* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [fars.] 1. Müntəzəm və çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen. Abad şəhər. Abad kənd. – Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi. H.Sarabski. Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır. N.Rəfibəyli. // Ümumiyyətlə, yaxşı, müntəzəm, səliqəli, mədəni, yaxud yaxşı təchiz və təmin olunmuş, yaxşı vəziyyətdə olan. □ Abad edilmək – bax abadlaşdırılmaq. Abad etmək (eləmək) – bax abadlaşdırmaq. Zəhmət qoymaq, kəndlərimizi abad etmək, yaşayışımızı yaxşılaşdırmaq öz əlimizdədir. T.Ş.Simurq. [Şair:] Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik. Ə.Məmmədxanlı. Abad olmaq – bax abadlaşmaq. Bunlar hərə öz məhəlləsinin abad olmağına cidd-cəhd etmişlər. N.Nərimanov. Tənimdə qalmayıb bir xali yer qəmzən xədəngindən; Olur abad hər mülkün ki, adil olsa sultanı. Q.Zakir. Abad olsun! Evin abad olsun! – təşəkkür, razılıq, məmnuniyyət, təqdir bildirən ifadədir. Etdi bir cam ilə təmir dili-viranı; Meyfüruşun görəyim xanəsi abad olsun! S.Ə.Şirvani. [Qoca:] Çörək verdin, yedim, evin abad olsun! Ə.Haqverdiyev. 2. məc. klas. Şən, şad. Dağıldı qüssədən abad gördüyün könlüm. Heyran xanım.
Azərbaycan dilinin izahlı lüğəti / abad2 [fars.] Xüsusi isimlərə qoşularaq şəhər, kənd, yer adları düzəldilir; məs.: Cəlilabad, Sabirabad və s.
Azərbaycan dilinin izahlı lüğəti / abad3 ABAD1 ə. «əbəd» c. həmişəlik olanlar. ABAD2(AN)1 f. bax abadə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / abad1 1. Ərəbcə əbəd (əbədi) sözünün cəmidir, “həmişəlik” deməkdir. 2. Farsca isə “şən” mənasını verir, abadan sözü ilə qohumdur. Şəmsi təqvimlə 8-ci ayın adıdır (23 oktyabrdan 21 noyabra qədərki dövrü əhatə edir). Şəxs adı kimi buradan (ay adından) götürülüb. Digər aylar bunlardır: fərvərdin, ordibehişt, xordad, tir, mordad, şəhrivər, mehr, aban, dey, bəhmən, esfend.
Azərbaycan dilinin etimologiya lüğəti / abad2 ABAD (həmişə tikintisi, yaşayış üçün hər şeyi olan) Şuşanın “Hamamqabağı” küçəsi öz-özlüyündə, enli və abad küçələrdən hesab edilirdi (B.Bayramov); ABADAN Abadan mədənləri, işsiz qalan fəhlələr; Qolları, ayaqları zəncirli dustaq İran (M.Rahim); MƏMUR (kl.əd.) Cümlə məmur oldu viranə (M.Ə.Sabir).
Azərbaycan dilinin sinonimlər lüğəti / abad1 ABAD – BƏRBAD Pək şad olaraq güldüm abad olan ölkəmdə... (M.Müşfiq); Sən girməyən evlər qoy olsun bərbad; Öldürsün əmiri qaşların, gəlin! (Qoşma). ABAD – VİRAN Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi (H.Sarabski); O, faşistlərin bu şəhəri necə viran etdiklərini öz gözü ilə görmüşdü (S.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / abad1 1. благоустроенный; 2. населенный, заселенный; 3. иногда служит для образования названий населенных пунктов;
Azərbaycanca-rusca lüğət / abad2 прил. 1. заселённый, населённый 2. благоустроенный, обжитой. Abad şəhərlər благоустроенные города, küçələr abaddır улицы благоустроены, abad yerlər обжитые места; abad etmək nəyi, haranı благоустраивать, благоустроить, обживать, обжить. Kəndləri abad etmək благоустраивать сёла; abad edilmək благоустраиваться, быть благоустроенным, быть обжитым; abad olmaq становиться, стать благоустроенным; abad olunmaq благоустраиваться, быть благоустроенным; abad olsun пожелание благополучия, удачи кому-л., чему-л.
Azərbaycanca-rusca lüğət / abad1 s. prosperous, flourishing; inhabited (by), populated (with), well organized / equipped, having all / proper amenities; abad yer a flourishing place; abad şəhər a town / a city with good amenities abad etmək bax abadlaşdırmaq; abad edilmək bax abadlaşdırılmaq; abad olmaq bax abadlaşmaq; Abad olsun! Let it flourish! Eviniz abad olsun! I wish you every happiness!
Azərbaycanca-ingiliscə lüğət / abad1 sif. bien aménagé, -e ; confortable ; arrangé, -e ; organisé, -e ; evin abad olsun que ta maison soit louée! ~ etmək aménager vt ; arranger vt ; organiser vt ; rendre confortable
Azərbaycanca-fransızca lüğət / abad1 [fars.] прил. 1. абад, хъсан, михьи, авадан, кӀубан; 2. пер. клас. шад (мес. рикӀ).
Azərbaycanca-ləzgicə lüğəti / abad