İda sözü azərbaycan dilində

İda

Yazılış

  • İda • 71.9212%
  • ida • 22.6601%
  • İDA • 4.4335%
  • idA • 0.9852%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
243 İda
243 İda (/ˈaɪdə/) — Asteroid qurşağında yerləşən və Koronoid ailəsinə məxsus S sinifli asteroid. 29 sentyabr 1889-cu ildə avstriyalı astronom İohan Paliza tərəfindən kəşf edilmiş və asteroidə yunan mifologiyasında nimfalardan biri olan İdanın adı verilmişdir. 29 sentyabr 1889-cu ildə Vyana rəsədxanasında Avstriya astronomu İohan Paliza tərəfindən kəşf edilmişdir. Bu kəşf edilən 45-ci asteroid idi. İda adını həvəskar astronom və pivəbişirən Moriz von Kuffner vermişdir. İda yunan mifologiyasında Kritin nimfasıdır. Kiyotsuqu Hirayama tərəfindən Koronoid ailəsinə salınmışdır. İdanın spektrumunu 1980-ci ilin 16 sentyabrında astronomlar David Tolen və Edvard Tedesko ölçmüşdür. O gün S sinifinə aid edilmişdir. İdanın tədqiq edilməsi 1993-cü ilin əvvəllərində həyata keçirilmişdir.
İda-Virumaa
Raplamaa (est. Ida-Virumaa), və ya (est. Ida-Viru maakond) — Estoniyanın şimal-şərqində vilayətidir. Vilayətin paytaxtı Yıhvidir. Sahəsi 3 364 km², əhalisi 153 642 min nəfərdir. Vilayətin ərazisi şərqdə Rusiya ilə həmsərhəddir, cənubda Çud gölünə, şimalda isə Fin körfəzinə çıxır. Vilayətin sahəsi 3364,05 km², bu Estoniyanın ümumi ərazisinin 7,4 % təşkil edir. Yıhvi şəhəri paytaxt Tallindən 165 km məsafədədir. Vilayətin etnik mənsubiyyatı onun rusdilli əhalisinin çoxluğu ilə xarakterizə olunur. 70,8 % ruslar (123 min), 19,9 % estonlar (34 min), 2,7 % ukraynalılar, 2,8 % beloruslar, 1,4 % finlər və ingermanlandlar, 2,4 % digərləri (almanlar, tatarlar, ermənilər v.s.) Vilayət 5 şəhərdən və 15 icmadan ibarətdir.
İda Freund
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
İda Froynd
İda Froynd (d. 15 aprel 1863, Vyana, Avstriya İmperiyası – ö. 15 May, 1915, Kembric, Böyük Britaniya) – Avstriyalı kimyaçı. Böyük Britaniyada universitetdə kimya dərsi keçən ilk qadındır. İki əhəmiyyətli kimya dərs kitabı yazan İda Froynd aktiv bir sufrajet idi. İda Froynd 1863-cü ilin aprel ayının 5-də Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Kiçik yaşlarında olan anası vəfat etmişdir. Buna görə nənəsi tərəfindən böyüdülmüşdür. Dövlət məktəbində təhsil aldıqdan sonra müəllimlik sertifikatı aldı. Nənə və babası vəfat edəndən sonra 1881-də Böyük Britaniyada skripkaçı olan əmisinin yanına getdi.
İda Mayrin
İda Mayrin (30 oktyabr 1997, Kokand, Fərqanə vilayəti) — İsraili təmsil edən bədii gimnast. İda Mayrin 2016-cı ildə İsraili Olimpiya Oyunlarında təmsil etdi. Mayrin həm də I Avropa Oyunlarında iki gümüş və bir bürünc medal, Dünya və Avropa Çempionatında isə bir qızıl, iki gümüş və iki bürünc medal qazanıb. İda Mayrin 2016-cı ildə İsrail bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yuval Filo, Alona Koşevatskiy, Yekaterina Levina və Karina Lixvar ilə birgə final yarışlarında 34.549 xal topladı və 6-cı yeri tutdu.
İda Qendel
İda Qendel (ing. Ida Haendel; 15 dekabr 1928, Xelm[d] – 30 iyun 2020 və ya 1 iyul 2020, Mayami, Florida ) — Polşa mənşəli Britaniyalı skripkaçı, Britaniya imperiyasının ordeni komandiri. İda Qendel Xelm şəhərində yaşayan yahudi ailəsində doğulub. O Natan və Fela Qendellərin kiçik qızı idi. Atası rəssam və qeyri-peşəkar skripkaçı idi. İda skripkada çalmağı 3 yaşında Varşava şəhərində Meçislav Mixayloviç adlı skripkaçıdan öyrənməyə başlayır. 5 yaşında o, Betxovenin konsertini ifa etdiyinə görə, Bronislav Quberman mükafatına layiq görülür. 1953-ci ildə İda Venyavskiy adına Birinci skripkaçıların beynəlxalq müsabiqəsinin ən gənc iştirakçısı olur. Karl Fleş və Corce Eneskunun rəhbərliyi altında təkmilləşir. 1937-ci ildə Londonda Henri Vudun rəhbərliyi altında orkestrlə çıxış edir.
İda Sakston MakKinli
İda Sakston MakKinli (ing. Ida Saxton McKinley; 8 iyun 1847[…], Kanton[d], Ohayo – 26 may 1907[…], Kanton[d], Ohayo ) - ABŞ Prezidenti Vilyam Mak-Kinlinin həyat yoldaşıdır.
Azameti idarə olunan qoruğu
Azameti idarə olunan qoruğu ( gürc. აჯამეთის აღკვეთილი ) - Gürcüstanın Zestafoni Bələdiyyəsi bölgəsi, Bağdati Bələdiyyəsindəki qorunan bir ərazidir . Azametinin məşhur palıdlarını və digər yerli florasını qoruyur. Ağacların bəziləri 120 ilə 200 yaş arasındadır. Qoruq yerli faunanı da qoruyur. Azameti idarə olunan qoruğu Kutaisidən 15 km məsafədə yerləşir. İlk dəfə 1935-ci ildə yaradılıb. Qoruğun iki qorunan ərazisi var: Azameti Muxnari (3742 ha), Rioni çayı sahilində Kvirila və Xanistşali və Vartsişe arasında kütləvi (1106 ha), Hanistskalinin sol tərəfində. Sahənin 4723 hektarı palıd meşələri, 93 hektarı - vələs meşələr və 23 hektar şərq buynuzu ilə örtülmüşdür. Vartsixe'nin meşəlik ərazisi Azameti İdarə Qoruğuna daxil edilir və nadir Üçüncü dövr dövrünə aid nadir qalıqları qorumaq üçün ilk dəfə 1946-cı ildə qurulmuşdur: İmeretiya palıd və Qafqaz qarağası Dendroflora 60 növə malikdir.
Azərbaycan Xalq Cümhuriyyəti Dövlət Nəzarəti İdarəsi
Dövlət Nəzarəti İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə mülki və hərbi idarələrin, müəssisələrin, digər idarəçilik strukturlarının fəaliyyətinə nəzarət edən Hökumət orqanı. Bu orqanı formalaşdırmaq məqsədilə Bakı Nəzarət Palatası 1918-ci ilin oktyabrında DNİ adlandırılmışdır. DNİ-yə əvvəlcə xarici işlər naziri Məmməd Həsən Hacınski, sonra, müvəqqəti olaraq, yollar naziri Xudadat bəy Məlik-Aslanov, daha sonra 1918-ci il dekabrın 28-dək Əbdüləli bəy Əmircanov rəhbərlik etmişdi. İdarənin nəzdində dəftərxana yaradılmış, mülki və hərbi idarələrə, habelə dəmir yoluna dair bütün təftiş kargüzarlığı burada cəmləşdirilmişdi. Təftiş xarakterli bütün işlər DNİ-yə verilmişdi. Sonralar müstəqil nazirliyə çevrilmişdi. 1918-ci il dekabrın 28-də Məmməd Həsən Hacınski nəzarət naziri təyin olunmuş, lakin o, Paris sülh konfransına ezam olunduğundan, nazirliyə Əliağa Həsənov, 1919-cu il aprelin 15-dən dekabrın 22-dək isə Nəriman bəy Nərimanbəyli rəhbərlik etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti İşlər İdarəsi
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az-əbcəd. آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Topçu İdarəsi — Azərbaycan ordusunun topçu hissə və bölmələrinin formalaşdırılması və təlim-tərbiyəsinə, həmçinin atıcı və topşu ehtiyat əmlakının yaradılması, qorunması və qoşun hissələrinə çatdırılması işinə rəhbərlik edən hərbi qurum. Türk hərbi qüvvələri Azərbaycanda olarkən bu vəzifələr Qafqaz İslam Ordusunun müvafiq strukturları tərəfindən həyata keçirilirdi. Hərbi nazirlik bərpa edildikdən sonra 1918-ci il, noyabrın 15-də Azərbaycan ordusu ümumi qərərgahınınn tərkibində topçu şöbəsi yaradıldı və general-mayor Murad Gəray bəy Tlexas həmin şöbənin rəisi təyin olundu. Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac artırdı. Hərbi nazirin 1918-ci il, 31 dekabr tarixli əmri ilə topçu şöbəsinin bazasında Baş Topçu idarəsi yaradıldı. Yeni qurum Ümumi Qərərgahın tərkibindən çıxarılaraq birbaşa hərbi nazirə tabe edildi. Baş Topşu İdarəsinin rəisi əlahiddə Azərbaycan Korpusunun tərkibinə daxil olmayan bütün topçu hissələrinin, müəssisələrinin rəisi idi. Korpusun topçu hissələri üçün isə o, müfəttiş funksiyasını yerinə yetirirdi. İdarə rəisi həmin hissələrdə təlim-tərbiyə işlərini nəzarət altında saxlamaqla, vaxtaşırı hərbi nazirə bu barədə məlumat verməli idi. Baş Topşu İdarəsi iki bölmədən ibarət idi: I bölmə texniki II bölmə müfəttiş bölməsi Bölmələrə rəisin texniki və müfəttiş bölmələri üzrə müavinləri rəhbərlik edirdilər.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi-tibb idarəsi — Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun hissələrində tibb xidmətinin təş- kilinə rəhbərlik edən orqan. Əsası 1918 il noyabrın 15-də qoyulmuş və əvvəlcə şöbə kimi Ümumi qərargahın tərkibində fəaliyyətə başlamışdı. Azərbaycanda tibbin kifayət qədər inkişaf etmədiyi bir vaxtda hərbi-tibb idarəsinin fəaliyyəti hərbi nazirin ciddi nəzarətində olmuşdur. Nazir Səməd bəy Mehmandarovun müvafiq əmri ilə həkim A.Sulakov 1918 il noyabrın 27-də hərbi-tibb şöbəsinin rəisi təyin edildi. Həmin tarixdə daha 15 nəfər tibb işçisi orduya qəbul edilərək, müxtəlif qoşun hissələrinə təyinat aldılar. Qoşunlarda tibb xidmətinə olan ehtiyacın aradan qaldırılması üçün S.Mehmandarovun əmri ilə 1918 il dekabrın 14-də Gəncə Praporşiklər məktəbində 10 nəfərlik qəbul otağı, dekabrın 15-də Hacıqabulda yerləşən 2-ci Bakı alayında 60 nəfərlik əsgər xəstəxanası, 1919 il yanvarın 1 -də 1-ci Cavanşir piyada alayında 60 nəfərlik əsgər xəstəxanası, 2-ci Qarabağ süvari alayında 20 nəfərlik müayinə otağı, 1919 il fevralın 4-də isə Əlahiddə Zaqatala taborunun 20 nəfərlik əsgər xəstəxanası fəaliyyətə başladı. Bakı, Gəncə və Xankəndidə hərbi xəstəxanalar təşkil edildi. Gəncə hərbi xəstəxanası nəzdində bölük feldşer köməkçiləri hazırlayan 4 aylıq kurslar yaradıldı. Hərbi nazirin əmri ilə 1919 il iyulun 19-da həkim Bahadur bəy Qayıbov strukturun rəhbəri təyin olundu. Onun rəhbərliyi ilə 1919 il noyabrın 5-də Şuşada 5 nəfər zabit və 100 nəfər əsgər üçün nəzərdə tutulmuş 105 nəfərlik əsgər xəstəxanası, 1920 il yanvarın 1-də Bakı şəhərində 5-ci Bakı piyada alayının əsgər xəstəxanası, 1920 il yanvarın 13-də Xankəndidə 2-ci Qarabağ süvari alayın ın 30 nəfərlik müayinə otağı, 1920 il fevralın 1-də Xankəndidə 1-ci Cavanşir piyada alayının 30 nəfərlik müayinə otağı açılmışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Baytar İdarəsi — Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoşun hissələrində istifadə olunan atlar və qoşqu heyvanlarının bəslənilməsi, mühafizəsi, müalicəsi və bundan ötrü müəyyən edilmiş xidmətlərin icrasını təşkil edən orqan. Müstəqil struktur kimi 1919-cu ilin əvvəlində fəaliyyətə başladığı güman edilir. Hərbi-baytar idarəsi qoşun hissələrində baytar xidməti göstərirdi. Bu xidmətdən əsasən, süvari və topçu hissələrində, həmçinin piyada və təchizat bölmələrində istifadə olunurdu. 1919-cu ilin martından başlayaraq hərbi baytar idarəsinin rəhbərliyi ilə nalbəndlər hazırlayan 4 təlim dəmirçixanası açılmışdı. Həmin dəmirçixanalar 1-ci Tatar süvari alayında, 2-ci Qarabağ süvari alayında, 1-ci topçu briqadasında və nəhayət, 2-ci dağ topçu divizionunda fəaliyyətə başlamışdılar. Bunlardan başqa, hərbi-baytar idarəsinin tabeliyində baytar xəstəxanası da fəaliyyət göstərirdi. Hərbi-baytar idarəsinə baytar həkimləri Yermonski və Kvitaşvili rəhbərlik etmişlər. 1920-ci il martın 15-də hərbi nazirliyin digər təminat və təchizat strukturları kimi hərbi-baytar idarəsi də Azərbaycan ordusunun təchizat rəisinin tabeçiliyinə verildi. Azərbaycan Xalq Cümhuriyyətinin Ensiklopediyası, I cild, Bakı, 2004.
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin Ləvazimat İdarəsi — Azərbaycan ordusunun ərzaq və əsya təminatı ilə məşğul olan orqanı. Əsası 1918-ci il noyabrın 15-də Ümumi qərargahın şöbəsi kimi qoyulmuşdur. Polkovnik Seyfulla Mirzə hərbi nazirin əmri ilə ləvazimat şöbəsinin rəisi təyin edilmişdi. Qoşun hissələrinin təşkili sürətləndikcə, həmin şöbənin üzərinə düşən məsuliyyət də artırdı. Ona görə tezliklə ləvazimat şöbəsinin strukturu və səlahiyyətləri genişləndirildi, ümumi gərargahın tərkibindən çıxarılaraq idarə kimi hərbi nazirə tabe etdirildi. İdarənin rəisi vəzifəsinə polkovnik Serebrennikov təyin olundu. Qoşun hissələrinin milli geyim formasına keçirilməsi, gündəlik iaşənin milli kulinariya əsasında təkmilləşdirilməsi hərbi ləvazimat idarəsinin qarşısında dayanan başlıca vəzifələr idi. Bu vəzifələri həll etmək üçün hərbi ləvazimat idarəsinin nəzdində əlbəsə (paltar) anbarı, dəri aşılayan zavod, geyim və çəkmə emalatxanası açıldı, Azərbaycanın toxuculuq fabriklərinə hərbi xarakterli sifarişlər verildi, ərzaq təminatının yaxşılaşdırılması üçün yeni sistem tətbiq edildi. Müsabiqə yolu ilə alınmış ərzaq yeni yaradılmış Gəncə, Ağdam, Hacıqabul, Bakı, Zaqatala, Xankəndi, Qusar və Lənkərandakı ərzaq anbarlarına toplanır və buradan hissələrə paylamrdı. Polkovnik Serebrennikov 1919-cu ildə istefaya çıxdıqdan sonra, hərbi ləvazimat idarəsinin rəisi vəzifəsini bir müddət polkovnik Əlibəyov icra etdi.
Azərbaycan Xalq Cümhuriyyətinin aksiz idarələri
Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkam idarəsi
Azərbaycan Xalq Cümhuriyyətinin İstehkam idarəsi — Azərbaycan milli ordusu istehkam bölmələrinin formalaşmasına, təlim-tərbiyəsinə, istehkam və digər hərbi xarakterli tikinti işlərinin aparılmasına rəhbərlik edən orqan. 1918-ci il, noyabr 15-də Ümumi Qərargahın şöbəsi kimi yaradılmışdı. Qoşun hissələrinin təşkilinin sürətləndirilməsi ilə əlaqədar 1919-cu ilin əvvəlində İstehkam şöbəsinin strukturu və səlahiyyəti genişləndirildi. Onun bazasında İstehkam idarəsi yaradıldı və bu struktur Ümumi Qərargahın tərkibindən çıxarılaraq, hərbi nazirə tabe etdirildi. İstehkam idarəsi iki şöbədən ibarət idi: İstehkam və mənzil şöbələri. İstehkam şöbəsi idarənin şəxsi heyətinin, ordunun bütün istehkam bölmələrinin və hərbi hissələrinin istehkam ləvazimatı ilə təmin edilməsi, qala və mövqe tikililərin layihələşdirilməsi və icrası, yolların, körpülərin, maneələrin və digər istehkam qurğularının layihələşdirilməsi və qurulması, mənzil şöbəsi isə yeni hərbi düşərgələrin və bütünlüklə hərbi nazirliyin binalarının tikintisi, yenidən qurulması və təmiri, mövcud su xətlərinin bərpası və yenilərinin çəkilməsi, hərbi nazirliyin idarələri, müəssisələri və hissələri üçün binaların kirayə edilməsi ilə məşğul olmalı idi. Ümumi qərargahın tərkibindən çıxarıldıqdan sonra Topçu və İstehkam idarələrinin, həmçinin topçu və istehkam anbarlarının fəaliyyətinə nəzarət hərbi nazirin müavini Əliağa Şıxlinskiyə həvalə olunmuşdu. 1919 il avqustun 16-da polkovnik Savlin xidmətdən tərxis olunduğu üçün İstehkam idarəsinin rəisi vəzifəsini müvəqqəti olaraq mühəndis Zübeyir bəy Teymurxanov icra etdi. Həmin il avqustun 31-də bu vəzifəyə general-leytenant Tarxanov təyin olundu. 1920-ci ilin martında təchizat və təminat orqanlarında islahatların aparılması ilə əlaqədar İstehkam idarəsi Azərbaycan ordusu təchizat rəisi idarəsinin tərkibinə daxil edildi.
Azərbaycan Xalq Cümhuriyyətinin İşlər idarəsi
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası və ya Azərbaycan Cümhuriyyəti Heyəti-vükəlası (az-əbcəd. آذربایجان جمهوریهتی هیئت وکلاسی‎) — Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə ölkədə ali icraedici hakimiyyət orqanı. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası Tiflis, Gəncə və Bakıda fəaliyyət göstərdiyi dövrdə 642-dən artıq hüquqi akt qəbul etmişdir. 1918 il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildikdən sonra bəyannamənin 6-cı bəndinə uyğun olaraq, elə həmin gün Müəssislər Məclisi çağırılana qədər Milli Şura qarşısında məsul olan Azərbaycan Xalq Cümhuriyyətinin müvəqqəti hökuməti kimi yaradılmışdı. Böyük Nazirlər Şurasına hökumət başçısı sədrlik edirdi. Fətəli xan Xoyski 11 nazirlikdən ibarət olan ilk müvəqqəti Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra burada Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci müvəqqəti Hökumətin tərkibinə yenə də 11 nazirlik daxil idi. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1918 il dekabrın 7-də açılan 1-ci iclasında Fətəli xan Xoyski öz hökumətinin fəaliyyəti barədə hesabat verərək, hökumətin istefasını qəbul etməyi xahiş etmişdi. Parlament müvəqqəti hökumətin istefasını qəbul edərək, 3-cü hökumətin də təşkilini F.Xoyskiyə tapşırmışdı. Həmin il dekabrın 26-da F.Xoyski 14 nazirlikdən ibarət yeni hökumət kabinəsi təşkil etmişdi.
Balaxanı-Sabunçu Polis İdarəsi
Balaxanı-Sabunçu Polis Meysterliyi və ya Balaxanı-Sabunçu Polis İdarəsi — Bakı şəhərinin Balaxanı-Sabunçu ərazisindəki neft mədənlərini mühafizəsini təmin edən Azərbaycan Xalq Cümhuriyyətinin polis qurumu. Polis meysterliyi XIX əsrin sonunda Bakıda neft sənayesinin sürətlə inkişaf etdiyi bir vaxtda, 1897-ci ildə yaradılmışdır. Qurum, 17 aprel 1917-ci il tarixində Bakı Xalq Komissarları Soveti polismeysterliyi tərəfindən ləğv edilmişdir. Qurum, Bakı Qafqaz İslam Ordusu tərəfindən azad olunduqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə yenidən bərpa edilmiş, şəhərin neft mədənləri rayonlarında qayda yaradılması ona həvalə olunmuşdu. Polis meysterliyinin ərazisi 7 polis məntəqəsinə (Sabunçu, Ramana, Zabrat, Balaxanı, Suraxanı, Binəqədi, Corat) bölünmüşdü. Məntəqələrə pristavlar başçılıq edirdilər 1920-ci il mayın 14-də Bakı İnqilab Komitəsinin qərarı və Bakı Şəhər Milis İdarəsinin əmri ilə Balaxanı-Sabunçu Polismeysterliyi ləğv edilib, Balaxanı-Sabunçu Milis idarəsi adlandırılıb. Bununla belə, xidməti ərazisinin böyüklüyü və xüsusi əhəmiyyəti nəzərə alınaraq, Bakı Şəhər və Qəza Milis İdarəsinə tabe edilməklə ona müəyyən müstəqillik verilib. Polis meysterliyi, Azərbaycan kinosunun pioneri olan Aleksandr Mişonun Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları adlı qısametrajlı sənədli filminin diqqət mərkəzidir. Balaxanı-Sabunçu Polis Meysterliyi // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild.
Balaxanı-Sabunçu Polis İdarəsi Süvari Qorodovoylarının At Oynatmaları (1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları (film, 1898)
Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları ― qısametrajlı sənədli filmi rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Kinosüjetdə polislərin atla təlim keçmələri göstərilmişdir. Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10-11.
Balıq Sənaye İdarəsi
Balıq sənaye idarəsi — balıq ovu, xəzinə və töycü rüsumlarının artmasına nəzarət və rəhbərlik edən qurum. 1880-ci il aprelin 20-də yaradılmış, 1918-ci il iyulun 4-də Bakı Xalq Komissarları Soveti Xalq Təsərrüfatı Şurasının qərarı ilə ləğv edilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Bakıya köçdükdən (1918-ci il 17 sentyabr) sonra Balıq sənayesi idarəsi öz fəaliyyətini ilk növbədə baxımsızlıqdan tənəzzülə uğrayan vətəgələrin bərpasına yönəltmişdi. Bankə vətəgəsi də Hökumətin 1918-ci il 30 avqust tarixli qərarına əsasən, bütün varidatı ilə birlikdə müsadirə edilmiş və 1919-cu il yanvarın 1-dək xəzinə ilə imzalanmış müqaviləyə əsasən, 1920-c il iyunun 1-dək xüsusi şəxsə, çay və göllərdəki digər məntəqələr isə hərrac vasitəsilə icarəyə verilmişdi. Balıq sənayesi idarəsi 1919-cu il oktyabrın 15-də xəzinəyə məxsus 44 siyənək ovu məntəqəsini 1920-ci il yanvarın 1-dən 6 il müddətinə icarəyə vermək barədə qərar qəbul etmişdi. Bundan əlavə, idarə xəzinənin xeyrinə rüsumların artmasına, xəzinə gəlirlərinin töycü hesabına çoxalmasına səbəb ola biləcək bir sıra tədbirlər görmüşdü.
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi
“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi haqqında Əsasnamə”nin, “Yanğın təhlükəsizliyi sahəsində xidmətlərin və işlərin görülməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları”nın təsdiq edilməsi və "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyinin təmin edilməsi məsələləri haqqında" 1998-ci il 6 iyul tarixli qərarı ilə DİN BDYTİ-nin Əsasnaməsi təsdiq olundu.Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasmın Fövqəladə Hallar Nazirliyi yaradılmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi həmin nazirliyin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi insanların həyatını və sağlamlığını, milli sərvəti yanğınlardan qorumaq, Azərbaycan Respublikasında yaşayış məntəqələrinin, eləcə də təşkilati-hüquqi formasından asılı olmayaraq idarələrin, müəssisələrin, təşkilatların yanğın təhlükəsizliyinə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi məqsədi ilə yaradılmışdır. Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əsas vəzifələri bunlardır: yanğın təhlükəsizliyi sahəsində dövlət tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsinin təşkili; yanğınlarla mübarizənin səmərəliyini yüksəltmək; respublika məqsədli proqramların yerinə yetirilməsinin həyata keçirilməsi; dövlət yanğın təhlükəsizliyi standartlarının, normalarının, qaydalarının və yanğın təhlükəsizliyinə dair normativ sənədlərin hazırlanması, təsdiqi və icrasının təmin edilməsi; dövlət yanğından mühafizənin, yanğın-texniki, elmi-tədqiqat və tədris müəssisələrinin saxlanması xərclərinin icrasını həyata keçirmək; Azərbaycan Respublikasında dövlət yanğın nəzarətini aparmaq; şəhərlərin, rayonların və digər yaşayış məntəqələrinin və müəssisələrin yanğından mühafizəsini və yanğın təhlükəsizliyi sahəsində digər işləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təşkil etmək və yerinə yetirmək; yanğınların qarşısının alınması işini təkmilləşdirm ək; respublikada yanğına qarşı mülki müdafiə xidmətini təşkil etmək və ona rəhbərliyi həyata keçirmək; yanğın profilaktika tədbirlərinin və müəyyən olunmuş yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsinə nəzarət etmək; yanğından mühafizənin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan yanğından mühafizənin məcburi qaydada yaradıldığı müəssisələrin siyahısını hazırlamaq və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə təqdim etmək; yanğınların və onların nəticələrinin vahid statistik uçotunu aparmaq; yanğından mühafizə üçün kadrların hazırlanması, yenidən hazırlıq keçməsini və ixtisasının artırmasını təmin etmək; yanğından mühafizə fondlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təkliflər vermək; müəyyənləşdirilmiş normalara uyğun olaraq yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilən yanğından mühafizə növlərinin yaradılması barədə məsələ qaldırmaq; yanğınların söndürülməsi və onlarla əlaqədar olan təxirəsalınmaz xilasetmə işlərini həyata keçirmək; yanğından mühafizə növlərinin yanğın və xüsusi texnika, geyim və ləvazimatlarla təmin etmək.
Baş Dövlət Yol Polisi İdarəsi
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi Dövlət avtomobil müfəttişliyi 1936-cı ildə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin qərarı ilə yaradılaraq, Daxili İşlər Xalq Komissarlığının tabeliyinə verilmişdir. Bundan əvvəl müfəttişliyin fəaliyyəti, avtomobil nəqliyyatı və şose yolları idarəsinin mülki formada olan əməkdaşları tərəfindən aparılırdı. Dövlət avtomobil müfəttişliyinin əsas vəzifəsi ilk növbədə yol hərəkətində nizam-intizam yaratmaq, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, nəqliyyat vasitələrinin qeydiyyatını aparmaq idi. Respublikanın rayonlararası, kənd və qəsəbələri birləşdirən yolların örtüyü bərkidilməmişdi. 1936-cı ildən başlayaraq "Küçə hərəkəti qaydaları" Şəhər və Vilayət Zətmətkeş Deputatları Sovetlərinin qərarlarına əsasən tərtib olunurdu. Bu səbəbdən də yerli qaydalar bir-birlərindən fərqlənirdi. 1941–1942-ci illərdə isə Respublika Dövlət Avtomobil Müfəttişliyininə Əhliman Hüseynov rəhbərlik etmiş, 1942–47-ci illərdə Bakı şəhərinin hərbi komendantı olmuşdur. 1957-ci ildə yeni redaksiyada "Yol hərəkəti qaydaları" təsdiq olundu. 1960-cı ildə "Küçə hərəkəti qaydaları" bir daha dəyişdirilərək "SSRİ-nin küçə və yollarında hərəkət qaydaları" təsdiq olundu. Bu qaydalar əvvəlkilərdən fərqli olaraq SSRİ ərazisi üçün vahid normativ sənəd oldu.
Baş Kəşfiyyat İdarəsi (Rusiya)
Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление — ГРУ) — Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı. Rəsmi adı — Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi 44388 saylı hərbi hissəsi. BKİ Baş Qərargah rəisinə və müdafiə nazirinə tabedir. Suilahlı Qüvvələrin marağına uyğun bütün növ kəşfiyyatla məşğul olur — agentura şəbəkəsi, kosmik və radioelektronika kəşfiyyatı. XVI əsrdə Rusiyada kəşfiyyat aparan və təşkil edən ilk mərkəzi idarəetmə orqanları meydana çıxır ki, bu da dövlət rəhbərliyinin düşmənin niyyətləri və məqsədləri barədə məlumatlılığının artmasına səbəb olur. 1654-cü ildə çar Aleksey Mixayloviçin Fərmanı ilə kəşfiyyat idarəçiliyinin cəmləşdiyi gizli işlər əmri yaradılmışdır. I Pyotr 1716-cı ilin hərbi Nizamnaməsində ilk dəfə olaraq kəşfiyyat işi üçün qanunvericilik və hüquqi bazanı yaradır. XVIII əsrin sonu — XIX əsrin əvvəllərində hərbi əməliyyatların güclənməsi kəşfiyyat qarşısında yeni vəzifələr qoyur, onun səlahiyyətlərinə isə yeni qüvvə və vasitələr cəlb olunur. Rusiya hərbi kəşfiyyatının daimi fəaliyyət göstərən mərkəzi orqanının təşkilinə isə Rusiyanın 1805-ci ildən Napoleon Fransası ilə apardığı qanlı müharibələr həlledici təkan verib.
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi
Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosu (ing. United Nations Office on Drugs and Crime) (UNODC) Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Narkotiklərə Nəzarət Proqramının (UNDCP) və Cinayətlərin qarşısının alınması və Cəza Ədaləti şöbələrinin 1997-ci ildə Birləşmiş Millətlər Təşkilatının Vyanadakı Ofisində birləşdirilməsi nəticəsində yaradılan bir ofisdir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Qrupunun üzvüdür və 2002-ci ildə Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətkarlıqla Mübarizə Ofisi olaraq yenidən adı dəyişdirilmişdir. Əsas mərkəzi Vyanada yerləşən ofisin dünya üzrə 1500 nəfər işçisi mövcuddur. Avstriya ilə birlikdə 21 sahə ofisi olan təşkilatın, biri Brüsseldə, digəri New Yorkda olmaqla iki əlaqə ofisi də mövcuddur. Ofisə Birləşmiş Millətlər Təşkilatının Baş Katibliyi tərəfindən təyin olunmuş icraçı direktor rəhbərlik edir. İcraçı direktoru İngiltərənin Rusiyadakı keçmiş səfiri Yuri Fedotovdur. Fedotov bu vəzifəni 2002-ci ildən 12 iyul 2010-cu il tarixinədək ofisin keçmiş icraçı direktoru olan Antonio Maria Costadan almışdır. Ofisin uzunmüddətli hədəfləri arasında dövlət, ictimai qurum və təşkilatlar arasında narkotik, cinayət, terrorizm və korrupsiya mövzularında paylaşılan məlumatları maksimum dərəcədə artırmaq və bu mövzularda qlobal, milli və sosial səviyyələrdə ictimaiyyətin məlumatlılığını artırmaqdır. Ofisin maliyyələşdirilməsinin 90% -i hökumətlərin könüllü yardımlarından ibarətdir.
Biznes idarəçiliyi
Biznesin idarə edilməsi biznesin idarə olunmasını öyrədən elm sahəsidir. O, biznes əməliyyatlarına nəzarətin bütün aspektlərini əhatə edir. O, həmçinin idarəetmə və liderlik baxımından mühasibat uçotu, maliyyə, layihənin idarə edilməsi və marketinqi əhatə edən sahələri də əhatə edir. Henri Fayol (1841-1925) menecerin bu “funksiyalarını” “idarəetmənin beş elementi” kimi müəyyən etmişdir.
Brend idarəçiliyi
Brend idarəçiliyi — sahibləri və müştəriləri tərəfindən brendin idarə edilməsi (potensial olanlar da daxil olmaqla). Nəzarət, məqsədyönlü müşahidə və obyektə təsir prosesi kimi başa düşülür: hədəf dəyişikliyi / obyekti dəyişdirməkdən imtina. Məqsəd, brend aktivlərini artırmaq, brend potensialını (ing. brand potential) artırmaqdır. Brend idarəçiliyi bir neçə əsas sahəni özündə birləşdirir: brend idarəetmə nəzəriyyəsi; strateji brend idarəçiliyi; korporativ brend idarəçiliyi (ing. portfolio management); brend idarəetmə prosesi - əlavə şirkət mənfəəti əldə etmək üçün bir vasitə kimi brendləşdirmə. Ayrıca, brend idarəçiliyi, müəyyən bir brend və ya marka portfelinə aid bir təşkilatın marketinq fəaliyyətinin planlaşdırılması və ümumi koordinasiyasından ibarətdir. İqtisadi nəzəriyyənin inkişafının ilkin mərhələsində, eramızdan əvvəl IV əsrə qədər, Qədim dünyada (Misir, Babilistan, Hindistan, Çin və s.) idarəetmə sistemlərinin inkişafı faktı ən qədim işarə sistemlərində öz əksini tapmışdır və onları tematik heroqliflərin daimi bir komplikasiyası şəklində izləmək olar. Təkamül yazma prosesi: sadə (qrafiklərdən) kompozitə (kompleksə). "Nəzarət" mücərrəd mənalı hiyeroglif işarəsi bir neçə minilliklər əvvəl ortaya çıxdı.
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı
Danimarka Ticarət və İdarə İşçiləri Həmkarlar İttifaqı Təşkilatı (dan. Handels- og Kontorfunktionærernes Forbund) — Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatlardan biri. Danimarka Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan ən böyük təşkilatlarından biridir. Onun 363 min üzvü var. Onların 75 %-ni qadınlar təşkil edir. İttifaqın sıralarında əsasən kargüzarlıq, informasiya və kommunikasiya sahəsində laboratoriyalarda çalışanlar və texniki işçilər birləşir. Təşkilatın 25 yerli komitəsi fəaliyyət göstərir.
Demokratik idarəetmə
Demokratiya (yun. demos — xalq və yun. kratos — hakimiyyət), Elərkillik cəmiyyətin siyasi təşkili forması; xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Demokratiyanın əsasını şəxsiyyətin azadlıq hüququ, insanın şəxsiyyətinə hörmət təşkil edir. Ümumdünya insan haqqları Bəyannaməsinin müqəddiməsində oxuyuruq: "… bəşəriyyət dediyimiz bir ailənin bütün üzvlərinin ləyaqətinə, onların bərabər və ayrılmaz hüquqlarına hörmət etmək azadlığın, ədalətin və ümumi sülhün əsasını təşkil edir". Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən və silkindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Lakin bərabərlik sözünü geniş mənada başa düşmək lazımdır: bu, həm imkanların bərabərliyidir, həm qanun qarşısında bərabərlikdir, həm də nümayəndəlik bərabərliyidir. Demokratiyadan danışarkən biz, hər şeydən əvvəl, insanın müəyyən (ayrı-ayrı ölkələrdə müxtəlif) mexanizmlərin vasitəsilə dövlətin idarə edilməsində iştirakını, bu və ya digər kollektivin bərabər hüquqlu üzvü olmasını, öz mövqeyini ifadə etmək və eşidilə bilmək imkanını nəzərdə tuturuq. Bu o deməkdir ki, demokratiyanı seçərkən biz bütün vətəndaşların bərabərliyinə inam hissindən çıxış edirik.
Divan (idarə)
Divan (fars. دیوان‎) — bir sıra tarixi İslam dövlətlərində icra və qanunvericilik hakimiyyətinin ali orqanı, habelə bu orqanın rəhbərinin adı. "Divan" islam mədəniyyətində müxtəlif mənalı söz olmuşdur. Bu, əvvəlcə ərəb istilalarıın ilk dövründə xəlifə Ömərdən başlayaraq dövlət gəlirlərinin qeydə alındığı, siyahıların saxlanıldığı yer idi. Bundan sonra, Əməvilər və Abbasilər dövründə vergilər və maliyyə işləri ilə məşğul olan dövlət idarəsi idi. "Divan" termini digər hökumət idarələrində də tətbiq edilirdi. Osmanlı imperiyasında böyük vəzirdən, müftidən və başqa vəkillərdənn ibarət dövlət şurası olmuşdur. Dunay knyazlıqları Moldaviya və Valaxiyada dövlət şurası, ali məsləhətçi və icraçı orqan idi. Rumıniya 1859-cu ildə yarananadək Buxarestdə, Krayovada və Yassıda ali məhkəmə orqanları da divan adlandırılırdı. Divan idarə sistemi erkən orta əsrlərdən Azərbaycanda da mövcud olmuşdur.
Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi (Azərbaycan)
Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi — Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatına verilmiş funksiyalar agentlik vasitəsilə həyata keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanda Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin yaradılacağı qeyd edilib. Fərmanla Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə təsdiq edilib. Fərmanda bildirilib: Azərfoto Səyahət agentliyi Prezident yeni agentlik yaratdı Yeni Dövlət Agentliyi yaradıldı.
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri
Dəmiryolu nəqliyyatında idarəetmə sistemləri - Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır. Ddarəetmə obyekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir və bu sistemlər dəmiryolu nəqliyyatında idarəetmə sistemlər əsasını təşkil edir. Obyektin idarə olunması elə bir təsir vasitəsidir ki, burada baş verən prosesin gedişinin lazımı formada təmin olunması və ya onun vəziyyətinin əlverişli istiqamətdə dəyişdirilməsini təmin edir. İdarəetmə obyekti dedikdə müxtəlif növ texniki qurğular,texnoloji proseslər,robototexniki komplekslər və s.nəzərdə tutulur.İdarəetmədə insan əməyindən istifadə olunarsa belə idarəetmə avtomatlaşdırılmış idarəetmə,insan əməyi olmadan aparılan idarəetmə isə avtomatik idarəetmə adlanır.Obyektin idarə olunmasında istifadə olunan texniki qurğular idarəedici qurğular adlandırılır.idarəetmə obtekti ilə idarəedici qurğu birlikdə avtomatik idarəetmə sistemini (AİS) təşkil edir. Bütün idarəetmə sistemləri açıq və qapalı olmaqla iki qrupa ayrılır. İdarəetmə texnikasının inkişafının ilk pillələrində praktiki olaraq onun ancaq bir növü mövcud idi,bu da tənzimlənən parametrin verilmiş sabit qiymətində saxalanılmasından ibarət idi.Lakin texnikanın bütün sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq idarəetmənin və tənzimləmənin dəqiqliyə,keyifiyyətinə,etibarlılığına olan təlabat artır.Buna görə də idarəetmənin mövcud olan aşağıdakı növlərini öyrənilməsi vacibdir. İdarə edilən və ya tənzimlənən parametrin verilmiş qiymətdə saxlanılmasına deyilir.Tənzimləmə meyl etməyə uyğun aparıldıqda onu azaltmaq üçün statik xarakterisikaya malik olan tənzimləyicilərdən isitifadə etmək lazım gəlir. Verilmiş funksionallaşma alqoritminə əsasən X0-verən proqram vericisi ilə icra olunan idarəetməyə deyilir.Zaman proqramalı idarəetmə sistemlərininin iki əsas formasından istifaə edilir.;a) zaman proqramalı sistemlər;b)fəza proqmalı sistemlər. Zaman proqramalı sistemdə proqram vericisi birbaşa X0 funksiyasını yaradır.Belə sistemlərə misal olaraq saat mexanizminin hərəkətini ,müntəzəm gdişli mühərriki,bərkidici sobalarda temperaturun dəyişməsini,mexanizmli oyuncaqları,maqnitafonları və s. Fəza proqramalı idarəetmə metal emalı dəzgahların proqramla idarəetmə sistemlərində istifadə olunur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.67 dəfə / 1 mln.
2003 ••••••• 0.79
2004 ••• 0.34
2006 •••• 0.45
2007 ••••••••••• 1.27
2008 ••••••••••••• 1.46
2009 •••••••••••••••••••• 2.40
2010 ••• 0.27
2011 •• 0.17
2012 •••••••••• 1.12
2013 ••••• 0.58
2014 •••••••• 0.86
2015 •••••• 0.68
2016 ••• 0.35
2017 ••• 0.33
2018 ••• 0.30
2019 •••• 0.42
2020 ••••• 0.53

ida sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

İDA’ ə. öz malının mühafizəsini başqasına tapşırma.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qax) ana

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ida" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ida nədir? #ida sözünün mənası #ida nə deməkdir? #ida sözünün izahı #ida sözünün yazılışı #ida necə yazılır? #ida sözünün düzgün yazılışı #ida leksik mənası #ida sözünün sinonimi #ida sözünün yaxın mənalı sözlər #ida sözünün əks mənası #ida sözünün etimologiyası #ida sözünün orfoqrafiyası #ida rusca #ida inglisça #ida fransızca #ida sözünün istifadəsi #sözlük