расстаться, разлучаться, разлучиться, быть разлученным; cida etdirmək отрывать, оторвать, отсекать, отсечь, отрубать, отрубить. Başını bədənindən cida etdirmək kimin отсечь голову кому; cida salmaq: 1) отделять, отделить, разделять, разделить, изолировать 2) разъединять, разъединить, разлучать, разлучить. Fələk cida saldı kimi kimdən судьба разлучила кого 3) выбирать, выбрать; отбирать, отобрать

    Azərbaycanca-rusca lüğət / cida

cida sözünün inglis dilinə tərcüməsi

cida sözünün fransız dilinə tərcüməsi

cida sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars. cüda] нареч. клас. яргъал, ччара; cida düşmək, cidaya düşmək яргъал хьун, ччара хьун, къакъатун; cida salmaq ччара авун, къакъудун.

    Azərbaycanca-ləzgicə lüğəti / cida
  • 2 сущ. жида; ** cidanın ucu çuvaldan çıxır кил. xoruz (xoruzun quyruğu görünür).

    Azərbaycanca-ləzgicə lüğəti / cida

cida sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

CİDA1 ə. mizraq, süngü. CİDA2 ə. bax cüda.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"cida" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#cida nədir? #cida sözünün mənası #cida nə deməkdir? #cida sözünün izahı #cida sözünün yazılışı #cida necə yazılır? #cida sözünün düzgün yazılışı #cida leksik mənası #cida sözünün sinonimi #cida sözünün yaxın mənalı sözlər #cida sözünün əks mənası #cida sözünün etimologiyası #cida sözünün orfoqrafiyası #cida rusca #cida inglisça #cida fransızca #cida sözünün istifadəsi #sözlük