İza sözü azərbaycan dilində

İza

Yazılış

  • İza • 60.6061%
  • iza • 24.2424%
  • İZA • 9.0909%
  • iZA • 6.0606%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Donna İzabel de Rekesensin portreti
Neapol vitse-kraliçası Donna İzabel de Rekesensin portreti (it. Portrait of Doña Isabel de Requesens y Enríquez de Cardona-Anglesola — əvvəllər Paliano hersoginyası Covanna d’Araqonanın təsvir edildiyinə inanılan, 1518-ci ildə yağlı boya ilə çəkilmiş portretdir. Müxtəlif tədqiqatçılar tərəfindən əsər gah Rafaelə, gah Culio Romanoya, gah da Rafael məktəbindən olan başqa bir rəssama aid edilmişdir; hazırda əsərin Rafaelin eskizi əsasında Culio Romano tərəfindən çəkildiyinə inanılır. Əsər hazırda Parisdəki Luvr muzeyində sərgilənir. Neapol vitse-kraliçasının portreti, gözəl qadın portretlərini kolleksiya edən Fransa kralı I Fransiskə Papa X Lev adından hədiyyə edilməsi üçün Kardinal Bernardo Dovizi Bibbiena tərəfindən 1518-ci ildə Rafael Santiyə sifariş edilmişdi. Pyer de Burdeyl Brantom portretdə Covanna d’Araqonanın (1502–1575) təsvir edildiyini qeyd etmişdir; 1997-ci ildə aparılmış tədqiqat nəticəsində müəyyən edilmişdir ki, portretdə 1509–1522-ci illərdə Neapol vitse-kralı olmuş Ramon de Kardonanın həyat yoldaşı İzabel de Rekesens təsvir edilmişidr.Vazarinin məlumatına görə, Rafael gənc köməkçilərindən biri olan Culio Romanonu Neapola göndərərək subyektin üzünü çəkməyi tapşırmışdır ; Rafaeldə Culio Romanoya etdiyi sifarişlə bağlı sənəd qalmışdır. Portretdəki üz dəyişdirilmişdir; əks halda Vazarinin təsviri Culio Romano və Rafael tərəfindən çəkilmiş və "Araqonlu İzabella Mona Liza kimi" adlandırılan, Neapollu İzabella adlandırılan Milan hersoginyası Araqonlu İzabellanın təsvir edildiyi portretə də aid edilə bilər. Sonradan ehtimal ki, həm də Araqonlu İzabellanın portreti üçün istifadə edilmiş Donna İzabel de Rekesensin portretinin eskizinin kim tərəfindən işlənməsi haqqında müxtəlif fikirlər vardır; Luitpold Dassler əsəri Culio Romanonun fırçasına aid edir. Lakin, hazırda hər iki əsərin eskizlərinin Rafael tərəfindən hazırlanması ehtimal edilir, I Fransiskin kolleksiyasına daxil olan Leonardo da Vinçinin "Mona Liza"sına vizual istinadlara görə onlar Rafaelin Cakondaları adlandırılırlar. Araqonlu İzabellanın portretinin kopya olması ehtimalı da vardır ; belə ki, əsərə sahib olan Romadakı Doria-Pamfili qalereyası onu Rafaelin əsərinin kopyası kimi təqdim edir.
Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
Geomorfoloji terminlərin izahlı lüğəti (AMEA)
Geomorfoloji terminlərin izahlı lüğəti — 2012-ci ildə "Elm" nəşriyyatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası akad. H. Ə. Əliyev adına Coğrafiya İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilən kitab (ISBN 978-9952-453-14-0). Üç dildə (Azərbaycan, rus, ingilis) 3000-ə qədər sözlüyü əhatə edən geomorfoloji lüğətdə terminlərin izahı Azərbaycan dilində, mətnin axırında isə terminlərin rus və ingilis variantları verilmişdir. Terminlər Azərbaycan əlifbası sırası ilə düzülmüşdür.
II İzabella
II İzabella (isp. María Isabel Luisa de Borbón y Borbón-Dos Sicilias) (10 oktyabr 1830[…], Madrid – 9 aprel 1904[…], Paris) — İspaniya kraliçası. Atası İspaniya kralı VII Ferdinand, anası isə İki Siciliya kralı I Fransiskin qızı Mariya Kristinadır. Hələ 3 yaşında ikən atasının ani vəfatının ardından İspaniya kraliçası elan edildi. Ancaq onun taxta çıxması əmisi İnfant Karl İsidros tərəfindən tanınmadı və beləcə ölkədə vətəndaş müharibəsi başladı. 1833–1840-cı illərdə anası Mariya Kristinanın, növbəti 3 ildə isə ordu generalı Baldomerin naibliyi ilə ölkə idarə edildi. Bu müddət ərzində ölkədə mütləq monarxiyaya son qoyulmuş, 1834 və 1837-ci illərdə qəbul edilən qanunla konstitusiyalı monarxiyaya keçilmişdi. 1844-cü ildə hakimiyyəti ələ alan II İzabellanın səltənəti intriqalarla keçdi. Nəticədə 1868-ci ildə baş tutan inqilabla taxtdan devrildi və ailəsiylə birlikdə Fransaya qaçdı. 1870-ci ildə rəsmi olaraq taxtdan çəkildiyini elan etdi.
Kastiliyalı I İzabella
Kastiliyalı I İzabella (isp. Isabel I la Católica; 22 aprel 1451 – 26 noyabr 1504) — Kastiliya və Leon kraliçası, Araqon kralı Ferdinandın xanımı, Araqon kraliçası. Taxt uğrunda apardığı mübarizənin ardından İzabella hökumət sistemini yenidən tənzimlədi və krallığın qardaşı dönəmindən qalan borclarını azaltdı. 1469-cu ildə Ferdinandla baş tutan evliliyi bugünkü İspaniyanın yaranmasına şərait yaratdı. İzabella və Ferdinand rekonkista əməliyyatını tamamladıqları, İspaniyadakı müsəlman və yəhudiləri sürgün etdikləri, Xristofor Kolumbun 1492 səfərini dəstələdikləri və maliyyələşdirdikləri ilə tanındılar. İzabella və əri Ferdinand Papa VI Aleksandr tərəfindən "Katolik monarx" ünvanı aldılar və 1974-cü ildə Roma-Katolik kilsəsi tərəfindən "Tanrının xidmətçisi" olaraq elan edildilər. İzabella 22 aprel 1451-ci ildə Kastiliya kralı II Con və ikinci xanımı Portuqaliyalı İzabellanın yeganə qızı olaraq Avilada dünyaya gəldi. Dünyaya gəlişiylə özündən böyük ögey qardaşı Henridən sonra taxt sırasında ikinci yeri tutdu. Üstəlik o əsnada 26 yaşlı Henri evli olsa da, övladı yox idi. 2 il sonra qardaşı Alfonsonun dünyaya gəlişiylə taxt sırasında üçüncü yerə düşdü.
Kastiliyalı İzabella
Kastiliyalı İzabella (d. aft.
Kastilyalı İzabella
Kastiliyalı İzabella (d. aft.
Kastilyalı İzabella (York hersoqinası)
Kastilyalı İzabella (ing. Isabella of Castile; 1355, Tordesilyas[d], Kastiliya və Leon – 23 dekabr 1392) — Kastiliya kralı I Pyotrun və xanımı Mariya Padillanın qızı. Bacısı Konstansanın İngiltərə kralı III Eduardın oğlu Gentli Conla evlənməsinin ardından İzabella da, kralın digər oğlu Edmond Lanqli ilə evləndirildi. Cokayne, George Edward (1959). The Complete Peerage, edited by Geoffrey H. White. XII(2). London: St. Catherine Press. Harriss, G.L. (2004). Richard, earl of Cambridge (1385–1415).
Kiprli İzabella
İzabella de Luzinyan (fr. Isabelle de Lusignan) və ya Kiprli İzabella (təq. 1216, Kipr, Akrotiri və Dekeliya – 1264) — Antioxiya şahzadəsi, Yerusəlim krallığının regenti. İzabella Kipr kralı I Hüqo və Şampanlı Alisanın qızı idi. O, 1223-cü ildə Antioxiya şahzadəsi və Tripoli qrafı Henri de Puatye ilə evlənmişdir. Onların Hüqo adlı oğlu və Marqarita adlı qızı olmuşdur. İzabella 1263-cü ildə Yerusəlim krallığının regenti olmuşdur. Öz növbəsində, Əkka şəhərində öz əri Henrini bayli təyin etmişdir. O, 1264-cü ildə oğlu Hüqo Yerusəlim krallığının baylisi olduqdan sonra Kiprə qayıtmış və orada vəfat etmişdir. Edbury, Peter W. The Kingdom of Cyprus and the Crusades.
Koimbralı İzabella
Koimbralı İzabella (port. Isabel de Coimbra) (1 mart 1432, Portuqaliya – 2 dekabr 1455) — Portuqaliya kralı V Afonsonun ilk xanımı, Portuqaliyanın kraliça-konsortu. İzabella 1432-ci ildə dünyaya gəldi. Atası Portuqaliya kralı I Conun oğlu İnfant Pyotr, anası isə Araqon kralı IV Pyotrun nəvəsi Kataloniyalı İzabelladır. Atası İnfant Pyotr azyaşlı kral V Afonsonun taxt naibi idi. Rəvayətə görə, eyni yaşda olan İzabella və kral V Afonso bir-birini çox sevirdi. Bu səbəblə 1445-ci ildə cütlük nişanlandı. Ancaq bu nişan kralla qohum olmaq istəyən ögey əmisi Braqanzalı Afonsonun etirazına səbəb oldu. Etirazlara baxmayaraq, cütlük 6 may 1447-ci ildə evləndi. Cütlüyün bu nikahdan 3 övladı dünyaya gəlsə də, ilk övladı 1 ay sonra vəfat etdi.
Kraliça İzabella portretli 25 sent
Kraliça İzabellanın portreti ilə olan 25 sent - gümüş sikkə, eyni zamanda I İzabella dörddə biri ( ing. Isabella quarter). Dolların dörddə birini təşkil edən gümüş sikkə 1893-cü ildə ABŞ - ın Çikaqo Dünya Sərgisində iştirak etməyi münasibətilə buraxılıb. Sikkə ön tərəfində portreti yerləşdirilmiş Kastiliya Kraliçası İzabella -nin şərəfinə adlandırılmışdır. Sikkə bir sıra xüsusiyyətlərə malikdir: 25 sentlik ilk ABŞ sikkəsi; üzərində qadın təsviri olan ilk ABŞ sikkəsi; Əsl qadını əks etdirən ilk 25 sentlik ABŞ sikkəsi Hər iki tərəfdə qadınların şəkli olan ilk ABŞ xatirə sikkəsi; Xarici monarxın simvolu olan ilk ABŞ sikkəsi. Sikkə buraxıldıqdan sonra dizaynı tənqid olundu və köhnəlmiş adlandırıldı. Sikkə sərgi zamanı qeyri-qənaətbəxş şəkildə paylandı: 1 dollar müəyyən edilmiş qiymətlə cəmi 15,000 nüsxə satıldı. Nominal dəyərində isə daha 10,000 sikkə Qadın Təşkilatçılar Şurasının nümayəndələri tərəfindən alındı ( ing. The Board of Lady Managers). Buraxılan sikkələrin demək olar ki, yarısı yenidən ərinməsi üçün qaytarıldı.
La İzabela
La İzabela — Dominikan Respublikasının ərazisində yerləşən şəhər. La İzabela Avropalıların Amerika ərazisində məskunlaşdığı ilk yer hesab olunur. Şəhər Xristofor Kolumbun ikinci səfəri zamanı 1493-cü ildə salınmışdır.
Mariya İzabel
Mariya İzabel (İspanca:María Isabel; 4 yanvar 1995) — İspaniya müğənnisi, 2004-cü il Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi 2004 Avroviziya Mahnı Müsabiqəsində İspaniyanı "Antes muerta que sencilla" mahnısı ilə təmsil etmiş və qalib olmuşdur.
Mariya İzabella (İki Siciliya kraliçası)
Mariya İzabella (isp. María Isabel de Borbón y Borbón-Parma) (6 iyul 1789[…], Madrid – 13 sentyabr 1848[…], Portiçi, Kampaniya) — İki Siciliya kralı I Fransiskin xanımı, İspaniya infantası. Atası İspaniya kralı IV Karl, anası isə onun xanımı Parmalı Mariya Luizadır. Hələ 13 yaşında ikən əmisi oğlu olan İki Siciliya kralı Fransisklə evləndi və Siciliya kraliçası oldu. Acton, Harold. The Bourbons of Naples (1734-1825). Prion books limited, London, 1989 (first published in 1957). ISBN 1-85375-291-6 Bearne Charlton, Catherine. A Royal Quartette. London: T. F. Unwin, 1908.
Mariya İzabella Braqanza
Mariya İzabella Braqanza (isp. Maria Isabel Francisca de Assis Antónia Carlota Joana Josefa Xavier de Paula Micaela Rafaela Isabel Gonzaga de Bragança) (19 may 1797[…] – 26 dekabr 1818[…]) — İspaniya kralının xanımı. Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Hələ 19 yaşında ikən dayısı İspaniya kralı VII Ferdinandla evləndi. Bu evlilikdən 2 qız övladı dünyaya gəlsə də, bunlardan ilki cəmi 4 ay yaşadı. Digəri isə ölü olaraq dünyaya gəldi. Mariya İzabella isə ikinci qızının doğumu əsnasında qanaxmadan vəfat etdi. María Isabel de Braganza: la reina del Prado : edición conmemorativa del bicentenario de la Fundación Museo del Prado (1819–2019). Boletín Oficial del Estado.
Mehrdad İzadi
Mehrdad İzadi (ing. Michael Mehrdad R.S.C. Izady; 1963) — kürd əsilli İran alimi. Onun maraq dairələri xüsusilə Yaxın Şərq və kürdlərdir. İzadi altı il Harvard Universitetində Yaxın Şərq Dilləri və Sivilizasiyaları Fakültəsində dərs demişdir. O, Yaxın Şərq və Cənub-şərqi Avropa mövzularında bir çox kitab və məqalənin müəllifidir. İzadi 2001-ci ildən Fordhem Universiteti, Nyu-York Texnologiya İnstitutu və Peys Universitetində müəllimidir. İzadi Laçın və Kəlbəcərin işğalında kürdlərin qovulmasına ermənilərin gətirdiyi arqumentləri rədd edərək belə bir ritorik sual verir: "Sən də, Ermənistan"? Erməni kürdşünas və İranşünas Qarnik Asatryan İzadinin kitabı olan "Kürdlər. Qısa əl kitabı" əsərini "fantasmaqorik" adlandırmışdır. İranşünas Riçard Folts qeyd edir ki, "Yəzdanizm adlı pankürd protodini müasir kürd alimi Mehrdad İzadinin uydurmasıdır".
Portuqaliyalı İzabella
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal; 24 oktyabr 1503, Lissabon – 1 may 1539, Toledo) – Müqəddəs Roma imperatoru V Karlın xanımı və İspaniya kraliçası.
Portuqaliyalı İzabella (Burqundiya hersoqinası)
Portuqaliyalı İzabella (port. Isabel de Portugal) (21 fevral 1397 – 17 dekabr 1471, Dijon) — Burqundiya hersoqu Xeyirxah Filippin üçüncü xanımı, Burqundiya hersoqinası. Atası Aviz sülaləsindən Portuqaliya kralı I Con, anası isə Gentli Conun qızı Lankasterli Filipadır. Donna İzabella 1397-ci ildə Evorada dünyaya gəldi. Uşaqlıq illəri kral sarayında qardaşlarıyla keçdi. Qardaşlarıyla birlikdə o dönəmdə çox az rast gəlinən şəkildə mükəmməl təhsil almışdır. Latın, fransız, ingilis və italyan dillərini öyrəndi. 1415-ci ildə Fransaya qarşı müttəfiq axtaran İngiltərə kralı V Henri onunla evlənmək istəsə də, anası kraliça Filipanın ani vəfatıyla danışıqlar yarıda qaldı. Çıxdığı Avropa səyahəti əsnasında 2 il boyunca Burqundiya sarayında yaşayan qardaşı Don Pyotrun səyləriylə 1428-ci ildə Burqundiya hersoqu Xeyirxah Filipplə evlənməsi planlaşdırıldı. Xeyirxah Filipp daha öncə 2 dəfə evlənsə də, hələ də varisi yox idi.
Portuqaliyalı İzabella (Kastiliya kraliçası)
Portuqaliyalı İzabella (isp. Isabel de Portugal) (d. 1428 - ö. 15 avqust 1496) – Kastiliya kralı II Conun xanımı. İzabella Portuqaliyanı 1385-ci ildən bəri idarə edən Aviz sülaləsinə mənsub idi. Atası Con Portuqaliya kralı I Juanın ən kiçik oğlu, anası İzabella isə yenə kralın qeyri-məşru oğlu olan Braqanza hersoqunun qızı idi. İzabella 1447-ci ildə Kastiliya kralı II Conla evləndi. Kralın ilk xanımı olan Araqonlu Mariyadan 4 övladı dünyaya gəlsə də, bunlardan yalnız bir oğlu - gələcəkdə taxta çıxan Henri yetkinlik yaşına çatmış, onun Navarralı II Blanşla olan evliliyindən isə övladı olmamışdı. Bu səbəblə II Con həm özünə, həm də krallığa vəliəhd qazanmaq məqsədilə daha gənc bir xanımla, daha çox da fransız əsilli bir şahzadəylə evlənmək niyyətində idi. Ancaq kral, yaxın adamı Alvaro Lunanın da təzyiqi altında Portuqaliya ilə sülhü təmin etmək üçün yeni xanımını bu ölkədən seçməyə qərar verdi.
Sebastien İzambard
Sebastien İzambard (7 mart, 1973, Paris, Fransa) fransız pop müğənni və İl Divo qrupunun üzvü. Sebastien İzambard 7 mart 1973-cü ildə Parisdə kasıb ailədə dünyaya gəlmişdir. Atası İzambardın altı yaşı olanda anasını, İzambardın özünü və nənəsini evdə yalnız buraxıb qaçmışdı. Kasıbçılıq içində olduqlarından İzambard bir dəfə mağazadan yemiş oğurlamış və anasına aparmışdı. Anası isə onun yemişi oğurladığını öyrəndikdə İzambardın geri qayıdıb mağaza sahibindən üzr istəməsini tələb etmişdi. İzambard böyüdükcə musiqiyə olan sevgisi artırdı. O ilk dəfə Fransada pop musiqiçi kimi fəaliyyətə başlamışdır, ilk olaraq Libre adlı albomu işıq üzü görmüşdü. Si Tu Savais adlı musiqisi isə Fransada ən çox dinlənilən mahnılar arasında birinci yerdə qərarlaşmışdı. Oxumaqdan əlavə İzambard həm bəstəkardı, həmçinin piano və gitarada çalmağı bacarır. 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.
Sebastyen İzambar
Sebastien İzambard (7 mart, 1973, Paris, Fransa) fransız pop müğənni və İl Divo qrupunun üzvü. Sebastien İzambard 7 mart 1973-cü ildə Parisdə kasıb ailədə dünyaya gəlmişdir. Atası İzambardın altı yaşı olanda anasını, İzambardın özünü və nənəsini evdə yalnız buraxıb qaçmışdı. Kasıbçılıq içində olduqlarından İzambard bir dəfə mağazadan yemiş oğurlamış və anasına aparmışdı. Anası isə onun yemişi oğurladığını öyrəndikdə İzambardın geri qayıdıb mağaza sahibindən üzr istəməsini tələb etmişdi. İzambard böyüdükcə musiqiyə olan sevgisi artırdı. O ilk dəfə Fransada pop musiqiçi kimi fəaliyyətə başlamışdır, ilk olaraq Libre adlı albomu işıq üzü görmüşdü. Si Tu Savais adlı musiqisi isə Fransada ən çox dinlənilən mahnılar arasında birinci yerdə qərarlaşmışdı. Oxumaqdan əlavə İzambard həm bəstəkardı, həmçinin piano və gitarada çalmağı bacarır. 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu.
İnfanta İzabella
İnfanta İzabella (isp. María Isabel Francisca de Asís Cristina Francisca de Paula Dominga) (20 dekabr 1851, Madrid – 22 aprel 1931, Paris) – İspaniya kraliçası II İzabellanın qızı, İspaniya infantası. 13 may 1868-ci ildə İki Siciliya kralı II Ferdinandın oğlu Siciliyalı Getano ilə evləndi ancaq əri nikahdan 3 il sonra intihar etdi. Həm qardaşı XII Alfonso, həm də onun oğlu XIII Alfonsonun ilk illərində kral sarayında nüfuz sahibi olan İzabella qardaşı oğlunun devrilməsindən və İspaniyada respublika elan edilməsindən sonra inqilabçıların qalma təklifini qəbul etmədi və Fransaya sürgünə getdi. Ancaq Parisə gəldikdən bir neçə gün sonra vəfat etdi. Navarrete Martínez, Esperanza. "María de la O Isabel de Borbón". Diccionario biográfico España (in Spanish). Real Academia de la Historia Chisholm, Hugh, ed. (1911).
İnfanta İzabella Mariya Braqanza
İzabella Mariya Braqanza (isp. Isabel Maria da Conceição Joana Gualberta Ana Francisca de Assis Xavier de Paula de Alcântara Antónia Rafaela Micaela Gabriela Joaquina Gonzaga de Bragança e Bourbon) (4 iyul 1801, Lissabon – 22 aprel 1876) — İspaniya və Portuqaliya infantası. Atası Portuqaliya kralı VI Con, anası isə İspaniya kralı IV Karlın qızı Şarlottadır. Bu səbəblə eyni zamanda Portuqaliya infantası idi. Napoleon Bonapartın Avropadakı işğalçı siyasəti səbəbilə bütün saray əhalisi 1807-ci ildə Portuqaliyanı tərk edərək Braziliyaya qaçdı. 1826-cı ildə atası vəfat etdi və qardaşı Pedro Portuqaliya kralı elan olundu. Ancaq o əsnada yeni kral Braziliyada, digər qardaşı İnfant Miquel isə Vyanada idi. Böyük bacıları Mariya Tereza və Mariya Fransiska isə İspaniya infantlarıyla evlənib Madridə köçmüşdülər. Bu səbəblə ailənin Portuqaliyadakı ən böyük nümayəndəsi olaraq İzabella Mariya qısa müddətliyinə kralın naibəsi elan olundu. Ancaq o illərdə Braziliya imperatoru olan qardaşı Pedro üçün Portuqaliya çox kiçik bir krallıq idi.
İnformatika terminlərinin izahlı lüğəti
İnformatika terminlərinin izahlı lüğəti — Azərbaycan dilində olub, informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə milli terminologiyanın yaradılması sahəsində böyük əhəmiyyət daşıyan kitabdır. Elmi redaktoru AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevdir. Ensiklopedik nəşr informasiya texnologiyalarının müxtəlif sahələrini – proqram təminatı, aparat vasitələri, şəbəkələr, verilənlərin saxlanması, qrafika, oyunlar, informasiyanın emalı, internet, tarix, jarqon ifadələr, təşkilatlar, proqramlaşdırma və standartlara dair terminləri əhatə edir. Kitabda proqram və aparat təminatına aid sənədlərdə, bu məhsulların reklamlarında, mətbuatda, televiziyada, kompüterə dair kitab və xüsusi jurnallarda rast gəlinən terminlərin izahı verilib. Lüğətə kompüter sənayesi, proqram mühəndisliyi kimi xüsusi sahələr üzrə terminlər də daxil edilib. Beş minədək terminin toplandığı lüğətdə ədədlər və xüsusi simvollarla başlayan terminlər ASCII kodlarına uyğun sıralanıb. Lüğətdəki məqalələr iki qrupa ayrılır: terminlərin tam təsviri olan əsas məqalələr və onların sinonimləri olan istinad məqalələri. Bəzi məqalələr uyğun şəkil, sxem, diaqram və ya cədvəllərlə müşayiət olunub. Məqalələr ingilis dilindəki terminlərə uyğun sıralandığından Azərbaycan, rus və ya türk dilində hər hansı termini tapmaq üçün kitabın sonunda azərbaycanca-ingiliscə, türkcə-ingiliscə və rusca-ingiliscə terminlər sözlüyü verilib. Bu üç dildən hər hansı birində verilmiş termini əvvəlcə uyğun sözlükdə tapmaq, sonra isə həmin sözün ingiliscə qarşılığına görə onu lüğətdə axtarmaq lazımdır.

iza sözünün leksik mənası və izahı

"iza" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iza nədir? #iza sözünün mənası #iza nə deməkdir? #iza sözünün izahı #iza sözünün yazılışı #iza necə yazılır? #iza sözünün düzgün yazılışı #iza leksik mənası #iza sözünün sinonimi #iza sözünün yaxın mənalı sözlər #iza sözünün əks mənası #iza sözünün etimologiyası #iza sözünün orfoqrafiyası #iza rusca #iza inglisça #iza fransızca #iza sözünün istifadəsi #sözlük