Riza sözü azərbaycan dilində

Riza

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Riza • 74.5283%
  • riza • 23.5849%
  • RİZA • 1.8868%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.31 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 1.57
2005 ••••••••• 0.67
2006 ••••••••• 0.68
2007 ••••••••••••••••• 1.27
2008 •••• 0.24
2009 ••••• 0.32
2010 ••••• 0.36
2011 •••• 0.26
2012 ••• 0.17
2013 •• 0.15
2015 ••••••• 0.51
2017 ••• 0.16
2019 •••••••• 0.56

riza sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Razılıq. Soralım hər zaman rizalərini; Alalım xeyirli düalərini. M.Ə.Sabir. Üzərimdə olan ləkələri bir qadının riyasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür. M.S.Ordubadi. □ Riza almaq – razılıq almaq. [Padşah:] Səidin övrətindən riza almaq sənin öhdənə tapşırılır. Ə.Haqverdiyev. Riza vermək – razılıq vermək, razı olmaq. [Ağa:] …Qızının nikahının Fərmana cari olmasına riza verirsənmi? Ə.Haqverdiyev. // İstək, iradə, ixtiyar. □ Öz rizası ilə – öz xoşu ilə, öz istəyi ilə, öz razılığı ilə. ◊ Allah rizasına – 1) savab üçün, Allah yoluna, Allaha xoş gedər. [Qurban:] Elə bil Allah rizasına, Allah yoluna verirsən, bir-iki manat verib yola salaydın. Ə.Haqverdiyev; 2) yalvarış mənasında – Allah xatirinə. [Səriyyə:] Səfər! Allah rizasına mənə rəhmin gəlsin. C.Cabbarlı.

    Azərbaycan dilinin izahlı lüğəti

riza sözünün sinonimləri (yaxın mənalı sözlər)

riza sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. устар. согласие, позволение, разрешение. Riza almaq получить согласие, riza vermək дать согласие; разрешить к ому; Allah rizasına ради Бога, ради всего святого

    Azərbaycanca-rusca lüğət

riza sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. разивал; riza almaq разивал къачун; riza vermək разивал гун, рази хьун; 2. кӀанивал, ихтияр; öz rizası ilə вичин разивилелди, вичин кӀанивилелди, вичин хушуналди; ** Allah rizasına Аллагь патал а) суваб патал, Аллагьдин рекьяй, Аллагьдиз хуш хьун патал; б) Аллагьдин хатурдай, Аллагьдин хатур аватӀа (минетун манада).

    Azərbaycanca-ləzgicə lüğəti

riza sözünün türk dilinə tərcüməsi

riza sözü azərbaycan dilinin lüğətlərində

Fəlsəfə terminlərinin izahlı lüğəti

Razı olmaq, bəyənmək, icazə vermək. Riza təsəvvüf məqamlarından ən üstün olanıdır. Riza iki cür olur. Qulun Allah-dan razı olması. b\] Allahın quldan razı olması.

Fəlsəfə terminlərinin izahlı lüğəti

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

RİZA’1 ə. süd əmələ gəlmə. RİZA’2 ə. 1) razılıq, məmnunluq.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

razılıq, razı qalma, məmnunluq (VIII imam Əli ibn Musanın epiteti).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"riza" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#riza nədir? #riza sözünün mənası #riza nə deməkdir? #riza sözünün izahı #riza sözünün yazılışı #riza necə yazılır? #riza sözünün düzgün yazılışı #riza leksik mənası #riza sözünün sinonimi #riza sözünün yaxın mənalı sözlər #riza sözünün əks mənası #riza sözünün etimologiyası #riza sözünün orfoqrafiyası #riza rusca #riza inglisça #riza fransızca #riza sözünün istifadəsi #sözlük