* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] bot. Cənubda bitən bərk oduncaqlı ağac növü. Azərbaycanda qarağac, dağdağan və azad ağacı cinslərindən olan yabanı şəkildə yayılmış və becərilən növün nümunələrinə təsadüf olunur. H.Qədirov. Zorxana oyunu adətlərinin birincisi zorxana mili idi. Bu alət şümşaddan, azaddan və yaxud da palıd ağacından qayrılardı. H.Sarabski.
Azərbaycan dilinin izahlı lüğəti / azad2 sif. [fars.] 1. Azadlıqdan istifadə edən, başqasından asılı olmayan, sərbəst. Azad xalq. Azad əmək. Azad həyat. Azad seçki hüququ. 2. Maneəsiz, əngəlsiz, sərbəst, heç bir şeylə məhdud edilməyən. Azad ticarət. Azad satış. // zərf Rahat, əziyyətsiz. Azad nəfəs almaq. 3. Boş (vaxt haqqında). Ulduz azad vaxtlarını daima öz kiçik otağında, həvəskarı olduğu rəssamlığa sərf edərdi. Ə.Məmmədxanlı. 4. nida. Hərbi komanda. Mirbalayev “azad!” komandası verdi. M.Hüseyn. ◊ Azad edilmək – 1) xilas edilmək, qurtarılmaq, buraxılmaq. Həbsdən azad edilmək; 2) çıxarılmaq, xaric edilmək. İşdən azad edilmək. Vəzifəsindən azad edilmək; 3) tərxis edilmək, buraxılmaq. [Kusov] üç il bundan əvvəl Qafarın ordudan azad edilərkən birbaş Mingəçevirə gəldiyi günü xatırladı. Ə.Sadıq. Azad etmək – 1) xilas etmək, qurtarmaq. Nəbi Həcəri azad etdikdən sonra bir müddət İranda qalır. “Qaçaq Nəbi”; 2) azadlıq vermək, istiqlaliyyət vermək, azadlığını, istiqlaliyyətini özünə qaytarmaq; 3) buraxmaq, mürəxxəs etmək, getməsinə icazə vermək. Batalyon komissarı bugünkü söhbəti bununla qurtarıb: – “Sağ ol, Nəcəfov!” – deyib, döyüşçünün əlini möhkəm sıxmaqla onu azad etdi. Ə.Vəliyev; 4) tərxis etmək, buraxmaq. Əsgərlikdən azad etmək; 5) çıxarmaq, xaric etmək. İşdən azad etmək; 6) bir işi; vəzifəni, mükəlləfiyyəti və s.-ni yerinə yetirmək məcburiyyətindən xilas etmək. Bədənim zəif olduğundan, məni yay imtahanlarından azad etmişdilər. İ.Əfəndiyev. Azad olmaq – 1) azadlıq əldə etmək, müstəqil olmaq, sərbəst olmaq. Əsarətdən azad olmaq. – Arif çalışır ki, millət azad olun; Zahid çağırır ki, məscid abad olsun. M.Ə.Sabir; 2) boşalmaq. Yerlər azad oldu; 3) arzu etmədiyi bir vəzifədən, işdən və s.-dən canını qurtarmaq. Müdirlikdən azad olmaq; 4) xilas olmaq, qurtulmaq. Şəhərlər düşmən işğalından azad oldu; 5) məc. doğmaq. Bir ildə … Zeynəb üçüncü uşaqdan azad oldu. M.İbrahimov; 6) işi, məşğələni qurtarmaq. A qardaşlar, axı bir deyin görüm, mənim nə vecimə ki, səhərlər saat altıda kontora gəlib, axşam saat onda azad olursunuz? C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / azad4 AZAD(Ə) f. 1) başqasından asılı olmayan, sərbəst; 2) rahat, əziyyətsiz.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / azad1 Farscadır, bizdə qabaqlar onun müqabilində boş sözü işlənib (indi də var). (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / azad2 AZAD Azad, xoşbəxt xalqımın əzmindən vüsət alır; Mənə balam tək əziz könlümün diləkləri (S.Rüstəm); AZADƏ Bunlar asudə fikirli, azadə ruhlu bir insan olurlar (Çəmənzəminli); HÜRR (kl.əd.) [Səyahətçi:] Məncə hürr yaranmış Şərq qadınını bu halda xilas etməyə yeni bir peyğəmbər zühuru lazımdır (S.S.Axundov); MUXTAR (kl.əd.) Buna kim yol verəcəkdir ki, qız olsun muxtar (C.Cabbarlı); SƏRBƏST Firəngiz: Kaş mən sənin kimi sərbəst olaydım (C.Cabbarlı); MÜSTƏQİL, SUVEREN.
Azərbaycan dilinin sinonimlər lüğəti / azad1 AZAD – MƏHKUM Diləklərin gah azad; gah məhkum olur sənin (B.Vahabzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / azad2 AZAD II sif. [ fars. ] Başqasından asılı olmayan, sərbəst. Ey azad gün, azad insan; Doyunca iç bu bahardan! (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / azad2 I прил. 1. свободный: 1) не знающий гнёта, эксплуатации, пользующийся свободой. Azad xalq свободный народ, azad əmək свободный труд, azad peşə свободная профессия, полит. azad dəniz свободное море, azad ərazi свободная территория 2) не участвующий в чём-л., свободный о т чего-л. Oyundan azad свободный от игры 3) беспрепятственный. Azad seçkilər свободные выборы, azad ticarət свободная торговля 4) незанятый. Azad (asudə) vaxt свободное время 2. суверенный, независимый. Azad dövlətlər суверенные государства 3. вольный. Azad kəndli вольный крестьянин 4. непринужденный. Azad danışıq непринуждённая беседа 5. вакантный. Azad vəzifə вакантная должность 6. освобождённый от чего-л. Azad Azərbaycan qadını освобождённая женщина-азербайджанка 7. независимый (не находящийся в чьём-л. подчинении) 8. привольный, раздольный, вольготный II нареч. 1. свободно. Azad yaşamaq жить свободно 2. открыто. Azad çıxış etmək открыто выступать 3. естественно, непринужденно 4. не тесно, просторно 5. вольно. “Azad!” ямри команда “вольно”; azad edilmək: 1. освобождаться, быть освобожд ённым. Həbsdən azad edilmək быть освобождённым из-под ареста, vergidən azad edilmək быть освобождённым от налогов; 2. увольняться, быть уволенным; 3. демобилизоваться, быть демобилизованным. Ordudan azad edilmək демобилизоваться из армии; 4. эмансипироваться; azad etmək: 1. освобождать, освободить; 2. избавить (от угнетения, рабства). Kəndliləri köləlikdən azad etmək избавить крестьян от рабства; 3. спасать, спасти. O, məni ölümdən azad etdi он спас меня от смерти; 4. увольнять, уволить. Qulluqdan azad etmək уволить со службы; 5. высвобождать, высвободить. Otağı azad etmək высвободить комнату; 6. отвоёвывать, отвоевать. Düşmən tərəfindən zəbt edilmiş şəhərləri azad etmək отвоевать занятые неприятелем города; 7. избавлять, избавить. Mənim yaxamı onun əlindən azad et избавь меня от него; 8. опорожнять, опорожнить; 9. демобилизовать; 10. эмансипировать; azad olmaq: 1. освобождаться, освободиться (избавиться от власти кого-л.). Əsarətdən azad olmaq освободиться от угнетения; 2. избавляться, избавиться; 3. высвобождаться, высвободиться; 4. увольняться, уволиться (брать расчёт, рассчитываться). Vəzifədən azad olmaq увольняться с должности; 5. разг. рожать, родить. Üçüncü uşaqdan azad oldu она родила третьего ребёнка; azad quş kimi как вольная птица; azad nəfəs almaq свободно вздохнуть, свободно дышать
Azərbaycanca-rusca lüğət / azad1 I. s. free; ~ ölkə free country; ~ mətbuat free press; ~ hərəkət free movement; ~ xalq free people; ~ giriş free access; ~ ticarət free trade; ~ şəhər free city; ~ liman free port; ~ olmaq to become* free; to free oneself; özünü ~ etmək to free oneself, to liberate oneself; ~ etmək to free (d.), to set* free (d.), to liberate (d.), to set* at liberty (d.); (həbsdən) to discharge (d.); hərbi əsirləri ~ etmək to free / to liberate prisoners of war; bir kəsi cəzadan ~ etmək to exempt smb. from punishment II. z. freely; ~ yaşamaq to live freely; ~ danışmaq to speak* / to talk freely; ~ nəfəs almaq to breathe freely
Azərbaycanca-ingiliscə lüğət / azad1 sif. libre ; fran//c, -che ; affranchi, -e ; indépendent, -e ; ~ dinləyici auditeur m libre ; ~ dövlətlər états m pl libres ; ~ edilmə délivrance f ; dégagement m ; ~ edilmək haqda əmr ordre m de libération ; ~ etmə dégagement m ; délivrance f ; mise f en liberté ; ~ etmək mettre en liberté ; délivrer vt ; relâcher vt ; libérer vt ; débarasser vt ; dégager vt ; dispenser vt (de qch) ; ~ əmək travail m libre ; ~ ərazi territoire m franc ; ~ idxal importation f libre ; ~ ixrac exportation f libre ; ~ kəndli paysan m délivré ; ~ olmaq dispenser (se) ; ~ olunma mise f en liberté ; ~ olunmaq dégager (se) ; ~ peşə sahibləri professions f pl libérales ; ~ satış vente f libre ; ~ seçkilər élections f pl libres ; ~ (gömrüksüz) ticarət commerce m exempt de droits d’entrée ; ~ (gömrüksüz) ticarət zonası zone f exempte de douane ; zone libre ; ~ (gömrüksüz) ticarət siyasəti politique f du commerce dédouané ; ~ (gömrüksüz) ticarət hərəkatı mouvement m du commerce franc ; ~ fikir söyləmə franc-parler m ; ~ xalq peuple m indépendant ; ~ (müstəqil) şəhər ville f franche ; vergidən ~ edilmə dégrèvement m fiscal ; işdən (vəzifədən) ~ etmək dispenser du travail ; istismardan ~ etmək délivrer de l’exploitation ; ordudan ~ edilmək (tərxis edilmək) être démobilisé de l’armée ; pulunu ödəmədən ~ edilmə franchise f ; tabelikdən ~ olma émancipation f ; həbsdən ~ edilmək être mis en liberté ; həbsdən ~ etmək libérer de la prison
Azərbaycanca-fransızca lüğət / azad1 [fars.] 1. прил. азад; azad xalq азад халкь; 2. межд. воен. азад!; ** azad etmək азад авун, азадун; azad olmaq азад хьун.
Azərbaycanca-ləzgicə lüğəti / azad2 [fars.] сущ. бот. кьибле пата экъечӀдай кӀеви кӀарас квай са тар.
Azərbaycanca-ləzgicə lüğəti / azad