Rza sözü azərbaycan dilində

Rza

Yazılış

  • Rza • 99.7907%
  • RZA • 0.1322%
  • rza • 0.0551%
  • rzA • 0.0220%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
RZA
Robert Fitzgerald Diggs, ya da daha çox tanınan səhnə adı ilə RZA (5 iyul 1969), Amerikalı Qremmi Mükafatına layiq görülmüş rekord prodüser, reper, yazıçı, aktyor, ssenarist və rejissordur.
Rza
İmam Rza — 12 aprel 770, Mədinə – 5 sentyabr 818, Tus . Məşhur tarixçi və hədisçilərin qeyd etdiklərinə əsasən həzrətin doğum günü zil-qədə ayının 11-i, hicri qəməri təqvimi ilə 148 ci il cümə axşamı və ya cümə gününə təsadüf edir. Bu tarixə əsasən İmam Rzanın doğulduğu il babası İmam Sadiqin şəhid olduğu ilə təsadüf edir. == İmamın Şəxsiyyəti == Adı: Əli Ləqəbi: Rza, Siracullah, Nurul-huda, Vəli, Kafil-xəlq, Qurrətul-eynul-muminin Künyəsi: Əbülhəsən Atası: Həzrət İmam Museyi Kazim İmamlıq müddəti: 20 il Ömrü: 55 il Vəfatı: Səfər ayının sonu, 203-cü Hicri-qəməri ilində Abbasi xəlifəsi Mə᾽mun tərəfindən zəhərlənib şəhid oldu. Məzarı: İran Məşhəd şəhəri. == Həyatı == Əli ər-Riza (Əli Riza) və ya Əli ibn Musa - səkkizinci şiə imamıdır. 765-ci və ya 770-ci ildə anadan olmuşdur. İmam Rzanın həyat yoldaşı Səbikə adlı ismətli bir xanım idi. Ona bəzən Ümmü Vələd olaraq müraciət edirdilər. Səbikə İmam üçün bir oğul dünyaya gətirir.
Nazim Rza
Nazim Rza İsrafiloğlu (tam adı: Nazim İsrafil oğlu Rzayev; 11 yanvar 1941, Kirovabad – 16 yanvar 2021, Bakı) — kino və televiziya rejissoru, kinodramaturq, Beynəlxalq və Ümumittifaq kinofestivallarının laureatı. == Həyatı == Nazim Rza 1941-ci il yanvar ayının 11-də Gəncə şəhərinin Zərrabi məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Ata babası Rza Əsədullayev Gədəbəy bölgəsində tanınmış xeyriyyəçilərdən biri olmuşdur. Ana babası isə "Difai" partiyasının Gəncə şöbəsinin katibi, ilk nizamişünas Mirzə Məhəmməd Axundzadə olmuşdur. Atası İsrafil Rzayev və anası Hafizə Axundzadə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (indiki ADAU) bitirərək, uzun illər baytarlıq sahəsində çalışmışlar. Nazim Rza 1945-ci ildə ailəsi ilə birlikdə Bakıya köçmüş, Bakı şəhər 1 saylı orta məktəbdə oxumuş, lakin həmin tədris ocağının hərbi-təmayüllü məktəbə çevrilməsi ilə bağlı təhsilini öncə 44, sonra 7 və 14 saylı məktəblərdə davam etdirmişdir. Orta məktəbdə oxuyarkən, eyni zamanda 1 saylı şəhər Musiqi məktəbində də təhsil almış və 1956-cı ildə fortepiano ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra istehsalatın müxtəlif sahələrində çalışmış, 1959–1964-cü illərdə M. A. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) mədəni-maarif fakültəsində təhsil almışdır. 1964-cü ildə Bakının Suraxanı bölgəsindəki S. Orconikidze adına Mədəniyyət Sarayında bədii rəhbər vəzifəsində çalışmış, elə həmin ilin axırlarından 1965-ci ilin sonuna kimi hərbi xidmətdə olmuşdur. 1966-cı ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun (hazırda İ. Repin adına Sankt-Peterburq İncəsənət Akademiyası adlanır) televiziya rejissorluğu fakültəsinə daxil olmuş və 1971-ci ildə həmin İnstitutu müvəffəqiyyətlə bitirmişdir.
Nurəddin Rza
Rzayev Nurəddin Məmmədbağır oğlu (26 iyun 1929, Gədəbəy – 16 oktyabr 2011) — görkəmli Azərbaycan cərrahı, tibb elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar Elm Xadimi. == Həyatı == Nurəddin Rzayev 1929-cu il iyun ayının 26-da Gədəbəydə ziyalı ailəsində anadan olmuşdur. 1945-ci ildə orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1950-ci ildə ali məktəbi fərqlənmə diplomu ilə tamamlamışdır. Ali məktəbi bitirdikdən sonra təyinatla 1953-cü ilədək Türkmənistanda işləmişdir. Təyinat müddətini başa vurduqdan sonra Bakıya qayıtmış və elmi, cərrahi işini davam etdirmişdir. 1958-ci ildə "Mezatonun cərrahiyyədə tətbiqi" mövzusunda namizədlik, 1965-ci ildə "Ağ ciyər arteriyalarının emboliya və trombozları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir, professor rütbəsi almışdır. 1966-cı ildə professor N. M. Rzayevin təşəbbüsü ilə "Qanın laxtalanma sistemi məsələləri" üzrə II Ümumittifaq konfrans keçirilmişdir. 1964–1990-cı illərdə Ümumittifaq Cərrahlar Cəmiyyətinin rəyasət heyətinin, Damar Cərrahlığı Üzrə İttifaq Problem Komissiyasının üzvü kimi SSRİ səviyyəsində keçirilən tədbirlərdə iştirak etmişdir. 1966-cı ildən Azərbaycan SSR-in Səhiyyə Nazirliyinin elmi şura üzvü, 1973–1983-cü illərdə Azərbaycan Cərrahlar Cəmiyyətinin sədri olmuşdur.
Oqtay Rza
Rzalı Oqtay Məhərrəm oğlu (Oqtay Rza) — azərbaycanlı şair, 1981-ci ildan Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan Respublikasının əməkdar müəllimi (2012) , "Mikayıl Müşfiq" və "Qızıl qələm" mükafatları laureatı. == Həyatı == Oqtay Rza 1934-cü il noyabrın 2-də Azərbaycanın Salyan rayonunun Qalalı kəndində anadan olmuşdur. Arbatan kənd yeddiillik məktəbini bitirib Salyan şəhərindəki Nizami adına orta məktəbdə təhsilini davam etdirmişdir (1948-1951). Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfıyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib geoloq ixtisası almışdır (1951-1956). Əmək fəaliyyətinə Bayıldakı Neft və Qazçıxarma İdarəsinin 5 saylı mədənində başlamışdır: operator, baş operator, neftçıxarma ustası olmuşdur (1956-1961). Elmi-tədqiqat işi müdafıə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan KP MK yanında ikiillik marksizm-leninizm universitetini fərqlənmə diplomu ilə bitirmişdir (1980). N.Tusi adına APİ-nin ümumi coğrafıya kafedrasında müəllim, baş müəllim (1966-1969), hazırda isə dosent işləyir (1971-cı ildən). Bakı Sovetinin deputatı seçilmişdir (1959-1960).
Rza (ad)
Rza — kişi adı, təxəllüs. Rza — Əli ibn Musa Rza Təhmasib — Azərbaycan kinorejissoru, aktyor və pedaqoq. Rza Bəraheni — roman yazıçısı və şair. Rza Hüseyni Nassab — Hamburqda İslam Mərkəzi müdiri Rza Xodadadi — rəssam, heykəltaraş, akademik və tədqiqatçı, Rza şah Pəhləvi — İran şahı (1925-1941), pəhləvilər sülaləsinin banisi. Rza Əfqanlı — Azərbaycan teatr və kino aktyoru. Rza Xudiyev — Aktyor Rza Darablı — Azərbaycanın əməkdar artisti (1933).
Rza Abbasi
Rza Abbasi (fars. رضا عباسی‎) və ya Ağa Rza (1565, Kaşan, İsfahan ostanı – 1635, İsfahan) — İran miniatürçüsü. Məşhəddə, sonralar isə İsfahanda I Şah Abbasın sarayında işləmişdir. Ağa Rza miniatürə qrafk xüsusiyyətlər vermiş, miniatür portret sənətini inkişaf etdirmişdir. Firdovsinin "Şahnamə" əsərinə Ağa Rzanın çəkdiyi illüstrasiyalar Dublində ingilis kolleksiyaçısı Çester Bittinin kitabxanasında, 12 miniatürü ilə Paris Milli Kitabxanasında saxlanır. == İstinadlar == == Əlavə ədəbiyyat == Адамова А. Т. Персидская живопись и рисунок XV - XIX веков в собрании Эрмитажа. СПб: Славия. 1996. ISBN 5-88654-023-7. Brend, Barbara.
Rza Aslanov
Rza Aslanov (Tam adı: Rza Əlipaşa oğlu Aslanov; d.14 noyabr 1911, Goranboy, Xanqərvənd k. Azərbaycan SSR - ö.27 oktyabr 2000, Bakı, Azərbaycan) — Kirovabad (Gəncə) şəhər Partiya Komitəsinin birinci katibi == Həyatı == Rza Əlipaşa oğlu Aslanov 1911-ci ildə Qasım İsmaylov (indiki Goranboy) rayonu, Xanqərvənd kəndində anadan olmuşdur. Atası 1915-ci, anası isə 1920-ci illərdə vəfat etmişlər. 1925-ci ilə kimi qohumların himayəsində böyümuşdür. 1925-ci ildə Gəncə şəhərində uşaq evinə yerləşdirilmişdir. 1925-1927-ci illərdə Bakıdakı V.İ Lelnin adına toxuculuq fabrik-məktəbində oxumuşdur. Onu Gəncədəki S.Orjenikidze adına toxuculuq fabrikinə işə göndərirlər. O, burada 4 il fəhlə işləmişdir. Sonra 5 il komsomol işində çalışıb, məsul partiya işlərinə irəli çəkilib. 1949-1953-cü illərdə S.M. Kirov adına ADU-nin (indiki BDU) tarix fakültəsində təhsil almışdır.
Rza Avşar
Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009). == Həyatı == Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir. Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər. Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Rza Avşarov
Rza Muxtar oğlu Avşarov (Rza Avşar; 26 sentyabr 1949, Kirovabad) — müasir Azərbaycan rəssamlıq məktəbinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının əməkdar rəssamı (2009). == Həyatı == Rza Avşarov 26 sentyabr 1949-cu ildə Gəncə şəhərində Azərbaycanın Xalq artisti, istedadı, sadəliyi və vətənpərvərliyi ilə tanınan, görkəmli teatr və kino aktyoru, xalqımızın sevimlisi Muxtar Avşarovun ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından atası ilə birlikdə C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının daimi tamaşaçısına çevrilsə də onun diqqətini aktyorların oyunundan daha çox müxtəlif obrazların təsirli oyununun reallıq kimi qəbulunu şərtləndirən əlvan dekorasiyalar cəlb edirdi. O vaxtlar yəqin ki, nə zamansa teatrda hələ o dövrdə adlarını çəkə bilmədiyi rəssamlar kimi tamaşalara tərtibat verə biləcəyi ağlına belə gəlməzdi. Nəhayət, o bir müddət sonra rəssam olmağa qərar verir. Elə bu istəklə də Gəncə Rəssamlıq Məktəbinə daxil olan Rza Avşar sonralar, 1965–1969-cu illərdə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində Ə. Məmmədovdan, Abdülxaliq və Arif Qazıyevdən, 1972–1977-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Bədii qrafika" fakültəsində N. Əbdülrəhmanov və T. Şıxəliyevdən dərs alıb. Rza Avşar ümidləri hələ tələbə ikən, 1973-cü ildə "Respublika yaz sərgisi"ndə nümayiş etdirdiyi "Natürmort" əsəri ilə doğrultmağa başlayıb. Beləcə, axtarışlar axtarışları, sərgilər sərgiləri əvəzlədi və 1982-ci ildə onu SSRİ Rəssamlar İttifaqına üzv qəbul etdilər. Müasir Azərbaycan rəssamlıq sənətinin tanınmış nümayəndəsi Rza Avşarov bu gün kamil bir sənətkar kimi incəsənətimizin zəngin ənənələrini əsərlərində Qərb və Şərq mədəniyyətlərinin üzvü vəhdəti şəklində təcəssüm etdirir. Azərbaycan Ağsaqqallar Şurasının üzvü olaraq ictimai fəaliyyətini yaradıcılığı ilə həmişə sıx bağlayaraq, Vətənimizin gözəllikləri ilə yanaşı, ağrı-acılarını da əks etdirdiyi əsərləri ilə gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına mühüm töhfələr verir.
Rza Bahari
Rza Bahari- şair, Fətəli şah Qacar zamanında yaşayırdı və azərbaycan dilində şeirlər yazırdı.Bahar şəhərində dünyaya gəlib və bu şəhərdə vəfat edib. == Həyat == == Əsərlər == == Həmçinin bax == == İstinadlar == == Mənbə == Nuri, Cavad və Cəlili Hünərmənd, Səid.
Rza Baxşəliyev
Baxşəliyev Rza İbrahim oğlu (22 mart 1899 – 30 yanvar 1992, Bakı) — yunan-roma və sərbəst güləş üzrə azərbaycanlı idmançı. SSRİ əməkdar idman ustası (1943), Azərbaycan SSR əməkdar məşqçisi (1962), ümumittifaq dərəcəli hakim (1961), əməkdar bədən tərbiyəsi və idman xadimi (1969). == Həyatı == Azərbaycanda güləş idman növünün inkişafında mühüm rol oynamış Rza Baxşəliyev 1925–1945-ci illəri əhatə edən karyerası ərzində klassik güləş üzrə 20, sərbəst güləş üzrə isə 7 dəfə ölkə çempionu olmuşdur. O həmçinin uzun müddət Azərbaycan Dövlət Universitetinin bədən tərbiyəsi kafedrasına rəhbərlik edib (1937–1965). 7 dil bilən Rza Baxşəliyev güləşlə yanaşı dama oyunu ilə maraqlanırdı və bu idman növü üzrə müxtəlif yarışlarda iştirak edirdi. Baxşəliyev həm də görkəmli idman müəllimi kimi tanınır. Onun tələbələri arasında SSRİ çempion və mükafatçıları İbrahimpaşa Dadaşov, Musa Babayev, Muxtar Dadaşov və ilk azərbaycanlı olimpiya mükafatçısı Rəşid Məmmədbəyov kimi güləşçilər olmuşdur.
Rza Bədəlov
Rza Bədəlov (25 sentyabr 1915, Bakı – 1987, Bakı) — texnika elmləri doktoru (1965), professor, AMEA-nın müxbir üzvü (1968). == Həyatı == Rza Bədəlov Bakı şəhərində 25 sentyabr 1915-ci ildə anadan olub. Ali təhsilini 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənayə Universitetində alıb. Universitetin Neft-mexanika fakültəsində Mühəndis-mexanik ixtisası üzrə təhsil alıb. == Əmək fəaliyyəti == Rza Bədəlov 1941–1944-cü illərdə "Əzizbəyovneft" trestinin Me­xa­niki təmir zavodunda mühəndis-konstruktordan sex rəisinə qədər müxtəlif vəzifələrdə işləyib. 1944–1947-ci illərdə AzSİ-nun aspirantı olub. 1947–1968-ci illərdə AzNKİ-də baş müəllim, dosent, professor, dekan müa­vini, Neft-mexanika fakültəsinin dekanı, Nəzəri mexanika kafedrasının müdiri vəzifələrini icra edib. Rza Bədəlov 1968-1976-cı illərdə Azərbaycan Politexnik İnstitutunun rektoru və Nəzəri mexanika kafedrasının müdiri olub. Habelə 1976–1987-ci illərdə AzNKİ-nun Neft-mədən mexanikası və Maşın və mexanizmləri kafedrasının müdiri vəzifələrini icra edib. == Elmi fəaliyyəti == Rza Bədəlov dağ süxurlarının dağıdılmasının mexanikası sahəsində tanınmış alimdir.
Rza Bəraheni
Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022, Toronto) — Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair. == Həyatı == Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir. 1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur. 1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır. O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir. Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur. == Xatirələri == Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır: 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır: == Həmçinin bax == Cavad Heyət Həmid Nitqi Varlıq (jurnal) == İstinadlar == == Mənbə == Pərvanə Məmmədli, Nobel mükafatına təqdim edilmiş yazar Rza Bərahəni kimdir?
Rza Bərahəni
Rza Bərahəni (13 dekabr 1935, Təbriz – 25 mart 2022, Toronto) — Azərbaycan əsilli roman yazıçısı, ədəbi tənqidçi, siyasi mühacir və şair. == Həyatı == Rza Bərahəni 1935-ci ildə Təbrizdə dünyaya gəlib. O, Azərbaycan Milli Höküməti (1945–1946) dönəmində ilk təsilini ana dilində almışdır. Bir sürə sonra ana dili olan türkcə yasaq edildiyindən təhsilini farsca davam etdirmişdir. 1965–1983-cü illərdə İranın Tehran Universitetində çalışan Rza Bərahəni istər Pəhləvi hakimiyyəti dövründə, istərsə də İslam Cümhuriyyəti dönəmində dəfələrlə siyasi baxşlarına görə həb olunmuşdur. 1996-cı ildə İranı tərk edərək Kanadada məskunlaşan Rza Bərahəni ömrünün son illərinə kimi Toronto şəhərində yaşamışdır. O, uluslararası PEN-in üzvü olmuşdur. Həmçinin 2001-ci ildən ömrünün son illərinədək Kanada PEN-in başqanı kimi fəaliyyət göstərmişdir. Rza Bərahəni 25 mart 2022-ci ildə Torontoda vəfat etmiş, şəhərin Elgin Mills qəbiristanlığında dəfn olunmuşdur. == Xatirələri == Azərbaycan Milli Hökuməti dövründə ana dilində təhsil almağı ilə bağlı bunları xatırlayır: 1946-cı ildə Azərbaycan Milli Hökuməti süqut etdikdən sonra baş verən hadisələr haqqında bunları xatırlayır: == Həmçinin bax == Cavad Heyət Həmid Nitqi Varlıq (jurnal) == İstinadlar == == Mənbə == Pərvanə Məmmədli, Nobel mükafatına təqdim edilmiş yazar Rza Bərahəni kimdir?
Rza Bəşirov
Rza Ənvər oğlu Bəşirov (16 may 1960, Bakı) — Professor, Şərqi Aralıq Dənizi Universitetinin incəsənət və elm fakültəsinin dekanı. == Həyatı == Rza Bəşirov 1960-cı il mayın 16-da Bakı şəhərində anadan olub. 1982-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tətbiqi riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1984-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işləyib. 1984–1986-cı illərdə Moskvada SSRİ EA-nın hesablama riyaziyyatı şöbəsində təcrübə keçib. 1990-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində "Yenilənən çoxkaskadlı kommutasiya şəbəkələrinin tikintisi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib. Sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda işə başlayıb. 1990-cı ildən baş elmi işçi, 1991-ci ildən isə Kibernetika İnstitutunda laboratoriya müdiri olub. 1990–1993-cü illərdə Bakı Dövlət Universitetinin riyazi kibernetika kafedrasında dərs deyib. 1993-cü ildən Şimali Kipr Türk Cümhuriyyətində yerləşən Şərqi Aralıq Dənizi Universitetində işləyir.
Rza Darablı
Rza Darablı (orijinal adı: Rza Nəcəfəli (Nəcəfqulu) oğlu Hüseynov; 1883 – 23 mart 1942) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan SSR-in əməkdar artisti (1933). == Həyatı == Rza Darablı 1883-cü ildə Bakıda doğulub. Əvvəlcə mədrəsədə, sonra türk-rus məktəbində təhsil alıb. Savadını ölkə xaricində ali məktəbdə davam etdirməyə çalışıb, lakin buna nail ola bilməyib. Mədəniyyətin müxtəlif sahələrinə maraq göstərib. 1911-ci ildən arasıra "Nicat" mədəni-maarif cəmiyyətinin truppasında epizodik, sözsüz surətlər oynayıb, üç il sonra isə müntəzəm şəkildə teatr tamaşalarında iştirak edib. Azərbaycanın ilk parodiyaçı aktyorlarından sayılır. Rza Darablı "Nicat", "Səfa", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" truppalarında dram, faciə, komediya, opera və operetta tamaşalarında maraqlı rollar oynayıb. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid Banu" operasındakı Məstavər obrazının ifaçısı olub. 1919-cü ildən bugünkü Milli Dram Teatrının truppasında aparıcı aktyorlardan biri kimi çıxışlar edib.
Rza Diqqəti
Reza Deqati (26 iyul 1952, Təbriz) Rza Diqqəti (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Güney Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
Rza Gəncəli
Rza Gəncəli (1911, Təbriz – 1995, Tehran) — İran naziri, jurnalisti. == Həyatı == Rza Gəncəli 1911-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Əslən Hacıəlili elinin Gəncəli oymağındandır. Bu oymaq camaatı Gəncə şəhərindən gəlib. İlk və orta təhsilini doğma şəhərində almışdır. Sonra Almaniyada ali təhsilə yiyələnmişdi. Mühəndis Gəncəli kimi tanınırdı. "Babaşəmil" nəşrinin təsisçisi və baş redaktoru olmuşdu. Rza Gəncəli Məhəmmədrza şah şahlığı, Hüseyn Əlanın baş nazirliyi dönəmində sənaye və mədən naziri olmuşdu. Rza Gəncəli 1995-ci ildə Tehran şəhərində vəfat edib.
Rza Hikmət
Rza Hikmət (fars. رضا حکمت‎; 1891, Tehran – 1978, Tehran) — İranın siyasi və dövlət xadimi, baş naziri (1947). == Həyatı == Rza Hikmət 1891-ci ildə Qacarlar dövlətinin paytaxtı Tehran şəhərində mülkədar Hacı Heşmətəddin Şirazinin ailəsində anadan olmuşdu. Elmiyyə mədrəsəsini bitirmişdi. Rza Hikmət 1947-ci ildə İranın baş naziri olmuşdu. Rza Hikmət 1947-ci ildən 1955-ci ilədən İran Milli Məclisinin sədri vəzifəsində çalışmışdı. Rza Hikmət 1961-ci ildə təqaüdə çıxmışdı. Rza Hikmət 1978-ci ildə Tehranda vəfat edib. == Mənbə == Sərdar Faxer Ḥekmat, “Mətn-e müṣāḥaba-ye xəbarnegār-e Ruz-nāma-ye Irān bā Mirzā Reżā Ḵān Sardār Fāḵer, 1299/1920,” repr. in Moḥammad-Jawād Şeyx-əl-eslāmi, Simā-ye Əḥməd şah Qacar, 2 cild., Tehran, 1996, II, nəşr 2, s.
Rza Mahmudov
Rza Mahmudov Nadir oğlu-( d.1952-ci il yanvarın 23-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndi) coğrafiya elmlər doktoru, professor. == Həyatı == 1952-ci il yanvarın 23 –də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. 1956 –cı ildə Kosalı kənd orta məktəbinin birinci sinifinə getmiş və 1968 –ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1970 –ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-Coğrafiya fakultəsinə daxil olmuş, 1975 –ci ildə həmin fakultəni coğraf-hidroloq ixtisası üzrə ilk məzun kimi fərqlənmə diplomu ilə bitirmişdir. Tələbə dövründə elmə marağı böyük olmuş ictimai işlərdə xüsusi fəallıq göstərmişdir. Ilk elmi məqaləsi tələbə dövründə çıxmışdır. Moskva, Sank –Peterburq, Kiyev, Tbilisi, Düşənbə, Helsinki, Cenevrə, Paris, Varna Tehran, İstanbul, Bakı və s. şəhərlərdə hidrometeorologiyanın müxtəlif sahələri üzrə keçirilən Beynəlxalq konfrans, qurultay və konqreslərdə iştirak etmişdir. == Elmi fəaliyyəti == 1983 –cü ildə «Lənkəran ərazi çaylarının yağış –daşqın axım itkilərinin tədqiqi» mövzusunda namizədlik, 1997-ci ildə «Azərbaycanın dağ çaylarında axımın formalaşmasının təhlili və proqnozu» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Rza İsmayılov
Rza Paşa oğlu İsmayılov — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949). Rza Məmmədrza oğlu İsmayılov — dövlət xadimi, Azərbaycan SSR meşə sənayesi naziri.
Rza Şahvələd
Rza Şahvələd — Gürcüstanda və Azərbaycanda fəaliyyət göstərmiş azərbaycanlı jurnalist. == Həyatı və təhsili == Rza Nəbi oğlu Şahvələd 1909-cu ildə Tiflisdə anadan olub. Bakıda iki illik seminariyanı bitirib. == Fəaliyyəti == Bakıda iki illik seminariyanı bitirdikdən sonra 1929-1935-ci ilədək məktəb müdiri, 1935-1937-ci ilədək Qarayazı və Adıgün rayonlarında maarif şöbə müdiri vəzifəsində çalışıb, sonra “Sovet Gürcüstanı” qəzetində şöbə müdiri, 1941-1944-cü ilə qədər Gürcüstan Yazıçılar İttifaqı Azərbaycan bölməsinin sədri vəzifəsində işləyib. Rza Şahvələd müxtəlif vəzifələrdə çalışmaqla bərabər, ali təhsil almağı da unutmayıb. 1944-cü ildən Bakıya köçən R. Şahvələd əvvəlcə “Kommunist” qəzetində şöbə müdiri, sonra “Elm və Həyat” jurnalının baş redaktoru (1959-1965) işləyib. Rza Şahvələd hekayələri və pyesləri ilə də oxuculara yaxşı tanışdır. Onun “Başmaq” (1939), “Hekayələr” (1950), “Könüldə bahar” (1962), “Qonşu qardaşlar” (1984) nəsr topluları, o vaxtlar Tiflis Azərbaycan Dövlət Dram Teatrının səhnəsində oynanılan tamaşaları maraqla qarşılanıb. Rza Şahvələd tərcümə sahəsi ilə də ciddi məşğul olub. Onun ən çox tərcümə etdiyi Akaki Seretelinin əsərlərindən nümunələr olub.
Rza şah
Rza şah Pəhləvi (fars. رضا پهلوی‎; 15 mart 1878, Alaşt, Mazandaran ostanı – 26 iyul 1944, Yohannesburq, Transvaal[d]) — İran şahı (1925–1941), Pəhləvilər sülaləsinin banisi. Əhməd şah Qacarı devirib Pəhləvi xanədanını qurmuşdur. Onun qurduğu Pəhləvi rejimi sekulyarist, milliyyətçi, militarist və anti-kommunist rejimdir. == Doğumu == Rza Xan 1878-ci il martın 15-də Mazandaran əyalətinin Savadkuh şəhərindəki Alaşt kəndində anadan olmuşdur. Atası Abbas Əli (1815–1878) Savadkuhda polkovnik idi. Anası Nüşafarin Zəhra Qafqazlı immiqrant idi. Rza Xanın babası Murad Əli Xan bir əsgər idi və 1848-ci ildə Herat mühasirəsində həyatını itirdi. Murad Əli Xanın 7 oğlu var idi. İlk oğlu Çıraq Əli Tehranda yaşamış və orduda xidmət etmişdir.
Rza Əfqanlı
Rza Rüstəm oğlu Əfqanlı (Cəfərzadə) (15 may 1899 və ya 1899, Sərab, Cənubi Azərbaycan – 9 noyabr 1973 və ya 1973, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də İran Azərbaycanının Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada Çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb.1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb və paralel olaraq 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. 1929-cu ildə rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933–1934-cü il teatr mövsümündə Türkmənistan respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.
Hacı Bəşir Rzayev
Hacı Bəşir Rzayev — Qarabağın, Şuşanın məşhur Rzayevlər nəslindən olan, Şuşada “Tacirlər padşahı” kimi tanınan məşhur tacir. Bu nəslin ulu babası olan Həsənəli XVIII əsrin ikinci yarısında Şuşanın Gəlmələr məhəlləsində yaşamış və ticarətlə məşğul olmuşdur. == Erkən həyatı və təhsili == Bəşir Hacı Şükür oğlu Rzayev 1868-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini məhəllə mollaxanasında almışdı. Sonra Şuşa şəhər məktəbində təhsilini davam etdirmişdi. Ticarətlə məşğul olmuşdu. Hacı bəşir II Gildiya tacir idi. === Ailəsi === Hacı Bəşir Rzayev Rübabə xanımla ailə həyatı qurmuşdu. Onların bu nikahdan İsmayıl, Əli, Cəmil, Saleh adlı oğlanları, Həcər, Xurşid adlı qızları vardı. == Fəaliyyəti == Hacı Bəşir Rzayev Rusiyanın bir çox şəhərləri ilə, Iran və Osmanlı dövləti ilə ticarət edirdi.
Hacı Rza Sərraf
Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi (1854, Təbriz – 1907, Təbriz) — qəzəl və mərsiyə yazan şair. == Həyatı == Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə dünyasını dəyişib. Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Iranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur. Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.
Hacı Rza Sərraf Təbrizi
Hacı Rza Sərraf, Hacı Rza Sərraf Təbrizi (1854, Təbriz – 1907, Təbriz) — qəzəl və mərsiyə yazan şair. == Həyatı == Hacı Rza Sərraf Təbrizi 1854-cü ildə Təbrizdə anadan olub və 1907-ci ildə həmin şəhərdə dünyasını dəyişib. Şairin yaradıcılığının əsasını qəzəl və mərsiyə tipli nəzm əsərləri təşkil edir. Şair bi sahədə ortaya qoyduğu əsərlərin gücünə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Iranda yaşayıb yaradan türkdilli şairlər arasında özünəməxsus yerə malik olmuşdur. Sərraf bütün şeir və qəzəllərində sözlərinin sadə və möhkəmliyi, hisslərində həyəcan və səmimi məhəbbətin sonsuzluğu ilə seçilir.
Hacırza Rzayev
Hüseyn Rzayev
Hüseyn Rzayev (şəhid)
Hüseyn Rzazadə
Hüseyn Rzazadə (fars. حسین رضازاده; d. 12 may 1978, Ərdəbil, İran) - İran idmançısı, ağırlıqqaldırma üzrə ikiqat olimpiya və dörd dəfə dünya çempionu. Ərdəbildə anadan olmuşdur, əslən azərbaycanlıdır. == Olimpiadalarda iştirakı == 2000 və 2004 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış və indiyədək dünyanın rəsmi rekordunu saxlamışdır. 2004 Yay Olimpiya Oyunlarında Türkiyə yığmasına dəvət edilsə də "Mən İranlıyam və öz vətənimi və xalqımı sevirəm" deyərək bu təklifdən imtina etmişdir . Rzazadənin dünya rekordunu Səyid Əli Hüseyni adlı bir başqa gənc və Ərdəbilli idmançı, vurmuşdur və bu 19 yaşlı oğlana Super Rzazadə ləqəbi vermişlər. Hazırda İran ağırlıqqaldırma federasiyasının sədridir. Qeyd etmək lazımdır ki, keçən əsrin 50-ci illərində üç dəfəyə 500 kq. qaldırmış Paul Anersonu ABŞ-də, 60-cı illərdə isə bir dəfəyə 212 kq.
Həbib Rzayev
Rzayev Həbib Allahverdioğlu (26 dekabr 1923, Nehrəm – 12 avqust 1997, Bakı) — Naxçıvan MSSR-in Baş prokuroru, ədliyyə general-mayoru. == Həyatı == Həbib Rzayev 26 dekabr 1923-cü il tarixində Nehrəm kəndində anadan olmuşdur. 1942-ci ildə Orconikidze (indiki Vladiqafqaz) Səhra komandirləri kursunu, 1944-cü ildə Naxçıvan Müəllimlər İnstitutunu, 1947-ci ildə Bakı hüquq məktəbini, 1954-cü ildə isə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. Həbib Rzayev 12 avqust 1997-ci ildə Bakıda vəfat etmişdir. == Fəaliyyəti == Həbib Rzayev 1961–1969-cu illərdə Noraşen rayonu prokuroru, 1970–1975-ci illərdə Kürdəmir rayon prokuroru, 1975–1980-ci illərdə Naxçıvan MSSR Baş prokuroru vəzifələrində çalışmışdır. == Mükafatları == Vətən müharibəsi ordeni və medallarla, SSRİ-nin əlaçı hüquqşünası döş nişanı ilə təltif olunmuşdur. == Mənbə == Naxçıvan Ensiklopediyası (Bakı–2002) Elmin Nuri. ""Bir kəndin məşhurları" – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları". 28.08.2015.
Həqiqət Rzayeva
Həqiqət Əli qızı Rzayeva (20 may (2 iyun) 1907, Lənkəran, Lənkəran qəzası – 2 avqust 1969, Bakı) — müğənni (soprano), pedaqoq. Azərbaycan SSR xalq artisti (1943). Azərbaycan səhnəsində çıxış edən ilk qadın müğənnilərindəndir. == Həyatı == Lənkəran qəzasıın Darquba kəndində anadan olmuşdur. Atası Əli kişi o hələ səkkiz aylıqkən dünyasını dəyişir. Həqiqətin anası ikinci dəfə mövhumatçı, dindar bir kişiyə ərə gedir. 1917-ci ildən Həqiqət Lənkəranda məktəbə getməyə başlayır. Azərbaycan sovetləşəndən sonra isə onun ailəsi Bakıya köçür. Gənc Həqiqətdə operaya və səhnəyə həvəs Bakıda həvəskar teatr dərnəyinə getməsindən sonra yaranır. Bəstəkar Müslüm Maqomayev səsini yoxlayandan sonra onu Azərbaycan Opera Teatrında işə götürür.
Həqiqət Rzayeva küçəsi
Həqiqət Rzayeva küçəsi — Bakının tarixi küçəsi. İçərişəhər tarixi rayonunda yerləşir. == Tarixi == Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Həqiqət Rzayevanın şərəfinə layiq görülmüşdür. Köhnə adı - Varvarinskaya, Sovet dövründə (1939-cu ildən 1992-ci ilədək) Menjinskoqo adını verilib. 1860-cı ildə qədim şəhərin dəniz kənarından olan qala divarı sökülüb və azad meydanlar yeni evlərlə tikilmişdir. 1967-ci ildən 1996-cı ilədək Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi köhnə karvansarada (ev 9) yerləşmişdir. == Tikili == 1 - Xan karvansara 3 və 11 - yerli əhəmiyyətli memarlıq abidələri elan edilmişdir. 9 - Karvansaray-teatr "Muğam" == Mənbə == Улицы, площади, бульвары, парки Баку по названиям со времени возникновения города Arxivləşdirilib 2018-08-10 at the Wayback Machine Ичери-шехер.
Həsən Rza Paşa
Həsən Rza Paşa (türk. Hasan Rıza Paşa; d.1871, Tosya - 30 yanvar 1913, Şkoder) — Türk əsgəri. == Həyatı == Bağdad ve Kastamonunun qubernatoru olan Namık Paşanın oğlu Həsən Rza Paşa güman edilir ki, ibtidai məktəbini İstanbulda bitirib. 1886 - 1889-cu illərdə Beşiktaş Hərbi Liseyini və Bursa Hərbi Liseyini bitirdi. 1889-cu ildə Türkiyə Quru Qoşunları məktəbinə daxil oldu və 1892-ci ildə məzun oldu. 1895-ci ildə orduya bir heyət kapitanı olaraq qatıldı. Tophanə və Məktəblər Naziri "Müşir" rütbəsini daşıyan Mustafa Zəki Paşanın qızı Aişə Sahibə ilə evlənmiş onların 4 övladı olmuşdur. Osmanlı Hərbi Kollecindən məzun olduqdan sonra Mahmud Muxtar Paşa tərəfindən müəllim müavini olaraq təyin edildi. 1897-ci il Osmanlı-Yunan müharibəsinin tələbi ilə Alasonian Ordusunda bir tapşırığa təyin edildi və 7 oktyabr 1897-ci ildə baş polkovnik rütbəsinə, 21 avqust 1898-ci ildə mayor rütbəsinə, 18 aprel 1899-cu ildə isə rayon qubernatoru rütbəsinə qədər yüksəldi. === Almaniyadakı təhsili və missiyası === 1899-cu ilin mayında Almaniyaya oxumağa getdi.
Həsən Rzazadə
Həsən Vüqar oğlu Rzazadə (15 iyun 1994, Sumqayıt – 1 noyabr 2020, Laçın rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həsən Rzazadə 1994-cü il iyunun 15-də anadan olub. Əslən Zəngilan rayonunun Mincivan qəsəbəsindən idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Həsən Rzazadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Həsən Rzazadə noyabrın 1-da Laçın döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə "Qarabağ" ordeni ilə təltif edildi. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Rzazadə ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Həsən İbn Rza Şirvani
Həsən İbn Rza Şirvani - XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və "Siracüt-tibb" ("Tibbin çırağı") əsərinin müəllifi == Həyatı == Həsən İbn Rza Şirvani XVIII əsrdə yaşamış məşhur Azərbaycan əczaçısı və "Siracüt-tibb" ("Tibbin çırağı") əsərinin müəllifidir. Fars dilində yazılmış bu məşhur əsərdə yüzlərlə dərman nüsxələri göstərilmişdir. "Siracüt-tibb" orta əsr Azərbaycan əczaçılarının stolüstü kitabı olmaqla yanaşı, qonşu Şərq ölkələrində də məşhur idi. Kitabda mürəkkəb tərkibli nüsxələrdən bəhs olunur. Müəllif onları "mürəkkəbat" adlandırır. Bu dərmanlardan bəziləri 50-60 və daha çox bitkilərdən ibarətdir. Nümunə kimi, Həsən İbn Rza Şirvaninin nüsxələrindən birinini göstərək: "Bambukun içliyindən hazırlanan həblər ("qursi-təbaşir") ödqovucu təsirə malikdir, qan təzyiqini aşağı salır, spazmlara qarşı faydalıdır. Tərkibi: bambukun içi, qızılgül, ağ səndəl, xiyar toxumları, nilufər siropu, zirinc, ərəb qatranı, gəvən kitrəsi, dəvətikanın havada bərkimiş şirəsi. Bütün bunları yaxşıca döyürlər və sitron suyu ilə qarışdırıb yayma həblər düzəldirlər". Həsən İbn Rza Şirvaniyə məxsus bu əsərinin əlyazma nüsxələri Azərbaycan MЕA-nın M.Füzuli adına Əlyazmalar Institutunda və еləcə də İranın əlyazma xəzinələrində saxlanır.
Kamil Rzayev
Kamil Rzayev (şəhid)
Kamran Rzazadə
Rzazadə Kamran Qədimalı oğlu (20 oktyabr 1951, Novoivanovka, Gədəbəy rayonu) — Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı (2005–2012-ci illər). == Həyatı == 20 oktyabr 1951-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olmuşdur. 1959-cu ildə Novoivanovka kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1969-cu ildə adı çəkilən məktəbi bitirmişdir. 1970-ci ildə Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə çağırılmış, 1972-ci ildə doğulduğu Novoivanovka kəndinə qayıtmış və orada Puşkin adına sovxozda əmək fəaliyyətinə başlamışdır. 1972-ci ildə Şimali Osetiyada Orconikidze (hazırda Vladiqafqaz) şəhərində Qorsk Kənd Təsərrüfatı İnstitutunun Aqronomiya fakültəsinə daxil olmuş, 1978-ci ildə həmin institutu bitirərək, Alim-Aqronom ixtisasına yiyələnmişdir. 1988-ci ildə Bakı Ali partiya məktəbini politoloq ixtisası üzrə,2001-ci ildə isə Ali Diplomatiya Kollecinin hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir. 1978-ci ildə Puşkin adına sovxozda baş iqtisadçı, komsomolçu gənclər briqadasının briqadiri vəzifəsində işləmişdir. 1978-ci ildə Azərbaycan Komsomolunun Mərkəzi Komitəsinə Təşkilat işləri şöbəsinin təlimatçısı vəzifəsinə təyin olunmuşdur. 2 dəfə Sovet KP Ümümittifaq yişincağında Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur.1979-cu ilin aprel ayında Gədəbəy rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdir. 1981-ci ilin aprel ayında Gədəbəy rayon Xalq Nəzarəti Komitəsinin sədri seçilmişdir.
Kənan Rzayev
Kənan Rzayev (əsgər)
Mikayıl Rzaquluzadə
Mikayıl Manaf oğlu Rzaquluzadə (17 mart 1905, Bakı – 10 noyabr 1984, Bakı) — nasir, şair, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın qabaqcıl maarif xadimi (1968), əmək veteranı (1976). Ədəbi təxəllüsü otuzuncu illərdə "Mim-Re", "M.R.", "R. Mikayıl", sonralar "M. Rzaquluzadə" olmuşdur. == Həyatı == Birinci Azərbaycan Ali Pedaqoji İnstitutu nəzdində "A.Şaiq adına nümunə məktəbi"nə çevrildi. O, həmin məktəbin son sinfində ikən ekstern imtahan verib Ali Pedaqoji İnstitutun tarix fakültəsinə daxil olmuşdur. Bütün təhsil müddətində müvazi olaraq: Azərbaycan hərbiyyə-bəhriyyə komissarlığında rabitəçi (1920-1921), Bakı vilayət hərbi komissarlığında jurnalist (1922-1923), Bakıda Sabir adına kitabxanada və fəhlə rayonlarının kitabxanalarında kitabxanaçı, Bakı mərkəzi kitabxanasında kollektor müdiri, pedaqoji institut kitabxanasının müdir müavini, müdiri vəzifələrində işləmişdir (1926-1927). İnstitutu bitirdikdən sonra Gəncə pedaqoji texnikumunda, həm də fəhlə fakültəsində ədəbiyyat və pedaqogika-psixologiya müəllimi işləmişdir (1927-1931). Bu dövrdə Gəncə müəllimlər evində ədəbiyyat dərnəyinin rəhbəri, "Qızıl Gəncə" jurnalı redaksiya heyətinin və Azərbaycan Proletar Yazıçıları İttifaqı Gəncə şöbəsinin büro üzvü və s. ictimai işlərdə çalışmışdır. Moskvada İkinci Dövlət Universiteti yanında olan Pedaqoji Psixologiya-Pedologiya Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır (1931-1934).Eyni zamanda SSRİ Xalq Komissarları Şurası yanında qanun və qərarlar nəşriyyatının Azərbaycan şöbəsində tərcüməçi və stenoqrafiya kurslarında ədəbiyyat müəllimi işləmişdir. Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda uşaq ədəbiyyatı sahəsində elmi işçi, Azərnəşrdə tərcüməçi və redaktor olmuş, qısa fasilələrlə "İnqilab və mədəniyyət" jurnalı redaksiyasında məsul katib, "Azərbaycanfilm" kinostudiyasında, Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində baş redaktor, "Azərbaycan" jurnalı redaksiyasında baş redaktorun müavini vəzifələrində çalışmışdır.
Miri Rzayev
Miri İsmayıl oğlu Rzayev (d. 20 dekabr 1949) — Azərbaycan rejissoru. == Həyatı == Miri İsmayıl oğlu Rzayev 20 dekabr 1949-cu ildə anadan olmuşdur. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun və Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun məzunudur. == Fəaliyyəti == 1979-1991-ci illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışmışdır. O, burada 25-dən çox film çəkmişdir. 1998-ci ildən "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində rejissor vəzifəsində çalışır. "Odu qoru", "Mövzuya improvizə", "Təbəssüm", "Gülüş". "İlk hücum", "Varis", "Uçuş xətti", "Qaçqınlar", və s. sənədli televiziya filmlərini lentə almışdır.
Mirməhəmmədəli Rzazadə
Mirsəfa Rzayev
Mirzə Rza Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nasirəddin şah Qacarın qatili. == Həyatı == Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Mirzə Rza Kəlhur
Mirzə Rza Məhəmmədrəhim bəy oğlu Kəlhur (1829, Gilan Qərb, Kirmanşah ostanı – 19 avqust 1892 və ya 1892, Tehran) — XIX əsr İran xəttatı. == Həyatı == Nasirəddin şah Qacar dövrünün görkəmli şəxsiyyətlərindən biri olan xəttat Mirzə Rza Kəlhur (1829-1892) Azərbaycanda nəstəlik xəttinin tanınmış və məşhur ustadlarındandır. Xəttatların coxu onun xəttini Mir İmad Qəzvininin xəttindən ustun tuturdular. Məlum olduğu kimi Mir İmad Qəzvini bu xətt növünün böyük ustadı hesab olunur. Məhəmmədhəsən xan Etimadussəltənə 1889-cu ildə yazdığı “Əl-Məasir vəlasar” əsərində öz müasiri haqqında belə yazır: “Mir İmad Qəzvinidən sonra nəstəliq xətti ilə yazmaqda ona bərabər olan yoxdur. Bu incəsənətin böyük ustadları onun xəttini Mirin xətti ilə muqayisə edirlər. Dərviş təbiətli, xosxasiyyət, zarafatcıl bir adamdır. Xarici görkəmi və fitri istedadı ilə bütün xəttatlardan secilir. Digər xəttatlardan üstün, şöhrətli olmasına baxmayaraq, hələ də, yuksək dairələrdən ozunə vəzifə və yardım almır, oz əllərinin zəhməti ilə dolanır”. ().
Mirzə Rza xan Avşar
Mirzə Rza xan Avşar (?-?)—Azadxah, junalist, İran Məclisinin üzvü. == Həyatı == Mirzə Rza xan Avşar elinin Bəgişli oymağındandır. Cənubi Azərbaycanın Qəzvin şəhərində anadan olmuşdu. Mükəmməl təhsil almışdı. İran Məclisinin üzv seçilmişdi. Bir müddət Berlində yaşamışdı. Sonra Tehrana gəlmişdi. Bəhai idi. Mirzə Rza xan Bəgişli XIX əsrin axırlarında İstanbul və Trabzon şəhərlərində diplomatik korpusda olarkən Mirzə Hüseyn xanla bərabər "Əlifba" hazırlamış, "Əlifbayi-behruzi" və "Nümuməyi-Əfkar" adlı əsərləri 1881-ci ildə və 1885-ci ildə İstanbulda dərc etmişdir. Mirzə Rza xan jurnalist idi.

rza sözünün leksik mənası və izahı

rza sözünün etimologiyası

"rza" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rza nədir? #rza sözünün mənası #rza nə deməkdir? #rza sözünün izahı #rza sözünün yazılışı #rza necə yazılır? #rza sözünün düzgün yazılışı #rza leksik mənası #rza sözünün sinonimi #rza sözünün yaxın mənalı sözlər #rza sözünün əks mənası #rza sözünün etimologiyası #rza sözünün orfoqrafiyası #rza rusca #rza inglisça #rza fransızca #rza sözünün istifadəsi #sözlük