idarələri sözü azərbaycan dilində

idarələri

Yazılış

  • idarələri • 94.0502%
  • İdarələri • 5.8952%
  • İDARƏLƏRİ • 0.0546%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yunanıstanın desentralizasiya idarələri
Desentralizasiya idarələri (yun. Αποκεντρωμένη Διοίκηση, η) — Yunanıstanın inzibati vahidi. 2011-ci ildə Kallikratis proqramı çərçivəsində yaradılan dövlət hakimiyyətinin regional bölmələri və inzibati bölmənin bir hissəsidir. Cəmi 7 desentralizasiya idarəsi yaradılmışdır və hər birinin tərkibinə 1-dən 3-ə qədər periferiya daxil edilmişdir. Mərkəzdən kənarlaşdırılan idarəyə AEP-dən Peponys Akt (2190/1994) tərəfindən seçilən və Daxili İşlər Nazirliyi tərəfindən təyin olunan koordinator (baş katib) rəhbərlik edir.
Azərbaycan Xalq Cümhuriyyətinin aksiz idarələri
== Tarixi == Dövlətin müstəqil maliyyə-iqtisadi mexanizminin yaradılması məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1918 il oktyabrın 8-də qəbul etdiyi qərar. Həmin qərara əsasən Zaqafqaziya Aksiz İdarəsinin Azərbaycandakı müvafiq qurumları ləğv edilmiş, əvəzində üç aksiz idarəsi yaradılmışdı: biri Gəncədə yerləşməklə, Gəncə quberniyası və Zaqatala mahalı üzrə, ikisi isə Bakıda yerləşməklə Bakı quberniyası üzrə ümumi aksiz və neftdən rüsumlar toplayan aksiz idarələri. Baş Aksiz İdarəsi Maliyyə Nazirliyinin nəzdində idi. Hökumətin həmin qərarına əsasən, Azərbaycan ərazisinə aid olan bütün ümumi və özəl işlər Tiflisdə yerləşən Zaqafqaziya Aksiz İdarəsindən alınaraq, Cümhuriyyətin müvafiq idarələrinin səlahiyyətinə verildi. Ölkənin öz aksiz idarələrinin yaradılması barədə qərar və bu qərarın yerinə yetirilməsi Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində həyata keçirdiyi mühüm addımlardan biri idi. == Qurumlar == === Bakı Aksiz İdarəsi === Azərbaycan Xalq Cümhuriyyətində gəlir mənbələrini möhkəmləndirmək məqsədilə yaradılmış qurum. Hökumətin qərarı ilə 1918 il oktyabrın 8-də, Zaqafqaziya Aksizlər İdarəsinin ləğv olunmuş 3-cü dairəsinin əvəzində yaradılmışdı. 3 sahəyə, sahələr isə rayonlara bölünürdü. İdarə yaradılana qədər spirtli içkilərin satışı və istehlakı qadağan olunmuşdu. 1919 il avqustun 24-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə qadağan götürüldü və Azərbaycan ərazisində spirtli içkilərin sərbəst satışına icazə verildi.
Azərbaycanda borc-bank idarələri (XX əsrin əvvəlləri)
Azərbaycanın bank sistemi — "Banklar haqqında" qanunla tənzimlənir. Qanunvericiliyə əsasən ölkənin bank sistemi ikipilləlidir – Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir. Əsas pilləni təmsil edən Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanun, Mülki Məcəllə və digər normativ hüquqi aktlarla tənzimlənir. Qanunvericiliyə uyğun olaraq Mərkəzi Bank – bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir. Bank sisteminin ikinci pilləsini kredit təşkilatları təşkil edir. Kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, "Banklar haqqında" qanun, Mülki Məcəlləsi, "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Bank olmayan kredit təşkilatları haqqında" və "Kredit İttifaqları haqqında" qanunlar və s. normativ hüquqi aktlarla tənzimlənir. Bank sektorunun inkişafı səviyyəsini cəmi aktivlərin ÜDM-ə nisbəti ilə də ölçmək olar. Ekspertlərin hesablamalarına görə, iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkələrdə bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı 5%-i ötmür. Azərbaycanda bank sektorunun cəmi aktivlərinin ÜDM-də payı təxminən 32%-ə bərabərdir.

"idarələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#idarələri nədir? #idarələri sözünün mənası #idarələri nə deməkdir? #idarələri sözünün izahı #idarələri sözünün yazılışı #idarələri necə yazılır? #idarələri sözünün düzgün yazılışı #idarələri leksik mənası #idarələri sözünün sinonimi #idarələri sözünün yaxın mənalı sözlər #idarələri sözünün əks mənası #idarələri sözünün etimologiyası #idarələri sözünün orfoqrafiyası #idarələri rusca #idarələri inglisça #idarələri fransızca #idarələri sözünün istifadəsi #sözlük